Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
2-1. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
[1]
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 fevral 2014-cü il
№ 63
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
İstintaq təcridxanalarının daxili intizam Qaydaları
1. Ümumi müddəalar
1.1. İstintaq təcridxanalarının daxili intizam Qaydaları (bundan sonra—Qaydalar) “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra—Qanun) 11.2-ci maddəsinə əsasən, həmin Qanunun 12-ci maddəsinin və “Avropa Penitensiar Qaydaları”nın tələbləri, İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin tövsiyələri nəzərə alınmaqla hazırlanmışdır və istintaq təcridxanalarında daxili rejimi təmin etmək məqsədi ilə qəbul edilmişdir. Bu Qaydalar həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada həbs edilmiş şəxslərin istintaq təcridxanalarında hüquq və azadlıqlarının təmin edilməsi mexanizmini müəyyən edir.
1.2. Bu Qaydalarda istintaq təcridxanalarında həbs edilmiş şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasını, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini və onların təcrid edilməsini təmin edən rejim müəyyən edilir.
1.3. İstintaq təcridxanalarında rejim istintaq təcridxanalarının rəisləri və işçiləri tərəfindən təmin edilir. Onlar xidməti vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
1.4. Bu Qaydalar istintaq təcridxanalarının işçi heyəti, həbs edilmiş şəxslər və bu müəssisələrə baş çəkən şəxslər üçün məcburidir.
1.5. Həbs edilmiş şəxslərin Qanunla müəyyən edilmiş hüquq və azadlıqları daxili intizam qaydaları ilə məhdudlaşdırıla bilməz.
1.6. Həbs edilmiş şəxslər Qanunla onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə və davranış qaydalarına riayət etməyə borcludurlar.
1.7. İstintaq təcridxanalarında saxlanılan şəxslərin yerləşdirilmə həddi müvafiq olaraq Azərbaycan Respublikasının ədliyyə naziri (Naxçıvan Muxtar Respublikasının ərazisində – Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (Naxçıvan Muxtar Respublikasının ərazisində – Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi) tərəfindən müəyyən edilir.
[2]
1.8. İstintaq təcridxanasının tabe olduğu dövlət orqanının rəhbərliyi istintaq təcridxanalarının xidməti fəaliyyətinin yoxlanılmasına göstəriş vermək hüququna malikdir.
1.9. İstintaq təcridxanalarının fəaliyyətinin kompleks yoxlanılması iki ildə bir dəfədən az olmayaraq həyata keçirilir. Yoxlamaya istintaq təcridxanasının tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri ilə təyin edilmiş əməkdaşlar cəlb edilirlər.
2. İstintaq təcridxanalarının quruluşuna dair ümumi tələblər
2.1. İstintaq təcridxanalarına bitişik olan ərazilərin sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.2. İstintaq təcridxanaları xüsusi layihələr üzrə ayrılıqda və ya qarışıq rejimli cəzaçəkmə müəssisəsinin nəzdində, müəssisədə məhkumların saxlandığı rejim binalarından (korpuslarından) təcrid edilməklə tikilir, ərazisi rejim və təsərrüfat sahələrinə bölünür.
2.3. Rejim sahəsində böyük inspektorun (rəisin növbətçi köməkçisinin) iş otağı, həkim otağı, telefon danışığı otağı və digər xidməti otaqlar, psixoloji yardım kabineti, həbs edilmiş şəxslərin saxlanıldığı kameralardan ibarət olan rejim korpusları yerləşir.
2.4. Təsərrüfat sahəsində təsərrüfat və məişət xidməti işləri üçün saxlanılmış məhkumlar yaşayan yataqxana tipli binalar, həyətyanı sahəsi, ambulator və stasionar müalicəni təmin etmək üçün həkim otaqları, müayinə-diaqnostika kabinetləri, ümumi kamera-palataları və abstinensiyalı şəxslərin müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş kamera-palataları olan tibbi-sanitariya hissəsi, psixoloji yardım kabineti, klub, kitabxana, ticarət köşkü, yeməkxana, mətbəx, ərzaq (əşya) anbarları, idman zalı, idman meydançaları, istehsalat sahələri, qaraj, təsərrüfat emalatxanaları və digər yardımçı otaqlar yerləşir.
2.5. İstintaq təcridxanasının rejim və təsərrüfat sahələri bir-birindən təcrid olunur və mühəndis-texniki mühafizə vasitələri ilə təchiz edilir.
2.6. İstintaq təcridxanasının giriş hissəsində inşa edilmiş inzibati binada nəzarət-buraxılış məntəqəsi, müəssisə müdiriyyətinin, əməkdaşların xidməti iş otaqları, iclas (müşavirə) zalı, kriminalistika, qeydiyyat, tibbi müayinə və telefon danışıqları otaqları, istintaq otaqları, vəkil otaqları, həbs edilmiş şəxslərin və məhkumların yaxın qohumları, dostları və ya əlaqələri onlar üçün qanuni maraq doğuran digər şəxslərlə görüş otaqları, sanitar-təmizləmə və müəssisəyə yeni qəbul edilmiş həbs edilmiş şəxslər üçün ilkin (müvəqqəti) saxlanılma yerləri (karantin otaqları) yerləşir.
3. İstintaq təcridxanalarının rejim korpuslarında yerləşən kameraların quruluşu
3.1. Həbs edilmiş şəxslər istintaq təcridxanalarının rejim korpuslarının kameralarında 4 m2-dən az olmayan yaşayış sahəsi ilə təmin olunurlar.
3.2. Rejim korpuslarında kameraların pəncərələri həbs edilmiş şəxslərin normal təbii işıqlanma şəraitində oxuması və təmiz hava ilə təmin olunması üçün kifayət qədər böyük olmalıdır. Kameraların döşəmələri taxta və yaxud metlax ilə örtülür, divarları sement qatışığı ilə malalanır və rənglənir. Kameralar sanitar qovşağı, duş, istilik sistemi, hər həbs edilmiş şəxs üçün yaşayış sahəsinin normasına uyğun çarpayı, yataq ləvazimatları, stol və oturacaqla təchiz olunur.
3.3. İstintaq təcridxanalarında kameraların qapıları 6 sm qalınlığında hazırlanır, onlar içəri tərəfdən polad təbəqə ilə örtülür. Həbs edilmiş şəxslərin davranışına nəzarət etmək məqsədi ilə qapıların mərkəzi hissəsində döşəmədən 1,4-1,5 metr hündürlüyündə gözlük qoyulur. Həbs edilmiş şəxslərə yemək, sənəd, kitab və digər zəruri əşyalar vermək üçün kameraların qapıları orta hissədə döşəmədən 95 sm hündürlüyündə 18x22 sm ölçüdə, dəhlizə açılan və qıfılla bağlanan kiçik pəncərə ilə təchiz edilir.
