AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
05.08.1998
QEYDİYYAT NÖMRƏSİ
864
ADI
Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksinin ucaldılması barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 519)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksinin ucaldılması barədə

Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksinin ucaldılması barədə

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi  bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

 1. Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksi ucaldılsın.

 2. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksinin tikintisini təmin etsin.

 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Əbədi məşəl» abidə kompleksinin tikintisinə 2 mlrd. manat məbləğində vəsaitin ayrılması  barədə təklif versin.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 Bakı şəhəri, 5 avqust 1998-ci il

 № 864

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status