×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.01.2013
QEYDİYYAT NÖMRƏSİ
3
ADI
“Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.01.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 15 yanvar 2013-cü il

                    № 3

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının hava məkanından istifadə

 

Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında həyata keçirilən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar hökumətlərarası sazişlərə və Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) dərc edilmiş tələblərə uyğun olaraq Azərbaycan Respublikasının ərazisi üzərindən ötüb keçən, habelə onun hava limanlarına və aerodromlarına uçuşlar yerinə yetirən pilotlu və pilotsuz uçuş aparatlarının (Azərbaycan Respublikasına və digər xarici dövlətlərə məxsus) Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını müəyyən edir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Azərbaycan Respublikasının Hava Məkanından İstifadənin və Hava Hərəkətinin Təşkilinin Koordinasiyası üzrə İdarələrarası Qrup (HMİ və HHT KİQ) - Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi üzrə fəaliyyətin hərbi-mülki koordinasiyasını müəyyən edən Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin ali orqanı (bundan sonra - İdarələrarası Qrup);

2.1.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN) - Azərbaycan Respublikasında mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı; [1]

2.1.3. Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusu (AIP) - dövlət tərəfindən və ya onun icazəsi ilə nəşr edilən və Azərbaycan Respublikasının hava məkanı hüdudlarında xarici hava gəmilərinin uçuşlarının təmin edilməsi üçün zəruri aeronaviqasiya informasiyasını əks etdirən rəsmi sənəd;

2.1.4. aeroqovşaq - uçuşların təşkili və yerinə yetirilməsi üçün xüsusi razılaşdırılma və əlaqələndirilmə tələb olunan və bir-birinə yaxın məsafədə yerləşən aerodromlar;

2.1.5. aviasiya işləri rayonu - hava məkanının aviasiya işlərinin müəyyən edilmiş plan və cədvəllər üzrə yerinə yetirildiyi hissəsi;

2.1.6. aeronaviqasiya informasiyası sənədi - aeronaviqasiya üçün mühüm əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən, müəyyən olunmuş qaydada təsdiq və dərc edilmiş sənəd;

2.1.7. aerodrom rayonu - hava məkanının aerodrom uçuşlarının təşkili və yerinə yetirilməsi üçün nəzərdə tutulmuş, müəyyən ölçülərə malik hissəsi;

2.1.8. aeroqovşaq rayonu - hava məkanının müəyyən ölçülərə malik olan, yaxınlıqda yerləşən iki və daha çox aerodromu əhatə edən hissəsi. Həmin aerodromlardan uçuşlar xüsusi razılıq və koordinasiya əsasında təşkil edilir və yerinə yetirilir;

2.1.9. axtarış-xilasetmə işləri rayonu - axtarış-xilasetmə işlərinin həyata keçirildiyi yer və ya su səthi sahəsi, həmçinin onun üzərindəki hava məkanı;

2.1.10. aşağı eşelon (minimal təhlükəsiz) - hava gəmisinin yer (su) səthi ilə və ya onun üzərindəki maneələrlə toqquşmayacağına zəmanət verən minimal uçuş hündürlüyünə ən yaxın olan və ondan yuxarıda yerləşən müəyyən edilmiş uçuş eşelonu;

2.1.11. birgünlük plan - hava məkanından 24 saat müddətinə istifadənin planlaşdırılmasına dair məlumatlardan ibarət olan müəyyən nümunəli sənəd;

2.1.12. cihazlar üzrə uçuş qaydaları - hava gəmisinin yerinin və məkandakı vəziyyətinin pilotaj və naviqasiya cihazları üzrə müəyyən edildiyi şəraitdə uçuşların yerinə yetirilmə qaydası;

2.1.13. düzləndirilmiş hava yolu - hava yolunun (yollarının) iki sahəsi arasındakı hava məkanının hava gəmilərinin uçuşları üçün müəyyən edilmiş, eni və hündürlüyü məhdud olan, naviqasiya və hava hərəkətinə xidmət vasitələri ilə təchiz olunmuş hissəsi;

2.1.14. dispetçer hava məkanı - hava hərəkətinin təşkilinin vahid sistemi mərkəzinin, rayonunun (sektorunun, zonasının) hava məkanı. Hava hərəkətinə dispetçer xidməti (idarəetməsi) bu məkanın hüdudları daxilində təmin edilir;

2.1.15. dövlət sərhədi üzərindən uçuş üçün hava dəhlizi - Azərbaycan Respublikasının dövlət sərhədi üzərindəki hava məkanının beynəlxalq uçuşlar yerinə yetirən hava gəmilərinin uçub keçməsi üçün müəyyən edilmiş hissəsi;

2.1.16. fut - uzunluq ölçüsü (təqribən, 0,305 metrə bərabərdir);

2.1.17. hava məkanından istifadənin təhlükəsizliyi - hava məkanının insanların həyat və sağlamlığı üçün təhlükə törətmədən, dövlətə, hüquqi və fiziki şəxslərə maddi ziyan vurmadan istifadəsi ilə bağlı bütün fəaliyyət növlərini təmin etmək qabiliyyətini təyin edən hava məkanından istifadənin müəyyən edilmiş qaydasının kompleks xarakteristikası;

2.1.18. hava yolu (trası) - hava məkanının hava gəmilərinin uçuşları üçün müəyyən edilmiş, hündürlüyü və eni məhdudlaşdırılmış, radionaviqasiya və hava hərəkətinə xidmət vasitələri ilə təchiz edilmiş dəhliz formasında olan nəzarət edilən hava məkanı və ya onun bir hissəsi;

2.1.19. Aviasiyanın Hava Hərəkətlərinin İdarə Olunması Mərkəzi (bundan sonra - AHH İM) və Hava Hərəkətinin Təşkili Vahid Sisteminin Baş Mərkəzi (bundan sonra - HHT VS BM) - hava məkanından istifadənin planlaşdırılması və koordinasiyası, hava hərəkətinin təşkili, hava məkanından istifadəyə dair icazə qaydasının təmin edilməsi, Azərbaycan Respublikasının hava məkanı hüdudlarında, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda bu Qaydalara riayət olunmasına nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanı;

2.1.20. hava məkanından çevik istifadə - hava məkanının mülki və ya hərbi məqsədlər üçün birgə istifadəsini nəzərdə tutan, onu dəyərli milli resurs (vahid məkan) kimi müəyyən edən konsepsiya. Bu zaman hava məkanının gündəlik bölünməsi müvəqqəti xarakter daşıyır və istifadəçilərin sorğularına uyğun olaraq real zəruri vaxt ərzində, həmçinin göstərilmiş dövrdə həyata keçirilir;

2.1.21. hava hərəkətinə dispetçer xidməti (idarəetməsi) - hava gəmilərinin bir-biri ilə və ya manevretmə meydanındakı maneələrlə toqquşmasının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizama salınmış axının saxlanılması məqsədi ilə hava hərəkətinə xidmət göstərilməsini həyata keçirən xidmət;

2.1.22. hava məkanından istifadə - hava məkanında müxtəlif maddi obyektlərin (hava gəmilərinin, raketin və digər obyektlərin) yerdəyişməsinin həyata keçirildiyi fəaliyyət, habelə hava məkanından istifadənin təhlükəsizliyinə xələl gətirə biləcək digər fəaliyyət (hündür tikililərin inşası, elektromaqnit və digər şüalanmanın baş verməsi, görünməni pisləşdirən maddələrin atmosferə atılması, partlatma işlərinin aparılması, poliqonlarda bütün növ güllə atıcılığı və s.);

2.1.23. hava hərəkətinə konsultativ xidmət - cihazlar üzrə uçuş qaydalarına əsasən uçuş yerinə yetirən hava gəmilərinin uçuşlarının optimal eşelonlanmasını təmin etmək məqsədi ilə göstərilən xidmət;

2.1.24. hava məkanından istifadənin koordinasiyası - dövlət maraqlarına uyğun olaraq, hava məkanından istifadənin planlaşdırılması və hava hərəkətinə xidmət (idarəetmə) prosesində həyata keçirilən, eləcə də hava, meteoroloji və aeronaviqasiya şəraitindən asılı olaraq, hava məkanından çevik istifadə edilməsinə və bölüşdürülməsinə yönəldilmiş fəaliyyət;

2.1.25. beynəlxalq hava yolu - beynəlxalq uçuşlar üçün açıq olan hava yolu (trası);

2.1.26. hava məkanından istifadə qaydalarının pozulması - müəyyən olunmuş hava məkanından təhlükəsiz istifadə şərtlərinə riayət edilməməsi;

2.1.27. hava hərəkətinin təşkili (HHT) - hava gəmilərinin istismarçıları üçün nəzərdə tutulan uçub getmə və gəlmə vaxtlarına riayət etmək, həmçinin müəyyən edilmiş təhlükəsizlik səviyyələrini aşağı salmadan minimal məhdudiyyətlərlə daha əlverişli uçuş profillərinə riayət etmək imkanının təmin olunması. HHT-yə aşağıdakılar daxildir:

2.1.27.1. hava hərəkətinə xidmət (idarəetmə);

2.1.27.2. hava hərəkəti axınlarının təşkili;

2.1.27.3. hava hərəkətinə xidmətin (idarəetmənin) təmin edilməsi və hava hərəkəti axınlarının təşkili məqsədi ilə hava məkanının təşkili;

2.1.28. hava məkanının təşkili - hava məkanından səmərəli və çevik istifadənin təmin olunması məqsədi ilə onun optimal strukturunun müəyyən edilməsi;

2.1.29. hava məkanından istifadənin təşkili - təhlükəsiz, qənaətli və müntəzəm hava hərəkətinin, həmçinin hava məkanından istifadə üzrə digər fəaliyyətin təmin olunması. Bu fəaliyyət aşağıdakıları əhatə edir:

2.1.29.1. hava məkanı strukturunun müəyyən olunması;

2.1.29.2. hava məkanından çevik istifadənin planlaşdırılması və koordinasiyası;

2.1.29.3. hava məkanından istifadəyə dair icazə qaydasının təmin edilməsi;

2.1.29.4. hava hərəkətinin təşkili;

2.1.29.5. bu Qaydalara riayət olunmasına nəzarət;

2.1.30. hava hərəkətinin təşkili vahid sisteminin orqanları - aidiyyəti üzrə onlara həvalə edilən vəzifələri sırf paritet əsaslarla yerinə yetirən İdarələrarası Qrup, HHT VS BM, Aviasiya Hava Hərəkətlərinin İdarə Olunması Mərkəzi (AHH İM), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları, hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanları;

2.1.31. hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanları - hava hərəkətinə xidməti (uçuşların idarə edilməsini), yaxud hava məkanından istifadə üzrə digər fəaliyyəti həyata keçirən hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanlarını, həmçinin hava məkanı istifadəçilərinin hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanlarını (bundan sonra - hhx (uçuşları idarəetmə orqanları) bildirən ümumi termin;

2.1.32. hava məkanından istifadənin xüsusi rejimi - Silahlı Qüvvələrin Baş Qərargahının direktivləri əsasında müəyyən edilən Azərbaycan Respublikası hava məkanının ayrı-ayrı hissələrindən istifadənin xüsusi qaydası;

2.1.33. hava məkanından istifadənin planlaşdırılması - hava məkanının yer, zaman və hündürlük üzrə bölüşdürülməsi və yenidən paylanması yolu ilə hava məkanından istifadənin təşkili ilə bağlı tədbirlər kompleksi;

2.1.34. hava hərəkətinə uçuş-informasiya xidmətlərinin göstərilməsi - uçuşların təhlükəsizliyini və səmərəliliyini təmin etmək məqsədi ilə məsləhət və informasiyanın təqdim edilməsi üçün həyata keçirilən hava hərəkətinə xidmət (hava hərəkətinə xidmətin bütün növləri üzrə həyata keçirilir);

2.1.35. hava ilə yaxınlaşma zolağı - hava məkanının müəyyən sərhədlərə malik, uçuş-enmə zolağının tirinə bitişik və onun oxu istiqamətində yerləşən hissəsi. Burada hava gəmiləri yerdən qalxdıqdan sonra hündürlük yığır və yerə enmək üçün enmə yerinə yetirir;

2.1.36. hava məkanının istifadəçiləri - müəyyən edilmiş qaydada hava məkanından istifadə üzrə fəaliyyətlə məşğul olmaq hüququ verilən hüquqi və fiziki şəxslər;

2.1.37. hava məkanından istifadəyə dair icazə - hava məkanının istifadəçisinə hava hərəkətinin təşkili vahid sisteminin mərkəzləri tərəfindən müəyyən olunmuş şərtlərə uyğun hərəkət etmək imkanının verilməsi;

2.1.38. hava məkanından istifadəyə dair icazə qaydası - müvafiq hallarda istifadəçilərə hava məkanından istifadə imkanının verilməsi qaydasını, habelə hava məkanından istifadəyə dair icazələrin verilməsi qaydasını bildirən ümumi termin;

2.1.39. Hava Hərəkətinin Təşkili Vahid Sisteminin rayon mərkəzi (yardımçı rayon mərkəzi) (bundan sonra - HHT VS RM (YRM) - hava məkanından istifadənin planlaşdırılması və koordinasiyası, hava hərəkətinin təşkili, hava məkanından istifadəyə dair icazə qaydasının təmin edilməsi, onun üçün müəyyən edilmiş HHT VS rayonu hüdudlarında bu Qaydalara riayət olunmasına nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan Azərbaycan Respublikasında hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanı;

2.1.40. hava məkanının strukturu - şaquli və üfüqi müstəvilərdə məhdudlaşdırılmış, hava məkanından istifadənin təşkili üçün nəzərdə tutulmuş hava məkanı elementlərinin məcmusu;

2.1.41. Hava Hərəkətinin Təşkili Vahid Sisteminin mərkəzi (rayonu) (bundan sonra - HHT VS mərkəzi (rayonu) - müəyyən ölçülərə malik hava məkanı hüdudlarında fəaliyyət göstərən hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanı;

2.1.42. hava hərəkətinin təşkili vahid sisteminin mərkəzləri - hava hərəkətinin təşkili vahid sisteminin operativ orqanları olan baş mərkəz, habelə rayon, yardımçı rayon və regional mərkəzlər (bundan sonra - HHT VS mərkəzləri);

2.1.43. konsultativ hava məkanı - müəyyən hüdudda hava hərəkətinə konsultativ xidmətin göstərildiyi hava məkanı və ya təyin olunmuş marşrut;

2.1.44. keçid eşelonu - barometrik hündürlükölçənin təzyiq şkalasının standart təzyiqdən aerodrom təzyiqinə və ya dəniz səviyyəsinə gətirilmiş minimal atmosfer təzyiqinə keçirilməsi üçün müəyyən olunmuş uçuş eşelonu. Aerodrom (aeroqovşaq) rayonundakı aşağı uçuş eşelonu keçid eşelonu hesab edilir;

2.1.45. məhdudiyyət zonası - Azərbaycan Respublikası hava məkanının müəyyən ölçülərə malik hissəsi. Bu zonanın hüdudları daxilində hava məkanından istifadə müvafiq şərtlərlə məhdudlaşdırılıb;

2.1.46. mil (dəniz mili) - uzunluq ölçüsü (təqribən, 1,852 metrə bərabərdir);

2.1.47. mütləq hündürlük - orta dəniz səviyyəsindən şaquli istiqamətdə nöqtə və ya nöqtə kimi qəbul edilən obyektin yerləşdiyi səviyyəyə qədər olan məsafə;

2.1.48. müvəqqəti rejim - Azərbaycan Respublikasının hava məkanından istifadənin xüsusi təşkilini tələb edən fəaliyyətin həyata keçirilməsi məqsədi ilə müəyyən edilən hava məkanı strukturunun ayrı-ayrı elementlərindən 3 (üç) günədək müddətə müvəqqəti istifadə qaydası;

2.1.49. nəzarət olunan hava məkanı - hava məkanının təsnifatına uyğun olaraq, hüdudlarında hava hərəkətini idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanı;

Qeyd. Nəzarət olunan hava məkanı ICAO-nun 11-ci Əlavəsinin 2.6-cı bəndində müəyyən edildiyi kimi, ATS hava məkanlarının A, B, C, D və E siniflərini əhatə edən ümumi anlayışdır.

2.1.50. nisbi hündürlük - verilmiş başlanğıc səviyyəsindən nöqtə və ya nöqtə kimi qəbul edilmiş obyektə qədər olan şaquli məsafə;

2.1.51. nəzarət edilən uçuş - hava gəmisinin hava hərəkətinə dispetçer xidməti (idarəetməsi) ilə təmin olunan uçuşu;

2.1.52. qısamüddətli məhdudiyyət - hava məkanından istifadənin xüsusi təşkilinin tələb olunduğu fəaliyyətin həyata keçirilməsi üçün 3 saatadək müddətə müəyyən edilən Azərbaycan Respublikasının hava məkanı strukturunun ayrı-ayrı elementlərindən müvəqqəti istifadə qaydası;

2.1.53. qadağan olunmuş zona - Azərbaycan Respublikası hava məkanının müəyyən ölçülərə malik hissəsi. Xüsusi icazə olmadan bu zonanın hüdudları daxilində hava məkanından istifadə qadağandır;

2.1.54. qaydaları pozan hava gəmisi - Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını pozmuş hüquqi və ya fiziki şəxsə məxsus hava gəmisi (uçuş aparatı);

2.1.55. qəza xəbərdarlığı - axtarış-xilasetmə xidmətlərinin yardımına ehtiyacı olan hava gəmiləri barədə müvafiq xidmət və təşkilatlara kömək və məlumat verilməsi məqsədi ilə hava hərəkətinə xidmət göstərilməsi;

2.1.56. şəraitə uyğun olaraq verilmiş trayektoriya - şəraitdən asılı olaraq yolun düzləndirilməsi, qapalı (təhlükəli) zonaların yanından keçmə, habelə optimal eşelonlama və təhlükəsiz intervalları təmin etmək (nail olmaq) məqsədi ilə HHT orqanı tərəfindən hava gəmisinin ekipajına verilən və uçuş planında qeyd edilmiş marşrut sahələrindən müvəqqəti kənara çıxmanı nəzərdə tutan marşrut trayektoriyası;

2.1.57. təhlükəli zona - Azərbaycan Respublikası hava məkanının müəyyən ölçülərə malik hissəsi. Müəyyən dövrdə bu zonanın hüdudları daxilində hava gəmiləri uçuşlarının təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyət həyata keçirilə bilər;

2.1.58. uçuşların idarə edilməsi - dövlət və eksperimental aviasiya təşkilatlarının uçuşlarına rəhbərlik edən qrupun uçuş tapşırıqlarının hava gəmilərinin heyəti tərəfindən vaxtında və təhlükəsiz yerinə yetirilməsinə yönəlmiş hərəkətləri;

2.1.59. uçuş-informasiya hava məkanı - HHT VS zonasının (rayonunun) hava hərəkətinə uçuş-informasiya xidmətlərinin göstərildiyi hava məkanı;

2.1.60. uçuş marşrutu - hava məkanının hava gəmilərinin uçuşları üçün müəyyən edilən, eni və hündürlüyü məhdud olan hissəsi;

2.1.61. uçuş eşelonu - 760,0 millimetr civə sütununa (1013,2 hektopaskal) nisbətən təyin edilən və digər oxşar səthlərdən müəyyən edilmiş intervallarda aralıda olan atmosfer təzyiqinin sabit səthi;

2.1.62. vizual uçuş qaydaları - yerüstü oriyentirlər və təbii üfüq üzrə hava gəmisinin yerini və məkandakı vəziyyətini müəyyən etməyə imkan verən şəraitdə uçuşların yerinə yetirilməsi qaydası;

2.1.63. xüsusi rayon - hava məkanının müəyyən ölçülərə malik hissəsi. Bu rayonun hüdudları daxilində hava gəmilərinin uçuşları dispetçerin icazəsi olmadan müvafiq qaydalara əməl olunmaqla yerinə yetirilə bilər;

2.1.64. yerli rejim - hava məkanının strukturunun ayrı-ayrı elementlərindən, o cümlədən HHT VS-nin aşağı hava məkanında hava yolları üçün ayrılmış hava məkanından istifadənin xüsusi təşkili tələb olunduğu halda 3 günədək müddətə müəyyən edilən müvəqqəti istifadə qaydası;

2.1.65. yüngül uçuş aparatları - maksimal uçuş kütləsi 500-7000 kiloqram təşkil edən (xilasetmə vasitələri nəzərə alınmadan) və ya sərnişinlərinin sayı 19 nəfərdən artıq olmayan uçuş aparatları;

2.1.66. çox yüngül uçuş aparatları - maksimal uçuş kütləsi 500 kiloqramdan artıq olmayan (xilasetmə vasitələri nəzərə alınmadan) uçuş aparatları. Sözügedən aparatlar motorsuz (deltaplan, paraplan və s.) və motorlu (deltalyot, motodeltaplan, motoparaplan, avtojir, mikrotəyyarə və s.) aparatlara bölünür;

2.1.67. aerodrom - hava gəmilərinin enməsi, qalxması və yerdə hərəkəti üçün tam və ya qismən nəzərdə tutulan, müvafiq bina, qurğu və avadanlığı olan torpaq və ya su səthinin müəyyən sahəsi.

 

3. Hava məkanından istifadə zamanı zəruri vəzifələr və hüquqlar

 

3.1. Hava hərəkətinin təşkilinə görə məsuliyyətin və aviasiya fəaliyyəti sahəsində ölkədaxili və beynəlxalq tələblərə əməl olunmasına nəzarətin Azərbaycan Respublikasına həvalə edildiyi rayonlarda hava məkanından istifadə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

3.2. HHT VS-nin müvafiq mərkəzi hava məkanı istifadəçilərinin sorğuları (cədvəlləri, qrafikləri) əsasında hava məkanından istifadə edilməsinə icazə verir və bu Qaydaların 6-cı hissəsinə uyğun olaraq HHT VS orqanlarına, eləcə də HHQ orqanlarına bu barədə məlumat verir.

3.3. Hava məkanından istifadə ilə bağlı sorğuların göndərilməsi və icazələrin verilməsi bu Qaydaların 7-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

3.4. Bu Qaydaların 4.67-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, qeyd edilən icazəni almadan hava məkanından istifadə qadağandır.

3.5. Düzgün tərtib edilmiş və HHT VS BM-ə vaxtında ünvanlanmış uçuş planı (FPL) respublikanın ərazisi üzərindən tranzit uçuşlar yerinə yetirən mülki hava gəmilərinə hava məkanından istifadəyə dair verilən sadələşdirilmiş icazə forması üçün əsasdır. Bu prosedurun yerinə yetirilməsi haqqında müddəalar Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapmışdır.

3.6. Bu Qaydalara uyğun olaraq hava məkanından istifadə qadağan edilə və ya məhdudlaşdırıla bilər.

3.7. Hava məkanından istifadənin təşkili ilə bağlı məsələlər üzrə normativ hüquqi aktlar bu Qaydalara uyğun olaraq işlənib hazırlanmalıdır.

3.8. Hava məkanında fəaliyyət zamanı istifadə qaydalarını pozan şəxslər bu Qaydalara əməl olunmasına nəzarət edən (bu Qaydaların 3.13-cü və 3.14-cü bəndlərində göstərilmiş) orqanların tələbi ilə öz qüvvələri və ya öz vəsaiti hesabına hava məkanından istifadə qaydalarının pozulması hallarına və ya belə fəaliyyətə son qoymalıdırlar.

3.9. Bu Qaydaların tələblərinin pozulmasında təqsirli olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

3.10. Dövlət maraqları nəzərə alınmaqla, hava məkanının bütün istifadəçiləri ondan istifadə sahəsində hüquq bərabərliyinə malikdirlər.