3.4. Kameraların qapı və pəncərələri siqnalizasiya, eyni zamanda qapıları xüsusi tipli mexaniki və ya elektromexaniki qıfıllarla təchiz olunur. Kameralarda radioreproduktor, televizor və nəzarətçilərin çağırılması üçün siqnal düymələri quraşdırılır.
3.5. Gəzinti yerləri kameralardan kənarda ayrıca təchiz edilmiş sahələrdə və yaxud rejim korpuslarında kameralara bitişik sahədə yerləşir. Gəzinti yerlərinin üstü 12x20 sm ölçüdə dəlikləri olan dəmir barmaqlıqlarla örtülür.
4. Cərimə təcridxanalarında yerləşən kameraların quruluşu
4.1. İstintaq təcridxanalarının ərazisində təcrid edilmiş binada cərimə təcridxanaları təşkil olunur. Həmin binada gəzinti sahələri təşkil edilir. Cərimə təcridxanalarının kameralarında saxlanılan hər bir həbs edilmiş şəxs 4m2-dən az olmayan yaşayış sahəsi ilə təmin olunur.
4.2. Cərimə təcridxanalarının kameraları bu Qaydaların 3.2-ci bəndinin tələblərinə uyğun təşkil edilir. Pəncərələr içəri tərəfdən şüşəsinə toxunmağın qarşısını alan və qaynaq olunmuş metal barmaqlıqla təchiz olunur.
4.3. Cərimə təcridxanalarının kameraları bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş qaydada təchiz olunur. Kameralarda əlavə olaraq metal dayaq və millərdən hazırlanmış, daxilə açılan daxili qapılar quraşdırılır.
5. Həbs edilmiş şəxslərin qəbul edilməsi, onların qeydiyyatının, şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və kameralarda yerləşdirilməsi
5.1. İstintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslər müəssisənin böyük inspektoru (rəisin növbətçi köməkçisi), qarovul rəisi, qeydiyyat hissəsinin əməkdaşı, böyük inspektor (psixoloq) və tibbi-sanitariya hissəsinin tibb işçisi tərəfindən qəbul edilirlər. Böyük inspektor (rəisin növbətçi köməkçisi) istintaq təcridxanasına gətirilmiş şəxsin qəbul edilməsinə əsas verən sənədləri yoxlayır və həmin şəxsi sorğu edərək cavabları şəxsi işdə olan məlumatlarla müqayisə edir.
5.2. İstintaq təcridxanasına yanında 3 yaşınadək uşağı olan qadının qəbul edilməsi üçün uşağın doğum haqqında şəhadətnaməsi və ya qadının həmin uşağın valideyni olduğunu təsdiq edən digər sənədlər, bu sənədlər olmadıqda isə müstəntiqin, prokurorun və ya məhkəmənin müvafiq qərarı olmalıdır.
5.3. Qeydiyyat hissəsinin əməkdaşı tərəfindən kompyuter məlumat bazasına müəssisəyə yeni daxil olmuş həbs edilmiş şəxslər barədə tam məlumat daxil edilir və onların fotoşəkilləri çəkilir. Həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır.
[3]
5.4. Həbs edilmiş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən Qanunla və bu Qaydalarla tanış edilirlər. Həbs edilmiş şəxsə bu normativ hüquqi aktlar izah olunmalıdır. Həbs edilmiş şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin cinayət məsuliyyətinə səbəb olacağı barədə həbs edilmiş şəxslərə, o cümlədən həmin əşyaların onlara verilməsinin və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olması barədə digər şəxslərə istintaq təcridxanalarının müdiriyyəti tərəfindən iltizam alınmaqla məlumat verilir. İltizam həbs edilmiş şəxsin şəxsi işinə əlavə olunur (1 nömrəli əlavə).
5.5. Qəbul zamanı həbs edilmiş şəxslərin üzərində tam axtarış, onlara məxsus əşyalara isə baxış keçirilir. Qəbuldan dərhal sonra həbs olunmuş şəxsə yaxın qohumlarına və ya əlaqə saxlanılması onun üçün maraq doğuran digər şəxslərə telefonla həbsi barədə məlumat vermək imkanı yaradılır. Həbs edilmiş şəxslər əldə etməyə, özlərində saxlamağa, sovqatlarda gətirilməsinə, habelə bağlama və banderollarda göndərilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsulları istisna olmaqla, digər mallar, əşyalar və ərzaq məhsulları saxlanılması üçün anbara təhvil verilir, bu barədə həbs edilmiş şəxsin iştirakı ilə akt tərtib olunur və onun şəxsi işinə əlavə edilir. Bu əşya, mallar və ərzaq məhsulları həbs edilmiş şəxsin ərizəsinə əsasən onun yaxın qohumlarına təhvil verilir. Belə əşyalar digər istintaq təcridxanasına və ya cəzaçəkmə müəssisəsinə daxil olmuş həbs edilmiş şəxsdə aşkar edildikdə, onların hərəkətləri daxili rejim qaydalarının pozuntusu kimi qiymətləndirilir. Təbii səbəblərdən xarab olan ərzaq məhsulları məhv edilir və bu barədə həbs edilmiş şəxs məlumatlandırılmaqla akt tərtib olunur.
5.6. İstintaq təcridxanasına daxil olmuş həbs edilmiş şəxslər mövcud sanitar-epidemioloji normalarla müəyyən edilmiş qaydada tibbi müayinədən və kompleks sanitar təmizləmədən keçirilir, münasib paltarları olmadıqda, habelə bu şəxslərin xidməti fəaliyyəti ilə bağlı xüsusi geyimləri dəyişdirilərək iqlimə uyğun paltarla təmin olunurlar. Kompleks sanitar təmizləmə zamanı həbs edil miş şəxslərin (kişilərin) razılığı ilə onların saçları və saqqalları qırxılır. Həftədə bir dəfədən az olmayaraq yataq ləvazimatları (mələfə, balışüzü, adyal, adyalüzü, əl-üz dəsmalı) dəyişdirilməklə duş verilir. Havaların isti keçdiyi günlərdə həbs edilmiş şəxslərə həftədə ən azı iki dəfə yuyunmaq üçün şərait yaradılır. Təsdiq edilmiş cədvələ əsasən yaşayış binalarının, kommunal-məişət otaqlarının, yeməkxananın, mətbəxin, anbarların, xidməti və digər otaqların dezinfeksiyası, dezinseksiyası və deratizasiyası keçirilir.
5.7. İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır:
5.7.1. soyadı, adı, atasının adı, anadan olduğu tarix və yer, yaşadığı ünvan;
5.7.2. şəxsin həbs edilməsinin əsası və onun həbs edilməsi barədə qərarı qəbul etmiş orqan;
5.7.3. istintaq təcridxanasına gətirilmənin tarixi və vaxtı;
5.7.4. həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısı;
5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti;
5.7.6. həkim sirrinə aid tələblər nəzərə alınmaqla, həbs edilmiş şəxsin özünün və ya digər şəxslərin saxlanılması şəraitinə təsir göstərə biləcək psixi və fiziki pozuntuları barədə məlumatları.
