AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
03.08.2016
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
“Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.08.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.060.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201608030008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.08.2016
“Azərbaycan Respublikası vətəndaşlıǧının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

03.08.2016

Qeydiyyat nömrəsi

8

Adı

Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.08.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.060.040

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201608030008

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

11.08.2016

 

 

 “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası[1]

 

QƏRARA ALIR:

 

1.    Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

 

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

 

II dərəcəli dövlət

miqrasiya xidməti müşaviri

 

 

Firudin Nəbiyev

 

 

 

 

 


 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2016-cı il 03 avqust tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulunu əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 15-ci maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 3-5-ci, 9-13-cü və 26-cı hissələri;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.18-ci bəndi;

1.3.4. Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi; [2]

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 33.7-ci bəndi.[3]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət).

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.

1.6.    Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 29-cu bəndinə müvafiq olaraq vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.

1.8.    Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.

2.2.1. Xidmət üzrə ödənişin əsası: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 14.14-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilmək barədə ərizələrin verilməsinə görə 110 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.2.2. Dövlət rüsumunun ödənilməli olduğu hesab:

2.2.2.1. Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi

2.2.2.2. Kod: 210 005

2.2.2.3. VÖEN: 140 155 5071

2.2.2.4. m/h: AZ41NABZ01360100000000003944

2.2.2.5. S.W.I.F.T. BİK: CTREAZ22

2.2.2.6. Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti[4]

2.2.2.7. Hesab: AZ17CTRE00000000000002117131

2.2.2.8. VÖEN: 1602473621[5]

2.2.2.9. Büdcə təsnifatının kodu: 142234[6]

2.2.2.10. Büdcə səviyyəsinin kodu: 1

2.2.3. Ödəmə üsulları - bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet-ödəmə vasitəsi ilə.

2.3. Elektron xidmətin istifadəçiləri: Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://az.e.migration.gov.az:80/Azərbaycan+Respublikası+vətəndaşlığının+bərpa+edilməsi/s/475

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: http://az.e.migration.gov.az/;

2.5.2. Elektron poçt: info@migration.gov.az;

2.5.3. Telefon: (+99412) 919.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1 Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə (1 nömrəli Əlavə) aşağıdakılar əlavə olunur və 2.6.1.1-ci, 2.6.1.2-ci, 2.6.1.5-ci və 2.6.1.6-cı yarımbəndlərdə qeyd olunan sənədlərin surətləri elektron formada təqdim edilir:[7]

2.6.1.1. 3x4 sm ölçüdə fotoşəkil;

2.6.1.2. şəxsiyyəti təsdiq edən sənədin surəti;

2.6.1.3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə qərarı qəbul edən orqan, həmin qərarın qəbul edilmə tarixi və nömrəsi;[8]

2.6.1.4. ailə tərkibi haqqında arayış;

2.6.1.5. QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur);

2.6.1.6. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.5.1-ci yarımbəndində göstərilən internet ünvanına daxil olaraq İş masası” sətrindən “Qeydiyyat” düyməsini sıxır. Açılmış pəncərədə qeydiyyat formasına müvafiq məlumatları daxil edir və pəncərənin sonunda “Qeydiyyat” düyməsini sıxmaqla istifadəçinin elektron poçt ünvanına məlumatların doğruluğunun təsdiq edilməsi üçün keçid göndərilir. İstifadəçi həmin keçidə daxil olur və “Müraciətlər” sətrindən “Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi” bölməsinə daxil olaraq “Onlayn Müraciət” düyməsini sıxır. Açılmış pəncərədə ərizə-anket formasını elektron xidmətin təqdim edildiyi internet ünvanından yükləyərək doldurur və bu reqlamentin 2.6.1-ci yarımbəndində tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə 2.5.2-ci yarımbənddə göstərilən elektron poçt ünvanına göndərir.

3.1.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Sorğunun qeydiyyata alınması;

3.3.1.2. Sorğuya baxılması;

3.3.1.3. Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsinin elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilməsi;

3.3.1.4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 1 ay müddətində müvafiq rəyin verilməsi;

3.3.1.5. Xidmət tərəfindən əsaslandırılmış rəyin verilməsi;

3.3.1.6. Toplanmış materialların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında (bundan sonra - Komissiya) baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilməsi;

3.3.1.7. Toplanmış materialların baxılmaq üçün Komissiyaya göndərilməsi barədə istifadəçiyə məlumatın verilməsi;

3.3.1.8. Qəbul edilmiş qərar barədə şəxslərə yazılı məlumatın verilməsi;

3.3.1.9. Bu reqlamentin 3.3.1.1-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Katibliyi, 3.3.1.2—3.3.1.8-ci yarımbəndlərində qeyd olunan inzibati əməliyyatların yerinə yetirilməsinə görə Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin (bundan sonra – Baş idarə) Vətəndaşlıq məsələlərin həlli idarəsi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Baş idarəyə təqdim edilir.

3.3.2.2. Sənədlərə Baş idarədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.3.2.3. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.

3.3.2.4. İstifadəçi tərəfindən göndərilən ərizə-anketində göstərilən məlumatların həqiqiliyi Xidmət tərəfindən yoxlanılır.

