×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
28.06.2016
QEYDİYYAT NÖMRƏSİ
6
ADI
Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.07.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.120.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201606280006
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.07.2016
Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

28.06.2016

Qeydiyyat nömrəsi

6

Adı

Normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

14.07.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.120.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201606280006

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.07.2016

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında” 2016-cı il 15 yanvar tarixli, 1702 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.2-ci bəndindən və həmin Qaydalara 1 nömrəli əlavənin adından “və Sənaye” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul tarixli, 04 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. Qərarın adından və 1-ci hissəsindən “və Sənaye” sözləri çıxarılsın;

2.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.4-cü bəndindən və həmin reqlamentə əlavə olunmuş ərizə formasından “və Sənaye” sözləri çıxarılsın;

2.3. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.4-cü bəndindən və həmin reqlamentə əlavə olunmuş ərizə formalarından “və Sənaye” sözləri çıxarılsın;

2.4. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament ”in 1.4-cü bəndindən və həmin reqlamentə əlavə olunmuş ərizə formalarından “və Sənaye” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın 2.13-cü bəndindən “və Sənaye” sözləri çıxarılsın.

4. “İnzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 20 iyul tarixli, 11 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Qərarla təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.4-cü bəndindən, 3.3.1-ci yarımbəndindən və həmin reqlamentə əlavə olunmuş ərizə formasından “və Sənaye” sözləri çıxarılsın;

4.2. həmin Qərarla təsdiq edilmiş “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament”in 1.2-ci, 1.4-cü, 2.2-ci bəndlərindən və 3.4.1-ci, 3.4.2-ci yarımbəndlərindən “və Sənaye” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 3 sentyabr tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye parkında qeydiyyatdan keçmək üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan investisiya layihəsinin nəzərdə tutulan meyarlara uyğunluğunun qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndindən və 7-ci hissəsindən “və Sənaye” sözləri çıxarılsın;

6. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2015-ci il 22 yanvar tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye parkının operatorunun müsabiqə əsasında seçilməsi Qaydası”nın 1.4-cü bəndindən “və Sənaye” sözləri çıxarılsın.

7. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

8. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

9. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

10. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 28 iyun tarixli iclasının protokolu.

 

Sədr,

iqtisadiyyat naziri

Şahin Mustafayev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status