AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.08.1998
QEYDİYYAT NÖMRƏSİ
755
ADI
“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 505)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Patent haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsində nəzərdə tutulmuş patent rüsumlarının və ödənişlərinin məbləği və ödənilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının “Patent haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Patent haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində (birinci halda), 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci (hər iki halda) və 3-cü hissələrində, 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü və 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (birinci və ikinci hallarda), 41-ci maddəsinin birinci, ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.1-1. həmin Qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [3]

2.2. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-cı maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 17-ci maddəsinin 2-ci hissəsində, 18-ci maddəsinin birinci cümləsində, 20-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında, 25-ci maddəsində, 27-ci maddəsinin 6-cı hissəsində, 29-cu maddəsinin 10-cu hissəsinin dördüncü abzasında, 30-cu maddəsinin 5-ci hissəsinin ikinci abzasında və 7-ci hissəsinin birinci abzasının ikinci cümləsində, 32-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 39.2-ci maddəsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

2.3. həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.4. həmin Qanunun 1-ci maddəsinin beşinci abzasında, 4.2-ci maddəsində, 5-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 2-ci hissəsində, 6-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında, 5-ci hissəsinin birinci cümləsində, 8-ci maddəsinin 3-cü hissəsinin üçüncü abzasında və 4-cü hissəsinin birinci cümləsində, 9-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 10-cu maddəsinin 2-ci hissəsinin birinci abzasında, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının üçüncü cümləsində, 16-cı maddəsinin 2-ci hissəsinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17-ci maddəsinin 3-cü hissəsində, 19-cu maddəsinin 1-ci hissəsinin ikinci abzasının və 2-ci hissəsinin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissəsində (hər iki halda), 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında, 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində, 26-cı maddəsinin 1-ci hissəsində (hər iki halda) və 3-cü hissəsində (birinci halda), 27-ci maddəsinin 1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında (hər iki halda) və 8-ci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci və 2-ci hissələrinin birinci abzaslarında, 3-cü hissəsinin birinci abzasının birinci (hər iki halda) və ikinci cümlələrində, ikinci abzasının ikinci cümləsində, 4-cü, 5-ci hissələrində, 6-cı hissəsinin ikinci abzasında, 7-ci hissəsinin birinci abzasının birinci cümləsində, 10-cu hissəsinin birinci və ikinci cümlələrində, 29-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 3-cü hissəsinin birinci və altıncı abzaslarında, 5-ci hissəsinin ikinci abzasında və dördüncü abzasının ikinci cümləsində, 6-cı hissəsində, 10-cu hissəsinin birinci və ikinci abzaslarında, 30-cu maddəsinin 1-ci hissəsinin birinci cümləsində, 2-ci hissəsində, 5-ci hissəsinin birinci abzasında, 7-ci hissəsinin birinci və ikinci abzaslarının birinci cümlələrində, 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında və 3-cü hissəsində, 33-cü maddəsinin 1-ci hissəsinin birinci və dördüncü abzaslarında, 35-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci hissəsinin ikinci abzasında və 2-ci hissəsində, 38-ci maddəsinin 1-ci hissəsində, 39.2-ci maddəsində (birinci halda), 41-ci maddəsinin birinci, ikinci (hər iki halda) və üçüncü abzaslarında “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur. [5]

3. Bu fərman imzalandığı günə qədər ixtiraya, faydalı modelə və sənaye nümunəsinə verilmiş petentlər onları almış şəxslər üçün öz qüvvəsini saxlayır.

4. Bu fərman imzalandığı günə qədər verilmiş və ya kargüzarlıq işləri başa çatmamış “Patent haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ixtira obyekti sayılmayan obyektlərə dair iddia sənədləri “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini ödədiyi halda onlara petent verilməsi mümkün hesab edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 19 avqust 1998-ci il

№ 755

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)

2.       19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526)

3.       14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2009-cu il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

4.       27 dekabr 2010-cu il tarixli 364 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  28 dekabr 2010-cu il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1064)

5.       6 iyul 2012-ci il tarixli 670 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti, 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 679)

6.       8 iyul 2014-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 147; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 798)

7.       30 mart 2019-cu il tarixli 600 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 440)

8.       10 dekabr 2019-cu il tarixli 876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2019-cu il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1919)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 2-ci bəndinin üçüncü abzasında "Dövlət Elm və Texnika Komitəsi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndin ikinci abzasından "39-cu maddəsinin üçüncü abzasında" sözləri çıxarılmışdır.

19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndin üçüncü abzasında "4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra, 2-ci və 3-cü bəndlərində" sözləri, "4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra və 2-ci bəndində" sözləri ilə əvəz edilmişdir.

19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndin üçüncü abzasından "39-cu maddəsinin ikinci abzasında" sözləri çıxarılmışdır.

14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83) ilə 2-ci bəndinin üçüncü abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

27 dekabr 2010-cu il tarixli 364 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  28 dekabr 2010-cu il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1064) ilə ) 2-ci bəndinin ikinci abzasda “18-ci maddəsində” sözlərindən əvvəl “10-cu maddəsinin 5-ci bəndində və 17-ci maddəsinin 2-ci bədində,” sözləri əlavə edilmişdir.