3.3.2.5. Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsi elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti hər biri 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Xidmət əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Komissiyada baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir və bu barədə istifadəçiyə məlumat verir.

3.3.2.6. Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi barədə müvafiq sərəncam verilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.[9]

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin nəticəsi barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.

3.4.1. Nəzarətin forması:

3.4.1.1. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi;

3.4.1.2. Kargüzarlıq.

3.4.2. Nəzarətin qaydası:

3.4.2.1. Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4.2.2. Kargüzarlıq nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il         27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddələrinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 


 

 

“Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

1 nömrəli Əlavə

 

 

Azərbaycan Respublikasının Prezidentinə

ƏRİZƏ-ANKET

 

 

 

 

 

şəkil üçün

 yer

 

 

Xahiş edirəm, məni Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edəsiniz.

 

SUALLAR

CAVABLAR

1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, dəyişikliyin səbəbi göstərilməklə, əvvəllər daşıdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)

 

2. Doğulduğunuz gün, ay, il

 

3. Doğulduğunuz yer (ölkə, şəhər (rayon), kənd)

 

4. Milliyyətiniz

 

5. Ailə vəziyyətiniz (nikahda, dul, subay)

 

6. Vətəndaşlığınız

 

7. Azərbaycan Respublikası vətəndaşlığınıza xitam verilməsinin səbəbləri və tarixi

 

8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz

 

9. Azərbaycan Respublikasına gəlişinizin səbəbləri

 

10. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşı olmusunuz, həmin ölkənin vətəndaşlığını hansı yolla əldə etmisiniz və hansı səbəbdən itirmisiniz)

 

11. Azərbaycan Respublikasında mühakimə olunmusunuzmu və ya istintaqa cəlb edilmisinizmi (nə vaxt, harada, hansı orqan tərəfindən və nəyə görə)

 

12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz)

 

13. Əmək fəaliyyəti barədə məlumat (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, habelə hərbi xidmət daxil olmaqla). Bu hissə doldurularkən idarə, müəssisə və təşkilatların işlədiyiniz dövrdəki adı, ünvanı, hərbi xidmətdəki vəzifəniz göstərilməlidir

 

Ay və il

İdarə, müəssisə və təşkilatın adı göstərilməklə, vəzifəniz

İdarə, müəssisə və təşkilatın ünvanı

daxilolma

çıxma

 

 

 

 

 

14. Yaxın qohumlarınız (ər/arvad, valideynlər, uşaqlar, qardaş və bacılar):

Qohumluq dərəcəsi

Soyadı, adı və atasının adı

Milliyyəti

Vətəndaşlığı

İş yeri və vəzifəsi

Yaşadığı ölkə və ünvanı

 

 

 

15. Yaşayış yerinizin dəqiq ünvanı və telefon nömrələriniz (ev, iş, mobil) ____________________

16. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz __________________

______________________________________________________________________________________

17. Ərizəyə əlavə edilən sənədləri sadalayın ______________________________________________

______________________________________________________________________________________

18. Mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı Azərbaycan Respublikası vətəndaşlığına bərpa etməyi xahiş edirəm:

 

Oğul, qız

Soyadı, adı və atasının adı

Doğum ili və ayı

Doğum yeri

Qeyd

 

 

 

19. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmaqda məqsəd __________

20. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə dair öhdəlik götürürəm.

21. Bəyan edirəm ki, təqdim etdiyim məlumatlar tam və dəqiqdir.

Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmək üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməməsinə (itirilməsinə) səbəb olacaqdır.

 

“___”__________________

İmza ____________

        (gün, ay, il)

 

 

Xidməti qeydlər (sənədləri qəbul edən orqanda doldurulur):

 

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin doldurulmasının düzgünlüyünü yoxladı

 

____________________________________________________________________________

(sənədləri qəbul edən əməkdaşın soyadı, adı və imzası)

 

“___” __________________

        (gün, ay, il)

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             20 iyul 2017-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il)

2.             26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)

3.             06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)

4.             31 yanvar 2018-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801310001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə qərarının preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.4-cü yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[3] 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il) ilə “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.5-ci yarımbəndində “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[4] 20 iyul 2017-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il) ilə Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.2.6-cı yarımbənddə “Bakı Vergilər” sözləri “Milli gəlirlər” sözləri ilə əvəz edilmişdir.

 

[5] 20 iyul 2017-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il) ilə Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.2.8-ci yarımbənddə “1403006271” rəqəmləri “1602473621” rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 20 iyul 2017-ci il tarixli 22 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il) ilə Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.2.9-cu yarımbənddə “142213” rəqəmləri “142234” rəqəmləri ilə əvəz edilmişdir.

 

[7] 31 yanvar 2018-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801310001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2018-ci il) ilə “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.6.1-ci yarımbəndində2.6.1.1 - 2.6.1.6-cı” sözləri “2.6.1.1-ci, 2.6.1.2-ci, 2.6.1.5-ci və 2.6.1.6-cı” sözləri ilə əvəz edilmişdir.

 

[8] 31 yanvar 2018-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801310001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2018-ci il) ilə “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.6.1.3-cü və 2.6.1.4-cü yarımbəndləri ləğv edilmişdir.

 

[9] 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il) ilə “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.3.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status