3.11. Hava məkanı istifadəçisinin hüquqları:

3.11.1. uçuşların təhlükəsizliyinə və aviasiyanın təhlükəsizliyinə görə məsuliyyət daşıyan orqanların hava gəmilərinin uçuşlarının və hava məkanında həyata keçirilən digər fəaliyyət növünün təhlükəsizliyini, müntəzəmliliyini və əlverişliliyini təmin etmək;

3.11.2. hava məkanından istifadə ilə bağlı olan, konkret istifadəçinin fəaliyyətinə ziyan vura biləcək fəaliyyət barədə HHT (uçuşları idarəetmə) orqanlarından müvafiq məlumat almaq;

3.11.3. hava məkanı strukturunun və onun elementlərinin təkmilləşdirilməsinə dair müəyyən edilmiş qaydada təkliflər vermək;

3.11.4. hava məkanından istifadəyə dair Azərbaycan Respublikasının normativ hüquqi aktlarının hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi haqqında təkliflər vermək.

3.12. Hava məkanı istifadəçisinin vəzifələri:

3.12.1. hava məkanında fəaliyyət göstərərkən, "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununu, hava məkanından istifadəni tənzimləyən digər normativ hüquqi aktları, bu Qaydaları və Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunun (AIP) müddəalarını rəhbər tutmaq;

3.12.2. hava məkanından istifadə ilə bağlı vaxtlı-vaxtında sorğular (cədvəllər, qrafiklər) vermək (bu Qaydaların 6-cı və 7-ci hissələrinə uyğun olaraq);

3.12.3. bu Qaydaların 3.5-ci və 4.67-ci bəndlərində göstərilmiş hallar istisna olmaqla, yalnız HHT VS mərkəzlərindən (rayonlarından) müvafiq icazə alındıqdan sonra həmin icazədə irəli sürülən şərtlərə əsasən hava məkanında fəaliyyət göstərmək;

3.12.4. hava məkanından istifadənin başlanması və sona çatması barədə HHT VS-nin və hərbi hava qüvvələrinin (bundan sonra - HHQ) müvafiq əməliyyat orqanlarına vaxtında məlumat vermək;

3.12.5. axtarış-xilasetmə işlərinin həyata keçirilməsində, habelə qəzaya uğrayan və ya qəzaya uğramış hava gəmilərinə yardım göstərilərkən, HHT (uçuşları idarəetmə) orqanlarına kömək etmək;

3.12.6. hava məkanından istifadə haqqında məlumatların müəyyən edilmiş növ və formalarını tətbiq etmək;

3.12.7. aeronaviqasiya məlumatlarına dair dərc olunan rəsmi sənədlərdən istifadə etmək.

3.13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir:

3.13.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti;

3.13.2. hava məkanından istifadənin tamamilə dövlət tərəfindən tənzimlənməsini:

3.13.2.1. müharibə dövründə;

3.13.2.2. dinc dövrdə, həyəcan, gücləndirilmiş hazırlıq və (və ya) səfərbərlik rejimi elan edildikdə;

3.13.2.3. xüsusi olaraq dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlarda.

3.14. RİNN hava məkanının istifadəsi ilə bağlı aşağıdakı vəzifələri həyata keçirir: [2]

3.14.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarına və onun təşkilinə nəzarəti;

3.14.2. dinc dövrdə (həyəcan, gücləndirilmiş hazırlıq və ya səfərbərlik rejimi elan edilmədikdə) xüsusi olaraq dövlət aviasiyası üçün nəzərdə tutulmuş zona və rayonlardan kənarda hava məkanından istifadə və hava hərəkətinin təşkili ilə bağlı fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini;

3.14.3. hava məkanının istifadəçiləri barədə məlumatların, o cümlədən sərhəd və gömrük nəzarətindən keçməli olan uçuşlar barədə məlumatların əvvəlcədən sərhəd və gömrük orqanlarına verilməsi məsələsinin tənzimlənməsini.

3.15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, RİNN və onların tabeliyində olan strukturlar öz səlahiyyətləri daxilində:

3.15.1. hava məkanından istifadə məsələlərinə dair normativ hüquqi aktları (əmr, qayda, əsasnamə və təlimatları) hazırlayır, təsdiq edir, dərc edir və hava məkanı istifadəçilərinin nəzərinə çatdırır;

3.15.2. bu Qaydalara əməl olunmasına nəzarəti təşkil edir.

3.16. Azərbaycan Respublikasının hava məkanının tənzimlənməsini və ondan istifadə sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və RİNN tərəfindən İdarələrarası Qrup yaradılır.

3.17. Azərbaycan Respublikasının hava məkanından istifadənin dövlət tənzimlənməsi və ona nəzarət üzrə fəaliyyətin əlaqələndirilməsi üzrə fəaliyyət İdarələrarası Qrupun həmsədrlərinə həvalə edilir. İdarələrarası Qrup Azərbaycan Respublikasının müdafiə naziri və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. [3]

3.18. İdarələrarası Qrup tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının hava məkanının bütün istifadəçiləri üçün məcburidir.

 

4. Azərbaycan Respublikasının hava məkanından istifadənin təşkili

 

4.1. Hava məkanından istifadənin təşkili HHT VS orqanları, habelə HHX (uçuşları idarəetmə) orqanları tərəfindən hava məkanı istifadəçiləri üçün müəyyən edilmiş zona və rayonlarda bu Qaydalara uyğun olaraq həyata keçirilir.

4.2. HHX (uçuşları idarəetmə) orqanları arasında qarşılıqlı əlaqə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, RİNN-nin rabitə kanalları, habelə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, digər dövlət orqanları və təşkilatlarından bu Qaydaların 10-cu hissəsində nəzərdə tutulduğu qaydada icarəyə götürülən rabitə kanalları vasitəsilə həyata keçirilir. HHX (uçuşları idarəetmə) orqanları arasında qarşılıqlı əlaqəni təmin edən rabitə kanallarının kəsilməsi qadağandır. [4]

4.3. Azərbaycan Respublikasının hava məkanı strukturunun məcmuəsi İdarələrarası Qrupun qərarı ilə təsdiq edilir. Zəruri hallarda bu struktura vaxtlı-vaxtında əlavə və dəyişikliklər edilir.

4.4. Azərbaycan Respublikasının hava məkanının strukturu aşağıdakı elementlərdən ibarətdir:

4.4.1. HHT VS-nin mərkəz və rayonları;

4.4.2. sərhədboyu zolağın hava məkanı;

4.4.3. aerodrom və aeroqovşaqların rayonları;

4.4.4. hava yolları;

4.4.5. hava gəmilərinin uçuş marşrutları;

4.4.6. düzləndirilmiş hava yolları;

4.4.7. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş üçün hava dəhlizləri;

4.4.8. hava yollarına daxil olma (çıxış) dəhlizləri;

4.4.9. hava gəmilərinin uçuşları üçün nəzərdə tutulmuş xüsusi zonalar (təyyarəsürmə texnikasının öyrənilməsi zonaları (pilotaj zonaları), sınaq uçuşları zonaları, hava gəmilərinin aşağı və ən aşağı hündürlüklərdə uçduğu zonalar, hava gəmilərinin səsdən iti sürətlə uçduğu zonalar, hava gəmilərinin havada əlavə yanacaq doldurmaq və yanacağı boşaltmaq üçün uçduğu zonalar, hava gəmilərinin dəyişkən profil üzrə uçduğu zonalar və s.);

4.4.10. qadağan edilmiş zonalar;

4.4.11. uçuşlara məhdudiyyətlərin qoyulduğu zonalar;

4.4.12. təhlükəli zonalar (raketlərin buraxıldığı və yerə düşdüyü zonalar);

4.4.13. poliqon rayonları;

4.4.14. partlatma işlərinin aparıldığı rayonlar;

4.4.15. dolu əleyhinə atəş zonaları;

4.4.16. aviasiya işlərinin yerinə yetirildiyi rayonlar;

4.4.17. xüsusi rayonlar;

4.4.18. hava məkanında fəaliyyətin həyata keçirilməsi üçün müəyyən edilən digər xüsusi elementlər.

4.5. Hava məkanı strukturunun elementlərinin sərhədləri coğrafi koordinatlar, hündürlüklər əsasında müəyyən edilir, müvafiq təlimatlarda göstərilir və aeronaviqasiya məlumatlarına dair sənədlərdə dərc edilir.

4.6. Hava məkanı aşağı və yuxarı hava məkanına bölünür. Aşağı və yuxarı hava məkanının sərhədi yuxarı hava məkanına aid 20130 fut (6140 metr) yüksəklikdən keçir. Uçuşların yerinə yetirildiyi hündürlüyə görə hava məkanı aşağıdakı kimi təsnif edilir:

4.6.1. ən aşağı hündürlüklər - ərazinin relyefi və ya su səthi üzərində 0-660 fut ( 201 m );

4.6.2. aşağı hündürlüklər - ərazinin relyefi və ya su səthi üzərində 660 futdan ( 201 m ) başlayaraq 3300 futadək ( 1007 m );

4.6.3. orta hündürlüklər - 3300 futdan ( 1007 m ) başlayaraq 13200 futadək ( 4026 m );

4.6.4. yuxarı hündürlüklər - 13200 futdan ( 4026 m ) başlayaraq 39600 futadək ( 12078 m , tropopauzaya qədər);

4.6.5. stratosfera - 39600 futdan ( 12078 m ) yuxarı (tropopauzadan yuxarı).

4.7. Azərbaycan Respublikasının ərazisi üzərindəki hava məkanı, habelə hava hərəkətinin təşkilinə görə məsuliyyətin və hava məkanından istifadə və aviasiya fəaliyyəti sahəsində beynəlxalq tələb, standart, norma və prosedurlara, Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasına nəzarətin Azərbaycan Respublikasına həvalə edildiyi respublikanın hüdudlarından kənarda yerləşən ərazi üzərindəki hava məkanı HHT VS-nin mərkəz və rayonlarına bölünür. HHT VS-nin mərkəzlərinin siyahısı İdarələrarası Qrup tərəfindən təsdiq edilir. [5]

4.8. Azərbaycan Respublikasının ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilir.

4.9. Aerodromda hava gəmilərinin uçuşlarının yerinə yetirilməsi məqsədi ilə hava məkanının zəruri hissəsi və aerodrom rayonu müəyyən edilir. Aerodrom rayonunun hüdudları (aerodromun mülkiyyət formasından, təsərrüfat və operativ idarəetmənin kim tərəfindən həyata keçirildiyindən asılı olmayaraq) aerodrom rəhbərinin təqdimatına əsasən, HHQ komandanlığı və RİNN tərəfindən təsdiq edilir.

4.10. Aerodrom (aeroqovşaq) rayonunda uçuş qaydaları aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimatla və aerodromun istismarına dair təlimatla müəyyən edilir. Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya HHT VS zonasında yerləşən aerodromun dövlət aviasiyası üçün istismarına dair təlimat HHQ komandanı tərəfindən, mülki və eksperimental aviasiya üçün isə rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilir. Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat və ya birgə bazalı aerodromun istismarına dair təlimat HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilir.

4.11. Hava hərəkətinin təşkili və xidmətin göstərilməsi üçün qarşılıqlı razılaşdırma və əlaqələndirmənin tələb olunduğu aerodrom rayonları HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat nazirinin qərarı ilə aeroqovşaqlarda birləşə bilər.

4.12. Aeroqovşaq rayonunun sərhədləri HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilir. Aeroqovşağa daxil olan aerodrom rayonlarının sərhədləri müəyyən edilməyə bilər.

4.13. Hava gəmilərinin bazası kimi istifadə edilməyən aerodrom və mülki aviasiyanın enmə meydançası rayonunda "Uçuşların yerinə yetirilməsinə dair təlimat" və "Aerodromun istismarı üzrə təlimat" HHQ komandanlığı ilə razılaşdırılmaqla RİNN tərəfindən təsdiq edilir.

4.14. Hava gəmilərinin bazası kimi istifadə edilməyən aerodrom, dövlət aviasiyanın enmə meydançası rayonunda "Uçuşların yerinə yetirilməsinə dair təlimat" HHQ komandanı tərəfindən təsdiq edilir.

4.15. Aerodrom rayonunda uçuşların yerinə yetirilməsi və aerodromun istismarı üzrə təsdiq olunmuş təlimatları olmayan aerodromun rayonunda uçuşların yerinə yetirilməsi qadağandır.

4.16. Aerodromlar haqqında zəruri məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin RİNN ilə birgə dərc etdirdiyi aeronaviqasiya məlumatlarına dair sənədlərdə əks olunur.

4.17. Göyərtəsində hava gəmilərinin olduğu hər bir hərbi və qeyri-hərbi gəmi üçün "Hərbi və ya qeyri-hərbi gəminin göyərtəsindən "Uçuşların yerinə yetirilməsinə dair təlimat" işlənib hazırlanır. Qeyd edilən təlimat hərbi və ya qeyri-hərbi gəmidəki yuxarı rütbəli aviasiya rəhbəri tərəfindən hazırlanır və HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilir.

4.18. Hərbi və ya qeyri-hərbi gəminin göyərtəsindən hava məkanından istifadə və hava hərəkətinə xidmət (uçuşların idarə olunması) HHT VS zonasında (rayonunda) uçuşların yerinə yetirilməsi planlaşdırılan HHT VS-nin əməliyyat orqanı ilə razılaşdırılır.

4.19. Aerodrom (aeroqovşaq) xidmətlərinin rəhbərləri bu Qaydaların 3.13-cü və 3.14-cü bəndlərində qeyd edilmiş şərtlərdən asılı olaraq, hava məkanından istifadə məsələlərində dövlət aviasiyasına münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına, mülki aviasiyaya münasibətdə isə - HHT VS BM-ə tabedirlər.

4.20. Hava məkanında hava yolları (trasları) müəyyən edilir.

4.21. Bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq hava yollarının (traslarının) açılması barədə təkliflər onların açılmasında maraqlı olan hava məkanı istifadəçiləri tərəfindən hazırlanır. Beynəlxalq hava yollarının (traslarının) açılmasına dair irəli sürülən təkliflər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti ilə razılaşdırılır. [6]

4.22. İstifadəçilərin hava yollarına dair təkliflərinə RİNN və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən birgə baxılır və bu zaman hava məkanının bütün istifadəçilərinin maraqları nəzərə alınır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarının icazəsi olmadan hava məkanının beynəlxalq uçuşlar üçün açıq olan hava yollarından kənarda xarici hava gəmilərinin uçuşları üçün istifadə olunması qadağandır (beynəlxalq müqavilələrdə, Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə).

4.23. Azərbaycan Respublikasının hava yollarının siyahısı və ona edilmiş düzəlişlər RİNN tərəfindən dərc olunur.

4.24. Beynəlxalq hava yollarının siyahısı Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) nəşr edilir. Beynəlxalq uçuşlar üçün açıq olan hava xətləri Azərbaycan Respublikasının hava yolları siyahısına daxil edilir.

4.25. Hava yolunun eni, bir qayda olaraq, 6 mil /11 km (hava yolu oxundan hər iki tərəfə 3 mil ( 5,6 km ) təşkil edir. Radiotexniki vasitələrlə təchiz olunmamış rayonlarda hava yolunun eni 12 milədək (22 km-dək), hava yolu oxundan hər iki tərəfə 6 mil/11 km) artırıla bilər. Radiolokasiya nəzarəti həyata keçirildiyi təqdirdə, paralel hava yollarının oxları arasındakı məsafə ən azı 18 mil ( 33 km ), radiolokasiya nəzarəti olmadıqda isə ən azı 36 mil ( 67 km ) təşkil etməlidir.

4.26. Hava yollarının zəruri naviqasiya və hava hərəkətinə xidmət vasitələri ilə təchiz edilməsi RİNN tərəfindən həyata keçirilir.

4.27. Ərazinin relyefi və buradakı maneələr nəzərə alınmaqla, hava yolları vizual uçuş qaydaları əsasında aşağı eşelondan aşağı hündürlüklərdə uçuşlar üçün açıq elan edilir.

4.28. Hava yollarından kənarda uçuşların yerinə yetirilməsi üçün hava məkanında hava gəmilərinin uçuş marşrutları müəyyən edilir. Hava gəmisinin uçuş marşrutu elə hesablanır ki, uçuş hava məkanının digər elementlərinə nisbətən bu Qaydaların 4.30-cu və 4.31-ci bəndlərində müəyyən edilmiş məsafədə yerinə yetirilsin. Marşrutun eni aşağıdakı kimi müəyyən edilir:

4.28.1. uçuşlar aşağı və ən aşağı hündürlüklərdə yerinə yetirilərkən - 3 mil ( 5,6 km );

4.28.2. uçuşlar orta və yuxarı hündürlüklərdə yerinə yetirilərkən - 6 mil ( 11 km );

4.28.3. uçuşlar stratosferdə yerinə yetirilərkən - 12 mil ( 22 km ).

4.29. Uçuşlar dəniz üzərində, sahil xəttinin radiolokasiya görüntüsü xaricində (oriyentirsiz ərazi üzərində) yerinə yetirilərkən, marşrutun eni uçuş hündürlüyündən asılı olmayaraq 12 mil ( 22 km ) müəyyən edilir.

4.30. Bir eşelonda (hündürlükdə) uçuş yerinə yetirilərkən, paralel marşrutların oxları arasındakı məsafə ən azı aşağıdakı kimi olmalıdır:

4.30.1. radiolokasiya nəzarəti həyata keçirildikdə:

4.30.1.1. uçuşlar aşağı və ən aşağı hündürlüklərdə yerinə yetirilərkən - 12 mil ( 22 km );

4.30.1.2. uçuşlar orta və yuxarı hündürlüklərdə yerinə yetirilərkən - 15 mil ( 27,8 km );

4.30.1.3. uçuşlar stratosferdə yerinə yetirilərkən - 36 mil ( 67 km );

4.30.1.4. uçuşlar dəniz üzərində, sahil xəttinin radiolokasiya görüntüsü xaricində (oriyentirsiz ərazi üzərində) yerinə yetirilərkən, uçuş hündürlüyündən asılı olmayaraq - 36 mil ( 67 km );

4.30.2. radiolokasiya nəzarəti həyata keçirilmədikdə:

4.30.2.1. uçuşlar aşağı və ən aşağı hündürlüklərdə yerinə yetirilərkən - 24 mil ( 44,5 km );

4.30.2.2. uçuşlar orta və yuxarı hündürlüklərdə yerinə yetirilərkən - 30 mil ( 55,6 km );

4.30.2.3. uçuşlar stratosferdə yerinə yetirilərkən - 48 mil ( 88,9 km );

4.30.2.4. uçuşlar dəniz üzərində, sahil xəttinin radiolokasiya görüntüsü xaricində (oriyentirsiz ərazi üzərində) yerinə yetirilərkən, uçuş hündürlüyündən asılı olmayaraq - 48 mil ( 88,9 km ).

4.31. Bir eşelonda (hündürlükdə) uçuş yerinə yetirilərkən, marşrut və hava yolunun paralel oxları arasındakı məsafə ən azı aşağıdakı kimi olmalıdır:

4.31.1. radiolokasiya nəzarəti həyata keçirildikdə:

4.31.1.1. uçuşlar aşağı və ən aşağı hündürlüklərdə yerinə yetirilərkən - 12 mil ( 22 km );

4.31.1.2. uçuşlar orta və yuxarı hündürlüklərdə yerinə yetirilərkən - 15 mil ( 27,8 km );

4.31.1.3. uçuşlar stratosferdə yerinə yetirilərkən - 36 mil ( 67 km );

4.31.1.4. uçuşlar dəniz üzərində, sahil xəttinin radiolokasiya görüntüsü xaricində (oriyentirsiz ərazi üzərində) yerinə yetirilərkən, uçuş hündürlüyündən asılı olmayaraq - 36 mil ( 67 km );

4.31.2. radiolokasiya nəzarəti həyata keçirilmədikdə:

4.31.2.1. uçuşlar aşağı və ən aşağı hündürlüklərdə yerinə yetirilərkən - 24 mil ( 44,5 km );

4.31.2.2. uçuşlar orta və yuxarı hündürlüklərdə yerinə yetirilərkən - 30 mil ( 55,6 km );

4.31.2.3. uçuşlar stratosferdə yerinə yetirilərkən - 48 mil ( 88,9 km );

4.31.2.4. uçuşlar dəniz üzərində, sahil xəttinin radiolokasiya görüntüsü xaricində (oriyentirsiz ərazi üzərində) yerinə yetirilərkən, uçuş hündürlüyündən asılı olmayaraq - 48 mil ( 88,9 km ).

4.32. Hava məkanında düzləndirilmiş hava yolları müəyyən edilə və orada şəraitə uyğun verilmiş trayektoriyalar tətbiq edilə bilər. Məlumatların hazırlanması, təsdiqi, dərc olunması və düzləndirilmiş hava yollarının istifadəyə verilməsi hava yolları üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.33. HHT VS-nin hava məkanında birbaşa hava yollarının və şəraitə uyğun verilmiş trayektoriyaların istifadə olunması haqqında qərar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları və HHT VS BM tərəfindən qəbul edilir.

4.34. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə şəraitə uyğun verilmiş trayektoriyanın tətbiqi haqqında qərarın verilməsi üçün təcili tədbirlərin görülməsi tələb olunduqda, HHX orqanı (konkret hava gəmisinin uçuşuna nəzarət edən orqan) manevrin təhlükəsizliyinin təhlili barədə HHT VS BM-ə məlumat vermək şərtilə müstəqil surətdə bu qərarı qəbul edə bilər.

4.35. Beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə xüsusi olaraq ayrılmış hava dəhlizləri vasitəsilə həyata keçirilir.

4.36. Beynəlxalq uçuşlar üçün açıq olan hava yolu ilə beynəlxalq uçuşlar yerinə yetirilərkən, hava yolu sahəsinin Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişdiyi yer Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış hava dəhlizi hesab edilir.

4.37. Beynəlxalq uçuşlar üçün açıq olan hava yollarından kənarda daimi beynəlxalq uçuşlar yerinə yetirilərkən, uçuş marşrutu sahəsinin Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişdiyi yer Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış hava dəhlizi hesab edilir və bu dəhliz Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmək üçün nəzərdə tutulmuş hava dəhlizləri siyahısına daxil edilir.

4.38. Xüsusi olaraq ayrılmış dəhlizlərdən kənarda birdəfəlik beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən (bu Qaydaların 5.9-cu bəndində göstərilmiş hallar istisna edilməklə) həyata keçirilir.

4.39. Xüsusi olaraq ayrılmış hava dəhlizinin hündürlük və en parametrləri aşağıdakılara uyğundur:

4.39.1. beynəlxalq uçuşlar üçün açıq olan hava yolu ilə beynəlxalq uçuş yerinə yetirilərkən - hava yolunun parametrlərinə;

4.39.2. hava yolundan kənarda beynəlxalq uçuş yerinə yetirilərkən - bu Qaydaların 4.20-ci bəndinə müvafiq olaraq uçuş marşrutunun parametrlərinə.

4.40. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz beynəlxalq uçuşlar üçün açıq olan hava yolu sahəsinin oxunun və ya uçuş marşrutunun Azərbaycan Respublikasının dövlət sərhəd xətti ilə kəsişmə nöqtəsinin coğrafi koordinatları ilə göstərilir.

4.41. Əlaqədar təşkilatların təqdimatına əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə üçün xüsusi olaraq ayrılmış dəhliz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təsdiq edilir. [7]

4.42. Hava yollarından kənarda yerləşən aerodromlar üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları tərəfindən hava yollarına giriş (çıxış) marşrutları müəyyən edilir.

4.43. Hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər.

4.44. Zəruri hallarda, RİNN dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edir. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas götürülmüş hallar aradan qaldırıldıqda, qüvvəsini itirir.

4.45. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında aşağıdakı hallar istisna olmaqla, hava məkanından istifadə qadağandır:

4.45.1. qaydaları pozan hava gəmilərinin ələ keçirilməsi məqsədi ilə yerinə yetirilən uçuşlar, həmçinin dövlətin maraqlarına xidmət edən digər operativ tapşırıqların yerinə yetirilməsi;

4.45.2. axtarış-xilasetmə işlərinin aparılması, habelə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı yardım göstərilməsi məqsədi ilə uçuşların yerinə yetirilməsi.