27 dekabr 2010-cu il tarixli 364 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  28 dekabr 2010-cu il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1064) ilə 2-ci bəndinin 1.2. üçüncü abzasda “9-cu maddəsinin” sözlərindən sonra “3-cü bəndinin ikinci abzasında və” sözləri çıxarılmışdır, “26-cı maddəsinin” sözlərindən əvvəl “20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasında,” sözləri, “28-ci maddəsinin 1-ci bəndinin birinci abzasında, 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci” sözlərindən sonra “(birinci cümlədə hər iki halda və ikinci cümlədə)” sözləri əlavə edilmişdir.

6 iyul 2012-ci il tarixli 670 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti, 12 iyul 2012-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 679) ilə 2-ci hissəsinin birinci bəndində “30-cu maddəsinin 7-ci bəndinin birinci abzasının ikinci cümləsində” sözlərindən sonra “və 39-cu maddəsində” sözləri əlavə edilmişdir.

8 iyul 2014-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 147; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 798) ilə 2-ci hissənin ikinci, üçüncü və dördüncü abzaslar müvafiq olaraq 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlər hesab edilmişdir.

8 iyul 2014-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 147; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 798) ilə 2.1-ci bənddə “4-cü maddəsinin 1-ci bəndində “bu Qanuna və” sözlərindən sonra,” və “və 39-cu maddəsində,” sözləri çıxarılmışdır, “10-cu maddəsinin 5-ci bəndində və” sözləri “10-cu maddəsinin 3-cü və 5-ci bəndlərində,” sözləri ilə əvəz edilmişdir və “18-ci maddəsində,” sözlərindən sonra “20-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasında,” sözləri əlavə edilmişdir.

8 iyul 2014-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 147; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 798) ilə 2.2-ci bənddə “4-cü maddəsinin 1-ci bəndində “sənaye mülkiyyəti sahəsində” sözlərindən sonra və 2-ci bəndində” sözləri “4.2-ci maddəsində” sözləri ilə, “27-ci maddəsinin 1-ci bəndində, 2-ci bəndinin birinci, üçüncü və dördüncü abzaslarında” sözləri “27-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci cümlələrində, 2-ci bəndinin birinci abzasında (hər iki halda) və ikinci abzasında (hər iki halda)” sözləri ilə əvəz edilmişdir və “32-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci abzaslarında və 3-cü bəndində” sözlərindən əvvəl “30-1-ci maddəsində,” sözləri əlavə edilmişdir.

30 mart 2019-cu il tarixli 600 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 440) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

2.1. “Patent haqqında” Azərbaycan Respublikası 5-ci maddəsinin 2-ci bəndində “Əsasnamə” sözlərindən sonra, 6-cı maddəsinin 2-ci bəndində, 10-cu maddəsinin 3-cü və 5-ci bəndlərində, 17-ci maddəsinin 2-ci bədində, 18-ci maddəsində, 20-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasında, 25-ci maddəsində, 30-cu maddəsinin 7-ci bəndinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin altıncı abzasında, 4.2-ci maddəsində, 5-ci maddəsinin 1-ci bəndinin birinci abzasında və 2-ci bəndində “Apellyasiya” sözündən əvvəl, 6-cı maddəsinin 1-ci bəndinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü bəndinin ikinci abzasında və 5-ci bəndində, 8-ci maddəsinin 3-cü bəndinin üçüncü abzasında və 4-cü bəndində, 9-cu maddəsinin 4-cü bəndində, 10-cu maddəsinin 2-ci bəndində, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü bəndinin birinci abzasında, 16-cı maddəsinin 2-ci bəndinin birinci və ikinci abzaslarında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin üçüncü abzasında və 4-cü bəndində, 20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasında, 26-cı maddəsinin 1-ci və 3-cü bəndlərində, 27-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci cümlələrində, 2-ci bəndinin birinci abzasında (hər iki halda) və ikinci abzasında (hər iki halda), 6-cı bəndində, 8-ci bəndinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci bəndinin birinci abzasında, 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci (birinci cümlədə hər iki halda və ikinci cümlədə) və ikinci abzaslarında, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 10-cu bəndlərində, 29-cu maddəsinin 1-ci bəndində, 3-cü bəndinin birinci və üçüncü abzaslarında, 5-ci bəndinin ikinci və dördüncü abzaslarında, 6-cı bəndində və 10-cu bəndinin birinci, ikinci və dördüncü abzaslarında, 30-cu maddəsinin 1-ci və 2-ci bəndlərində, 5-ci bəndinin birinci və ikinci abzaslarında, 7-ci bəndinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 30-1-ci maddəsində, 32-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci abzaslarında və 3-cü bəndində, 33-cü maddəsinin 1-ci bəndində, 35-ci maddəsinin 1-ci bəndində və 2-ci bəndinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci və 2-ci bəndlərində, 38-ci maddəsinin 1-ci bəndində, 41-ci maddəsinin birinci, ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  həyata keçirir;

2.3. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

[2] 10 dekabr 2019-cu il tarixli 876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2019-cu il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1919) ilə 2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılmışdır və həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 dekabr 2019-cu il tarixli 876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2019-cu il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1919) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

[4] 10 dekabr 2019-cu il tarixli 876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2019-cu il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1919) ilə 2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilmişdir.

 

[5] 10 dekabr 2019-cu il tarixli 876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2019-cu il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1919) ilə 2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılmışdır və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status