[4]
5.8. İstintaq təcridxanasına yeni daxil olmuş həbs edilmiş şəxslər iyirmi dörd saatadək müddətə ilkin saxlanılma yerində (karantində) başqa həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Xəstəliyi ilə əlaqədar karantində saxlanılması mümkün olmayan şəxslər həkimin rəyinə əsasən müəssisənin tibbi-sanitariya hissəsində yerləşdirilir.
5.9. Tibbi-sanitariya hissəsinin tibb işçisi yeni daxil olmuş, habelə prosessual hərəkətlərin keçirilməsi ilə bağlı təcridxanadan aparılan və geri qaytarılan həbs edilmiş şəxslərin təklikdə xarici müayinəsini keçirir, bu barədə onların tibb kitabçasında müvafiq qeydlər aparır. Tibbi müayinə zamanı müəyyən edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətləri barədə yazılı məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün dərhal həbs yerinin müdiriyyətinə çatdırılır.
5.10. Həbs edilmiş şəxslər kameralara onların yaşı, cinsi, əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmaqla yerləşdirilir.
5.11. Aşağıdakı həbs edilmiş şəxslər istintaq təcridxanalarında ayrı saxlanılırlar:
5.11.1. qadınlar kişilərdən;
5.11.2. yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan;
5.11.3. ilk dəfə cinayət törətmiş şəxslər əvvəllər azadlıqdan məhrumetmə yerlərində cəza çəkmiş şəxslərdən;
5.11.4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həbs edilmiş şəxslər barəsində qanuni qüvvəyə minmiş hökm olan məhkumlardan;
5.11.5. cinayət prosesini həyata keçirən orqanın göstərişi ilə eyni cinayət işi və yaxud əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən həbs edilmiş şəxslər bir-birindən;
5.11.6. həbs edilmiş məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri və ya həmin orqanların sabiq işçiləri digər həbs edilmiş şəxslə rdə n;
5.11.7. həbs edilmiş şəxslər onların həyat və ya sağlamlığına təhlükə törədən digər həbs edilmiş şəxslərdən (istintaq təcridxanasının müdiriyyətinin və ya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə);
5.11.8. ağır yoluxucu xəstəliyə düçar olmuş və ya xüsusi tibbi nəzarətə ehtiyacı olan həbs edilmiş şəxslər tibbi rəy əsasında sağlam şəxslərdən, xəstəlikləri təhlükə yaratdıqda, müraciətləri nəzərə alınmaqla həm də bir-birindən;
5.11.9. özü və ətrafdakılar üçün təhlükə törədə biləcək kəskin psixi vəziyyətdə olan həbs edilmiş şəxslər tibbi rəy əsasında onlar üçün nəzərdə tutulan və bu təhlükənin qarşısını ala biləcək xüsusi şərait yaradılmış kameralarda təcrid edilməklə digər şəxslərdən.
5.12. Həbs edilmiş şəxslər istintaq təcridxanasının rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə aşağıdakı hallarda birnəfərlik kameralarda yerləşdirilirlər:
5.12.1. birnəfərlik kameralarda yerləşdirilməsi barədə həbs edilmiş şəxslər yazılı ərizə ilə müraciət etdikdə;
5.12.2. həbs edilmiş şəxslərin həyat və sağlamlığı üçün yaranmış təhlükənin qarşısının alınması məqsədi ilə; 5.12.3. bu Qaydaların 5.11-ci bəndində nəzərdə tutulmuş ayrılıqda saxlanılma tələblərinin başqa cür yerinə yetirilməsi qeyri-mümkün olduqda.
5.13. Birnəfərlik kameralarda saxlanılan həbs edilmiş şəxslərin üzərində gücləndirilmiş nəzarət və müşahidə təşkil olunur. Həbs edilmiş şəxsin birnəfərlik kamerada saxlanılması və burada saxlanılma müddətinin uzadılması barədə qərarlar həbs edilmiş şəxsə imza etdirilməklə elan edilir. Bu qərara istintaq təcridxanasının rəisi tərəfindən bir aydan gec olmayaraq yenidən baxılır. Həbs edilmiş şəxs birnəfərlik kameraya keçirilmə barədə qərardan yuxarı vəzifəli şəxsə və məhkəməyə ºikayət etmək hüququna malikdir.
5.14. Həbs edilmiş şəxslər istintaq təcridxanasının rəisinin və ya onu əvəz edən şəxsin göstərişinə əsasən əməliyyat, yetkinlik yaşına çatmayan həbs edilmiş şəxslər isə tərbiyə işinin təşkili şöbələrinin (bölmələrinin) və ya psixoloqun rəyi nəzərə alınmaqla kameralara yerləşdirilir.
5.15. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar rejim korpuslarında xüsusi təchiz edilmiş kameralarda yerləşdirilirlər və həmin kameralar birlaylı çarpayılarla təchiz edilir.
6. Həbs edilmiş şəxslərin mühafizəsi və onların üzərində nəzarət
6.1. Həbs edilmiş şəxslər istintaq təcridxanasında mühafizə olunur və nəzarət altında saxlanılırlar. Həmin şəxslər istintaq təcridxanasının ərazisində istintaq təcridxanasının işçilərinin müşayiəti ilə hərəkət edirlər. Nəzarət həyata keçirilərkən video, elektron və ya digər texniki vasitələrdən istifadə edilir.
6.2. Həbs edilmiş şəxslərin saxlanıldığı yerdə axtarış aparıla, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanıla bilər.
6.3. Həbs edilmiş şəxsdə aşkar edilən pul onun sahibinin şəxsi hesabına köçürülür. Qiymətli kağızlar və ya özündə saxlanılmasına icazə verilməyən digər əşyalar həmin şəxsin vəsatəti ilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında həbs edilmiş şəxsin yaxın qohumlarına və ya digər şəxslərə onların razılığı olduqda verilir.
6.4. Həbs edilmiş şəxs özü ilə hər hansı dərman preparatlarını gətirdiyi halda, onlardan istifadə olunması barədə qərarı həkim qəbul edir.
6.5. İstintaq təcridxanasının ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı istintaq təcridxanasının əməkdaşları tərəfindən gələn və gedən şəxslərin əşyaları və geyimi, o cümlədən daxil olan və çıxan nəqliyyat vasitələri yoxlanılır, qadağan olunmuş əşyalar aşkar edildikdə, onlar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. İstintaq təcridxanasına gələn şəxslərdə və ya nəqliyyat vasitələrində həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.
