AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.07.2016
QEYDİYYAT NÖMRƏSİ
272
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-07-2016, Nəşr nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2016, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1351)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.07.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.030.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201607110272
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.07.2016
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.3-1-ci, 2.4-1-ci, 2.5-1-ci, 2.5-2-ci, 2.5-3-cü, 4.4-1-ci, 4.11-1-ci, 4.11-2-ci, 4.11-3-cü və 4.14-1-ci bəndlər əlavə edilsin:

“2.3-1. Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılır.

2.4-1. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

2.5-1. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

2.5-1.1. qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

2.5-1.2. şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

2.5-2. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

2.5-3. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılır.

4.4-1. Məktəbəhazırlıq qruplarına qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

4.4-1.1. məktəbin direktorunun adına ərizə;

4.4-1.2. uşağın mübadilə vərəqəsi;

4.4-1.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

4.4-1.4. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli.

4.11-1. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

4.11-2. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünür:

4.11-2.1. I yarım il: 1 oktyabr - 26 yanvar;

4.11-2.2. II yarım il: 1 fevral - 31 may.

4.11-3. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

4.11-3.1. 5 gün payız tətili (16-20 noyabr);

4.11-3.2. 5 gün qış tətili (27-31 yanvar);

4.11-3.3. 5 gün əlavə tətil (1-5 may).

4.14-1. Məktəbəhazırlıq qruplarında uşaqların məktəbə hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinə əsasən həyata keçirilir.”.

2. 4.14-cü bənddə “35” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 iyul 2016-cı il

     № 272

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status