AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.08.1998
QEYDİYYAT NÖMRƏSİ
749
ADI
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 499)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair müvafiq normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilindəƏmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci (ikinci halda) və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 20-ci maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (ikinci halda), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 30-cu maddəsinin birinci hissəsində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində (birinci və ikinci hallarda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin “ğ” bəndində, 9-cu maddəsinin on dördüncü hissəsində, 11-ci maddəsinin birinci hissəsində (birinci halda), 17-ci maddəsinin beşinci hissəsində, 19-cu maddəsinin altıncı hissəsində, 20-ci maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin beşinci hissəsinin dördüncü cümləsində, doqquzuncu hissəsində və on üçüncü hissəsinin ikinci cümləsində, 35.2-ci maddəsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.2-1. həmin Qanunun 35.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. [4]

2.3. həmin Qanunun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 20-ci maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı ilə əlaqədar), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 30-cu maddəsinin birinci hissəsində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;

2.4. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 9-cu maddəsinin yeddinci hissəsinin beşinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.6. həmin Qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar kənd təsərrüfatı məhsullarına münasibətdə (qida məhsulları istisna olmaqla) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, qida məhsulları ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 19 avqust 1998-ci il

                      № 749

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 yanvar 2002-ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 14)

2.       23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)

3.       27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

4.       14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

5.       21 dekabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287)

6.       06 iyul 2012-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 7, maddə 680)

7.       27 iyun 2014-cü il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 01 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 651)

8.       30 mart 2019-cu il tarixli 600 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 440)

9.       13 fevral 2020-ci il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2020-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 92)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 yanvar 2002-ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 14) ilə 2-ci bəndin dördüncü abzasından "və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi həyata keçirir;

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 2-ci bəndin üçüncü abzasında "Dövlət Elm və Texnika Komitəsi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 2-ci bəndinin dördüncü abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilmişdir.

14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2-ci bəndinin üçüncü abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

21 dekabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  25 dekabr 2009-cu il, № 287) ilə 2-ci bəndinə yeddinci abzas əlavə edilmişdir.

06 iyul 2012-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 12 iyul 2012-ci il, № 152) ilə 2-ci hissəsinin birinci bəndində “17-ci maddəsinin beşinci hissəsində” sözlərindən sonra “” sözü vergül işarəsi ilə əvəz edilmişdir və “19-cu maddəsinin altıncı hissəsində” sözlərindən sonra “və 35-ci maddəsində” sözləri əlavə edilmişdir.

27 iyun 2014-cü il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 01 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 651) ilə 2-ci hissəsinin üçüncü abzasda “və 31-ci maddəsinin birinci hissəsində” sözləri “, 31-ci maddəsinin birinci hissəsində və 35-1-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

27 iyun 2014-cü il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 01 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 651) ilə 2-ci hissəsinin ikinci abzasda “19-cu maddəsinin altıncı hissəsində” sözlərindən sonra “, 28-ci maddəsinin doqquzuncu hissəsində” sözləri əlavə edilmişdir.

30 mart 2019-cu il tarixli 600 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 440) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “ğ” bəndində, 9-cu maddəsinin on dördüncü hissəsində, 11-ci maddəsinin birinci hissəsində (birinci halda), 17-ci maddəsinin beşinci hissəsində, 19-cu maddəsinin altıncı hissəsində, 28-ci maddəsinin doqquzuncu hissəsində və 35-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci, ikinci, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci, ikinci, üçüncü və beşinci hissələrində, 11-ci maddəsinin birinci (ikinci halda) və beşinci hissələrində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində, 20-ci maddəsinin ikinci və üçüncü hissələrində, 21-ci maddəsinin birinci hissəsində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin birinci hissəsində, 30-cu maddəsinin birinci hissəsində, 31-ci maddəsinin birinci hissəsində və 35-1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;

həmin Qanunun 34-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;

həmin Qanunun 9-cu maddəsinin yeddinci hissəsinin altıncı abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir.

həmin Qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar şərab və kənd təsərrüfatı məhsullarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları, əmtəə nişanlarının qeydiyyatı ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

 

[2] 13 fevral 2020-ci il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2020-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 92) ilə 2.1-ci bənddə “35.2-ci maddəsində (birinci halda)” sözləri “35.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 13 fevral 2020-ci il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2020-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 92) ilə 2.2-ci bənddə “(ikinci halda)” sözləri “(üçüncü halda)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 fevral 2020-ci il tarixli 934 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2020-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 92) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status