6.6. Həbs edilmiş şəxslər müvəqqəti saxlama yerindən istintaq təcridxanasına keçirilərkən onlardan özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə, onlar akt tərtib edilməklə götürülür və həbs edilmiş şəxs azad olunanadək həmin əşyalar saxlanılması üçün istintaq təcridxanasının anbarına təhvil verilir. Həmin əşyaların təbii səbəblərdən istintaq təcridxanasının anbarında saxlanması mümkün olmadıqda, istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhv edilir və həbs edilmiş şəxsə bu barədə məlumat verilir.
7. İstintaq təcridxanalarının işçi heyətinin və həbs edilmiş şəxslərin qarşılıqlı münasibətləri
7.1. İstintaq təcridxanalarının, o cümlədən mühafizə və müşayiəti həyata keçirən qurumların əməkdaşlarının və hərbi qulluqçuların həbs edilmiş şəxslərlə qarşılıqlı münasibətləri qanunvericiliyə ciddi riayət edilməklə həyata keçirilir.
7.2. Əməkdaşlar həbs edilmiş şəxslərlə münasibətdə özlərinin əxlaqi və vəzifə borclarının yerinə yetirilməsi ilə yüksək nümunə göstərməli, həbs edilmiş şəxslərin rəğbətini qazanmalıdırlar. Əməkdaşlara həbs edilmiş şəxslərə hər hansı bir əşyanı, malları və ərzaq məhsullarını vermək və ya ötürmək, həbs edilmiş şəxslərlə onların qohumları və yaxınları ilə xidmətdən kənar əlaqə yaratmaq, habelə onların xidmətlərindən istifadə etmək qadağandır. Həbs edilmiş şəxslər heç bir halda işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər.
7.3. Həbs edilmiş şəxslər istintaq təcridxanasının əməkdaşları ilə münasibətdə nəzakətli olmağa, onların qanuni tələblərini yerinə yetirməyə borcludurlar.
7.4. Həbs edilmiş şəxslər əməkdaşlara “siz”, “vətəndaş” sözləri, rütbəsi və ya tutduğu vəzifənin adı ilə müraciət edirlər. İstintaq təcridxanasının əməkdaşları həbs edilmiş şəxslərə “siz”, “vətəndaş” və ya onların soyadı ilə müraciət edirlər.
8. Həbs edilmiş şəxslərin davranış qaydaları
8.1. Həbs edilmiş şəxslərin hüquqları aşağıdakılardır:
8.1.1. istintaq təcridxanasına gətirildikdən sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq;
8.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq;
8.1.3. istintaq təcridxanasına qəbul edildikdən sonra və həbsdə saxlama zamanı dərhal öz hüquq və vəzifələri, bu Qaydaları, o cümlədən istintaq təcridxanasında rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq;
8.1.4. işgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;
8.1.5. istintaq təcridxanasında saxlanılma zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq;
8.1.6. müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək;
8.1.7. istintaq təcridxanasında saxlanıldığı müddətdə pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;
8.1.8. ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, istintaq təcridxanasının kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya istintaq təcridxanasının müdiriyyətinin nümayəndəsinin vasitəsilə ticarət köşkündən öz vəsaiti hesabına yazı ləvazimatı, ədəbiyyat, qəzet və jurnal əldə etmək və ya onlara abunə yazılmaq;
8.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;
8.1.10. bağlama, sovqat və banderol almaq;
8.1.11. mülki-hüquq münasibətlərində iştirak etmək və notariusun xidmətlərindən istifadə etmək;
8.1.12. etik davranışa uyğun rəftar olunmaq;
8.1.13. istintaq təcridxanasının müdiriyyəti tərəfindən qəbul edilmək;
8.1.14. hüquqazidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və Qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri və yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq;
8.1.15. həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək;
8.1.16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin aparılmasına cəlb edilməsinin qadağan olunduğu müddətdə-gecə vaxtı səkkiz saat yatmaq;
8.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq;
8.1.18. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;
8.1.19. siyahısı və sayı bu Qaydalarla müəyyən edilmiş şəxsi əşyalardan istifadə etmək (2 nömrəli əlavə);
8.1.20. öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda isə iqlimə uyğun paltarla təmin olunmaq;
8.1.21. öz vəsaiti hesabına istintaq təcridxanasının müdiriyyətinin nümayəndəsinin vasitəsilə ticarət köşkündən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək;
8.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
[5]
8.1.23. istintaq təcridxanasının müdiriyyəti tərəfindən barəsində çıxar ılm ış qərardan şikayət etmək;
8.1.24. Qanunda nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək;
8.1.25. şəxsi hesabları vasitəsilə pul baratları almaq və yaxın qohumlarına pul baratları göndərmək;
8.1.26. Qanunun və bu Qaydaların tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etmək;
8.1.27. Qanunda və bu Qaydalarda nəzərdə tutulmuş qaydada telefon danışıqlarından istifadə etmək;
8.1.28. bu Qaydalarda nəzərdə tutulmuş qaydada televiziya verilişlərinə baxmaq.
8.2. Həbs edilmiş şəxslərin vəzifələri aşağıdakılardır:
8.2.1. Qanunla və bu Qaydalarla müəyyən edilmiş qaydalara riayət etmək;
8.2.2. istintaq təcridxanasının müdiriyyətinin qanuni tələblərinə əməl etmək;
8.2.3. sanitariya-gigiyena və əks-epidemik qaydalara əməl etmək;
8.2.4. yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
8.2.5. istintaq təcridxanasının əmlakına qayğı ilə yanaşmaq;
8.2.6. saxlandığı kameranı növbətçilik qaydasında təmizləmək (süpürmək və yumaq);
8.2.7. istintaq təcridxanasının işçiləri ilə, habelə digər həbs edilmiş şəxslərlə nəzakətlə davranmaq;
8.2.8. istintaq təcridxanasının işçilərinin xidməti vəzifələrinin icrasına mane olmamaq;
8.2.9. özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən hərəkətlərə yol verməmək;
8.2.10. gündəlik gəzinti zamanı davranış qaydalarına əməl etmək;
8.2.11. istintaq təcridxanasında işləyən və müəssisəyə gəlmiş vəzifəli şəxslərlə rastlaşdıqda ayağa qalxıb salam vermək.