4.46. Bu Qaydalarda nəzərdə tutulmayan hallarda qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında hava məkanından istifadə zəruri olduqda, hava məkanının əlaqədar istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsini almalıdırlar.

4.47. Qadağan edilmiş zonalar və məhdudiyyət zonaları haqqında məlumatlar aeronaviqasiya məlumatlarına dair sənədlərdə dərc edilir.

4.48. Raketlərin havaya buraxıldığı və yerə düşdüyü, habelə onların ayrılan hissələrinin yerə düşdüyü rayonlarda hava məkanından təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə təhlükəli zonalar müəyyən edilir. Təhlükəli zonaların sərhədləri və hava gəmilərinin həmin zonalar üzərindən uçması üçün minimal təhlükəsiz hündürlüklər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Təhlükəli zonalar haqqında məlumatlar aeronaviqasiya məlumatlarına dair sənədlərdə, zəruri hallarda isə kütləvi informasiya vasitələrində dərc edilir.

4.49. Güllə atıcılığı, raketlərin havaya buraxılması, bombaların atılması, partlatma işləri, dolu əleyhinə atəş zamanı, habelə elektromaqnit və digər şüalanmaya səbəb olan fəaliyyət, eləcə də digər analoji fəaliyyət prosesində hava məkanından təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə poliqon, partlatma işləri, dolu əleyhinə atəş rayonları müəyyən edilir.

4.50. Poliqon, partlatma işləri, dolu əleyhinə atəş rayonlarının sərhədləri mərmilərin, raketlərin uçuş yüksəkliyi və maksimal üfüqi uçuş məsafəsi, onların qəlpələrinin yayılma radiusu və s. nəzərə alınmaqla müəyyən edilir. Bundan əlavə, qeyd edilən rayonların sərhədləri aerodromların dövrə üzrə uçuş sxemlərindən və belə rayonlardan kənarda yerləşən hava yollarının sərhədlərindən ən azı 6 mil ( 10 km ) aralıda yerləşməlidir.

4.51. Güllə atıcılığına, raketlərin havaya buraxılmasına, bombaların atılmasına, partlatma işlərinə, hidrometeoroloji proseslərə fəal təsir göstərilməsi ilə bağlı işlərə və digər analoji fəaliyyətə görə məsuliyyət daşıyan vəzifəli şəxslər onlar üçün müəyyən olunmuş rayonun hava məkanına vizual və ya radiolokasiya nəzarətini təşkil edirlər. HHT VS orqanlarından məlumat daxil olduqda və ya qeyd edilən rayonlarda hava gəmiləri müstəqil surətdə aşkar edildikdə, bu rayonlarda həyata keçirilən fəaliyyət dərhal dayandırılır.

4.52. Aviasiya işlərinin həyata keçirilməsi məqsədi ilə aviasiya işləri rayonları müəyyən edilə bilər. Daimi aviasiya işləri rayonlarının sərhədləri HHT VS BM-in və AHH İM-in müvafiq orqanları tərəfindən hava məkanı istifadəçilərinin təqdimatına əsasən müəyyən edilir.

4.53. Hava məkanının ayrı-ayrı hissələrində xüsusi rayonlar müəyyən edilə bilər. Qeyd edilən rayonlarda hava gəmilərinin uçuşları HHT VS orqanlarının hava məkanından istifadəyə dair icazəsi olmadan yerinə yetirilir.

4.54. Aşağı eşelondan aşağı hündürlüklərdə uçuşların yerinə yetirilməsi üçün xüsusi rayonlar mülki aviasiya istismarçılarının təklifləri nəzərə alınmaqla, RİNN-nin təqdimatına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə HHT VS zonasında müəyyən edilir.

4.55. Xüsusi rayonlarda hava məkanından istifadə edərkən, hava məkanının istifadəçiləri yaxınlıqda yerləşən HHT VS orqanlarına fəaliyyətə başlamaları barədə dərhal məlumat verməli və onlardan zəruri aeronaviqasiya məlumatlarını almalıdırlar.

4.56. Xüsusi rayonlar barədə məlumatlar Azərbaycan Respublikasının HHT VS zonasının "Hava məkanının strukturu" məcmuəsində əks olunmuşdur.

4.57. Hava məkanı strukturunu təkmilləşdirmək məqsədi ilə sənədlərə (Azərbaycan Respublikası hava yollarının siyahısına, Azərbaycan Respublikası hava məkanı strukturunun məcmuəsinə və s.) əlavə və ya dəyişikliklərin edilməsinə dair aidiyyəti orqanlar tərəfindən müvafiq təkliflər hazırlanır.

4.58. Hava məkanı strukturunun elementləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və RİNN tərəfindən nəşr olunan radionaviqasiya xəritələrində qeyd edilir. Azərbaycan Respublikasının hava məkanı strukturunun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və təqdim olunması bu Qaydaların 9-cu hissəsinə uyğun olaraq həyata keçirilir.

4.59. Hava məkanından istifadə ilə bağlı olan fəaliyyət (bu Qaydaların 4.67-ci bəndində göstərilmiş fəaliyyət istisna edilməklə) təqdim edilən sorğulara və (və ya) uçuş cədvəllərinə (qrafiklərinə), planlarına uyğun həyata keçirilir.

4.60. Müəyyən edilmiş qaydanın pozulması ilə verilən sorğular ləğv edilir və HHT VS mərkəzlərinin gündəlik planına daxil edilmir. Sorğunu təqdim edənə bu barədə məlumat verilir.

4.61. Hava məkanından istifadənin planlaşdırılması və əlaqələndirilməsi HHT VS mərkəzləri tərəfindən hava məkanı istifadəçilərinin hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilir.

4.62. HHT VS mərkəzləri sorğular, uçuş cədvəlləri (qrafikləri) əsasında hava məkanından istifadənin ilkin, gündəlik və cari planlaşdırılmasını həyata keçirir.

4.63. Hava məkanından istifadənin ilkin planlaşdırılması hava məkanından istifadənin xüsusi təşkili və onun təmin edilməsi ilə bağlı məsələləri razılaşdırmaq üçün hava məkanından istifadə günündən iki və daha artıq gün əvvəl həyata keçirilir.

4.64. Bəyan edilmiş fəaliyyəti təmin etmək məqsədi ilə hava məkanından istifadənin gündəlik planlaşdırılması hava məkanının yer, zaman və hündürlük üzrə bölüşdürülməsi yolu ilə həyata keçirilir.

4.65. Hava məkanından istifadənin cari planlaşdırılması nəzərdə tutulmuş fəaliyyətin və cari gün ərzində barəsində sorğu daxil olan fəaliyyətin təhlükəsizliyini təmin etmək üçün hava məkanının yer, zaman və yüksəklik üzrə yenidən bölüşdürülməsi yolu ilə gündəlik planın yerinə yetirilməsi prosesində həyata keçirilir.

4.66. Formalaşmaqda olan hava, meteoroloji və aeronaviqasiya şəraitindən asılı olaraq, hava hərəkətinin planlaşdırılması və ona xidmət prosesində fəaliyyətin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə hava məkanından istifadə sahəsində dövlət maraqlarına uyğun olaraq hava məkanından çevik istifadənin əlaqələndirilməsi həyata keçirilir.

4.67. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadəyə aşağıdakı hallarda icazə verilir:

4.67.1. hava hücumunun qarşısının alınması, Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının və ya Azərbaycan Respublikasının ərazisinə hərbi müdaxilənin qarşısının alınması, sərhəd pozuntusu və hərbi müdaxilə hallarına son qoyulması;

4.67.2. təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı, habelə axtarış-xilasetmə işləri aparılarkən yardım göstərilməsi;

4.67.3. kosmik aparatların havaya buraxılması, yerə enməsi, qeyd edilən aparatların və onların ekipajlarının axtarışı və təxliyyəsi;

4.67.4. bu Qaydaların pozulmasının qarşısının alınması və baş vermiş pozuntu hallarının aradan qaldırılması;

4.67.5. xüsusi rayonlarda uçuşların yerinə yetirilməsi.

4.68. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadə etməyə qərar vermiş şəxslər bu barədə müvafiq HHT VS mərkəzlərinə və HHQ orqanlarına dərhal məlumat verməlidirlər. HHT VS mərkəzlərinin icazəsi olmadan hava məkanından istifadə etməyə qərar vermiş şəxslər, habelə HHT VS mərkəzləri və HHQ orqanları öz zonalarında və HHT VS rayonlarında hava məkanından istifadənin təhlükəsizliyinin təmin edilməsi üçün mümkün olan bütün tədbirləri görməlidirlər.

4.69. Hava məkanından istifadənin planlaşdırılması və əlaqələndirilməsi prosesində HHT VS mərkəzləri hava məkanından istifadənin bəyan olunmuş şərtlərinə (yer, zaman, hündürlük) dəyişikliklər edə bilər. Qeyd edilən dəyişikliklər razılaşdırılmalı və fəaliyyətin nəzərdə tutulmuş başlanma vaxtından 2 (iki) saat əvvəl sorğunu təqdim edənin, zəruri hallarda isə HHQ orqanlarının və digər əlaqədar orqanların nəzərinə çatdırılmalıdır. Mülki aerodromlardan yerinə yetirilən tras üzrə uçuşlar üçün hava məkanından istifadənin bəyan olunmuş şərtlərinə dəyişikliklərin edilməsi hava gəmilərinin hərəkəti haqqında məlumatlar cədvəlinə və ya ICAO-da istifadə edilən digər təyin olunmuş məlumat növlərinə, habelə Azərbaycan Respublikasında qəbul edilən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla, RİNN tərəfindən təsdiq olunan təlimatlara (sazişlərə) uyğun həyata keçirilir.

4.70. Fəaliyyətin qadağan olunması və sorğuların ləğv edilməsi barədə qərarlar hava məkanından istifadəyə müvafiq icazələr vermək hüququna malik olan HHT VS mərkəzləri tərəfindən qəbul edilir.

4.71. Hava məkanından istifadənin planlaşdırılması və əlaqələndirilməsi zamanı HHT VS mərkəzlərinin müvafiq hərbi və mülki sektorları müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər tətbiq edə bilər.

4.72. Azərbaycan Respublikasının hava məkanından istifadəyə dair müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin işlənib hazırlanması və müəyyən edilməsi bu Qaydaların 10-cu hissəsinə uyğun olaraq həyata keçirilir.

4.73. Müxtəlif hava məkanı istifadəçiləri tərəfindən beynəlxalq uçuşlar yerinə yetirilərkən, Azərbaycan Respublikasının hava məkanından istifadəyə dair icazə aşağıdakılara əsasən verilir:

4.73.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə;

4.73.2. birdəfəlik uçuşların yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilən icazələrə;

4.73.3. birdəfəlik uçuşların yerinə yetirilməsinə dair RİNN tərəfindən verilən icazələrə;

4.73.4. birdəfəlik uçuşların yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilən icazələrə;

4.73.5. mülki hava gəmilərinin tranzit uçuşlarının yerinə yetirilməsinə dair HHT VS BM tərəfindən verilən icazələrə.

4.74. Eksperimental hava gəmilərinin birdəfəlik beynəlxalq uçuşlarının yerinə yetirilməsi ilə bağlı icazə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilir və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə rəsmiləşdirilir.

4.75. Azərbaycan Respublikasına məxsus olan dövlət mülki hava gəmilərinə Azərbaycan Respublikasının hüdudlarından kənara birdəfəlik uçuşlar yerinə yetirmək üçün icazə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən verilir.

4.76. Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP), bu Qaydalarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının hava məkanının milli və xarici istifadəçilər tərəfindən istifadə olunması ilə bağlı digər fəaliyyətin həyata keçirilməsinə dair icazə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada verilir.

4.77. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasına və xarici dövlətlərə məxsus mülki hava gəmilərinin yerinə yetirilən müntəzəm beynəlxalq uçuşları uçuş cədvəllərinə uyğun həyata keçirilir.

4.78. RİNN xarici dövlətlərə məxsus mülki hava gəmilərinin müəyyən edilmiş beynəlxalq hava yolları ilə Azərbaycan Respublikasının beynəlxalq uçuşlar üçün açıq olan hava limanlarına birdəfəlik uçuşlar yerinə yetirməsinə icazələr verir.

4.79. RİNN Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, xarici dövlətlərə məxsus mülki hava gəmilərinin və milli hava gəmilərinin beynəlxalq uçuşlar üçün açıq olmayan hava limanlarına və aerodromlara birdəfəlik beynəlxalq uçuşlar yerinə yetirməsinə icazələr verir. Xarici dövlətlərə məxsus hava gəmilərinin Azərbaycan Respublikasına birdəfəlik uçuşlarının razılaşdırılması və onlara icazələrin verilməsi üzrə dövlət orqanlarının qarşılıqlı surətdə fəaliyyətinə dair təlimat Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla, RİNN tərəfindən hazırlanır və təsdiq edilir.

4.80. "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları, Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) təsbit edilmiş icazə almaq üçün müraciət qaydaları, bu Qaydalar, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri pozulduğu təqdirdə, RİNN xarici dövlətlərə məxsus hava gəmilərinin birdəfəlik uçuşlarına icazə verməkdən imtina edə bilər.

4.81. RİNN xarici dövlətlərin aviasiya təşkilatlarının kanalları vasitəsilə daxil olan xarici dövlətlərin mülki hava gəmilərinin uçuşları barədə sorğulara cavab verir.

4.82. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət və hökumət başçılarının və onların rəhbərlik etdiyi nümayəndə heyətlərinin çatdırılması ilə bağlı xarici dövlətlərə məxsus hava gəmilərinin birdəfəlik uçuşlarına, həmçinin qarşılıqlı razılaşma əsasında diplomatik kanalların istifadəsi nəzərdə tutulan tranzit uçuşlara icazələr verir. Hava gəmilərinin beynəlxalq uçuşlar üçün açıq olmayan hava limanlarına və aerodromlara enməsi zərurəti yarandıqda, bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən əlavə razılıq alınmalıdır.

4.83. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının diplomatik əlaqələr qurmadığı xarici dövlətlərə məxsus hava gəmilərinin birdəfəlik uçuşlarına icazələrin verilməsinə dair təkliflə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir.

4.84. Xarici dövlətlərə məxsus hava gəmiləri Azərbaycan Respublikasına birdəfəlik uçuşlar yerinə yetirərkən, RİNN və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (ona aid olan hissədə) zəruri hallarda həmin hava gəmiləri üçün müşayiət heyətləri ayırır. Birdəfəlik uçuşlar xarici dövlətlərə məxsus hava gəmiləri tərəfindən beynəlxalq hava yolları ilə və beynəlxalq uçuşlar üçün açıq olan hava limanlarına və aerodromlara yerinə yetirildikdə, müşayiət heyətləri qarşılıqlı razılaşmaya əsasən ayrılmaya bilər.

4.85. RİNN bu Qaydalara uyğun olaraq uçuşlar yerinə yetirən xarici dövlətlərə məxsus hava gəmilərinin heyətlərinə aşağıdakı məlumatları (onlara aid olan hissədə) təqdim edir:

4.85.1. Azərbaycan Respublikasının mülki aerodromlarının dövlət reyestrinə (birgə bazalı aerodromlar istisna edilməklə) və Azərbaycan Respublikası hava limanlarının və aerodromlarının dövlət reyestrinə daxil edilmiş mülki təyinat aerodromları, ehtiyat aerodromları, habelə uçuş marşrutu üzrə yerləşən radiotexniki vasitələr barədə;

4.85.2. Azərbaycan Respublikasının mülki və dövlət aerodromlarının dövlət reyestrlərinə daxil edilməmiş təyinat aerodromları, habelə birgə bazalı aerodromlar barədə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər əlaqədar dövlət orqanları ilə razılaşdırmaqla).

4.86. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və RİNN tərəfindən verilən hava gəmilərinin uçuşlarına dair icazələr barədə məlumat icazələrin verilməsi ilə eyni vaxtda HHT VS BM və AHH İM-ə təqdim olunur.

4.87. Hava məkanından istifadənin planlaşdırılması HHT VS BM-in hərbi və mülki sektorları tərəfindən həyata keçirilir.

4.88. Hava məkanından istifadəyə nəzarət HHT VS orqanları, HHQ orqanları, habelə hava məkanı istifadəçilərinin hava hərəkətinə xidmət (uçuşları idarəetmə) orqanları tərəfindən onlar üçün müəyyən edilmiş HHT VS rayon və zonalarında həyata keçirilir.

4.89. Radiolokasiya tanıma sistemi ilə təchiz olunmuş Azərbaycan Respublikasının bütün hava gəmiləri (o cümlədən, beynəlxalq uçuºlar yerinə yetirən hava gəmiləri) Azərbaycan Respublikasının hava məkanında uçuşlar yerinə yetirərkən, onların radiolokasiya tanıma qurğuları işə salınmalıdır. Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP-də) qeyd edilmiş prosedurlara uyğun olaraq, radiolokasiya tanıma qurğularının quraşdırılmasının nəzərdə tutulmadığı və ya nasaz qurğulara malik hava gəmilərində uçuşla bağlı HHX orqanlarına sorğu göndərildiyi və onlardan ayrıca icazə alındığı hallar istisna edilməklə, radiolokasiya tanıma qurğuları olmadan hava gəmilərinin cihazlar üzrə uçuş qaydalarına əsasən uçuş yerinə yetirməsi qadağandır. Radiolokasiya tanıma qurğularının quraşdırılmasının nəzərdə tutulmadığı hava gəmilərində uçuşların yerinə yetirilməsi hər bir konkret halda uçuşla bağlı verilən sorğularda şərtləndirilir.

4.90. HHQ orqanları radiolokasiya nəzarəti, habelə aşağıdakı hava gəmilərinin və digər maddi obyektlərin hərəkəti barədə məlumatların müvafiq HHT VS mərkəz və rayonlarına verilməsini təmin edir:

4.90.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək istəyən və ya dövlət sərhədini qanunsuz keçən;

4.90.2. tanınmamış hava gəmiləri və digər maddi obyektlər;

4.90.3. hava məkanından istifadə qaydalarını pozanlar barədə pozuntu dayandırılan anadək və ya HHT VS mərkəzləri və HHQ orqanları tərəfindən uçuşun davam etdirilməsinə dair razılaşdırılmış qərar qəbul edilənədək;

4.90.4. "Fəlakət" siqnalı verənlər;

4.90.5. "A" literi üzrə və ya nəzarət altında uçuş yerinə yetirənlər;

4.90.6. axtarış-xilasetmə işlərinin aparılması məqsədi ilə uçuş yerinə yetirənlər;

4.90.7. komanda hava məntəqələri və idarəetmə məntəqələri qismində uçuşlar yerinə yetirənlər;

4.90.8. nəzarət edilən hədəflər qismində uçuşlar yerinə yetirənlər.

4.91. Uçuşun təhlükəsizliyinə təhdid yarandıqda, o cümlədən hava gəmisinin bortunda qanunsuz müdaxilə aktı ilə bağlı təhlükə yarandıqda, hava gəmisinin heyəti "Fəlakət" siqnalı verir. Hava gəmisi heyətindən "Fəlakət" siqnalı daxil olduqdan sonra bütün HHX (uçuşları idarəetmə) orqanları fəlakətə uğrayan heyətə yardım göstərilməsi ilə bağlı zəruri tədbirlər görməli, habelə hava gəmisinin olduğu yer barədə və digər zəruri məlumatları dərhal HHT VS mərkəzlərinə və HHQ orqanlarına çatdırmalıdır.

4.92. Hava məkanında tanınmamış hava gəmiləri və digər maddi obyektlər peyda olduqda, müstəsna hallarda "Çətir" siqnalı verilir. Bu siqnal havada olan bütün hava gəmilərinin (qaydaları pozan hava gəmiləri ilə mübarizə üçün cəlb edilən və axtarış və xilasetmə funksiyalarını yerinə yetirən hava gəmiləri istisna edilməklə) dərhal eniş etməsi və ya qeyd edilən rayondan çıxması tələbini nəzərdə tutur.

4.93. HHX (uçuşları idarəetmə) orqanları yuxarı HHX (uçuşları idarəetmə) orqanlarına, müvafiq HHT VS mərkəzlərinə və HHQ orqanlarına aşağıdakı hallarda dərhal məlumat verməlidir:

4.93.1. hava gəmisi Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdikdə və ya belə bir təhlükə mövcud olduqda;

4.93.2. hava hərəkətinə xidmət rayonunda tanınmamış hava gəmiləri və ya digər maddi obyektlər peyda olduqda;

4.93.3. hava gəmisi tərəfindən "Fəlakət" və ya "Basqın (ələ keçirmə)" siqnalları verildikdə;

4.93.4. hava gəmisi müəyyən olunmuş vaxtda təyin edilmiş yerə gəlmədikdə (əgər hava gəmisinin olduğu yer məlum deyilsə);

4.93.5. hava gəmisi ilə rabitə əlaqəsi kəsildikdə;

4.93.6. hava gəmisinin heyəti tərəfindən HHX (uçuşları idarəetmə) orqanının tələbləri yerinə yetirilmədikdə;

4.93.7. hava gəmisinin bortuna qanunsuz müdaxilə aktı barədə məlumat (o cümlədən, anonim xarakterli) daxil olduqda;

4.93.8. hava məkanından istifadə qaydalarının pozulması faktı aşkar edildikdə və ya belə pozuntu faktı barədə məlumat daxil olduqda.

4.94. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasına aşağıdakılar aiddir:

4.94.1. bu Qaydaların 4.67-ci bəndində qeyd edilmiş hallar istisna edilməklə, sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu (cədvəl, qrafik) qüvvəyə minməzdən qabaq və qüvvədə olma müddəti bitdikdən sonra hava məkanının istifadə edilməsi;

4.94.2. bu Qaydaların 4.67-ci bəndində qeyd edilmiş hallar istisna edilməklə, HHT VS-nin müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi;

4.94.3. HHT VS-nin operativ orqanı tərəfindən müəyyən olunmuş hava məkanından istifadə şərtlərinin yerinə yetirilməməsi;

4.94.4. HHX (uçuşları idarəetmə) orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi;

4.94.5. aşağıdakı hava gəmiləri istisna edilməklə, sorğuya cavab verməyən hava gəmisinin radiolokasiya tanıma sistemi üzrə uçuş yerinə yetirməsi:

4.94.5.1. radiolokasiya tanıma qurğularının quraşdırılmasının nəzərdə tutulmadığı hava gəmiləri;

4.94.5.2. aparatların təmirinin mümkün olmadığı xarici dövlətlərin hava limanlarından və aerodromlardan (enmə meydançalarından) və ya çətinliklə gedilə bilən rayonlarda yerləşən aerodromlardan (enmə meydançalarından) havaya qalxan, radiolokasiya tanıma qurğuları nasaz vəziyyətdə olan hava gəmiləri;

4.94.5.3. nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri;

4.94.5.4. radiolokasiya tanıma qurğuları uçuş zamanı sıradan çıxan və HHX (uçuşları idarəetmə) orqanlarının və ya HHQ orqanlarının radiotexniki vasitələri tərəfindən tanınan hava gəmiləri;

4.94.6. Azərbaycan Respublikasının dövlət sərhədindən keçid qaydalarına, habelə sərhədboyu zolaq üzərindəki hava məkanından istifadə qaydalarına riayət edilməməsi;

4.94.7. müəyyən edilmiş müvəqqəti, yerli rejimlərə və ya qısamüddətli məhdudiyyətə əməl edilməməsi;

4.94.8. sorğuda göstəriləndən artıq miqdarda hava gəmiləri qrupunun uçuş yerinə yetirməsi;

4.94.9. xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi;

4.94.10. məcburi enmə halları istisna edilməklə, hava gəmisinin nəzərdə tutulmayan (bəyan edilməyən) aerodromda (meydançada, rayonda) yerə enməsi;

4.94.11. şaquli, uzununa və yana eşelonlama qaydalarının hava gəmisi tərəfindən pozulması;

4.94.12. uçuşların təhlükəsizliyinə xələl gətirən hallar istisna edilməklə, hava gəmisinin HHX (uçuşları idarəetmə) orqanının icazəsi olmadan hava yolunun və marşrutunun sərhədlərindən kənara çıxması.

