![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
28.06.2016 |
Qeydiyyat nömrəsi |
7 |
Adı |
“İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
05.07.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201606280007 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
04.07.2016 |
“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli, 878 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək və investisiya təşviqi sənədinin alınması üçün ərizə formasının daha da təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası
qərara alır:
1. “İnvestisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2016-cı il 24 fevral tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlavə 2 “İnvestisiya təşviqi sənədini almaq üçün ərizənin forması”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissəyə aşağıdakı redaksiyada 1.11-ci bənd əlavə edilsin:
“1.11. İnvestisiya layihəsinin adı_________________________________________
___________________________________________________________________________”;
1.2. 3.1-ci və 3.2-ci bəndlərdə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş” sözləri “Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş” sözləri ilə əvəz edilsin.
2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 28 iyun 2016-cı il tarixli iclasının protokolu.
Sədr, iqtisadiyyat naziri |
Şahin Mustafayev |