×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
09.08.2016
QEYDİYYAT NÖMRƏSİ
10
ADI
“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 25 aprel 2012-ci il tarixli 02 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.08.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201608090010
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.08.2016
“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Kollegiyasının 25 aprel 2012-ci il tarixli 02 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

09.08.2016

Qeydiyyat nömrəsi

10

Adı

“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 25 aprel 2012-ci il tarixli 02 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

20.08.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.030.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201608090010

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.08.2016

 

 

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 aprel tarixli 888 nömrəli Fərmanının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1. “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 25 aprel 2012-ci il tarixli 02 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. Qərarın preambulasında “və 2010-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.33-cü bəndlərinin” sözləri “bəndinin və 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndinin” sözləri ilə əvəz edilsin;

1.2. Qərarın 4-cü bəndində “tabeliyindəki” sözündən əvvəl “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri əlavə edilsin;

1.3. həmin Qərarla təsdiq olunmuş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 1.1-ci bənddə “və 2010-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.33-cü” sözləri “hissəsinə və 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndinə” sözləri ilə əvəz edilsin;

1.3.2. 1.3-cü bənddə “Dövlət Xidmətinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri Elgün Qədirova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 9 avqust tarixli iclasının protokolu.

 

Sədr,

 

iqtisadi inkişaf naziri

Şahin Mustafayev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status