4.95. HHQ orqanları hava məkanından istifadə qaydalarının pozulması faktını aşkar etdikdə və ya HHX (uçuşları idarəetmə) orqanlarından belə bir məlumat aldıqda, "Rejim" siqnalını elan edir. Həmin siqnal pozuntuya yol vermiş hava məkanı istifadəçisinə aid olan HHT VS-nin operativ orqanlarının, həmçinin qaydaları pozmuş hava gəmisinin nəzərinə çatdırılır.

4.96. Beynəlxalq uçuşlar yerinə yetirilərkən, hava məkanından istifadənin qadağan edilməsi barədə qərar HHT VS BM-in və AHH İM-in növbə rəisləri tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları və qadağanın şamil edildiyi hava məkanı istifadəçisi qəbul olunmuş qərardan xəbərdar edilir.

4.97. Hava məkanının istifadəçisi hava hərəkətinin uçuşu ilə bağlı olan pozuntunu dayandırmaq barədə HHX (uçuşları idarəetmə) orqanının əmrini yerinə yetirmədikdə, HHQ-nin operativ növbətçi komanda məntəqəsinin qərarına əsasən növbətçi təyyarələr (vertolyotlar) havaya qalxaraq, qeyd edilən hava gəmisini ən yaxın aerodroma (meydançaya) enməyə məcbur edir. Hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir ("Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsi).

4.98. Hava məkanından istifadə qaydalarının pozulmasının səbəbləri aydınlaşdırıldıqdan sonra beynəlxalq uçuşun və ya HHT VS-nin sərhədlərindən keçidlə bağlı olan uçuşun bundan sonra yerinə yetirilməsinə dair icazə HHT VS BM-in hərbi və mülki sektorlarının növbə rəisləri tərəfindən verilir.

4.99. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması ilə bağlı hər bir fakt üzrə bu Qaydaların 11-ci hissəsinə əsasən araşdırma aparılır. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktının araşdırılması HHX (uçuşları idarəetmə) və HHQ orqanlarının məlumatları, hava gəmiləri kapitanlarının məruzələri, obyektiv nəzarət materialları, habelə pozuntu faktından xəbərdar olan digər orqanların və vətəndaşların məlumatları əsasında həyata keçirilir.

4.100. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasında təqsirli olan hava məkanı istifadəçiləri, HHX (uçuşları idarəetmə) orqanları, vətəndaşlar və hüquqi şəxslər hava məkanından istifadə qaydalarının pozulmasının qarşısını almaq məqsədi ilə qüvvə və vasitələrin istifadəsi ilə bağlı olan xərcləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödəyirlər.

4.101. Çox yüngül uçuş aparatlarının hava məkanının "G" sinfindən istifadəsi bu Qaydalardan fərqli olaraq tənzimlənir və dispetçer xidmətlərinin (hava hərəkətini idarəetmə orqanlarının) məsuliyyət zonalarında xidmət rəhbərliyinə qabaqcadan xəbərdarlıq verilməsi yolu ilə həyata keçirilir. Xəbərdarlıq verilməsi üsulları AIP-də dərc edilir. Belə hallarda hava məkanından istifadə idarəetmə orqanı tərəfindən xidmət göstərilmədən yerinə yetirilir. Çox yüngül uçuş aparatlarının uçuş təhlükəsizliyinin təmin edilməsinə görə tam məsuliyyət həmin uçuşların təşkilatçılarına həvalə edilir.

 

5. Hava məkanı strukturunun elementlərindən istifadə edilməsi

 

5.1. Beynəlxalq uçuşlar yerinə yetirən hava gəmilərinin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş üçün nəzərdə tutulmuş xüsusi hava dəhlizləri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş üçün zəruri olan məlumatlar aeronaviqasiya məlumatlarına dair sənədlərdə dərc edilir.

5.2. Dövlət sərhədi üzərindən keçməklə uçuşu yerinə yetirən hava gəmilərinə aid məlumatın ötürülməsi HHT VS BM, AHH İM və həmsərhəd dövlətin HHX orqanları ilə HHX qaydaları üzrə razılaşmaların bəndlərinə əsasən birbaşa rabitə kanalları vasitəsilə yerinə yetirilir.

5.3. Hava gəmisinin heyəti müvafiq dövlətin AIP toplusunda göstərilən sərhədi keçməyə aid qaydaları yerinə yetirməyə borcludur.

5.4. HHT VS mərkəzinin icazəsi olmadan Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuş qadağandır.

5.5. Azərbaycan Respublikasının dövlət sərhədi yaxınlığında yerləşən aerodromdan havaya qalxan hava gəmisinin heyəti dövlət sərhədini keçmək üçün ərazisinə uçuş yerinə yetirməli olduğu dövlətin HHX orqanı ilə birbaşa rabitə kanallarına malik olan müvafiq HHT VS mərkəzindən yoladüşmə aerodromunda icazə alır. Hava gəmisi havaya qalxdıqdan sonra ona icazə vermiş HHT VS mərkəzi qeyd edilən hava gəmisinin tipi, icazənin nömrəsi (reysin, bortun nömrəsi və ya çağırış siqnalı), uçuş eşelonu (hündürlüyü), faktiki yoladüşmə vaxtı və Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçuşun hesablanmış vaxtı barədə hava gəmisini öz hava məkanında qəbul edəcək dövlətin müvafiq HHX orqanına dərhal məlumat verir. HHT VS mərkəzi qeyd edilən məlumatı dərhal müvafiq HHQ orqanlarına ötürür.

5.6. Beynəlxalq müqavilələrdə, həmsərhəd dövlətlərin HHX orqanları ilə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa və HHT VS orqanı tərəfindən digər göstərişlər verilməyibsə, Azərbaycan Respublikasında və onunla həmsərhəd olan dövlətdə qəbul edilmiş eşelonlama sistemləri arasında fərq yarandıqda, eşelonların əvəz edilməsi Azərbaycan Respublikasının dövlət sərhədinə 15 mil ( 27,8 km ) qalmış başa çatdırılmalıdır.

5.7. Hava gəmisi Azərbaycan Respublikasının dövlət sərhədini keçdikdən sonra uçuşu davam etdirə bilmirsə, bu zaman Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən əks istiqamətdə uçuş, bir qayda olaraq, HHT VS mərkəzinin icazəsi ilə eyni marşrut üzrə yerinə yetirilir. HHT VS mərkəzi belə bir icazə verdikdən sonra bu barədə müvafiq HHQ orqanına, həmçinin həmsərhəd dövlətin HHX orqanlarına dərhal məlumat verir.

5.8. Azərbaycan Respublikasının hava məkanına daxil olarkən, radiorabitədən istifadə etməyən hava gəmisinin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi qadağandır (bu Qaydalara, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə və sazişlərinə uyğun verilmiş icazə əsasında yerinə yetirilən uçuş zamanı radiorabitənin sıradan çıxdığı hal istisna edilməklə).

5.9. Qəza şəraitində HHT VS BM xarici hava gəmilərinə Azərbaycan Respublikasının hava məkanına daxil olmaq üçün icazə verir. HHT VS BM bu barədə HHQ orqanlarına, Azərbaycan Respublikasının ərazisinə enmə nəzərdə tutulduqda isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məlumat verir. Qəza və ya təbii fəlakət zamanı heyət üzvlərinə, sərnişinlərə təcili tibbi yardım göstərilməsi üçün, habelə digər analoji səbəblərdən hava gəmisinin (uçuş qurğusunun) Azərbaycan Respublikasının hava məkanına məcburən daxil olması Azərbaycan Respublikasının dövlət sərhədindən keçid qaydalarının pozulması kimi qiymətləndirilmir. Hava gəmisi Azərbaycan Respublikasının dövlət sərhədini məcburən keçdikdə, hava gəmisinin kapitanı bu barədə müvafiq HHT VS mərkəzinə dərhal məlumat verməli, onun göstərişlərini, o cümlədən yardım göstərmək və ya baş verənlərin səbəblərini aydınlaşdırmaq məqsədi ilə gəlmiş hava gəmisindən verilən komandaları yerinə yetirməlidir. HHT VS mərkəzləri yuxarıda göstərilən səbəblərdən Azərbaycan Respublikasının dövlət sərhədini keçən hava gəmiləri (uçuş qurğuları) barədə müvafiq HHQ orqanlarına, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, həmçinin həmsərhəd dövlətin HHX orqanına dərhal məlumat verməlidir.

5.10. Bu Qaydaları pozmaqla Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçan (uçmuş) hava gəmisi (uçuş qurğusu) Azərbaycan Respublikasının dövlət sərhədini pozan hava gəmisi hesab edilir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinə cəlb edilən HHQ orqanları qaydaları pozan hava gəmisi (uçuş qurğusu) barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görürlər.

5.11. Radiolokasiya tanıma sistemi ilə təchiz edilməyən (uçuşa dair sorğuda şərtləşdirilmiş hallardan başqa), habelə HHX (uçuşları idarəetmə) orqanları ilə ikitərəfli radiorabitəyə malik olmayan hava gəmilərinin sərhədboyu zolağın hava məkanında uçuş yerinə yetirməsi qadağandır.

5.12. Hava məkanının istifadəçiləri aerodromlardan (meydançalardan) kənarda hava gəmilərinin məcburi tərk edilməsi halları barədə müvafiq HHT VS mərkəzlərinə və HHQ orqanlarına məlumat verməli və həmin hava gəmilərinin yerini göstərməlidirlər.

5.13. Sərhədboyu zolaqda hava məkanı strukturunun elementlərinin dəyişdirilməsi əlavə olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, RİNN ilə razılaşdırılır və HHQ komandanı tərəfindən təsdiq edilir.

5.14. Sərhədboyu zolaqda uçuş zamanı müəyyən edilmiş hava yolundan və marşrutdan məcburi kənara çıxma, bir qayda olaraq, Azərbaycan Respublikasının ərazisinin daxilinə doğru yerinə yetirilir.

5.15. Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısını almaq məqsədi ilə sərhədboyu zonada yerləşən aerodromlar hava gəmilərinin uçuşlarına nəzarəti təmin edən radiotexniki vasitələrlə təchiz olunmalıdır.

5.16. Aerodrom (aeroqovşaq) rayonunda hava məkanından istifadə "Aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimat"a və ya "Aerodromun istismarına dair təlimat"a uyğun həyata keçirilir.

5.17. Aerodrom zonaları, müəyyən edilmiş hündürlüyə qalxma, enmə və enməyə daxil olma marşrutları üfüqi müstəvidə bir-birindən və hava yolları sərhədlərindən: radiolokasiya nəzarəti həyata keçirildikdə - ən azı 6 mil ( 11 km ), radiolokasiya nəzarəti həyata keçirilmədikdə isə - ən azı 12 mil ( 22 km ) aralı olmalıdır.

5.18. Məhdud hava məkanına malik olan aerodrom (aeroqovşaq) rayonlarında qeyd edilən göstəricilər 2 dəfə az ola bilər. Belə hallarda aerodrom zonaları, müəyyən edilmiş hündürlüyə qalxma, enmə və enməyə daxil olma marşrutları şaquli müstəvidə bir-birindən, hava yollarının sərhədlərindən ən azı 2000 fut (610 metr) aralı olmalıdır. Ayrı-ayrı hallarda hava gəmilərinin uçuşları aerodrom zonalarında vizual uçuş qaydaları əsasında saatda 160 mil ( 296 km ) və daha aşağı sürətlə yerinə yetirilərkən, HHQ komandanının qərarı ilə aşağıdakı göstəricilər müəyyən edilə bilər:

5.18.1. şaquli müstəvidə - 1000 fut (305 metr);

5.18.2. üfüqi müstəvidə - 3 mil ( 5,6 km ).

5.19. Məhdud hava məkanına malik olan aerodrom rayonlarında aerodrom uçuşları yerinə yetirilərkən, HHT VS mərkəzlərinin hərbi və mülki sektorları hava yollarında və hava məkanı strukturunun digər elementlərində məhdudiyyətlər tətbiq edə bilər.

5.20. Mülki aerodromların yerləşdiyi, habelə aviasiya işlərinin aparıldığı rayonlarda hava yolları ilə hava gəmiləri uçuşlarının yerinə yetirilməsi qaydasını tənzimləyən aviasiya qaydaları bu Qaydaların tələbləri nəzərə alınmaqla hazırlanır və HHQ komandanı ilə razılaşdırılmaqla, rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilir.

5.21. Hava gəmilərinin uçuşlarının hava yollarından kənardakı marşrutlar üzrə (o cümlədən, hava yollarını kəsib keçməklə) yerinə yetirilməsini tənzimləyən qaydalar bu Qaydalar nəzərə alınmaqla hazırlanır və RİNN ilə razılaşdırılmaqla, HHQ komandanı tərəfindən təsdiq edilir.

5.22. Hava məkanında şaquli, uzununa və yanakı eşelonlamanın minimal intervalları müəyyən edilir.

5.23. Dövlət aviasiyası üçün xüsusi təyin edilmiş zona və ərazilər istisna olmaqla, nəzarət edilən hava məkanında uçuşları yerinə yetirən hava gəmiləri üçün şaquli, uzununa və yanakı eşelonlamanın minimal intervalları RİNN tərəfindən təyin olunur və "Azərbaycan Respublikasının uçuş Qaydaları"nda öz əksini tapır.

5.24. Nəzarət edilməyən hava məkanında uçuşları yerinə yetirən hava gəmiləri üçün şaquli, uzununa və yanakı eşelonlamanın minimal intervalları HHQ komandanı tərəfindən təyin olunur və "Azərbaycan Respublikasının uçuş Qaydaları"nda öz əksini tapır.

5.25. Hava gəmilərinin yaşayış məntəqələri üzərindən uçuşları elə hündürlükdə yerinə yetirilməlidir ki, nasazlıq olduğu təqdirdə, yaşayış məntəqəsindən kənarda və ya yaşayış məntəqəsinin hüdudları daxilində nəzərdə tutulmuş xüsusi uçuş-enmə meydançalarında yerə enmək mümkün olsun. Aerodrom rayonunda uçuş sxemləri (o cümlədən, havaya qalxma və enmə kursları) hava gəmilərinin yaşayış məntəqələri, partlayış təhlükəli və digər obyektlər üzərindən uçuşlarını istisna etməli, bu mümkün olmadıqda isə həmin uçuşları maksimal dərəcədə məhdudlaşdırmalıdır.

5.26. Aviasiya işləri, hava gəmilərinin nümunəvi uçuşları, paraşütlə tullanmalar həyata keçirilərkən, bağlanan aerostatlar, dirijabllar yaşayış məntəqələri üzərindən uçarkən, HHT VS orqanları bu Qaydalara uyğun olaraq hava məkanından istifadəyə dair icazələr verir (hava məkanı istifadəçilərinin dövlət və yerli özünüidarə orqanlarından icazə alması şərtilə). Qeyd edilən hallarda hava məkanından istifadəyə dair qayda və şərtlər müvafiq HHT VS mərkəzləri ilə ən azı 5 (beş) gün əvvəl razılaşdırılmalıdır.

5.27. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq və bu Qaydaların 4.67-ci bəndində göstərilmiş hallarda yerinə yetirilən uçuşlar istisna edilməklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ilə razılaşdırılmadan təbii dövlət qoruqlarının üzərindəki hava məkanının istifadəsi 6600 fut (2013 metr) həqiqi hündürlükdən aşağı qadağandır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmış təbii dövlət qoruqları barədə zəruri məlumatları Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və RİNN-nə təqdim edir.

5.28. Ətraf mühitin mühafizəsi məqsədi ilə aviasiya uçuşları yerinə yetirilərkən, hava məkanından istifadə Azərbaycan Respublikası müdafiə nazirinin, ekologiya və təbii sərvətlər nazirinin və rəqəmsal inkişaf və nəqliyyat nazirinin birgə əmri ilə təsdiq olunan "Ətraf mühitin mühafizəsi üzrə ixtisaslaşdırılmış uçuşların (trasdankənar uçuşlar da daxil olmaqla) yerinə yetirilməsinə dair təlimat"a əsasən həyata keçirilir.

5.29. Səsdən iti sürətlə uçuşlar üçün xüsusi icazə lazımdır. Hava gəmilərinin səsdən iti sürətlə uçuşları üçün hava məkanının 36400 fut ( 11102 m ) eşelondan yuxarı hissəsi istifadə edilməlidir.

5.30. Kosmik obyektlərin havaya buraxılması, hava məkanında manevr etməsi və yerə endirilməsi bu Qaydalar nəzərə alınmaqla həyata keçirilir.

5.31. Azərbaycan Respublikasının ərazisində kosmik obyektlərin, o cümlədən xarici obyektlərin havaya buraxılması və yerə endirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş poliqonların hüdudları daxilində həyata keçirilir.

5.32. Kosmik fəaliyyət həyata keçirilərkən, qəza şəraiti və ya digər gözlənilməz hadisələr baş verərsə, kosmik obyektlər digər rayonlarda yerə endirilə bilər (müvafiq HHT VS mərkəzlərini, Müdafiə Nazirliyi nəzdində axtarış və xilasetmə xidmətlərini, dövlət və yerli özünüidarə orqanlarını və digər əlaqədar orqanları xəbərdar etməklə).

5.33. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi HHT VS orqanlarına Azərbaycan Respublikasının ərazisində kosmik obyektlərin havaya buraxılması və yerə enməsi, həmçinin uçuş trayektoriyaları Azərbaycan Respublikasının hava məkanından və HHT-yə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu hava məkanından keçən kosmik obyektlər barədə məlumat verir.

5.34. Xarici dövlətə məxsus kosmik obyektin Yer orbitinə və ya kosmik fəzaya buraxılması, həmçinin onun Yerə qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının hava məkanı üzərindən birdəfəlik uçuşu, Azərbaycan Respublikasının müvafiq xidmətlərinə həmin obyektin uçuşunun vaxtı, yeri, trayektoriyası və digər şərtləri barədə qabaqcadan məlumat verilməsi şərtilə həyata keçirilə bilər.

5.35. Güllə atıcılığı, raket buraxılışı, desant çıxarılması və aviasiya poliqonunda hava məkanından istifadə ilə bağlı digər fəaliyyətin həyata keçirilməsi qaydası RİNN ilə razılaşdırılan və HHQ komandanı tərəfindən təsdiq edilən "Aviasiya poliqonunda uçuşların yerinə yetirilməsinə dair təlimat"la müəyyən edilir.

5.36. Partlatma işlərinin aparıldığı rayonda hava məkanından istifadə HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilən partlatma işlərinin yerinə yetirilməsinə dair təlimata uyğun olaraq həyata keçirilir.

5.37. Meteoroloji proseslərə fəal təsir göstərmək məqsədi ilə dolu əleyhinə atəş rayonundakı hava məkanından istifadə qaydaları əlaqədar idarə və HHQ tərəfindən işlənib hazırlanır və HHQ komandanı, o cümlədən rəqəmsal inkişaf və nəqliyyat nazirinin birgə əmri ilə təsdiq edilən "Azərbaycan Respublikasının ərazisində dolu əleyhinə güllə atıcılığının təşkili və yerinə yetirilməsinə dair təlimat"a uyğun həyata keçirilir.

5.38. Bu Qaydaların 5.37-ci bəndində nəzərdə tutulan təlimat əlaqədar təşkilatlarla və müvafiq HHT VS mərkəzi ilə qabaqcadan razılaşdırılaraq poliqon rayonlarının, partlatma işlərinin və dolu əleyhinə güllə atıcılığının həyata keçirildiyi rayonların sərhədləri, maksimal fəaliyyət hündürlükləri, bu fəaliyyəti idarəetmə məntəqələrinin yeri göstərilən, həmçinin hava məkanından təhlükəsiz istifadəni təmin etmək üçün zəruri olan digər məlumatlar verilən 1:200000 miqyaslı xəritə ilə birlikdə təsdiq olunmaq üçün HHQ komandanına və rəqəmsal inkişaf və nəqliyyat nazirinə təqdim edilir.

5.39. Hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq HHT VS mərkəzi ilə poliqon rayonlarının, partlatma işlərinin və dolu əleyhinə güllə atıcılığının həyata keçirildiyi rayonların idarəetmə məntəqələri arasında ikitərəfli operativ rabitə təşkil edilməlidir. Rabitə əlaqəsi olmadan poliqonların işi və güllə atıcılığı qadağandır. Belə telefon, radiotelefon, teleqraf və digər rabitənin təşkilinə görə həmin rayonların təyin edilməsində maraqlı olan hava məkanının istifadəçiləri məsuliyyət daşıyırlar.

5.40. Şar-zondlar, radiozondlar, şar-pilotlar və bunlara bənzər maddi obyektlər (bundan sonra - şar-zondlar) havaya buraxılarkən, hava məkanından istifadə əlaqədar idarə tərəfindən işlənib hazırlanan və HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat nazirinin birgə əmri ilə təsdiq edilən "Azərbaycan Respublikasının ərazisində şar-zondların havaya buraxılmasına dair təlimat"a uyğun həyata keçirilir. Şar-zondlar stasionar və səyyar məntəqələrdən havaya buraxılır. Əgər bir neçə səyyar məntəqə 2 km radius məsafəsində yerləşərsə, o zaman onlar bir buraxılma məntəqəsi kimi qəbul edilir.

5.41. Şar-zondların yerləşdiyi HHT VS mərkəzləri həmin şar-zondların havaya buraxılması məntəqələri və HHQ orqanları ilə davamlı əlaqəyə malik olmalıdır. Belə bir əlaqə HHT VS mərkəzi ilə əlaqəyə malik olan ən yaxın HHX (uçuşları idarəetmə) orqanı vasitəsilə yaradıla bilər.

5.42. Şar-zondların havaya buraxılması məntəqələri ilə HHT VS mərkəzləri və HHQ orqanları arasında rabitənin təşkilinə görə məsuliyyət həmin məntəqələrin sahibi olan, onların təsərrüfat və operativ idarə olunması ilə məşğul olan hava məkanı istifadəçilərinə həvalə edilir.

5.43. Şar-zondların havaya buraxılması məntəqələrinin siyahısı, rabitənin təşkili sxemi, sorğuların (qrafiklərin) verilməsi, HHT VS mərkəzləri və HHQ orqanlarının şar-zondların havaya buraxılması və hərəkəti barədə xəbərdar edilməsi qaydası HHQ komandanı tərəfindən təsdiq edilən və RİNN ilə razılaşdırılan "Şar-zondların buraxılması üzrə təlimat"a əsasən yerinə yetirilir.

5.44. Şar-zondların havaya buraxılması məqsədi ilə təşkil edilən stasionar məntəqələrin yerləşdirilməsi və şar-zondların səyyar məntəqələrdən havaya buraxıldığı yerlər HHQ komandanı və RİNN ilə razılaşdırılır.

5.45. Əlaqədar dövlət orqanları və təşkilatlar tərəfindən aerodromların inşa edilməsi və ya yenidən qurulması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və RİNN ilə mütləq razılaşdırılmalıdır. Aerodromun inşası və ya yenidən qurulması üçün onların razılığını almaq məqsədi ilə sənədlər (sənədlərin əsli) müəyyən olunmuş qaydada göndərilir. Bu sənədlərə əlavə olunan xəritədə uçuş-enmə zolağının ölçüləri və istiqaməti, hava gəmilərinin enmə və enməyə daxil olma sxemləri, hava yanaşmaları zolaqları, radiotexniki təminat vasitələrinin yerləşməsi, mülki-yaşayış, mədəni-məişət və sənaye tikintisinin məhdudlaşdırıldığı zona, aviasiya səs-küyünün və aerodromun elektromaqnit sahələrinin normalaşdırılmış parametrlərinin zonaları göstərilir. Qeyd edilən sənədlərə, həmçinin aerodrom örtüyünün növ və qalınlığının, hava gəmiləri növlərinin göstərildiyi izahat vərəqəsi əlavə olunur.