8.3. Həbs edilmiş şəxslərə aşağıdakılar qadağan olunur:
8.3.1. bu Qaydalarla müəyyən edilmiş qadağan olunmuş əşyaları hazırlamaq, saxlamaq, gəzdirmək, əldə etmək və ya istifadə etmək, habelə həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyaları və ərzaq məhsullarını saxlamaq (3 nömrəli əlavə);
8.3.2. şəxsi istifadəsində olan əşyaları və digər malları başqa həbs edilmiş şəxslərə satmaq, bağışlamaq və ya başqa yolla vermək;
8.3.3. maddi və ya başqa qazanc məqsədi ilə stolüstü və digər oyunlar oynamaq;
8.3.4. gizli yolla yazışma aparmaq, digər kameralarda saxlanılan, həbs edilmiş şəxslərlə öz kamerasından danışmaq;
8.3.5. özünün və ya başqalarının bədəninə döymə şəkil və yazılar həkk etmək;
8.3.6. jarqon ifadələrdən istifadə etmək, özünə və ya başqalarına ləqəb vermək;
8.3.7. çarpayılara, divarlara, dolabçalara qəzet və jurnallardan kəsilmiş şəkillər, fotoşəkillər yapışdırmaq və ya asmaq;
8.3.8. icazəsiz yataq yerini dəyişmək, çarpayının ətrafını pərdə və digər vasitələrlə örtmək;
8.3.9. təcridxananın ərazisində binaların, digər tikililərin damına çıxmaq, mühafizə edilən və qadağan olunmuş sahələrə yaxınlaşmaq.
9. Həbs edilmiş şəxslərin bağlama, sovqat və banderol qəbul etməsi və ya verməsi, habelə bağlamalara, sovqatlara və banderollara istintaq təcridxanasının işçiləri tərəfindən baxış keçirilməsi
9.1. Həbs edilmiş şəxslər həftədə bir dəfə bağlama, sovqat və banderol almaq hüququna malikdirlər. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır. Yetkinlik yaşına çatmayanlar, ağır xəstəlikdən əziyyət çəkənlər (bu barədə tibbi rəy olduqda), orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə qadınlar və ya yanında 3 yaşınadək uşağı olan qadınlar say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol almaq hüququna malikdirlər.
[6]
9.2. Vətəndaşlardan sovqatların qəbulu üçün istintaq təcridxanalarının giriş hissəsində xüsusi otaqlar təşkil olunur, onlar bu Qaydalarda göstərilən avadanlıqlarla təchiz edilir (4 nömrəli əlavə). Həmin otaqların görünən yerlərində sovqatların qəbulu, görüşlərin təqdimetmə qaydaları, həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi, sovqatlarda gətirilməsi, bağlama və banderollarda göndərilməsi qadağan olunmuş əşyaların siyahısı barədə məlumat, habelə bu siyahıda göstərilən əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi (göndərilməsi və ya ötürülməsi) ilə bağlı məsuliyyəti müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin və digər normativ hüquqi aktların mətni, habelə həmin otaqların iş rejimi və vətəndaşların qəbul günləri barədə məlumat lövhələri asılır. Sovqat qəbul edən nəzarətçilər ağ xələt geyinməlidirlər.
9.3. Sovqat gətirmiş şəxs və ya şəxslərdən biri bu Qaydalarla müəyyən edilmiş formada üç nüsxədən ibarət ərizə blankı doldurur və imzalayır (sovqat gətirmiş şəxslər ərizə blankları ilə müəssisə müdiriyyəti tərəfindən təmin edilirlər (5 nömrəli əlavə). Həmin şəxslər bu blankın arxa tərəfində həbs edilmiş şəxslərə saxlanılması, sovqatlarda gətirilməsi, bağlama və banderollarda göndərilməsi qadağan olunmuş əşyaların siyahısı ilə, habelə bu siyahıda göstərilən əşyaların hər hansı bir üsulla verilməsinə və ya ötürülməsinə görə cinayət məsuliyyətinin yaranması barədə məlumatlandırılırlar. Ərizənin hər üç nüsxəsi sovqat gətirmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədlə birlikdə görüş otağına təhkim olunmuş nəzarətçiyə təqdim edilir. Nəzarətçi ilk növbədə həbs edilmiş şəxsin sovqat almaq hüququnun olub-olmamasını yoxlayır, belə hüququ varsa, sovqat gətirmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədini və ərizənin hər üç nüsxəsinin tələb edilən qaydada tərtib edilməsini yoxlayır. Əgər sovqat gətirmiş şəxs (şəxslər) ərizənin arxa tərəfində göstərilmiş məlumatı imzalamaqdan imtina edərsə və yaxud sovqat gətirmiş şəxsin (şəxslərin) təqdim etdiyi sənədlə onun şəxsiyyətinin uyğun gəlmədiyi müəyyən olunarsa, nəzarətçi bu barədə istintaq təcridxanasının müdiriyyətinə məlumat verir, onun göstərişi ilə səbəbi bildirilməklə sovqatın qəbul edilməsindən imtina edilir və bu barədə müvafiq akt tərtib olunur. Aktın surəti sovqat gətirilmiş həbs edilmiş şəxsin şəxsi işinə əlavə edilir.
9.4. Sovqat gətirmiş şəxsin (şəxslərin) şəxsiyyəti müəyyən edildikdən və ərizələr yoxlanıldıqdan sonra, nəzarətçi sovqatı gətirən şəxsə (şəxslərə) həbs edilmiş şəxslər ə saxlanı lması, gətirilməsi və göndərilməsi qadağan olunmuş əşyalar və bu əşyaların onlara yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsinə və ya ötürülməsinə görə cinayət məsuliyyətinin yaranması barədə bir daha xəbərdarlıq edir. Bundan sonra onların iştirakı ilə sovqatın qəbul edilməsi barədə ərizənin birinci nüsxəsini imzalayır, şəxsiyyəti təsdiq edən sənədlə birlikdə sovqatı gətirmiş şəxsə qaytarır. Ərizənin ikinci nüsxəsi sovqatın qəbul edilməsi barədə həbs edilmiş şəxs tərəfindən imzalandıqdan sonra, ayrı qovluğa tikilir və həbs edilmiş şəxs istintaq təcridxanasından çıxdıqdan sonra bir il müddətində saxlanılır, ərizənin üçüncü nüsxəsi isə şəxsi işinə tikilir. Həbs edilmiş şəxs ərizəni imzalamaqdan imtina edərsə, bu barədə ərizədə müvafiq qeydiyyat aparılır.
9.5. Həbs edilmiş şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədi ilə sovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə həbs edilmiş şəxslərin iştirakı ilə istintaq təcridxanasının işçiləri tərəfindən baxış keçirilir.
9.6. Həbs edilmiş şəxslərin adına göndərilən bağlama və banderollarda, gətirilən sovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Bağlama, sovqat və banderollarda həbs edilmiş şəxslərin özlərində saxlamasına icazə verilməyən əşyalar aşkar edildikdə, onlar akt tərtib edilməklə götürülür və həbs edilmiş şəxs azad olunanadək həmin əşyalar saxlanılması üçün istintaq təcridxanasının anbarına təhvil verilir və ya bağlama və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır. Həmin ərzaq məhsulları və ya əşyalar geriyə göndərilməsi üçün poçt müəssisəsi tərəfindən qəbul edilmədikdə, habelə onların təbii səbəblərdən istintaq təcridxanasının anbarında saxlanması mümkün olmadıqda, istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhv edilir və həbs edilmiş şəxsə bu barədə məlumat verilir.
