×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.08.2016
QEYDİYYAT NÖMRƏSİ
297
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2016, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1435)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.08.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2016
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117; 2011, №9, maddə 853; 2013, №7, maddə 883, №10, maddə 1232; 2014, №1, maddə 57, №6, maddələr 736, 752; 2015, №4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 iyun tarixli 232 nömrəli qərarı) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Azərbaycan Milli Elmlər Akademiyası" üzrə:

1.1.1. "Biologiya elmləri bölməsi" sözləri "Biologiya və Tibb elmləri bölməsi" sözləri ilə əvəz edilsin;

1.1.2. "Humanitar və İctimai elmlər bölməsi" aşağıdakı redaksiyada verilsin:

 

Humanitar elmlər bölməsi

1.

N.Gəncəvi adına Ədəbiyyat İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

2.

Nəsimi adına Dilçilik İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3.

Folklor İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

4.

Memarlıq və İncəsənət İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

5.

M.Füzuli adına Əlyazmalar İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

İctimai elmlər bölməsi

1.

A.Bakıxanov adına Tarix İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

2.

Arxeologiya və Etnoqrafiya İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

3.

Fəlsəfə İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

4.

Hüquq və İnsan Haqları İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

5.

İqtisadiyyat İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

6.

Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

7.

Milli Azərbaycan Tarixi Muzeyi

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

8.

N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

fəlsəfə doktoru üzrə

elmlər doktoru üzrə

 

1.1.3. "Aqrar elmlər bölməsi"nin 3-cü hissəsi ləğv edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 avqust 2016-cı il

№ 297

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status