AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117; 2011, №9, maddə 853; 2013, №7, maddə 883, №10, maddə 1232; 2014, №1, maddə 57, №6, maddələr 736, 752; 2015, №4, maddə 455, № 8, maddə 967; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 13 may tarixli 195 nömrəli qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölmənin:
1.1.1. 2-ci və 27-ci hissələrində ismin müvafiq hallarında olan “Azərbaycan Dövlət Neft Akademiyası” sözləri ismin müvafiq hallarında “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” sözləri ilə əvəz edilsin;
1.1.2. 9-cu hissə ləğv edilsin;
1.1.3. 15-ci hissənin 4-cü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilsin;
1.1.4. aşağıdakı məzmunda 29-cu hissə əlavə edilsin:
29.
|
“Naxçıvan” Universiteti
|
fəlsəfə doktoru üzrə
|
--------
|
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 21 iyun 2016-cı il
№ 232