AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
09.09.2016
QEYDİYYAT NÖMRƏSİ
2331
ADI
2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10-09-2016, Nəşr nömrəsi: 199), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2016, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1526)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.09.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.150.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201609092331
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.09.2016
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov

-

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin sədr müavini

Rövnəq Abdullayev

-

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov

-

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü [1]

Əli Əsədov

-

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

Fərəh Əliyeva

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri [2]

Azad Rəhimov

-

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov

-

Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri

Vilayət Eyvazov

-

Azərbaycan Respublikasının daxili işlər naziri [3]

Mikayıl Cabbarov

-

Azərbaycan Respublikasının vergilər naziri

Ziya Məmmədov

-

Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü [4]

Oqtay Şirəliyev

-

Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə

-

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Əli Nağıyev

-

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev

-

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Fuad Nağıyev

-

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri [5]

Səfər Mehdiyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov

-

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Etibar Pirverdiyev

-

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev

-

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə

-

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov

-

Heydər Əliyev Mərkəzinin direktoru

Ağacan Abiyev

-

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərid Cəfərov

-

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru

İlham Mədətov

-

XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Elxan Məmmədov

-

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

 

2. 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunsun.

3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.

4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 sentyabr 2016-cı il

    2331

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

2.       22 may 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1065)

3.       2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 sentyabr 2019-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1487)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 may 2018-ci il tarixli 128 nömrəliAzərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1065) ilə 1-ci hissənin “Təşkilat Komitəsinin üzvləri” bölməsindən “Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü”, “, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini” və “və turizm” sözləri çıxarılmışdır.

 

[2] 22 may 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1065) ilə 1-ci hissənin “Təşkilat Komitəsinin üzvləri” bölməsində “Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü” sözləri “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri” sözləri ilə, “təhsil naziri” sözləri “vergilər naziri” sözləri ilə, “Aydın Əliyev” sözləri “Səfər Mehdiyev” sözləri ilə, “Fərhad Hacıyev – Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru” sözləri “Fərid Cəfərov – Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru” sözləri ilə əvəz edilmişdir.

 

[3] 2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 sentyabr 2019-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1487) ilə 1-ci hissəsində “Ramil Usubov” sözləri “Vilayət Eyvazov” sözləri ilə, “Mədət Quliyev” sözləri “Əli Nağıyev” sözləri ilə əvəz edilmişdir.

 

[4] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissədə “rabitə və yüksək texnologiyalar naziri” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir və həmin hissədən “Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü” sözləri çıxarılmışdır.

 

[5] 22 may 2018-ci il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1065) ilə 1-ci hissənin “Təşkilat Komitəsinin üzvləri” bölməsinə “Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” sözlərindən sonra “Fuad Nağıyev - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status