9.7. Sovqat aşağıdakı hallarda səbəbi izah edilməklə qəbul edilmir və onu gətirmiş şəxsə qaytarılır:
9.7.1. həbs edilmiş şəxs həbsdən azad edildikdə və ya istintaq təcridxanasından göndərildikdə;
9.7.2. həbs edilmiş şəxs vəfat etdikdə;
9.7.3. həbs edilmiş şəxsin sovqatı şəxsən qəbul etmək imkanı olmadıqda (istintaq hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bir sutkadan az olmayan müddətə aparıldıqda; huşsuz vəziyyətdə tibbi-sanitariya hissəsinə yerləşdirildikdə (dərman preparatları istisna olmaqla) və s.);
9.7.4. sovqatın çəkisi bu Qaydaların 9.1-ci bəndinə əsasən müəyyən edilmiş çəkidən artıq olduqda;
9.7.5. sovqatı gətirmiş şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədikdə;
9.7.6. həbs edilmiş şəxs sovqatı qəbul etməkdən yazılı imtina etdikdə;
9.7.7. həbs edilmiş şəxs cərimə təcridxanasına yerləşdirildikdə.
9.8. Bağlama və banderollar bu Qaydaların 9.7.1-ci, 9.7.2-ci və 9.7.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallarda onları göndərmiş şəxslərə geri qaytarılır.
9.9. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərin adına gəlmiş bağlama və banderollar təcridxananın anbarına təhvil verilir və şəxsin cərimə təcridxanasında saxlanılma müddəti başa çatdıqdan sonra onlara təqdim edilir.
9.10. Bağlama və banderollar həbs edilmiş şəxsə qəbul olunduğu gündən üç saat ərzində, müvəqqəti istintaq hərəkətləri və ya məhkəmə baxışı ilə əlaqədar təcridxanadan getmiş şəxs isə qayıtdıqdan sonra təqdim edilir.
9.11. Həbs edilmiş şəxslərin istintaq təcridxanası müdiriyyətinin razılığı ilə yaxın qohumlarına bağlama və ya banderol göndərmək hüququ vardır.
10. Həbs edilmiş şəxsin istintaq təcridxanasına gətirildikdə dərhal yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat verməsi
10.1. Həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdə dərhal həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə məlumat vermək üçün bu Qaydaların 13-cü hissəsində nəzərdə tutulmuş qaydada telefonla zəng etmək hüququna malikdir. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verə bilməz. Həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildiyi barədə məlumat verməkdən imtina edərsə, bu barədə akt tərtib olunur və onun şəxsi işinə əlavə edilir.
[7]
10.2. Əcnəbi və vətəndaşlığı olmayan həbs edilmiş şəxslər istintaq təcridxanasına gətirilmələri barədə vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına, habelə həmin şəxslərə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara dərhal məlumat vermək imkanı ilə təmin olunurlar.
[8]
11. Həbs edilmiş şəxslərin yemək təminatı, ərzaq məhsullarının və ən zəruri malların əldə edilməsi
11.1. Həbs edilmiş şəxslər gündə üç dəfə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, istintaq təcridxanasında hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, həbs edilmiş şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır. Yetkinlik yaşına çatmayanlar, hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş xüsusi yemək normaları ilə təmin edilirlər.
11.2. Həbs edilmiş şəxslər nağdsız hesablaşma yolu ilə şəxsi hesablarında olan vəsaitlə ərzaq məhsulları və ən zəruri mallar əldə edə bilərlər. Bu məqsədlə istintaq təcridxanalarında fəaliyyət göstərən və iş rejimi təcridxanaların müdiriyyəti tərəfindən müəyyən edilən ticarət köşkü təşkil olunur. Həbs edilmiş şəxslərə ticarət köşkü ilə satışına icazə verilən ərzaq məhsulları və ən zəruri mallar bu Qaydalarla müəyyən edilmiş siyahı üzrə müəyyənləşdirilir (6 nömrəli əlavə).
11.3. Həbs edilmiş şəxslərin ticarət köşkündən ərzaq məhsulları və ən zəruri malların əldə edilməsi məqsədi ilə kameralardan çıxarılması qadağandır. Həbs edilmiş şəxslər üçün ərzaq məhsulları və ən zəruri malların satışı təcridxananın məsul şəxsləri tərəfindən həyata keçirilir. Bununla əlaqədar, təcridxananın ticarət köşkündə satışda olan ərzaq məhsullarının və malların siyahısı, qiymətləri göstərilməklə bütün kameralara paylanılır. Həbs edilmiş şəxsə ticarət köşkündə xərcləməyə icazə verilən məbləğ məhdudlaşdırılmır, onun şəxsi hesabında olan vəsaitlə nağdsız qaydada aparılır.
11.4. Ticarət köşkünün işçisi əvvəlcə təcridxananın mühasibatlığında həbs edilmiş şəxsin hesabında vəsaitin olub-olmamasını yoxlayır, sonra isə alınan ərzaq məhsulları və ən zəruri malları həbs edilmiş şəxsə imza etdirməklə kameralarda təqdim edir.
11.5. Həbs edilmiş şəxs öz vəsaiti hesabına ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün istintaq təcridxanasının müdiriyyətinə ərizə ilə müraciət edir və ona verilən sifariş vərəqələrində əldə etmək istədiyi məhsul və malların adını, miqdarını (çəkisini) qeyd edir.
12. Həbs edilmiş şəxslərin yazışması və onların şəxsi hesabları vasitəsilə pul baratları alması və ya göndərməsi
12.1. İstintaq təcridxanalarında saxlanılan şəxslər bu Qaydaların 12.3-cü bəndində nəzərdə tutulan hallardan başqa, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya göndərmək hüququna malikdirlər. Bu Qaydaların 12.5-ci bəndində nəzərdə tutulmuş təklif, ərizə və şikayətlərdən başqa, digər məktub və teleqramların göndərilməsi onların öz vəsaiti hesabına həyata keçirilir. Poçt ləvazimatlarını (konvert, marka, teleqram blankları) həbs edilmiş şəxs təcridxananın ticarət köşkündən müvafiq qaydada əldə edir.
12.2. Həbs edilmiş şəxslərin məktub və teleqramlarının poçt göndərişləri istintaq təcridxanasının müdiriyyəti vasitəsilə həyata keçirilir. Bu məqsədlə həbs edilmiş şəxslər göndərmək istədikləri məktubları istintaq təcridxanasının müdiriyyətinin nümayəndəsinə müvəqqəti saxlanca təqdim edirlər.