5.46. Əhalinin sağlamlığına, habelə təşkilatların fəaliyyətinə mümkün mənfi təsirin qarşısını almaq məqsədi ilə hər bir aerodrom üçün mülki-yaşayış, mədəni-məişət və sənaye tikintisinin məhdudlaşdırıldığı zona müəyyən edilir. Şəhərlərin və digər yaşayış məntəqələrinin planlaşdırılması, tikintisi və inkişaf etdirilməsi, habelə sənaye, kənd təsərrüfatı və digər obyektlərin inşası və yenidən qurulması zamanı qeyd edilən zonanın sərhədləri barədə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına məlumat verilir.

5.47. Obyektlərin aerodrom rayonunda yerləşdirilməsində maraqlı olan təşkilatlar bu məsələni müvafiq aerodromun rəhbərliyi ilə razılaşdırmalıdırlar. Birgə bazalı aerodromda obyektlərin yerləşdirilməsinin razılaşdırılması bu aerodromda hava gəmilərinin bazası olan bütün hava məkanı istifadəçilərinin maraqları nəzərə alınmaqla həyata keçirilir. Aşağıdakıların yerləşdirilməsi barədə razılıq əldə olunmalıdır:

5.47.1. aerodroma hava yanaşmaları zolaqları hüdudlarında, həmçinin bu zolaqlardan kənarda aerodromun nəzarət nöqtəsindən 6 mil ( 11 km ) radiusda yerləşən obyektlər;

5.47.2. aerodrom səviyyəsinə nisbətən 165 fut (50,3 metr) və daha artıq hündürlüyə malik olan və aerodromun nəzarət nöqtəsindən 18 mil ( 33 km ) radiusda yerləşən obyektlər;

5.47.3. harada yerləşməsindən asılı olmayaraq, radiotexniki vasitələrin normal işinə mane ola biləcək rabitə və elektrik ötürmə xətləri, həmçinin radio və elektromaqnit şüalarının digər mənbələri;

5.47.4. harada yerləşməsindən asılı olmayaraq, partlayış təhlükəli obyektlər;

5.47.5. harada yerləşməsindən asılı olmayaraq, tullantı qazlarının qəza hallarında yandırılması üçün istifadə edilən, 165 fut (50,3 metr) və daha artıq hündürlüyü (alovun mümkün olan qalxma hündürlüyü nəzərə alınmaqla) olan məşəl qurğuları;

5.47.6. harada yerləşməsindən asılı olmayaraq, aerodrom rayonlarında görüntünün pisləşməsinə səbəb ola biləcək sənaye müəssisələri və digər müəssisə və qurğular. Obyektlərin həqiqi hündürlüyü 165 futdan (50,3 metrdən) artıq olduqda, həmin obyektlərin aerodrom rayonlarından kənarda yerləşdirilməsi HHQ komandanı və RİNN ilə razılaşdırılmalıdır.

5.48. Hava yanaşmaları zolaqlarında aerodromun nəzarət nöqtəsindən 30 km-dən az məsafədə, hava yanaşmaları zolaqlarından kənarda isə 9 mildən (16,7 km-dən) az məsafədə quşların kütləvi şəkildə cəlb edilməsinə səbəb olan qida tullantılarının toplanması, heyvandarlıq fermalarının, sallaqxanaların və digər obyektlərin tikintisi qadağandır.

5.49. Daimi və müvəqqəti hündür qurğulara malik olan, onların təsərrüfat və operativ idarəçiliyini həyata keçirən şəxslər hava gəmiləri uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə aerodromların yararlılıq normalarına uyğun olaraq, həmin qurğularda öz hesablarına gecə və gündüz nişanlama işarələrini yerləşdirməlidirlər.

5.50. Bu Qaydalarda nəzərdə tutulmuş qurğuların yerləşdirilməsi qaydalarını pozan şəxslər aerodrom rəhbərinin tələbi ilə onun müəyyən etdiyi müddətdə həmin qurğuları öz hesablarına sökməli, başqa yerə köçürməli və ya həmin qurğularda zəruri dəyişikliklər etməlidirlər.

 

6. Azərbaycan Respublikasının hava məkanından istifadəyə dair sorğuların (cədvəllərin, qrafiklərin) və hava məkanından istifadə barədə məlumatların HHT VS orqanlarına və HHQ orqanlarına təqdim edilməsi qaydası

 

6.1. Hava gəmilərinin hərəkətinin, o cümlədən Azərbaycan Respublikasının ərazisindən tranzitlə uçan hava gəmilərinin beynəlxalq və daxili cədvəlləri, habelə onlara edilmiş dəyişikliklər təkrarlanan uçuş planları, ilkin uçuş planları, uçuş planları (FPL) hava məkanının istifadəçiləri tərəfindən blanklarda və digər informasiya daşıyıcılarında (maqnit lentlərində, disketlərdə və s.) olmaqla, Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda göstərilmiş müddətdə orada qeyd edilmiş ünvanlara göndərilir. Təkrarlanan uçuş planları və onlarda edilmiş dəyişikliklər barədə məlumat qeyd edilən planlar qüvvəyə minməzdən 14 (on dörd) gün əvvəl həmin orqanlara göndərilir.

6.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi orqanları beynəlxalq vaxt normalarına uyğun müddət ərzində havaya buraxılan şar-zondların cədvəllərini (illik planlardan çıxarışları) hər il dekabrın 15-dək HHT VS BM-ə, HHQ komandanına və RİNN- təqdim edir. Şar-zondların havaya buraxılması cədvəllərinə edilmiş dəyişikliklər barədə 14 (on dörd) gün əvvəl məlumat verilməlidir.

6.3. Bu Qaydaların 6.1-ci və 6.2-ci bəndlərinin şamil edilmədiyi digər istifadəçilər tərəfindən Azərbaycan Respublikasının hava məkanından istifadənin planlaşdırılması fəaliyyətə başlamazdan 14 gün əvvəl HHT VS BM-ə və AHH İM-ə təqdim edilən qrafiklər əsasında həyata keçirilir. Qrafiklərə dəyişikliklər edilməsi barədə məlumat onlar tətbiq edilməzdən 14 (on dörd) gün əvvəl təqdim edilməlidir.

6.4. "Azərbaycan Respublikasının hava məkanından istifadənin və hava hərəkətinin təşkilinin əlaqələndirilməsi Qrupu" hava məkanından istifadənin başlanması (başa çatması) barədə sorğu və məlumatların verilməsi sxemlərini müəyyən edir və həmin sxemlər Azərbaycan Respublikasının hava məkanı strukturunun elementləri toplusuna daxil edilir.

6.5. Hava məkanından istifadə ilə bağlı bütün fəaliyyət növləri üçün rəsmi sorğuların tərtib edilməsi qaydası HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən təsdiq edilən "Hava gəmilərinin uçuş planlarının, aerostatların, şar-zondların, raketlərin havaya buraxılması, güllə atıcılığının, partlatma işlərinin həyata keçirilməsi üzrə sorğuların tərtib edilməsinə dair təlimat"la müəyyən olunur.

6.6. Hava məkanından istifadə ilə bağlı fəaliyyətin həyata keçirilməsinə dair sorğular hava məkanının istifadəçiləri və ya zərurət yarandıqda, hava hərəkətinə xidmət göstərən qurum tərəfindən tərtib və təqdim edilir.

6.7. Hava gəmilərinin uçuşlarına dair sorğuların ünvanlara göndərilməsi yoladüşmə aerodromunun HHX (uçuşları idarəetmə) orqanları tərəfindən həyata keçirilir. Sorğunun düzgün tərtib edilməsinə görə hava məkanının istifadəçisi, sorğunun lazımi ünvana göndərilməsinə görə isə yola düşmə aerodromunun HHX (uçuşları idarəetmə) orqanları məsuliyyət daşıyır.

6.8. Hava məkanından istifadə ilə bağlı sorğuların düzgün tərtibatına və lazımi ünvanlara göndərilməsinə nəzarət HHT VS BM-ə həvalə olunur.

6.9. Mülki aerodromlar üçün müəyyən olunmuş prosedur və qaydaların təşkil edildiyi və yerinə yetirildiyi Azərbaycan Respublikasının hava limanlarında və aerodromlarında hava gəmilərinin uçuş yerinə yetirməsinə dair sorğular Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusundakı müddəalara, hava gəmilərinin hərəkəti barədə məlumatlara müvafiq olaraq təqdim edilir. Hava gəmilərinin digər aerodromlardan uçuş yerinə yetirməsinə, habelə hava məkanından istifadə ilə bağlı digər fəaliyyətin həyata keçirilməsinə dair sorğular aşağıdakı ünvanlara göndərilir:

6.9.1. bu Qaydaların 6.29-cu bəndinə uyğun olaraq, HHT VS BM-ə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına;

6.9.2. yola düşmə aerodromlarının və ya hava məkanından istifadə ilə bağlı olan digər fəaliyyət obyektlərinin yerləşdiyi HHT VS mərkəzlərinə;

6.9.3. hava məkanından istifadənin həyata keçirildiyi HHT VS mərkəzlərinə;

6.9.4. enmə aerodromları və ehtiyat aerodromlarının yerləşdiyi HHT VS mərkəzlərinə;

6.9.5. öz mərkəzinin HHQ orqanına.

6.10. HHT VS BM və RM onlara daxil olmuş sorğuları hava gəmisinin hərəkət marşrutu üzrə HHQ orqanlarına, HHX (uçuşları idarəetmə) orqanlarına və uçuşun təmin edilməsinə cəlb edildikləri halda Azərbaycan Respublikasının hava hərəkətinin təşkili vahid sistemində yerləşən aerodromlara göndərirlər.

6.11. Hava gəmilərinin uçuşlarına dair sorğular eyni zamanda həmin uçuşların yola düşmə, enmə və ehtiyat aerodromlarında rabitə və radiotexniki vasitələrlə bağlı sorğulardır. Təyyarəsürmə üçün əlavə radiotexniki vasitələr tələb olunduqda, həmin vasitələr uçuşlara dair sorğunun "digər məlumatlar" bölməsində göstərilməlidir. Uçuşlara dair sorğuda göstərilmiş aerodromlardan istifadə etmək mümkün olmadıqda, HHT VS mərkəzləri öz rayonlarında hazırlığını təsdiq etmiş və məlum tipli hava gəmilərinin enməsi üçün yararlı olan digər aerodromları, heyətə uçuşa hazırlaşmaq üçün lazım olan vaxtı təmin etməklə məsləhət görə bilərlər.

6.12. Hava gəmisinin uçuşunu təmin etmək məqsədi ilə hava məkanı istifadəçilərinin orqanlarını - HHX (uçuşları idarəetmə) orqanlarını cəlb etmək zərurəti yarandıqda, HHT VS BM belə uçuşlara dair sorğuları "digər məlumatlar" bölməsində "İDARƏETMƏ ÜÇÜN" qeydi ilə birlikdə müvafiq HHX (uçuşları idarəetmə) orqanlarına göndərir.

6.13. Azərbaycan Respublikasının HHT VS hüdudlarında yerləşən aerodrom rayonunda minimal hava şəraitində yerinə yetirilən təlim-məşq uçuşlarına, həmçinin aviasiya texnikasının sınağı məqsədi ilə həyata keçirilən uçuşlara dair sorğular zəruri hallarda, lakin uçuşdan 2 (iki) saat əvvəl "digər məlumatlar" bölməsində "MİNİMUM" və ya "SINAQ UÇUŞU" qeyd edilməklə təqdim olunur .

6.14. Meteoroloji şəraitin uyğun olmamasına görə nəzərdə tutulduğu gün yerinə yetirilməyən uçuşların təxirə salınması barədə məlumat bu barədə qərar qəbul edildikdən ən geci 2 (iki) saat sonra sorğunun digər məlumatlar bölməsində "Meteoroloji şəraitlə əlaqədar" sözləri yazılaraq ötürülməlidir.

6.15. Rabitə təyyarələrinin və retranslyator-təyyarələrin aerodrom rayonunda uçuşlarına dair sorğular təqdim edilmir. Onlar barədə bütün zəruri məlumatlar uçuşdan ən azı 1 (bir) saat əvvəl HHT VS BM-ə, AHH İM-ə və RM-ə çatdırılır.

6.16. Aralıq aerodromlarında enmələrlə həyata keçirilən uçuşlara dair sorğular sonuncu enmə aerodromunu göstərmək şərtilə heyətin dincəlməsi üçün nəzərdə tutulan aerodroma ünvanlanır. Heyətin dincəlməsi üçün nəzərdə tutulan belə aerodromlardan uçuşların davam etdirilməsi ilə bağlı sorğular enmədən ən geci 2 (iki) saat sonra digər məlumatlar bölməsində "Plan-davam etdirmə" sözləri yazılmaqla təqdim edilməlidir.

6.17. Təcili tapşırıqlar yerinə yetirilərkən, hava məkanından istifadəyə dair sorğular (təlim-məşq uçuşlarına dair sorğular istisna edilməklə) aşağıda göstərilən müddətlərdə HHT VS BM-ə və HHQ orqanlarına təqdim edilməlidir:

6.17.1. Azərbaycan Respublikasının HHT VS-nin hava məkanından istifadə zamanı - uçuşdan 1 (bir) saat əvvəl;

6.17.2. Azərbaycan Respublikasının HHT VS-nin hüdudlarından kənardakı hava məkanından istifadə zamanı, müvafiq dövlətlərin aeronaviqasiya məlumatları toplularında (AIP) müəyyən edilmiş müddət ərzində.

6.18. Qeyd edilən sorğuların göndərilməsi dövlət orqanlarının və təşkilatların vəzifəli şəxslərinin icazəsi ilə HHT VS BM-ə, AHH İM-ə və RM-ə təqdim olunmuş siyahılara əsasən həyata keçirilir. Belə sorğuların digər məlumatlar bölməsində sorğunun göndərilməsinə icazə vermiş şəxsin soyadı yazılır.

6.19. Bu Qaydalarla müəyyən edilmiş uçuşlara dair sorğuların təqdim olunması şərtləri hava gəmilərinin Azərbaycan Respublikasının dövlət orqanlarının və digər təşkilatların dəniz gəmilərindən yerinə yetirilən uçuşlarına da şamil edilir.

6.20. Kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi ilə bağlı uçuşlara dair sorğular qeyd edilən işlərin icra müddəti üçün HHT VS BM-ə, RM-ə və HHQ orqanlarına təqdim olunur və bu zaman hava gəmilərinin gecə dayanacaqları göstərilir. Qeyd edilən uçuşlara dair sorğular təqdim edilməzdən əvvəl aerodromların (aeroqovşaqların) rəhbərliyi və uçuşların yerinə yetiriləcəyi HHT VS mərkəzləri ilə razılaşdırılma aparılmalıdır.

6.21. Hava gəmisinin uçuş yerinə yetirməsində maraqlı olan təşkilatların rəhbərləri uçuşa dair sorğuları təqdim etməzdən əvvəl həmin hava gəmisinin əsas və ehtiyat enmə aerodromlarında təminatı ilə bağlı bütün məsələləri qabaqcadan razılaşdırmalıdırlar və bu zaman sorğunun digər məlumatlar bölməsində "Razılaşdırılıb" sözü yazılmalıdır. Qabaqcadan razılaşdırılmayan sorğular hava məkanından istifadəyə dair gündəlik plana daxil edilmir.

6.22. Hidrometeoroloji proseslərə fəal təsir məqsədi ilə güllə atıcılığına və raketlərin havaya buraxılmasına dair sorğular Azərbaycan Respublikasının ərazisində dolu əleyhinə güllə atıcılığının təşkili və həyata keçirilməsinə dair təlimatla müəyyən edilmiş qaydada təqdim olunur.

6.23. Hava gəmilərinin uçuşlarına dair sorğular HHQ orqanlarına uçuş günü ərəfəsində yerli vaxtla saat 18:00-dan gec olmayaraq təqdim edilməlidir, minimal hava şəraitində hava gəmilərinin təlim-məşq uçuşlarına, eləcə də aviasiya texnikasının sınağı məqsədi ilə HHT VS zonası hüdudlarında yerləşən aerodrom rayonunda uçuşlara dair sorğular uçuşların başlanmasına 1 (bir) saat qalmış təqdim olunmalıdır.

6.24. Hava gəmilərinin HHT VS zonası üzərindən tranzit uçuşlarına və ya HHT VS zonasında yerləşən aerodromlarda yerə enən hava gəmilərinə dair sorğular HHQ orqanlarına uçuş günü ərəfəsində, lakin sorğuda göstərilən uçuş vaxtına ən azı 1 (bir) saat qalmış təqdim edilir.

6.25. Hava məkanından istifadəyə dair bəyan olunmuş şərtlərə dəyişikliklər edildikdə, həmin şərtləri dəyişdirmiş hava məkanı istifadəçiləri və ya HHT VS orqanları bu barədə yaxınlıqdakı HHQ orqanına məlumat verməyə borcludurlar.

6.26. Hava gəmilərinin beynəlxalq uçuşlarının təminatı HHT VS BM tərəfindən həyata keçirilir. Mülki aerodromlar üçün müəyyən olunmuş prosedur və qaydaların təşkil edildiyi və yerinə yetirildiyi aerodromlardan hava gəmilərinin beynəlxalq uçuşlarının təminatı Azərbaycan Respublikasının hava gəmilərinin hərəkəti barədə məlumatlar tabelinə uyğun həyata keçirilir.

6.27. Beynəlxalq uçuşlar üçün açıq olmayan dövlət (eksperimental) aerodromundan beynəlxalq uçuş yerinə yetirilərkən, uçuş planı uçuş vaxtına ən azı 4 saat qalmış uçub getmə aerodromunun dispetçeri vasitəsilə HHT VS RM-ə təqdim edilir. HHT VS RM uçuş vaxtına ən azı 3 (üç) saat qalmış qeyd edilən uçuş planının beynəlxalq uçuşlar üçün açıq olan aerodromun aerodrom dispetçer məntəqəsinə ötürülməsini təmin edir.

6.28. Aşağıda göstərilən hallarda sorğuların təqdim olunması nəzərdə tutulur:

6.28.1. HHT VS BM-ə və AHH İM-ə:

6.28.1.1. hava gəmilərinin "A" literi ilə uçuşları üçün;

6.28.1.2. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçməklə dövlət aviasiyasına məxsus hava gəmilərinin, habelə hava yollarından kənarda Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçməklə digər hava gəmilərinin uçuşları üçün;

6.28.1.3. aviasiya sənayesi zavodlarından gətirilən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus hava gəmilərinin uçuşları üçün;

6.28.1.4. aviasiya hissələri yeni dislokasiya yerinə, bazalara və poliqonlara köçürülərkən, dövlət aviasiyasına məxsus hava gəmiləri qruplarının uçuşları üçün;

6.28.1.5. hava gəmilərinin - Silahlı Qüvvələrin hava idarəetmə məntəqələrinin uçuşları üçün;

6.28.1.6. Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçməklə xarici dövlətlərə məxsus hərbi hava gəmilərinin uçuşları üçün;

6.28.1.7. hava yollarından kənarda hava gəmilərinin uçuşları üçün, dövlət aviasiyasına məxsus hava gəmilərinin hava yolları ilə uçuşları üçün isə HHT VS-nin həmsərhəd zonalarının hava məkanından istifadə zamanı;

6.28.2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına:

6.28.2.1. hava gəmilərinin Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçməklə yerinə yetirdiyi uçuşları üçün;

6.28.2.2. hava gəmilərinin "A" literi ilə uçuşları və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzarəti altında olan hava gəmiləri üçün;

6.28.2.3. HHT VS-nin hava məkanı üzərindən uçub keçən qırıcı, hücum və bombardmançı hava gəmilərinin uçuşları üçün;

6.28.2.4. hava gəmilərinin – yoxlama hədəflərinin təlim (yoxlama) dövründə uçuşları üçün;

6.28.2.5. hava gəmilərinin - Silahlı Qüvvələrin hava idarəetmə məntəqələrinin uçuşları üçün.

6.29. Hava məkanından istifadəyə dair sorğular dövlət orqanları və təşkilatların teleqraf rabitə xətləri vasitəsilə təqdim edilir. Teleqraf rabitə kanalları mövcud olmadıqda, sorğular istisna hal kimi (HHT VS mərkəzləri ilə razılaşdırılmaqla) telefon vasitəsilə və ya kuryer tərəfindən çatdırıla bilər.

6.30. Təcili tapşırıqlar üzrə uçuşlar yerinə yetirilərkən, sorğu telefon vasitəsilə ötürüldükdə sonradan teleqramla təsdiq edilir.

6.31. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin teleqraf rabitə qovşaqları ilə təqdim edilən hava məkanından istifadəyə dair sorğular "Adi" kateqoriyalı teleqramlarla göndərilir. Teleqram-sorğuların üzərində "ADX" (aviadispetçer xidməti) nişanı qoyulur. Bu o deməkdir ki, qeyd edilən teleqram-sorğular analoji təcililik kateqoriyalı teleqramlarla müqayisədə çatdırılma üstünlüyünə malikdir.

6.32. Xüsusi mühüm uçuşlara, həmçinin təcili tapşırıqların yerinə yetirilməsinə dair sorğular "Təyyarə" təcililik kateqoriyalı teleqramlar vasitəsilə göndərilir.

6.33. Sorğunun məxfilik dərəcəsi onu təqdim edən tərəfindən müəyyən olunur. Bir neçə ünvana göndərilən teleqramlar rabitə qovşağına bir nüsxədə təqdim edilir.

6.34. Simli telefon rabitə kanalları mövcud olmadıqda, sorğuları radio və radiorele rabitə kanalları vasitəsilə təqdim etməyə icazə verilir.

6.35. Uçuşlara (o cümlədən, məxfi uçuşlara) dair sorğuların hazırlanmasının və verilməsinin operativliyini artırmaq məqsədi ilə aşağıdakılara icazə verilir:

6.35.1. daxil olmuş teleqram-sorğuların mətnlərini əlaqədar HHX (uçuşları idarəetmə) orqanlarına göndərmək;

6.35.2. daxil olan və göndərilən teleqramların nəzarət lentini yapışdırılmamış şəkildə rabitə qovşağının ekspedisiyasına təhvil vermək;

6.35.3. vəzifəli şəxslərin çağırış siqnalları cədvəllərinin indeksləri üzrə vəzifəli şəxslər göstərilməklə (hərbi hissələrin nömrələri qeyd edilmədən), HHT VS mərkəzlərinin və aerodromların rabitə qovşaqlarının telefon-teleqraf çağırış siqnalları ilə sorğuların müxtəsər şəkildə ünvanlanmasını tətbiq etmək.

6.36. Təkmilləşdirilmiş teleqram mətnləri 30 (otuz) gün müddətində avtomatlaşdırılmış iş yerlərinin yaddaşında qalmalıdır.

6.37. HHT VS mərkəzlərinin gündəlik planlarının, sorğuların və bu Qaydaların 6.5-ci bəndində nəzərdə tutulmuş fəaliyyət barədə digər məlumatların ötürülməsi (qəbulu) üçün rabitə kanalları bu Qaydalara uyğun şəkildə təşkil edilir.

