AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.11.2015
QEYDİYYAT NÖMRƏSİ
354
ADI
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2015, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1418)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.11.2015
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının 9.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 301, № 7, maddə 477; 2000, № 5, maddə 369, № 7, maddə 560; 2008, № 5, maddələr 432, 443, № 10, maddə 937; 2009, № 10, maddə 846; 2011, № 8, maddə 785) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 4-cü hissəsindən “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 209 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 629) ilə təsdiq edilmiş “Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması Qaydaları”nın 3.8-ci bəndində “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK)” sözləri ilə, 4.5-ci, 5.6-cı və 5.7-ci bəndlərində ismin müvafiq hallarında “Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi” sözləri ismin müvafiq hallarında “ƏMDK” abreviaturası ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 649; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32; 2010, № 8, maddə 765) ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası”nın 3-cü hissəsinin dördüncü abzasında və Qaydaya əlavə olunmuş akt nümunəsində “Dövlət Torpaq Komitəsinin yerli orqanının” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, II kitab, maddə 231, № 5, maddə 360; 2001, № 2, maddə 116; 2002, № 7, maddə 455; 2004, № 9, maddə 741; 2005, № 1, maddə 49, № 12, maddə 1228; 2006, № 9, maddə 822, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 314, № 5, maddə 432; 2009, № 2, maddə 152; 2010, № 8, maddə 765; 2013, № 6, maddə 767) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin qərarla təsdiq edilmiş “Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi Qaydaları”nın 4-cü və 5-ci hissələrində “Dövlət Torpaq Komitəsinin yerli xəzinədarlıqda olan” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;

4.2. həmin qərarla təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.2.1. 2-ci hissədə “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;

4.2.2. 4-cü hissədə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin;

4.2.3. 7-ci hissədə “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə, “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri ilə, “razılığı” sözü “təklifləri” sözü ilə əvəz edilsin;

4.2.4. 10-cu hissənin birinci abzasında “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həmin rayon (şəhər) torpaq şöbələri” sözləri “həmin rayon (şəhər) üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri” sözləri ilə əvəz edilsin;

4.2.5. 14-cü hissədə “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;

4.2.6. 16-cı hissənin birinci abzasında “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin;

4.2.7. həmin Qaydalara əlavə - “İstifadəyə və ya icarəyə verilmiş otlaq sahəsinin qaiməsi (sertifikatı)”nda “rayon torpaq şöbəsinin” sözləri “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinin” sözləri ilə, “Dövlət Yerquruluşu Layihə İnstitutu” sözləri “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” sözləri ilə əvəz edilsin;

4.3. həmin qərarla təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”nın 5-ci hissəsində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

5. “Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 45 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, II kitab, maddə 234; 2005, № 1, maddə 49) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin qərarla təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”nın 3.2-ci bəndində “Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin” sözləri “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;

5.2. həmin qərarla təsdiq edilmiş “Dövlət meşə kadastrının aparılması Qaydası”nın 10-cu hissəsində “Dövlət Torpaq Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 313; 2002, № 7, maddə 445; 2006, № 11, maddə 994; 2009, № 2, maddə 152) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4-cü, 5-ci, 6-cı və 8-ci hissələrdə ismin müvafiq hallarında “rayon (şəhər) torpaq şöbəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsi” sözləri ilə əvəz edilsin;

6.2. 7-ci və 8-ci hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360; 2004, № 2, maddə 121; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddələr 370, 374, № 9, maddə 822, № 11, maddə 994; 2008, № 2, maddə 132, № 5, maddə 432; 2008, № 6, maddə 586) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin qərarla təsdiq edilmiş “Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları”nın 1-ci və 6-cı hissələrində ismin müvafiq hallarında “Dövlət Torpaq Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin;

7.2. həmin qərarla təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 6-cı (hər üç halda), 7-ci, 8-ci və 13-cü hissələrində ismin müvafiq hallarında “Dövlət Torpaq Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 159 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 685; 2003, № 10, maddə 623; 2006, № 1, maddə 59, № 2, maddə 203; 2008, № 2, maddə 132, № 5, maddə 432; 2009, № 10, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4-cü hissədən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın və həmin hissəyə “vahid” sözündən sonra “dövlət” sözü əlavə edilsin;

8.2. 8-ci hissədən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın;

8.3. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydaları”nın 12-ci hissəsində “Dövlət Torpaq Komitəsi, Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

9. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4, maddə 461) 7-ci hissəsində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 26 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 141; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 7, maddə 647; 2014, № 1, maddə 69, № 2, maddə 201) ilə təsdiq edilmiş “Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatı”nın 3-cü hissəsinin beşinci abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957; 2006, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432, № 8, maddə 786; 2013, № 6, maddə 737; 2014, № 1, maddə 69) ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

12. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 133; 2006, № 1, maddə 59; 2009, № 9, maddə 736, № 10, maddə 846; 2013, № 6, maddə 739) 2-ci hissəsindən “, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 539; 2006, № 9, maddə 822; 2008, № 2, maddə 116, № 5, maddə 432; 2014, № 1, maddə 69) ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 20-ci hissəsində (hər iki halda) ismin müvafiq hallarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 sentyabr tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiº “Bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası”nın 1.3-cü bəndindən “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin,” sözləri çıxarılsın.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 904; 2012, № 12, maddə 1375) ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

15.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra - DTXK)” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK)” sözləri ilə əvəz edilsin;

15.2. 7.1-ci və 7.2-ci bəndlərdə “DTXK-nın rayon (şəhər) şöbəsinin” sözləri “ƏMDK-nin ərazi bölmələrinin” sözləri ilə əvəz edilsin;

15.3. 5.4-cü, 6.1-ci, 9.6-cı bəndlərdə “DTXK-nin müvafiq rayon (şəhər) şöbəsi” sözləri “ƏMDK-nin ərazi bölmələri” sözləri ilə əvəz edilsin;

15.4. 6.1-ci, 6.2-ci, 7.1-ci, 7.2-ci, 9.6-cı və 10.3-cü (hər iki halda) bəndlərdə ismin müvafiq hallarında “DTXK-nın” sözləri “ƏMDK-nin” sözləri ilə əvəz edilsin.

16. “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 dekabr tarixli 357 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1647) 12-ci hissəsində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nın 2.15-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

18. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini  Abid Şərifov

 

Bakı şəhəri, 4 noyabr 2015-ci il

     № 354

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status