12.3. Həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək üçün həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Həbs edilmiş şəxs bu bənddə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət etmək hüququna malikdir.
12.4. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədi ilə həbs edilmiş şəxslərin adına gələn və onlar tərəfindən göndərilən məktublar onların iştirakı ilə həbs yerinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir. Həbs edilmiş şəxslər həbs yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə yalnız cinayət prosesini həyata keçirən orqanın razılığı ilə yazışa bilərlər.
12.5. Həbs edilmiş şəxslərin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya işgəncənin və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan aidiyyəti üzrə göndərilir. Bu təkliflər ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.
12.6. Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, məhkəmə və ya istintaq təcridxanasının fəaliyyətinə nəzarəti həyata keçirən orqanlar tərəfindən təkliflərə, ərizələrə və şikayətlərə verilən cavablar həbs edilmiş şəxslərə imza etdirməklə elan olunur. Cavabların əsli onların şəxsi işlərinə, surətləri isə cinayət işinə əlavə edilir. Həbs edilmiş şəxslərin xahişi ilə ca vabların surəti həm də onlara verilir.
12.7. Həbs edilmiş şəxslər təklif, ərizə və ya şikayət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər. Belə təqiblərə yol vermiş şəxslər “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
12.8. Həbs edilmiş şəxslərin adına gəlmiş məktubların verilməsi, habelə onların məktublarının ünvan sahiblərinə göndərilməsi məktubun gəldiyi və yaxud həbs edilmiş şəxs tərəfindən verildiyi gündən ən geci bir gün keçənədək istintaq təcridxanasının müdiriyyəti tərəfindən həyata keçirilir. Teleqramlar həbs edilmiş şəxslərə istintaq təcridxanasının müdiriyyəti tərəfindən dərhal verilir.
12.9. Həbs edilmiş şəxslərin aldıqları və göndərdikləri yazışmalar daxil olduğu və göndərildiyi vaxt göstərilməklə xüsusi qeydiyyat kitablarında qeydiyyata alınır.
12.10. İstintaq təcridxanasını tərk edən həbs edilmiş şəxslərin ünvanına daxil olan məktublar istintaq təcridxanasının müdiriyyəti tərəfindən ən geci bir gün müddətində həbs edilmiş şəxslərin yaşadığı ünvana (yerə) göndərilir.
12.11. Həbs edilmiş şəxslərə daxil olan pul baratları onların şəxsi hesablarına köçürülür. İstintaq təcridxanasının müdiriyyətinin razılığı ilə onların öz şəxsi hesablarından yaxın qohumlarına pul baratları göndərilməsinə icazə verilir.
13. Həbs edilmiş şəxsin telefon danışıqlarından istifadə etməsi
13.1. Həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdən sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə, sonradan isə həftədə iki dəfə 15 dəqiqəyədək müddətinə telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənilir.
13.2. Həbs edilmiş şəxslərin telefon danışıqlarının aparılması üçün istintaq təcridxanalarının rejim korpuslarında danışıq kabinələri olan xüsusi otaqlar təşkil olunur. Həbs edilmiş şəxslərin telefon danışıqlarının uçotu, telefon danışığı otağına təhkim edilmiş əməkdaş tərəfindən onların şəxsin adına açılmış xüsusi vərəqələrdə qeydə alınır və həmin otaqda saxlanılır (7 nömrəli əlavə).
13.3. Müdafiəçisi ilə telefon danışıqları istisna olmaqla, həbs edilmiş şəxsin telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya istintaq təcridxanasında rejimi təmin etmək zərurəti yarandıqda, istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə, həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Həbs edilmiş şəxs bu bənddə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məhkəməyə, istintaq təcridxanasının müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət etmək hüququna malikdir.
13.4. Həbs edilmiş şəxslərin telefon danışıqları istintaq təcridxanasının işçi heyətinin nəzarəti altında həyata keçirilir.
14. Həbs edilmiş şəxslərin əməyə cəlb olunması
14.1. Həbs edilmiş şəxslər könüllülük əsasında istintaq təcridxanasının ərazisində haqqı ödənilən işlərə könüllü olaraq cəlb edilirlər.
14.2. Həbs edilmiş şəxslərin əməyi yalnız istintaq təcridxanasının ərazisindəki kameralarda, istehsalat sahələrində və sexlərdə təşkil olunur. Bu zaman Qanun və bu Qaydalarda nəzərdə tutulmuş həbs edilmiş şəxslərin ayrı saxlanması və təcridetmə tələbləri, habelə mülki və əmək qanunvericiliyinin normalarının tələbləri, texniki təhlükəsizlik qaydaları, sanitariya—gigiyena normalarının tələbləri nəzərə alınmalıdır. İşlərə yalnız müəyyən olunmuş qaydada tibbi müayinədən keçmiş və istintaq təcridxanasındakı işlərə yararlı hesab olunmuş şəxslər buraxılırlar.
14.3. Həbs edilmiş şəxslərin istintaq təcridxanalarında əmək fəaliyyəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
14.4. İşləmək arzusunda olan həbs edilmiş şəxs istintaq təcridxanasının rəisinə ərizə ilə müraciət edir. İstintaq təcridxanasının rəisi ən geci 3 gün müddətində ərizəyə baxmalı və qərar qəbul etməlidir. Həbs edilmiş şəxsin istintaq təcridxanasında işlə təmin edilməsi mümkün olmadıqda, bu barədə ona izahat verilir. Həbs edilmiş şəxslərin əməkhaqları qanunvericilikdə nəzərdə tutulmuş tutulmalardan sonra onların şəxsi hesablarına keçirilir.
14.5. Həbs edilmiş şəxslərin istintaq təcridxanalarında cəlb olunması qadağan olunan işlərin və vəzifələrin siyahısı bu Qaydalarla müəyyən edilir (8 nömrəli əlavə).
15. Həbs edilmiş şəxslərin gəzintiyə çıxarılması
15.1. Həbs edilmiş şəxslər hər gün iki saatdan az olmayaraq, gündəlik gəzintiyə çıxarılmaq hüququna malikdirlər. Həbs edilmiş şəxslər sutkanın yalnız gündüz vaxtı gəzintiyə çıxarılırlar.
15.2. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınların müəyyən edilmiş gündəlik gəzintisi 4 saatdan az olmamalıdır.
15.3. Yetkinlik yaşına çatmayanların müəyyən edilmiş gündəlik gəzintisi 3 saatdan az olmamalıdır.
15.4. Cərimə təcridxanasında yerləşdirilən həbs edilmiş şəxslər hər gün ən azı 1 saat gəzinti hüququna malikdirlər.
15.5. Həbs edilmiş şəxslərin gəzintiyə çıxarılmasını təmin etmək məqsədi ilə bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş qaydada gəzinti yerləri təşkil edilir, oturacaqlar (skamyalar) ilə təchiz olunur. Gəzinti yerlərinin üstünün bir hissəsi gündən və yağışdan qorunmaq üçün dam örtüyü ilə bağlanılır.