6.38. Hava məkanının istifadəçiləri hava məkanından istifadə ilə bağlı olan fəaliyyət barədə məlumatları aşağıda göstərilmiş müddətlərdən gec olmayaraq HHT VS mərkəzlərinə və HHQ orqanlarına təqdim etməlidirlər:

6.38.1. nəzərdə tutulmuş uçuş vaxtından 10 (on) dəqiqə əvvəl (yalnız HHQ orqanlarına):

6.38.1.1. radiolokasiya nəzarəti həyata keçirilməli olan hava gəmilərinin (şar-zondların);

6.38.1.2. sərhədboyu zolağın hava məkanında aviasiya işlərini yerinə yetirən hava gəmilərinin;

6.38.1.3. sərhədboyu zolaqda yerləşən aerodromlardan (buraxılış məntəqələrindən) havaya qalxan hava gəmilərinin (şar-zondların);

6.38.2. fəaliyyətin faktiki (nəzərdə tutulmuş) başlanma vaxtından 5 (beş) dəqiqə sonra:

6.38.2.1. fəaliyyətin faktiki başlanma vaxtı barədə;

6.38.2.2. nəzərdə tutulmuş vaxta münasibətdə fəaliyyətin ləngidilməsi, təxirə salınması, yaxud ləğv edilməsi barədə;

6.38.3. fəaliyyət başa çatdıqdan 10 (on) dəqiqə sonra:

6.38.3.1. fəaliyyətin başa çatması barədə;

6.38.3.2. aerodrom uçuşları arasında 1 (bir) saatdan artıq davam edən fasilələr barədə;

6.38.4. nəzərdə tutulmuş uçuş vaxtından 30 (otuz) dəqiqə əvvəl - hava gəmisi tipinin, hava gəmisi kapitanının çağırış siqnalının dəyişməsi barədə və digər zəruri məlumatlar;

6.38.5. hava gəmisinin hesablanmış enmə vaxtı bitdikdən dərhal sonra və ya hava gəmisi təyinat aerodromuna gəlmədikdə (qeyd edilən hava gəmisinin olduğu yer barədə məlumat yoxdursa).

6.39. Mülki aerodromlar üçün müəyyən edilmiş prosedur və qaydaların təşkil edildiyi və yerinə yetirildiyi aerodromlardan hava gəmilərinin hərəkəti barədə məlumatlar Azərbaycan Respublikasında hava gəmilərinin hərəkəti barədə məlumatlar tabelinə uyğun olaraq verilir.

6.40. Hava gəmilərinin xarici aerodromlardan Azərbaycan Respublikasının ərazisinə uçuş yerinə yetirməsinə dair uçuş planları HHT VS BM-ə təqdim olunur.

6.41. AHH İM dövlət aviasiyasına məxsus hava gəmilərinin yola düşmə (enmə) vaxtı (HHQ hissələri yoxlanılarkən, yoxlama hədəfləri istisna edilməklə), habelə həmin hava gəmilərinin Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə vaxtının və yerinin dəyişməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına məlumat verir.

6.42. HHT VS BM-in mülki sektoru uçuşları Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə ilə bağlı olan hava gəmilərinin yola düşmə (enmə) vaxtı, habelə hava yolları ilə uçuşlar yerinə yetirən hava gəmilərinin Azərbaycan Respublikasının dövlət sərhədi üzərindən uçub keçmə vaxtının və yerinin dəyişməsi barədə HHQ Mərkəzi komanda məntəqəsinə hərbi sektor vasitəsilə məlumat verir.

6.43. Müvafiq HHT VS mərkəzləri və HHQ orqanlarının sorğularına əsasən buraxılma məntəqələri beynəlxalq təyin edilmiş müddət ərzində havaya buraxılan aerostatların, şar-zondların buraxılması və uçuşları barədə HHT VS mərkəzlərinə və HHQ orqanlarına məlumat verir.

6.44. Meteoroloji proseslərə fəal təsir göstərmək məqsədi ilə həyata keçirilən güllə atıcılığı və raketlərin buraxılması barədə məlumatlar "Azərbaycan Respublikasının ərazisində dolu əleyhinə güllə atıcılığının təşkili və yerinə yetirilməsinə dair təlimat"la müəyyən edilmiş qaydada təqdim olunur.

 

7. Azərbaycan Respublikasının hava məkanından istifadəyə dair sorğu və icazələrin verilməsi qaydası

 

7.1. Hava məkanının istifadəçiləri hava yollarından kənarda Azərbaycan Respublikasının hava məkanından istifadə etmək üçün fəaliyyətin sorğuda göstərilən başlanma vaxtına, yaxud hava məkanı istifadəçilərinin razılığı ilə HHT VS mərkəzi tərəfindən zərurət halında korrektə edilmiş vaxta ən azı 2 (iki) saat qalmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları və HHT VS BM-dən icazə almalıdırlar (bilavasitə və ya HHT VS mərkəzləri vasitəsilə).

7.2. Azərbaycan Respublikasının hava məkanından istifadəyə dair sorğu və ya fəaliyyətin təxirə salınması barədə xəbərdarlıq müəyyən edilmiş müddət ərzində HHT VS mərkəzlərinə göndərilmədiyi təqdirdə, sorğu ləğv edilir.

7.3. Hava məkanından istifadəyə dair icazə HHT VS mərkəzinin müəyyən etdiyi şərtlər əsasında hava məkanından istifadə etmək imkanı deməkdir.

7.4. Hava məkanından istifadəyə dair şərtlərdə aşağıdakılar göstərilir:

7.4.1. fəaliyyətin başlanma və başa çatma vaxtı;

7.4.2. fəaliyyətin həyata keçirildiyi rayon və hündürlüklərin diapazonu (uçuşun marşrut və profili);

7.4.3. digər zəruri məlumatlar.

7.5. Hava gəmilərinin uçuşları üçün əlavə olaraq aşağıdakılar göstərilir:

7.5.1. enmə və ehtiyat aerodromları;

7.5.2. hava yollarına daxil olma (çıxış) qaydası;

7.5.3. hava hərəkətinə xidmət (idarəetmə) qaydası.

7.6. Hava gəmilərinin hava yolları ilə uçuşları zamanı hava məkanından istifadəyə dair icazə HHT VS mərkəzləri tərəfindən verilir. Mülki və eksperimental aviasiyanın HHX orqanları belə icazələri bilavasitə HHT VS mərkəzlərindən, dövlət aviasiyası isə AHH İM vasitəsilə alır.

7.7. Hava yollarından kənarda hava məkanından istifadəyə dair icazə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları tərəfindən HHT VS mərkəzləri vasitəsilə verilir.

7.8. HHT VS mərkəzləri nəzərdə tutulmuş fəaliyyətin başlanma vaxtına ən azı 1 (bir) saat qalmış hava məkanı istifadəçilərinə hava yollarından kənarda hava məkanından istifadəyə dair icazə verir və belə istifadənin şərtlərini onların nəzərinə çatdırır.

7.9. Sorğuda göstərilən hava məkanından istifadəyə dair şərtlər məcburən dəyişdirildikdə, fəaliyyətin başlanma vaxtı onun həyata keçirilməsinə hazırlıq üçün tələb olunan vaxt nəzərə alınmaqla müəyyən edilir.

7.10. Aralıq enmə aerodromunun HHX orqanının marşrut üzrə uçuş tapşırığının yerinə yetirilməsini davam etdirmək məqsədi ilə hava gəmiləri aralıq enmə aerodromlarından uçuş yerinə yetirərkən, HHT VS mərkəzləri tərəfindən hava yollarından kənarda hava məkanından istifadəyə dair icazə və belə istifadənin şərtləri hava məkanından istifadəyə dair sorğu göndərildikdən sonra 1 (bir) saat ərzində verilir.

7.11. Hava gəmisinin ilk dəfə enməsi planlaşdırılan dövlət (eksperimental) aviasiyası aerodromunun HHX orqanı, hava gəmisi yola düşmə məntəqəsindən havaya qalxmazdan ən azı 2 saat əvvəl qeyd edilən aerodromun rəhbərliyi hava gəmisini qəbul etmək barədə qərarı haqqında ərazisində yerləşdiyi HHT VS mərkəzinə məlumat verməlidir.

7.12. Aralıq enmələrin nəzərdə tutulduğu dövlət (eksperimental) aviasiyası aerodromlarının HHX (uçuşları idarəetmə) orqanları qəbula dair sorğu daxil olduqdan maksimum 20 dəqiqə sonra aerodromların rəhbərliyi hava gəmisini qəbul etmək barədə qərarı haqqında ərazilərində yerləşdikləri HHT VS mərkəzlərinə məlumat verməlidir.

7.13. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanları tərəfindən başqa qərar qəbul edilməyəcəyi təqdirdə, hava məkanından istifadəyə dair icazə vermək hüququ olan müvafiq HHT VS mərkəzləri hava məkanından istifadənin qadağan olunması və sorğunun ləğv edilməsi barədə qərar qəbul edə bilərlər.

7.14. Hava məkanının istifadəçiləri nəzərdə tutulmuş və ya HHT VS mərkəzləri tərəfindən müəyyən edilmiş vaxtdan etibarən 20 dəqiqə ərzində fəaliyyətə başlamalıdırlar. Qeyd edilən müddət ərzində fəaliyyətə başlanılmadığı və onun təxirə salınması barədə HHT VS mərkəzlərinə məlumat verilmədiyi təqdirdə, həmin fəaliyyət qadağan olunur və sorğu ləğv edilir.

 

8. Rabitə və radiotexniki təminatın təşkili qaydası

 

8.1. Hava məkanının istifadəçiləri müvafiq HHX (uçuşları idarəetmə) orqanları ilə, hava məkanından hava gəmilərinin uçuşları üçün istifadə edildikdə isə HHQ orqanları ilə rabitə əlaqəsi yaratmalıdırlar.

8.2. HHT VS mərkəzlərinin rabitə əlaqəsi və radiotexniki təminatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və mülki aviasiya müəssisələrinin rabitə və radiotexniki təminatı üzrə texniki vasitələrdən birgə istifadə prinsipləri əsasında təşkil edilir. HHT VS mərkəzlərinin mülki və hərbi sektorları tərəfindən rabitə və radiotexniki təminat vasitələrinin istifadə olunması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və RİNN arasında belə vasitələrin birgə istismar qaydasına dair sazişlərlə (müqavilələrlə) müəyyən olunur.

8.3. Hava gəmilərinin hava yolları ilə uçuşları zamanı istifadə edilən radionaviqasiya vasitələrinin istismarının dayandırılması aşağıdakı qaydada həyata keçirilir:

8.3.1. mülki aviasiyanın radionaviqasiya vasitələri barədə RİNN-nin HHQ komandanı ilə razılaşdırılmış qərarı ilə;

8.3.2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin radionaviqasiya vasitələri barədə HHQ komandanının RİNN ilə razılaşdırılmış qərarı ilə.

8.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və RİNN arasında rabitə və radiotexniki təminat vasitələrinin birgə istifadəsinə dair saziş (müqavilə), həmçinin HHT VS mərkəzlərinin rabitə əlaqəsinin təşkilinin prinsipial sxemi HHT VS BM-in mülki və hərbi sektorlarının rəhbərləri tərəfindən hazırlanaraq, təsdiq olunmaq üçün rəqəmsal inkişaf və nəqliyyat nazirinə və HHQ komandanına təqdim edilir.

8.5. HHX (uçuşları idarəetmə) orqanlarında yerüstü radiorabitə və simli rabitə, hava radiorabitəsi və radiotexniki təminat HHQ Qərargahı və mülki aviasiya müəssisələrinin rabitə və radiotexniki təminat bölmələrinin qüvvə və vəsaitləri hesabına həyata keçirilir.

8.6. HHX (uçuşları idarəetmə) orqanları arasında rabitə əlaqəsi aşağıdakılar tərəfindən təşkil edilir:

8.6.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarından AHH İM-dək Hərbi Hava Qüvvələrinin Qərargahı tərəfindən;

8.6.2. HHX (uçuşları idarəetmə) orqanlarından, icra hakimiyyəti orqanlarından və hava məkanından istifadə edən təşkilatlardan HHT VS BM və AHH İM-dək müvafiq olaraq icra hakimiyyəti orqanları və təşkilatlar tərəfindən;

8.6.3. HHT VS BM-dən və AHH İM-ə HHT mərkəzlərinədək - RİNN tərəfindən;

8.6.4. HHT VS mərkəzlərindən:

8.6.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aerodromlarına, poliqonlarına, təlim mərkəzlərinə və hava məkanından istifadə edən digər təşkilatlara, obyektlərə - Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən;

8.6.4.2. icra hakimiyyəti orqanlarının və təşkilatların mülkiyyətində, təsərrüfat və operativ idarəçiliyində olan aerodromlara, habelə poliqonlara, təlim mərkəzlərinə və hava məkanından istifadə edən digər təşkilatlaradək - müvafiq icra hakimiyyəti orqanları və təşkilatlar tərəfindən;

8.6.4.3. həmsərhəd (xarici və özünün) HHT mərkəzlərinədək - RİNN tərəfindən;

8.6.4.4. mülki aviasiyanın yerli dispetçer məntəqələrinədək - RİNN tərəfindən.

8.7. HHQ idarəetmə məntəqələri ilə HHT VS mərkəzləri arasında rabitə əlaqəsi yaxınlıqdakı HHQ orqanından AHH İM-dək - HHQ Qərargahı tərəfindən təşkil edilir.

8.8. Radiolokasiya təminatı aşağıdakı qaydada həyata keçirilir:

8.8.1. avtomatlaşdırılmış HHX sistemləri ilə təchiz edilmiş HHT VS RM-lərin radiolokasiya təminatı - RİNN-nin kuratorluğunda olan təşkilatların, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin avtomatlaşdırılmış HHX sistemlərinin tərkibinə daxil edilmiş radiolokasiya vasitələri tərəfindən;

8.8.2. HHT VS RM-in və YRM-in radiolokasiya təminatı - mərkəzlərin mənsubiyyəti üzrə Müdafiə Nazirliyinin və RİNN-nin kuratorluğunda olan təşkilatların radiolokasiya vasitələri tərəfindən.

8.9. Hava gəmilərinin uçuşlarına radiolokasiya nəzarətini həyata keçirmək üçün dövlət kəşfiyyat və hava məkanı, hava məkanının istifadəçilərinə nəzarət sisteminin radiolokasiya vasitələri cəlb edilə bilər. Belə vasitələr HHT VS orqanlarının radiolokasiya vasitələri üçün müəyyən edilmiş norma və tələblərə uyğun olmalıdır. Qeyd edilən vasitələrdən HHQ komandanı və ya RİNN tərəfindən təsdiq edilən sazişlər (müqavilələr) əsasında istifadə olunur.

 

9. Azərbaycan Respublikasının hava məkanı strukturunun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və təqdim edilməsi qaydası

 

9.1. Azərbaycan Respublikasının hava məkanı strukturunun təkmilləşdirilməsinə dair təkliflər (bundan sonra - təkliflər) hava məkanından istifadənin təhlükəsizlik və səmərəlilik səviyyəsini artırmaq məqsədi ilə hava məkanının istifadəçiləri tərəfindən hazırlanır və bu Qaydaların 9.3-cü bəndində göstərilən əlaqədar təşkilatlarla razılaşdırılır. Bu barədə müvafiq sənəd hazırlanaraq, möhürlərlə təsdiqlənir.

9.2. Təkliflər aşağıdakılar əsasında hazırlanır:

9.2.1. hava məkanı strukturunun yeni elementlərinin yaradılması və ya mövcud elementlərin dəyişdirilməsi;

9.2.2. təyyarə axınlarının istiqamətlərinin, hava məkanının ötürmə qabiliyyətinin, hava hərəkətinin intensivliyinin və hava gəmilərinin uçuş eşelonlarının (hündürlüklərinin) dəyişməsi;

9.2.3. naviqasiya, rabitə və hava hərəkətinə xidmət üzrə yeni texniki vasitələrin quraşdırılması;

9.2.4. hava məkanından istifadəyə təsir göstərən obyektlərin istismara verilməsi;

9.2.5. yeni hava hərəkətinə xidmət orqanlarının yaradılması və ya mövcud orqanların ləğv edilməsi;

9.2.6. iqtisadi məqsədəuyğunluq;

9.2.7. aviasiya hadisələri və insidentlərinin və Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması hallarının araşdırılması üzrə komissiyaların tövsiyələri.

9.3. Təkliflər aşağıdakı qaydada razılaşdırılır:

9.3.1. hava yolları, birbaşa hava yolları, aviasiya işlərinin aparıldığı rayonlar, HHT VS mərkəz və rayonlarının sərhədləri müəyyən edilərkən (dəyişdirilərkən):

9.3.1.1. HHT VS BM ilə;

9.3.1.2. RİNN ilə;

9.3.1.3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə (yalnız hava yolları, birbaşa hava yollarının yeni sahələri müəyyən edilərkən);

9.3.1.4. HHQ-nin Qərargahı ilə;

9.3.1.5. HHT VS BM tərəfindən müəyyən edilən digər aidiyyəti hava məkanı istifadəçiləri ilə;

9.3.2. aerodrom və aeroqovşaq rayonlarının sərhədləri, hava gəmilərinin uçuş marşrutları, xüsusi uçuş zonaları, poliqon rayonları, partlatma işlərinin aparıldığı rayonlar müəyyən edilərkən (dəyişdirilərkən):

9.3.2.1. HHT VS BM-in, AHH İM və müvafiq rayon mərkəzləri ilə;

9.3.2.2. HHQ-nin Qərargahı ilə;

9.3.2.3. HHT VS BM tərəfindən müəyyən edilən digər əlaqədar hava məkanı istifadəçiləri ilə;

9.3.3. dövlət sərhədi üzərindən uçuş dəhlizləri, sərhədboyu zolaqda hava məkanı strukturunun elementləri, qadağan olunmuş zonalar, məhdudiyyət zonaları, təhlükəli zonalar müəyyən edilərkən (dəyişdirilərkən) müvafiq:

9.3.3.1. HHT VS BM ilə;

9.3.3.2. HHQ-nin Qərargahı ilə;

9.3.3.3. HHT VS BM tərəfindən müəyyən edilən digər əlaqədar hava məkanı istifadəçiləri ilə.

9.4. Təkliflərə maksimum 30 (otuz) gün ərzində, onlar təkrar təqdim edildikdə isə maksimum 15 (on beş) gün ərzində baxılmalıdır.

9.5. Təkliflər aşağıdakı qaydada təqdim edilir:

9.5.1. HHQ və RİNN-nə - HHT VS-nin hava məkanı strukturunun təkmilləşdirilməsinə dair bütün təkliflərin təsdiq edilməsi (razılaşdırılması) üçün əlaqədar hava məkanı istifadəçiləri tərəfindən;

9.5.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə - hava yollarının, birbaşa hava yollarının, HHT VS-nin zona və rayon sərhədlərinin, hava gəmilərinin uçuş marşrutlarının və xüsusi uçuş zonalarının, Azərbaycan Respublikasının HHT VS zonasının hava məkanından istifadəyə dair təlimatlarının təsdiq olunması üçün Hava məkanından istifadənin və hava hərəkətinin idarə olunmasının əlaqələndirilməsi üzrə İdarələrarası Qrup vasitəsilə HHQ komandanı və RİNN tərəfindən.

9.6. Razılaşdıran təşkilatın rəyini əsassız hesab edən hava məkanı istifadəçisi öz təkliflərini Azərbaycan Respublikasının hava məkanından istifadə və HHT üzrə İdarələrarası Qrupa təqdim edə bilər.

9.7. Müəyyən edilmiş qaydaları pozmaqla, təqdim edilən təkliflər baxılmadan yenidən işlənmək üçün geri qaytarılır.

9.8. Hava yollarının, birbaşa hava yollarının sahələrinin xaric edilməsi və ya onların eninin, uçuş eşelonları diapazonunun azaldılmasına dair təkliflərin razılaşdırılması tələb olunmur (əgər həmin təkliflər RİNN tərəfindən hazırlanmışdırsa).

9.9. Təkliflər əsaslandırılmış şəkildə Azərbaycan Respublikasının hava məkanı strukturunun xəritəsi (miqyas 1:500000; 1:1000000) ilə birgə təqdim edilir. Əsaslandırmada aşağıdakı məsələlər öz əksini tapmalıdır:

9.9.1. uçuşların təhlükəsizliyinin təmin olunması;

9.9.2. hava məkanının xüsusi elementlərinin müəyyən edilməsinin (dəyişdirilməsinin) zəruriliyi;

9.9.3. hava məkanının ötürmə qabiliyyətinin artırılması;

9.9.4. aviasiya küyünün səviyyəsinin aşağı salınması;

9.9.5. müvafiq hesablamalar (naviqasiya, mühəndis, iqtisadi və s.).

9.10. Azərbaycan Respublikasının hava məkanı strukturunun xəritəsində aşağıdakılar göstərilməlidir:

9.10.1. hava məkanı strukturunun mövcud və təklif olunan elementləri;

9.10.2. radiolokasiya və radiorabitə sahələri;

9.10.3. ərazi relyefi yüksəkliklərinin və eni 50 km-ə bərabər olan zolaqdakı süni maneələrin maksimal hündürlüyü.

9.11. HHT VS mərkəz və rayonlarının siyahısına və Azərbaycan Respublikasının hava yollarının siyahısına edilən düzəlişlər (dəyişikliklər), bir qayda olaraq, rübdə bir dəfə və ya zərurət yarandıqda, təsdiq olunmaq üçün təqdim edilir.

9.12. Azərbaycan Respublikasının hava məkanı strukturunun təkmilləşdirilməsinə dair təkliflərin rəsmiləşdirilməsi nümunələri HHQ komandanı və rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən onların səlahiyyətləri çərçivəsində təsdiq edilir.

 

10. Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi qaydası

 

10.1. Hava məkanının bütün istifadəçiləri hava məkanından bərabər istifadə hüququna malikdirlər. Hava məkanının iki və daha artıq istifadəçi tərəfindən eyni vaxtda istifadə olunmasına ehtiyac duyulduqda, dövlət maraqlarına uyğun olaraq müvəqqəti, yerli rejimləri və qısamüddətli məhdudiyyətləri tətbiq etməklə, qeyd edilən istifadəçilərin fəaliyyəti müəyyən rayonlarda qadağan olunur və ya məhdudlaşdırılır.

10.2. Hava məkanından istifadə ilə bağlı müvəqqəti rejim RİNN-ni xəbərdar etməklə, HHQ komandanı tərəfindən aşağıdakı hallarda müəyyən edilir və AHH İM vasitəsilə hava məkanının müəyyən hissəsinin hüdudları daxilində (o cümlədən, Azərbaycan Respublikasının hava yollarında, habelə beynəlxalq uçuşlar üçün açıq olan hava yollarında və mülki aerodrom rayonlarında) 3 (üç) günədək müddətə tətbiq edilir:

10.2.1. ölkənin milli təhlükəsizliyinə təhdid olduqda;

10.2.2. hava gəmiləri "A" literi ilə uçuş yerinə yetirərkən;

10.2.3. axtarış-xilasetmə tədbirləri həyata keçirilərkən, kosmik obyektlər havaya buraxılarkən və yerə enərkən, təlimlər, hava paradları keçirilərkən, yeni aviasiya texnikası nümayiş etdirilərkən, habelə hava məkanından istifadəyə təhlükə törədə biləcək digər fəaliyyət (radioşüalanma, işıq və elektromaqnit şüaları və s.) həyata keçirilərkən;

10.2.4. aviasiya və raket texnikasının sınaqdan çıxarılması (tədqiq edilməsi), rekordların müəyyən edilməsi, HHQ hissələrinin döyüş hazırlığının yoxlanılması, Azərbaycan Respublikasının beynəlxalq uçuşlarının təmin edilməsi məqsədi ilə uçuşlar, eləcə də aerostat uçuşları yerinə yetirilərkən.

10.3. Hava məkanından istifadə ilə bağlı yerli rejim HHT VS BM-in və AHH İM-in rəhbərləri tərəfindən HHT VS-nin hava məkanının müəyyən hissəsinin hüdudları çərçivəsində (o cümlədən, HHT VS zonasının aşağı hava məkanındakı hava yollarında) 3 (üç) günədək müddətə müəyyən edilir.

10.4. Hava məkanından istifadəyə dair qısamüddətli məhdudiyyətlər hava məkanından istifadənin gündəlik planını təmin etmək məqsədi ilə HHT VS BM rəhbərləri tərəfindən HHT VS rayonlarında (o cümlədən, hava yollarında) 3 (üç) saatadək müddətə müəyyən edilir. Fövqəladə hallar baş verdikdə, qısamüddətli məhdudiyyətlər beynəlxalq uçuşlar üçün açıq olan aerodromlarda 3 (üç) saatadək müddətə müəyyən edilə bilər.

