AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.08.1998
QEYDİYYAT NÖMRƏSİ
758
ADI
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 508)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 13-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının formasını və tərtib edilməsi qaydasını hazırlayıb təsdiq etsin;

həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət qaydasını müəyyən etsin;

həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyəti daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin;

bu Fərmanın 3-cü bəndində sadalanan fəaliyyət növlərinə xüsusi icazə verilməsi qaydalarını hazırlayıb təsdiq etsin. [1]

2. Müəyyən edilsin ki:

2.1. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsinə aid hissədə), 9-cu maddəsinin altıncı hissəsində, 13-cü maddəsinin dördüncü hissəsində, 18-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.3. həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir; [4]

2.4. həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində, 9-cu maddəsinin yeddinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 11-ci maddəsinin 2-ci hissəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin onuncu və on birinci abzaslarında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; [5]

2.5. həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə) və 14-cü maddəsinin on birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir; [6]

2.6. həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər; [7]

2.7. həmin Qanunun 9-cu maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini dövlət standartlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla), tikinti norma və qaydalarına, habelə təlimatlara, metodiki və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, əməyin mühafizəsi qaydalarına münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla) həyata keçirir; [8]

həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; [9]

2.8. həmin Qanunun 10-cu maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. [10]

3. Müəyyən edilsin ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: [11]

ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri;

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması;

həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması;

radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 19 avqust 1998-ci il

                   № 758

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

2.       23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)

3.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

4.       30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785)

5.       11 yanvar 2017-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 yanvar 2017-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 38)

6.       7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400)

  1. 30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 1-ci bəndin səkkizinci abzasında "xüsusi razılıq (lisenziya)" sözləri "xüsusi icazə" sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 yanvar 2017-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 yanvar 2017-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 38) ilə 2-ci hissənin birinci bəndində “maddəsində” sözü “maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilmişdir.

30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896) ilə 2.1-ci bənddə “hissəsində” sözü “və dördüncü hissələrində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin üçüncü abzasdan “7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsinə aid hissədə)” sözləri çıxarılmışdır.

 

[4] 30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785) ilə 2-ci bəndin dördüncü abzası yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə), 9-cu maddəsinin ikinci hissəsində, 11-ci maddəsinin 2-ci hissəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin onuncu və on birinci abzaslarında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

[5] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin beşinci abzasda “7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə)” sözləri “7-ci maddəsinin birinci və ikinci hissələrində” sözləri ilə, “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

11 yanvar 2017-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 yanvar 2017-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 38) ilə 2-ci hissənin dördüncü bəndinə “9-cu maddəsinin səkkizinci hissəsində,” sözlərindən sonra “10-cu maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilmişdir.

11 yanvar 2017-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 yanvar 2017-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 38) ilə 2-ci hissənin dördüncü, beşinci və altıncı bəndlərdən “öz səlahiyyəti hüdudlarında” sözləri çıxarılmışdır.

7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400) ilə 2.4-cü bənddə “9-cu maddəsinin səkkizinci hissəsində” sözləri “9-cu maddəsinin yeddinci hissəsində” sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785) ilə 2-ci bəndin altıncı abzasından “7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə) və” sözləri çıxarılmışdır.

23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə  2-ci bəndinin altıncı abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400) ilə 2-ci hissəsinin ikinci–yeddinci abzaslar müvafiq olaraq 2.1–2.6-cı bəndlər hesab edilmişdir.

 

[8] 7 aprel 2020-ci il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 9 aprel 2020-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 400) ilə yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.

 

[9] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin səkkizinci abzasda “Müdafiə Nazirliyi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785) ilə 2-ci bəndin səkkizinci abzası çıxarılmışdır.

 

[10] 30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896) ilə 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.8-ci bənd əlavə edilmişdir.

 

[11] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 3-cü bəndinin birinci abzasında “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 3-cü bənddə "fəaliyyət növləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir və onun lisenziyalaşdırılması" sözləri "ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status