10.5. Hava məkanı istifadəçilərinin müvafiq orqanları və HHT VS mərkəzləri müvəqqəti və yerli rejimlər fəaliyyətə başlamazdan 3 (üç) saat əvvəl onların təmin edilməsinə hazır olmaları barədə HHT VS BM-ə və AHH İM-ə müəyyən edilmiş qaydada məlumat verməlidirlər.

10.6. Müvəqqəti, yerli rejimləri və qısamüddətli məhdudiyyətləri tətbiq edən orqanlar onlara əməl olunmasına nəzarəti həyata keçirirlər.

10.7. Müvafiq HHT VS orqanları hava məkanından istifadə ilə bağlı fəaliyyətin təmin edilməsi üçün müəyyən edilən rejimləri tətbiq etməyə hazır olduqlarını təsdiqləmədiyi halda, belə bir fəaliyyətin həyata keçirilməsi qadağandır.

10.8. Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi aşağıdakı qaydada müəyyən edilir:

10.8.1. hava məkanından istifadə tam qadağan edilməklə (müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiqində maraqlı olan hava məkanı istifadəçilərinin fəaliyyəti istisna təşkil edir);

10.8.2. hava məkanından istifadə qismən qadağan edilməklə (bu zaman hava məkanının digər istifadəçilərinin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilir).

10.9. Müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiq edildiyi rayonların sərhədləri hər bir konkret halda həyata keçirilən tədbirə uyğun şəkildə müəyyən edilir və bu zaman hava məkanının digər istifadəçilər tərəfindən istifadəsi minimum səviyyədə məhdudlaşdırılır.

10.10. Müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin tətbiq edildiyi rayonların sərhədləri müəyyən edilərkən, bu Qaydaların 5.24-ci bəndi ilə müəyyən edilmiş eşelonlama qaydaları, eləcə də maddi obyektlərin hesablanmış hərəkət trayektoriyasından maksimal dərəcədə kənara çıxmaları nəzərə alınmalıdır.

10.11. Müvəqqəti və yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar (bundan sonra - rejimin müəyyən edilməsi ilə bağlı təqdimatlar) müvafiq HHT VS orqanı ilə qabaqcadan razılaşdırılmaq şərtilə hava məkanının istifadəçiləri tərəfindən işlənib hazırlanır.

10.12. Müvəqqəti rejimin tətbiq edildiyi və hava gəmilərinin uçuşları üçün hava məkanından istifadənin qismən qadağan edildiyi rayonların hava yollarında FL30/900 m - FL100/3300 m, FL150/4500 m - FL200/6000 m, FL270/8100 m - FL410/12100 m diapazonlarında iki yanaşı eşelon ayrılır; beynəlxalq uçuşlar üçün açıq olan hava yollarında FL290/9100 m - FL410/12100 m diapazonunda mütləq iki qoşa yanaşı eşelon ayrılır.

10.13. Aşağı eşelondan aşağı yüksəkliklərdə rejimin müəyyən edilməsi ilə bağlı təqdimatlarda zəruri hallarda qeyd edilən hündürlüklərdə fəaliyyət növləri, onların yeri, vaxtı və yüksəkliyi əlavə olaraq qeyd edilir. HHT VS BM belə rayonlarda hava məkanından istifadəyə dair sorğular aldıqda, aşağı eşelondan aşağı yüksəkliklərdə uçuşların yerinə yetirilməsinin mümkünlüyünü müəyyən edir.

10.14. Mərkəzi hərəkət cədvəlləri üzrə hava gəmilərinin uçuşlarının yerinə yetirildiyi mülki aerodrom rayonlarında müvəqqəti rejim müəyyən edilərkən, bir qayda olaraq, radiusu 18 milə (33,4 km-ə) bərabər (beynəlxalq hava limanları üçün - 30 mil ( 55,6 km ) olan hava məkanı (mülki aerodromlara uyğun olan hava yolları ilə uçuşlar üçün müəyyən edilmiş müvəqqəti rejimin fəaliyyət rayonunda ayrılmış yuxarı eşelonun hündürlüyü ilə şaquli müstəvidə məhdudlaşdırılmış hava məkanı) və imkan daxilində hava yollarına giriş (çıxış) zamanı hündürlüyə qalxma (enmə) üçün marşrut sahələri ayrılır.

10.15. Hava gəmilərinin 18 mil/33,4 km (beynəlxalq hava limanları və aerodromlar üçün - 30 mil/55,6 km) radius məsafədə FL100/3000 m eşelondan başlayaraq, daha aşağı eşelonda mülki aerodrom rayonları üzərindən uçuşları hava məkanından təhlükəsiz istifadə məqsədi ilə müstəsna hallarda yerinə yetirilir və mərkəzi cədvəllər üzrə yerinə yetirilən reyslərin gəlmə intensivliyi ən aşağı olduğu dövrdə hava gəmilərinin qəbulu və buraxılması tam qadağan edilir.

10.16. Hava gəmilərinin qəbulu və buraxılmasının qismən məhdudlaşdırılması halları uçuşlar birgə bazalı aerodromlardan və ya bir aerodrom qovşağına daxil olan aerodromlardan həyata keçirilir və aerodrom (aeroqovşaq) rayonunda uçuşların yerinə yetirilməsinə dair təlimatla müəyyən edilmiş sxemlər üzrə yerinə yetirilir və bu zaman tədbirlərdə iştirak edən hava gəmilərinin uçuşlarına üstünlük verilir. Dövlət aviasiyası hava gəmilərinin bu rayondan uçub keçməsi şərtləri AHH İM tərəfindən qabaqcadan işlənib hazırlanır.

10.17. Hava gəmilərinin 30 mil ( 55,6 km ) radius məsafədə FL100/3000 m eşelonundan aşağı eşelonda beynəlxalq uçuşlar üçün açıq olan aerodrom rayonları üzərindən uçuşları uçub-qalxma və enmə kursları ilə kəsişmədən həyata keçirilir.

10.18. Hava gəmilərinin (o cümlədən, nəzarət məqsədlərinin) marşrutu üzrə uçuşun təmin edilməsi üçün müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər müəyyən edilərkən, aşağıdakı hüdudlar daxilində hava məkanı ayrılır:

10.18.1. üfüqi müstəvidə:

10.18.1.1. aşağı və son dərəcə aşağı yüksəkliklərdə - 12 mil ( 22,2 km ) enində (marşrut oxundan hər iki tərəfə 6 mil ( 11 km );

10.18.1.2. orta və yuxarı yüksəkliklərdə - 24 mil ( 44,5 km ) enində (marşrut oxundan hər iki tərəfə 12 mil ( 22,2 km );

10.18.1.3 stratosferdə, habelə açıq dəniz (okean) üzərində, uçuş yüksəkliyindən asılı olmayaraq, sahil xəttinin radiolokasiya görüntüsü xaricində - 30 mil ( 55,6 km ) enində (marşrut oxundan hər iki tərəfə 15 mil ( 27,8 km );

10.18.2. şaquli müstəvidə - qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uçuş yüksəkliklərinin saxlanılması zamanı hava gəmilərinin normativ kənara çıxmaları nəzərə alınmaqla, uçuş qaydalarının tərtibi zamanı təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan eşelonların minimal sayı.

10.19. Daha böyük hava məkanının ayrılmasının zəruriliyi rejimin müəyyən edilməsi ilə bağlı təqdimatda əsaslandırılır.

10.20. Havada növbətçilik zonalarını və nəzarət hədəflərini yaxalayarkən, yerinə yetirilən manevrlər nəzərə alınmaqla, yaxalayan hava gəmiləri üçün üfüqi və şaquli müstəvilərdə rejimin fəaliyyət rayonunun sərhədləri müəyyən edilir. Hündürlüyə qalxmaq, seçilmiş rayonlara uçuş yerinə yetirmək, qayıtmaq və eniş etmək üçün rejim müəyyən edilmir. Bu zaman uçuşların təhlükəsizliyi yaxalayan-qırıcı hava gəmilərini bilavasitə idarə edən komanda məntəqələri tərəfindən həyata keçirilir.

10.21. Yaxalayan-qırıcı təyyarələr nəzarət hədəflərini yaxalamaq üçün havaya qalxdıqda, komanda məntəqələri uçuş kursları barədə müvafiq HHT VS mərkəzlərinə məlumat verir və hədəflərin yaxalanması ilə bağlı manevrlərin yerinə yetirilməsi rayonunu və hündürlüklərin diapazonlarını dəqiqləşdirir. Müəyyən edilmiş rejimlərə uyğun olaraq, HHT VS mərkəzlərinə eşelonlar ayrılır və yaxalama rayonlarında hava şəraitinin xüsusiyyətləri barədə məlumat verilir.

10.22. Avtomatlaşdırılmış aerostatların uçuşlarının təmin edilməsi üçün hava məkanının parametrləri hava məkanının istifadəçisi tərəfindən qeyd edilərək, rejimin müəyyən edilməsi ilə bağlı təqdimatda əks olunur.

10.23. Fəal və passiv maneələrin tətbiq edildiyi marşrutların rayonu və sahələri hava yolları ilə və aerodrom rayonlarında hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi nəzərə alınmaqla seçilir.

10.24. Yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlarda, həmin təqdimatların qoşma xəritələrində, habelə uçuşlara dair sorğuların digər məlumatlar bölməsində marşrut zonaları və sahələri, onlara aid olan fəal, passiv və ya kombinasiya edilmiş maneələrin tətbiq edilmə vaxtı, hündürlüyü və dalğaların diapazonları (santimetrlik, desimetrlik və metrlik diapazonlar) ayrı-ayrılıqda, həmçinin maneələrin təsirinə məruz qalan radiolokasiya vasitələrinin növləri göstərilir.

10.25. Radiolokasiya vasitələrinə maneələrin yaradılması barədə məlumatların, eləcə də müvəqqəti rejim haqqında digər informasiyanın HHT VS mərkəzlərinə aid olan qismi müəyyən olunmuş qaydada qeyd edilən mərkəzlərə çatdırılır.

10.26. Hava məkanından istifadənin təhlükəsizliyinə xələl gətirə biləcək hallar baş verdikdə HHT VS BM və AHH İM maneələrin tətbiqinin dayandırılması üçün tədbirlər görməli, o cümlədən maneələri yaradan təyyarəyə komandalar verməlidir.

10.27. Hava məkanından mütəmadi istifadə zamanı müvəqqəti, yerli rejimlərin və ya qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsinin tələb olunduğu daimi məhdudiyyət zonaları müəyyən edilə və onlara nömrə verilə bilər. Qeyd edilən zonalarda müvəqqəti, yerli rejimlərin və ya qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsinə dair təqdimatda zonanın nömrəsi, tarix, müddət və hündürlüklərin diapazonları göstərilir.

10.28. Hava məkanından istifadənin xarakterindən asılı olaraq, rejimin müəyyən edilməsi ilə bağlı təqdimatda aşağıdakılar qeyd edilir:

10.28.1. tədbirin həyata keçirilmə tarixi (ən çoxu iki əsas və iki ehtiyat tarixin göstərilməsinə icazə verilir) və onun xarakteristikası (təlim, sınaq, raket buraxılışları və s.);

10.28.2. rejim tətbiq ediləcəyi rayon müəyyən edilərkən:

10.28.2.1. rayonun coğrafi koordinatlarla göstərilən sərhədləri;

10.28.2.2. rejimin tətbiqinin başlandığı və sona çatdığı vaxt;

10.28.2.3. hava gəmilərinin hava yolları ilə və mülki aerodrom rayonlarında uçuşları üçün ayrılmış eşelonlar;

10.28.2.4 mülki aerodrom rayonlarındakı məhdudiyyətlər;

10.28.2.5. təlim zamanı baş verən xüsusi hallarda uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ehtiyat eşelonu;

10.28.3. uçuş marşrutları müəyyən edilərkən:

10.28.3.1. müvəqqəti və ya yerli rejimlərlə təmin edilən hava gəmiləri uçuşlarının marşrut sahələri;

10.28.3.2 hava gəmilərinin miqdarı və növləri;

10.28.3.3. məhdudiyyət zolağının eni;

10.28.3.4. hər bir marşrut üçün ayrılan eşelonlar; uçuş qaydasının dərinliyi (hava gəmilərinin arasındakı vaxt intervalı) 10 (on) dəqiqədən artıq olmayan qrupların və təkbaşına uçan hava gəmilərinin marşrut sahələrində və ya hərəkət cədvəlində rejimin başlandığı və sona çatdığı vaxt;

10.28.3.5. hündürlüyə qalxma və enmə hüdudları;

10.28.3.6. radiolokasiya tanınma sistemi işlək vəziyyətdə olmayan hava gəmilərinin uçuş marşrutunun sahələri;

10.28.3.7. radio və radiolokasiya vasitələrinə maneələrin tətbiq edilməsi sahələri;

10.28.3.8. uçuş qaydasının dəqiqələrlə ifadə olunmuş dərinliyi (bu zaman qrupların uçuş qaydalarından 30 (otuz) dəqiqə və daha artıq intervalla irəlidə gedən hava kəşfiyyatçıları rejim müəyyən edilməsi ilə bağlı təqdimatda qeyd olunur və verilmiş sorğulara müvafiq olaraq HHX (uçuşları idarəetmə) orqanları tərəfindən məhdudiyyətsiz təqdim edilə bilər);

10.28.3.9. uçuş qaydası üzrə mikroeşelonlama;

10.28.3.10. hava gəmilərinin mülki aerodrom rayonlarının hava məkanına daxil olduğu və oranı tərk etdiyi vaxt;

10.28.4. qadağan olunmuş zonalara daxilolma üçün icazə;

10.28.5. maneələrin təsirinə məruz qalan radiolokasiya stansiyalarının növləri;

10.28.6. rejim barədə məlumat almayan orqanlar;

10.28.7. rejimin şamil edilmədiyi hava gəmiləri və aerodromlar;

10.28.8. təlimlərin (tədbirlərin) rəhbərinin soyadı, vəzifəsi və onunla əlaqə yaratma qaydası;

10.28.9. rejimin müəyyən edilməsi ilə bağlı təqdimatı hazırlamış vəzifəli şəxsin soyadı və telefon nömrəsi.

10.29. Hava gəmilərinin bir neçə aerodromdan eyni vaxtda havaya qalxması, müəyyən rayonlarda şaquli və üfüqi müstəvidə manevr etməklə, bir neçə marşrut üzrə uçuşların yerinə yetirilməsi planlaşdırılan təlimlərin (tədbirlərin) təmin edilməsi üçün müvəqqəti və yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlara xəritələr əlavə edilir. Həmin xəritələrdə bu Qaydaların 10.28.2-ci və 10.28.3-cü yarımbəndlərində verilmiş məlumatlar, həmçinin rejimin müəyyən edilməsi və qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinin düzgün dərk edilməsi üçün zəruri olan digər məlumatlar öz əksini tapır.

10.30. Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimatlar HHT VS BM-ə aşağıdakılar tərəfindən təqdim edilir:

10.30.1. Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissələri, təşkilatları və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı;

10.30.2. müvafiq qərar qəbul edilənədək, RİNN vasitəsilə eksperimental aviasiya təşkilatları;

10.30.3. Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq müqavilələr mövcud olduqda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə digər dövlətlərin səfirlikləri və ya xarici missiyalarının nümayəndələri.

10.31. Mülki aviasiya təşkilatlarının fəaliyyəti ilə əlaqədar müvəqqəti rejimin müəyyən edilməsi üzrə təqdimatlar HHT VS BM vasitəsilə təqdim edilir.

10.32. Bir neçə təşkilatın iştirakı ilə tədbirlər keçirilərkən, müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimat tədbirin keçirilməsinə görə məsuliyyət daşıyan təşkilat tərəfindən təqdim edilir.

10.33. HHT VS mərkəzlərinin birində konkret rayonda yerləşən təşkilatlar tərəfindən müvəqqəti rejimlərin müəyyən edilməsi üzrə təqdimatlar həmin HHT VS mərkəzi ilə razılaşdırıldıqdan sonra təqdim edilir.

10.34. Müvəqqəti və yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar bu Qaydaların 10.30.1-ci yarımbəndində sadalanan idarələrin qərargah rəisləri tərəfindən, təşkilatlarda isə rejimlərin müəyyən edilməsində maraqlı olan rəhbərlər və ya onların müavinləri tərəfindən imzalanır.

10.35. Yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar HHT VS BM-ə təqdim edilir.

10.36. Hava məkanından istifadəyə dair sorğular qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar qismində çıxış edir.

10.37. Azərbaycan Respublikası Prezidentinin "A" literi ilə yerinə yetirilən uçuşlarının təmin edilməsi üçün müvəqqəti rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar (hərəkət cədvəli) RİNN-nin səlahiyyətli orqanı tərəfindən HHT VS BM-ə və AHH İM-ə təqdim edilir. Bu Qaydaların 4-81-ci bəndinə uyğun olaraq, digər dövlətlərin başçılarının və nümayəndə heyətlərinin Azərbaycan Respublikasına "A" literi ilə yerinə yetirilən uçuşları və ya Azərbaycanın Respublikasının ərazisindən tranzit uçuşları barədə məlumatlar uçuşa və ya təyinat məntəqəsində enməyə dair icazə ilə eyni vaxtda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən HHT VS BM-ə təqdim edilir.

10.38. Müvəqqəti rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar teleqram və ya poçt vasitəsilə HHT VS BM-ə və AHH İM-ə aşağıdakı müddətlərdə təqdim edilir:

10.38.1. rejimin tətbiq edilməsinə 7 (yeddi) gün qalmış - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin planları əsasında hava məkanından istifadəni təmin etmək üçün;

10.38.2. rejimin tətbiq edilməsinə 2 (iki) gün qalmış - xüsusi şəraitdə Silahlı Qüvvələrin Baş Qərargahının göstərişinə əsasən fəaliyyətin təmin edilməsi üçün;

10.38.3. rejimin tətbiq edilməsinə 24 (iyirmi dörd) saat qalmış - kosmik aparatların havaya buraxılmasını, kosmik obyektlərin endirilən aparatlarının axtarışı və təxliyyəsi ilə bağlı uçuşları, avtomatlaşdırılmış aerostatların uçuşlarını təmin etmək üçün;

10.38.4. rejimin tətbiq edilməsinə 12 (on iki) saat qalmış - "A" literi ilə uçuş yerinə yetirən hava gəmilərinin uçuşlarını təmin etmək üçün;

10.38.5. rejimin tətbiq edilməsinə 12 (on iki) saat qalmış - müvafiq dövlətlərarası və hökumətlərarası müqavilələr üzrə yerinə yetirilən müşahidə uçuşlarını təmin etmək üçün;

10.38.6. rejimin tətbiq edilməsinə 3 (üç) saat qalmış - təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı yardım göstərilərkən, uçuşları təmin etmək üçün;

10.38.7. rejimin tətbiq edilməsinə 5 (beş) gün qalmış - uçuşların və bu Qaydaların 10.38.3- cü bəndində qeyd edilməyən digər fəaliyyətin təmin edilməsi üçün.

10.39. Yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlar rejimin tətbiq edilməsinə 5 (beş) gün qalmışdan gec olmayaraq, teleqram və ya poçt vasitəsilə HHT VS BM-ə və AHH İM-ə təqdim edilir.

10.40. Müstəsna hallarda axtarış-xilasetmə tədbirlərinin görülməsi, təbii fəlakət zamanı yardım məqsədi ilə hava gəmilərinin uçuşları, hava gəmilərinin "A" literi ilə uçuşları, idarəetməni itirmiş aerostatların uçuşları, kosmik obyektlərin buraxılması və endirilməsi üçün müvəqqəti və yerli rejimlər HHT VS mərkəzləri tərəfindən rejim barədə ilkin təqdimat verilmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına mütləq məlumat verməklə müəyyən edilir. Tədbirləri təşkil edən rəhbərlər rayonların və həmin rayonlarda hava məkanından istifadənin təhlükəsizliyinin təmin edilməsinin şərtlərini HHT VS mərkəzləri ilə razılaşdırırlar. Belə hallarda məhdudiyyətlər HHT VS BM-in və AHH İM-in növbə rəislərinin komandasına əsasən sonradan yazılı surətdə təsdiq edilməklə tətbiq olunur.

10.41. Döyüş hazırlığı yoxlanılarkən, gözlənilməzliyə nail olmaq üçün müdafiə nazirinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin göstərişinə əsasən hava məkanından istifadə ilə bağlı qısamüddətli məhdudiyyətlər sorğu verilmədən müəyyən edilə bilər. Belə olan halda məhdudiyyətlərin müəyyən olunması üçün informasiya HHT VS mərkəzlərinə 2 (iki) saat əvvəl, HHT VS BM-ə isə 4 (dörd) saat əvvəl təqdim edilir.

10.42. Eyni məkanda və eyni vaxtda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üçün rejimlərin müəyyən edilməsi ilə bağlı iki və daha artıq təqdimat alındıqda, HHT VS BM-in və AHH İM-in növbə rəisləri həmin tədbirləri başqa vaxta keçirmək hüququna malikdirlər və təqdimatları təqdim etmiş təşkilatlara bu barədə dərhal məlumat verməyə, həmçinin dövlət maraqlarına uyğun olaraq fəaliyyət müddətini onlarla razılaşdırmağa borcludurlar.

10.43. Bu Qaydaların 10.38-ci və 10.39-cu bəndlərində göstərilmiş müddətlər başa çatdıqdan sonra HHT VS BM-ə və AHH İM-ə daxil olmuş rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimatlara baxılmır və onlarla bağlı rejimlər müəyyən edilmir.

10.44. Müvəqqəti rejimlər HHT VS BM və AHH İM tərəfindən işlənib hazırlanır və HHT VS BM-in və AHH İM-in rəhbərləri tərəfindən təsdiq edilir. Zəruri hallarda HHT VS BM müvəqqəti rejimin müəyyən edilməsi ilə bağlı təqdimat layihəsini, habelə hava yolları, mülki aerodrom rayonları üçün ayrılmış hava məkanından istifadə qaydalarına dair təklifləri hazırlayır.

10.45. Təsdiq olunmuş müvəqqəti rejim barədə aidiyyəti məlumat HHT VS BM tərəfindən müvafiq HHT VS mərkəzlərinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşlara nəzarət və onların idarə edilməsi üzrə orqanlarına, tədbirləri təşkil edən hava məkanı istifadəçilərinə, həmçinin aidiyyəti olduqda mülki aviasiyanın digər HHX orqanlarına çatdırılır.

10.46. HHT VS BM-in və AHH İM-in tərəfindən hazırlanmış yerli rejimlərin müəyyən edilməsi ilə bağlı təqdimat layihələri HHT VS BM-in və AHH İM-in rəhbərləri tərəfindən razılaşdırılaraq təsdiq edilir.

10.47. HHT VS mərkəzləri təsdiq olunmuş müvəqqəti, yerli rejimlər əsasında öz HHT VS rayonlarında hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətləri müəyyən edirlər. Müvəqqəti və ya yerli rejimin müəyyən edilməsi ilə bağlı HHT VS BM-ə və AHH İM-ə təqdimatın hazırlanması mərhələsində HHT VS mərkəzləri hava yolları sahələrinin, aerodrom rayonlarının (o cümlədən, beynəlxalq hava limanlarına aid olanların) və aviasiya işlərinin aparıldığı rayonların hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətlər barədə təkliflər, həmçinin birbaşa hava yollarının, dolayı marşrutların, əlavə uçuş eşelonlarının (hündürlüklərinin) ayrılması barədə təkliflər hazırlayaraq, həmin təklifləri HHT VS BM-ə və AHH İM-ə təqdim edirlər.

10.48. Hava məkanından istifadənin təhlükəsizliyini təmin etmək məqsədi ilə HHQ Qərargahı ilə razılaşdırıldıqdan sonra HHT VS BM-in müvəqqəti və yerli rejimlərin layihələrində vaxt, yer və hündürlüklərlə bağlı dəyişikliklər etmək hüququ vardır. Təqdimatları göndərmiş hava məkanı istifadəçilərinə həmin dəyişikliklər barədə məlumat verilir.

10.49. Müvəqqəti və yerli rejimlərə uyğun olaraq müəyyən edilmiş hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətlər barədə məlumat Azərbaycan Respublikasının hava məkanının strukturu məcmuəsində yerləşdirilmiş müvəqqəti və yerli rejimlərin, hava məkanından istifadəyə dair qadağa və məhdudiyyətlərin nəzərə çatdırılması (ləğv edilməsi) sxemi əsasında çatdırılır.

10.50. Mülki aerodromlarda hava gəmilərinin qəbulu və yola salınmasını qadağan etməklə, müvəqqəti rejimin tətbiq olunması ilə bağlı tədbir yalnız 3 (üç) saat təxirə salına bilər. Uçuşlar yerinə yetirilmədikdə və ya onların intensivliyi aşağı olduqda, göstərilən vaxt yalnız HHT VS BM-lə və AHH İM-lə razılaşdırılmaqla qısaldıla bilər.

10.51. Mülki aerodromlarda hava gəmilərinin qəbulu və yola salınmasını qadağan etməklə yerli rejimin tətbiq olunması ilə bağlı tədbir yalnız 2 (iki) saat təxirə salına bilər. Uçuşlar yerinə yetirilmədikdə və ya onların intensivliyi aşağı olduqda, göstərilən vaxt yalnız HHT VS BM-lə və AHH İM-lə razılaşdırılmaqla qısaldıla bilər.

10.52. Hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər onları tətbiq edən HHT VS mərkəzləri tərəfindən ləğv olunur. Müvəqqəti, yerli rejimlər və qısamüddətli məhdudiyyətlər həyata keçirilən tədbirlərin rəhbərlərinin rəsmi məlumatlarına əsasən vaxtından əvvəl də ləğv edilə bilər.

10.53. Müvəqqəti və ya yerli rejimlərin tətbiqinin nəzərdə tutulduğu tədbirlərin həyata keçirilməsi mümkün olmadıqda, təqdimat göndərmiş təşkilatlar qeyd edilən tədbirlərin ləğv edilməsi və ya başqa vaxta keçirilməsi barədə müvafiq HHT VS mərkəzlərinə dərhal məlumat verməlidirlər.

 

11. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması hallarının araşdırılması, uçotunun aparılması və təhlili

 

11.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması hallarının araşdırılması qayda pozuntularının səbəblərinin müəyyən edilməsi və onların qarşısının alınmasına dair tövsiyələrin hazırlanması məqsədi ilə həyata keçirilir. Araşdırma qayda pozuntusu barədə məlumat alındıqdan dərhal sonra başlanmalı və 7 (yeddi) gün müddətində başa çatdırılmalıdır. Göstərilən müddət ərzində pozuntunun səbəbini müəyyən etmək mümkün olmadıqda, araşdırma uzadıla bilər, lakin bu müddət 7 (yeddi) gündən artıq olmamalıdır.

11.2. Hava məkanının milli istifadəçilərinin fəaliyyəti ilə bağlı olan hava məkanından istifadə qaydalarının pozulması halları dövlət, mülki və eksperimental aviasiya üçün müəyyən olunmuş qaydada araşdırılır, uçota alınır və təhlil edilir. Hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılması üzrə komissiya İdarələrarası Qrupun həmsədrləri tərəfindən təşkil edilir. İdarələrarası Qrupun həmsədrlərinin müavinlərindən biri komissiyanın sədri təyin olunur. HHT VS-nin əməliyyat orqanlarının nümayəndələri komissiyanın tərkibinə daxil edilir.

11.3. Azərbaycan Respublikasının hava məkanının xarici istifadəçilərinin fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması halları mülki aviasiya üçün müəyyən edilmiş qaydada araşdırılır, uçota alınır və təhlil edilir. Belə hallarda araşdırma komissiyasını RİNN təşkil edir. HHT VS-nin əməliyyat orqanlarının, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzarət və uçuşları idarəetmə orqanlarının, həmçinin xarici istifadəçinin nümayəndələri komissiyanın tərkibinə daxil edilirlər. Hava məkanının bütün istifadəçiləri ilə baş verən aviasiya hadisələri və insidentlər “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil edilmiş komissiya tərəfindən araşdırılır. [8]

11.4. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması hallarının araşdırılması üzrə komissiya öz fəaliyyətində "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını və digər normativ hüquqi aktları rəhbər tutur.

11.5. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılması üzrə komissiyanın sədri aşağıdakı hüquqlara malikdir:

11.5.1. araşdırma ilə bağlı olan məsələlər üzrə komissiya üzvlərinə sərəncam və göstərişlər vermək;

11.5.2. araşdırma üçün zəruri olan materialları aidiyyəti hüquqi və fiziki şəxslərdən tələb etmək;

11.5.3. araşdırmada iştirak etmək məqsədi ilə lazımi mütəxəssisləri müəyyən edilmiş qaydada cəlb etmək.

11.6. Qayda pozuntusu ilə bilavasitə əlaqəsi olan hüquqi və fiziki şəxslər "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nın pozulmasının araşdırılması üçün zəruri materialları komissiyaya təqdim etməyə borcludurlar.

11.7. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılması üzrə komissiyanın sədrinin vəzifələri aşağıdakılardır:

11.7.1. komissiyanın işinə şəxsən rəhbərlik etmək;

11.7.2. araşdırmanın vaxtında, dolğun və obyektiv aparılmasını, sənədlərin lazımi qaydada tərtib olunmasını təmin etmək;

11.7.3. müəyyən edilmiş müddətədək araşdırma aktını hazırlayıb, təsdiq olunmaq üçün təqdim etmək.

11.8. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılması üzrə komissiyanın üzvləri aşağıdakı hüquqlara malikdirlər:

11.8.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktına aid bütün materiallarla tanış olmaq;

11.8.2. komissiyanın iş qaydasına və Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının qarşısının alınması üzrə materialların hazırlanmasına dair təkliflər vermək.

11.9. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılması üzrə komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:

11.9.1. araşdırmada şəxsən iştirak etmək;

11.9.2. komissiya sədrinin sərəncam və göstərişlərini yerinə yetirmək;

11.9.3. pozuntu faktının səbəblərini araşdırarkən və təqsirkar şəxsi müəyyən edərkən obyektiv olmaq.

11.10. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktlarının araşdırılması üçün aşağıdakılardan istifadə edilir:

11.10.1. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması ilə bilavasitə əlaqəsi olan şəxslərin raportları, izahat və məlumat vərəqələri, şahidlərin verdiyi məlumatlar;

11.10.2. planlar, qrafiklər, cədvəllər və Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını tənzimləyən digər sənədlər;

11.10.3. yerüstü obyektiv nəzarət vasitələrinin (radiolokasiya stansiyaları, radiohündürlükölçənlər, pelenqatorlar, sorğuçular, fotonəzarət cihazları, maqnitofon yazıları, hava gəmilərinin radiolokasiya izlənməsi və s.) məlumatları;

11.10.4. obyektiv nəzarət üzrə bort vasitələrinin (uçuş parametrlərini qeyd edən aparatlar, maqnitofon yazıları, fotonəzarət və s.) məlumatları.

11.11. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılması üzrə komissiya aşağıdakıları aydınlaşdırmalıdır:

11.11.1. pozuntu faktı ilə bilavasitə əlaqəsi olan aviasiya personalının hazırlıq səviyyəsini, habelə onların funksional vəzifələrinin icrasına hazır olmasına nəzarətin həyata keçirilməsinin keyfiyyətini;

11.11.2. radiolokasiya nəzarətinin və rabitənin keyfiyyətini;

11.11.3. HHT VS orqanı ilə müəyyən edilmiş qaydaları pozmaqla, fəaliyyət göstərən Azərbaycan Respublikasının hava məkanı istifadəçisinin əməliyyat orqanı arasında qarşılıqlı əlaqə qaydasını;

11.11.4. pozuntu faktı ilə bilavasitə əlaqəsi olan şəxslərin müəyyən edilmiş əmək və istirahət rejiminə riayət etməsini, tibbi müayinədən keçməsini, həmçinin müayinənin nəticələrini.

11.12. Araşdırma prosesində əldə edilmiş materialları və məlumatları öyrəndikdən sonra komissiya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının səbəblərini müəyyən edir və pozuntuların qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi üçün tövsiyələr hazırlayır. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktının araşdırılmasının nəticələri bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş aktla rəsmiləşdirilir və həmin akt komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Komissiyanı təşkil edən vəzifəli şəxs araşdırma aktını təsdiq edir. Aktın təsdiq edildiyi tarix araşdırmanın son tarixi hesab olunur. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktı araşdırma nəticəsində təsdiq olunmadığı hallarda da belə akt tərtib edilir.

11.13. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılmasına dair aktın əsli İdarələrarası Qrupun və HHT VS-nin rəhbərləri tərəfindən pozuntu faktı baş verdiyi andan 15 (on beş) gündən gec olmayaraq tərtib olunur, onun təsdiq edilmiş surətləri isə əlaqədar hüquqi şəxslərə və vətəndaşlara göndərilir. Araşdırma materialları aktın əslinə, materialların təsdiq edilmiş surətləri isə aktın surətlərinə əlavə olunur.

11.14. Həyata keçirilmiş araşdırmanı natamam və qeyri-obyektiv hesab edən komissiya üzvü aktı imzalayarkən, öz xüsusi rəyini yazılı şəkildə ifadə etməlidir. Həmin xüsusi rəy akta əlavə olunur. Azərbaycan Respublikasının hava məkanının istifadəçisi isə təkrar araşdırmanın aparılması barədə İdarələrarası Qrup qarşısında vəsatət qaldırmaq hüququna malikdir.

11.15. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının qeyri-obyektiv və natamam araşdırılması faktı təsdiq edildikdə, İdarələrarası Qrupun həmsədrləri təkrar araşdırma aparmaq məqsədi ilə HHT VS-nin əməliyyat orqanlarının, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin uçuşları idarəetmə və nəzarət orqanlarının nümayəndələrinin, əlaqədar hüquqi şəxslərin və vətəndaşların iştirakı ilə komissiya təşkil edir.

11.16. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması ilə bağlı aparılmış araşdırmanın materiallarına əsasən İdarələrarası Qrup müvafiq hüquqi və fiziki şəxslərə hava hərəkətindən istifadənin təhlükəsizliyinin təmin edilməsi üzrə təcili tədbirlərin görülməsinə dair tövsiyələr göndərir.

11.17. Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktlarının uçotu HHT VS-nin əməliyyat orqanları tərəfindən forması bu Qaydaların 2 nömrəli əlavəsinə əsasən müəyyən edilmiş jurnallarda aparılır.

11.18. HHT orqanları və HHT VS mərkəzləri Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktları barədə operativ məlumatı HHT VS BM-ə təqdim edirlər. Azərbaycan Respublikası HHT VS BM-in və AHH İM-in rəisləri Azərbaycan Respublikasının HHT VS-də aşkar edilmiş hava məkanından istifadə qaydalarının pozulması faktları barədə birgə hazırlanmış məruzəni bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun olaraq hər ayın 10-dək İdarələrarası Qrupa təqdim edirlər.

11.19. İdarələrarası Qrup bu Qaydaların pozulmasına dair hər yarımillikdə analitik materiallar hazırlayaraq, həmin materialları qrupun həmsədrlərinin imzası ilə əlaqədar şəxslərə göndərir.


 

“Azərbaycan Respublikasının hava

məkanından istifadə Qaydaları”na

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulmasının araşdırılmasının nəticələrinə dair

AKT

 

1. 20____ il “___” _____tarixində pozuntu faktı müəyyən edilmişdir (fəaliyyətin xarakteri, növü, yeri və şəraiti, aviasiyanın növü, hava gəmiləri kimin mülkiyyətində, təsərrüfat və ya əməliyyat idarəçiliyindədir, hava gəmilərinin tipi, onların bort nömrələri, çağırış siqnalları, reys nömrələri, uçuş eşelonu (hündürlüyü) və s.).

2. ____________________________________________________________________________ ______________________________________əmri ilə təyin olunmuş komissiya pozuntu faktının araşdırılmasını həyata keçirmişdir.

3. Araşdırma nəticəsində müəyyən olunmuşdur (pozuntuya səbəb olmuş şərait)________________________________________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

4. Pozuntunun səbəbləri, təqsirkar şəxslər, görülmüş və ya görülən tədbirlər ______________________________________________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

5. Komissiyanın təklifləri (belə pozuntu hallarının qarşısını almaq məqsədi ilə həyata keçirilməli olan tədbirlər, onların müddəti və konkret icraçıları) ____________

______________________________________________________________________________________

______________________________________________________________________________________

 

Komissiyanın sədri  ____________________             ___________________

                                            (imza və tarix)                             (adı və soyadı)

Komissiyanın üzvləri          ____________________             __________________

                                            (imza və tarix)                             (adı və soyadı)

                                 ____________________             __________________

                                            (imza və tarix)                             (adı və soyadı)

                                 ____________________             __________________

                                            (imza və tarix)                             (adı və soyadı)

 

 

 


 

"Azərbaycan Respublikasının hava

məkanından istifadə Qaydaları"na

2 nömrəli əlavə

 

HHT VS-nin ____________________________ hava hərəkətinin təşkili vahid sisteminin

__________________zonasında hava məkanından istifadə qaydalarının pozulması faktlarının uçota alınması

 

JURNALI

 

Azərbaycan Respublikası HHT VS-nin Baş (rayon) mərkəzinin hava məkanından istifadə qaydalarının pozulması faktlarının cari uçotu

 

Sıra

si

Tarix

Pozuntunun baş verdiyi

yer*(1)

Pozuntunun növü * (2)

Hava gəmisinin

tipi, aviasiyanın

növü,

hava gəmisi

kimin

mülkiyyətində,

sərəncamında,

əməliyyat

idarəçiliyindədir

Qayda pozucusunun

fəaliyyətinin xarakteri

*(3)

Pozuntunun qarşısının

alınması üzrə HHQ orqanları

və HHT

vs

orqanlarının gördüyü tədbirlər

İbtidai

istintaq

materialları üzrə

səbəblər və

təqsirkar

şəxslər

Pozuntu

barədə

kimə

məlumat

verilib

* (4)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* (1) sütununda HHT VS zonası, rayonu, hava yolunun sahəsi, poliqonun adı və s. qeyd edilir.

* (2) sütununda "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.57-ci bəndinə uyğun olaraq, hava məkanından istifadə qaydası pozuntusunun növü qeyd edilir.

* (3) sütununda hava gəmisinin növü, bort nömrəsi, reysin nömrəsi, çağırış siqnalı, hava gəmisi kapitanının soyadı, adı, atasının adı, uçuş eşelonu (hündürlüyü) və s. qeyd edilir.

* (4) sütununda yuxarı HHT VS orqanı, qarşılıqlı əlaqədə fəaliyyət göstərən HHQ orqanları, hava məkanı istifadəçisinin orqanları qeyd edilir.

 

 


 

20________ ilin ______ ayı ərzində

Azərbaycan Respublikası HHT VS-nin Baş mərkəzinin hava məkanından istifadə qaydalarının pozulması faktlarının aylıq (illik)

UÇOTU

 

Sıra

№-si

Aviasiyanın novu

Pozuntunun növləri

Sorğular

(cədvəllər), sorğular

qüvvəyə

minməzdən əvvəl

və ya müddəti

başa

çatdıqdan

sonra

HHQ orqanlarının

bildirişləri

Müvafiq

operativ

HHT VS

orqanının icazələri

Operativ

HHT VS

orqanları

tərəfindən

müəyyən

olunmuş

hava

məkanından

istifadə

şərtlərinə

əməl edilməməsi

HHX

(uçuşları

idarəetmə)

orqanlarının

və ya

yaxalayan

qırıcı

təyyarənin

komandalarının yerinə yetirilməməsi

Radiolokasiya

tanıma

sistemi

(VRL)

sorğuya

cavab

verməyən

hava

gəmisinin uçuşu

Azərbaycan

Respublikasının dövlət

sərhədi

üzərindən

uçuş

qaydalarının

və sərhəd

zolağının

hava

məkanından

istifadə

qaydalarının pozulması

Müəyyən

edilmiş

müvəqqəti,

yerli

rejimlərə

qısamüddətli

məhdudiyyətlərə

riayət

olunmaması

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

Pozuntunun növləri

Sorğuda

göstərilənlərdən

artıq sayda

hava

gəmilərinin

uçub

keçməsi

Xüsusi icazə

olmadan qadağan olunmuş zonanın, məhdudiyyət zonasının hava məkanından istifadəsi

Hava gəmisinin

nəzərdə tutulmayan (bəyan edilməyən) aerodroma (meydançaya, rayona) enməsi

Hava gəmisi tərəfindən şaquli, uzununa və yanakı eşelonlama qaydalarının pozulması

HHX (uçuşları idarəetmə) orqanının icazəsi olmadan hava gəmisinin hava yolu və marşrutun sərhədindən yol verilən normadan artıq məsafədən kənara çıxması

Hava məkanından istifadə qaydalarının pozulması faktlarının miqdarı

Hava gəmilərinin bir-biri ilə və digər maddi obyektlərlə təhlükəli yaxınlaşma hallarının sayı

10

II

12

1 j

14

15

16

 

 

 

 

 

 

 

 


 

 

 

 

Künc

ştampının

yeri

 

 

 

"Azərbaycan Respublikasının hava

məkanından istifadə Qaydalarına

3 nömrəli əlavə

 

Azərbaycan Respublikasının

hava məkanından istifadə və

hava hərəkətinin təşkili üzrə

İdarələrarası Qrupun rəhbərlərinə

 

 

 

Hava hərəkətinin təşkili vahid sisterninin ______________________zonasında hava məkanından istifadə qaydalarının pozulması faktları barədə məlumat veririk.

1. 20 ______ il “___” _________tarixindən 20_____ il “___” ___________ tarixinədək HHT VS, HHQ orqanları tərəfindən Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarının pozulması faktları (pozuntuların miqdarı göstərilir) aşkar edilmişdir:

Qayda pozuntuları “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 2.57-ci bəndinə uyğun ardıcıllıqla növlərə ayrılır.

Hər bir pozuntu üzrə tarix, vaxt, yer (HHT VS zonası və rayonu, hava yolunun və ya uçuş marşrutunun sahəsi, poliqonun adı və s.), hava gəmisinin növü, aviasiyanın növü, qaydaları pozanın hansı dövlət orqanına və ya təşkilata aid olması, bort nömrəsi (hava gəmisi komandirinin çağırış siqnalı), reysin nömrəsi, uçuş eşelonu (hündürlüyü), HHX (uçuşları idarəetmə) orqanı, qısaca şərait barədə, pozuntunun qarşısının alınması ilə bağlı HHT VS, HHQ orqanlarının gördüyü tədbirlər, səbəblər, təqsirkar şəxslər və istintaqın nəticələri üzrə onlar barədə görülən tədbirlər (istintaqın müddəti, aktın nömrəsi, təsdiq olunduğu tarix, komissiyanın rəyi), pozuntu barədə kimə və nə zaman operativ məlumat verilməsi göstərilir.

2. Pozuntuların qarşısının alınması ilə bağlı tədbirlər:

HHT VS zonasında hava məkanından istifadə qaydalarının pozulmasının qarşısının alınması, hava məkanından istifadənin planlaşdırılması və koordinasiyasının təkmilləşdirilməsi, hava gəmilərinin uçuşlarının bilavasitə idarə edilməsi ilə bağlı hesabat ayında həyata keçirilmiş, həmçinin cari ay üçün planlaşdırılan konkret tədbirlər barədə məlumat verilir.

Azərbaycan Respublikasının HHT VS-nin və AHH İM-in rəhbərləri

_____________________      ___________________________________________

     (adı və soyadı, imzası)                             (hərbi rütbəsi, adı və soyadı, imzası)

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

2.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

3.       21 yanvar 2019-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 164)

4.       21 yanvar 2019-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 167)

5.       8 may 2021-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 523)

6.       4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386)

7.       25 avqust 2022-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1019)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 yanvar 2019-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 164) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 2.1.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - NRYTN)” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 2.1.2-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 yanvar 2019-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 164) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 3.14-cü, 3.15-ci, 3.16-cı, 4.2-ci, 4.9-cu, 4.13-cü, 4.16-cı, 4.22-ci, 4.23-cü, 4.26-cı, 4.44-cü, 4.54-cü, 4.58-ci, 4.69-cu, 4.78-ci, 4.79-cu (birinci və ikinci cümlələrində), 4.80-ci, 4.81-ci, 4.84-4.86-cı, 5.13-cü, 5.21-ci, 5.23-cü, 5.27-ci, 5.35-ci, 5.43-5.45-ci, 6.2-ci, 8.2-ci, 8.4-cü, 8.9-cu, 9.8-ci, 10.2-ci, 10.37-ci, 11.3-cü bəndlərində, 4.73.3-cü, 5.47.6-cı, 8.3.1-ci, 8.3.2-ci, 8.6.3-cü, 8.6.4.3-cü, 8.6.4.4-cü, 8.8.1-ci, 8.8.2-ci, 9.3.1.2-ci, 9.5.1-ci, 9.5.2-ci və 10.30.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “DMAA” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 3.14-cü, 3.15-ci, 3.16-cı, 4.2-ci, 4.9-cu, 4.13-cü, 4.16-cı, 4.22-ci, 4.23-cü, 4.26-cı, 4.44-cü, 4.54-cü, 4.58-ci, 4.69-cu, 4.78-ci, 4.79-cu bəndlərdə (birinci və ikinci cümlələrdə), 4.80-ci, 4.81-ci, 4.84-4.86-cı, 5.13-cü, 5.21-ci, 5.23-cü, 5.27-ci, 5.35-ci, 5.43-5.45-ci, 6.2-ci, 8.2-ci, 8.4-cü, 8.9-cu, 9.8-ci, 10.2-ci, 10.37-ci, 11.3-cü bəndlərdə, 4.73.3-cü, 5.47.6-cı, 8.3.1-ci, 8.3.2-ci, 8.6.3-cü, 8.6.4.3-cü, 8.6.4.4-cü, 8.8.1-ci, 8.8.2-ci, 9.3.1.2-ci, 9.5.1-ci, 9.5.2-ci və 10.30.2-ci yarımbəndlərdə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilmişdir.

 

[3] 21 yanvar 2019-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 164) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 3.17-ci (ikinci cümləsində), 4.10-cu (ikinci və üçüncü cümlələrində), 4.11-ci, 4.12-ci (birinci cümləsində), 4.17-ci (ikinci cümləsində), 5.20-ci, 5.28-ci, 5.36-cı, 5.37-ci, 5.38-ci, 5.40-cı (birinci cümləsində), 6.5-ci, 8.4-cü, 9.12-ci bəndlərində ismin müvafiq hallarında “DMAA-nın direktoru” sözləri ismin müvafiq hallarında “nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 3.17-ci (ikinci cümlədə), 4.10-cu (ikinci və üçüncü cümlələrdə), 4.11-ci, 4.12-ci (birinci cümlədə), 4.17-ci (ikinci cümlədə), 5.20-ci, 5.28-ci, 5.36-cı, 5.37-ci, 5.38-ci, 5.40-cı (birinci cümlədə), 6.5-ci, 8.4-cü, 9.12-ci bəndlərdə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.2-ci bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2019-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 164) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.2-ci bəndindən “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən,” sözləri çıxarılmışdır.

 

[5] 8 may 2021-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 523) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.7-ci bəndində “ölkədaxili və beynəlxalq tələb, standart, norma və prosedurlara” sözləri “beynəlxalq tələb, standart, norma və prosedurlara, Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.21-ci bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə  edilmişdir.

25 avqust 2022-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1019) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.21-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilmişdir.

 

[7] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.41-ci bənddə, 4.79-cu və 5.9-cu bəndlərdə hər iki halda, 5.13-cü bənddə, 9.3.1.3-cü və 10.30.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[8] 21 yanvar 2019-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 167) ilə “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 11.3-cü bəndinin ikinci cümləsində “təhqiqat” sözü “araşdırma” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status