16. Həbs edilmiş şəxslərin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və televiziya verilişlərinə baxması
16.1. Həbs edilmiş şəxslər istintaq təcridxanasında idmanla məşğul olmaq və stolüstü oyunlar (şahmat, dama, domino, nərdtaxta) oynamaq, habelə bu Qaydalarda nəzərdə tutulmuş qaydada televiziya verilişlərinə baxmaq hüququna malikdirlər.
16.2. Həbs edilmiş şəxslər bədən tərbiyəsi və idmanla kameralarda, gəzinti yerlərində və ya idman zallarında, meydançalarda məşğul ola bilərlər.
16.3. Rejim korpuslarının kameraları stolüstü oyunlarla təchiz edilir.
16.4. Kameralarda mərkəzləşdirilmiş qoşucu qurğu ilə idarə olunan televizorlar quraşdırılır. Televiziya verilişlərinə baxış gün bölgüsü ilə müəyyən edilmiş yatma vaxtınadək müəyyən edilir.
16.5. Yetkinlik yaşına çatmayanların bu Qaydalarla müəyyən edilmiş gün bölgüsünə riayət etməklə kameradan kənarda əlavə televiziya verilişlərinə baxması, orta təhsilini davam etdirməsi və idmanla məşğul olması üçün şərait yaradılır.
17. Həbs edilmiş şəxsin müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşlərinin təmin edilməsi
17.1. Həbs edilmiş şəxsə tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır.
17.2. Hüquqi yardım almaq üçün həbs edilmiş şəxslərin özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən həbs edilmiş şəxslərə vəkillərlə görüş verilir. Vəkil və qanuni nümayəndələrlə görüşlər Qanunla müəyyən edilmiş görüşlərin sayına daxil edilmir. Görüşlər həbs edilmiş şəxslərə istintaq təcridxanasının iş vaxtı (saat 900-dan 1800-dək) ərzində təqdim edilir.
17.3. Vəkil istintaq təcridxanasına onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi, qanuni nümayəndə isə cinayət prosesini həyata keçirən orqanın onu qanuni nümayəndə qismində cinayət prosesində iştiraka buraxılması barədə qərarı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə və bu Qaydalara riayət etməklə keçirilir.
18. Həbs edilmiş şəxsin yaxın qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərinin təmin edilməsi
18.1. Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə müvafiq şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüş zamanı daxili intizam qaydalarını pozduqda, görüş vaxtından əvvəl dayandırılır və bu halda həmin fakt protokollaşdırılır. Müxtəlif kameralarda saxlanılan həbs edilmiş şəxslərin bir-biri ilə görüşməsi qadağan edilir.
18.2. Həbs edilmiş şəxslərə qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşləri müdiriyyətin nümayəndəsinin iştirakı ilə verilir. Görüşün təqdim olunmasına etiraz edildikdə, həbs edilmiş şəxsin və ya onunla görüşmək istəyən şəxsin ərizəsində etirazın səbəbləri barədə qeyd aparılır.
18.3. Epidemioloji və ağır yoluxucu xəstəliklər, təbii fəlakətlər və istintaq təcridxanasının normal fəaliyyət göstərməsinə mane olan digər fövqəladə hallar zamanı görüşlərin təqdim edilməsi müvəqqəti dayandırılır.
18.4. Bir görüşün hissə-hissə verilməsinə icazə verilmir. Həkimin rəyinə əsasən ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan həbs edilmiş şəxsin yaxın qohumlarına ona baş çəkmək üçün istintaq təcridxanasının müdiriyyəti tərəfindən imkan yaradılmalıdır.
19. Görüşlərin təqdim edilməsi və keçirilməsi qaydaları
19.1. Görüşün təqdim edilməsinə icazə istintaq təcridxanasının rəisi tərəfindən həbs edilmiş şəxsin, yaxud görüşə gəlmiş şəxsin ərizəsi, şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının xidməti vəsiqəsi və qəyyumluq orqanlarının sənədləri) əsasında verilir (9 nömrəli əlavə). Həbs edilmiş şəxslər və görüşə gəlmiş şəxslər ərizə blankları ilə müəssisənin müdiriyyəti tərəfindən təmin edilirlər.
19.2. Görüşə gəlmiş şəxs və ya şəxslərdən biri bu Qaydalarla müəyyən edilmiş formada ərizə yazır, bu ərizənin arxa tərəfində göstərilmiş həbs edilmiş şəxslərə saxlanılması, sovqatlarda gətirilməsi qadağan olunmuş əşya və malların siyahısı ilə, habelə bu siyahıda göstərilən əşyaların və digər malların hər hansı bir üsulla verilməsinə və ya ötürülməsinə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq olunur və onu imzalayır. Əgər görüşə bir neçə şəxs gəlmişdirsə, onların hər birinin adı və soyadı ərizədə göstərilir, şəxsiyyəti təsdiq edən sənədlər qeyd olunur və hər birinə ayrılıqda cinayət məsuliyyəti haqqında xəbərdarlıq olunur və bu barədə imza edirlər. Ərizə görüşə gəlmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədlə birlikdə görüş otağına təhkim edilmiş nəzarətçiyə təqdim edilir. Nəzarətçi ilk növbədə həbs edilmiş şəxsin görüş almaq hüququna malik olub-olmamasını yoxlayır, belə hüquq müəyyən edildikdə, nəzarətçi görüşə gəlmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədini və ərizəsinin hər iki nüsxəsinin tələb edilən qaydada yazılmasını yoxlayır. Ərizənin arxa tərəfində məlumatla tanış olmaq barədə imza olmadıqda, habelə imzalar bir-birindən fərqləndikdə, nəzarətçi bu barədə görüşə gəlmiş şəxsə (şəxslərə) bir daha xəbərdarlıq edir və ərizələri imzalamaq üçün şəxsə qaytarır. Əgər görüşə gəlmiş şəxs (şəxslər) ərizənin arxa tərəfində göstərilmiş məlumatları, habelə ərizələri tələb olunan qaydada imzalamaqdan imtina edərsə, bu halda nəzarətçi dərhal istintaq təcridxanasının müdiriyyətinə məlumat verir. İstintaq təcridxanasının rəisinin göstərişi ilə görüşün verilməsindən imtina edilir, bu barədə nəzarətçi və istintaq təcridxanasının böyük inspektorunun (rəisin növbətçi köməkçisinin) iştirakı ilə akt tərtib edilir. Aktın surəti həbs edilmiş şəxsin şəxsi işinə əlavə edilir. Görüşə gəlmiş şəxsin (şəxslərin) təqdim etdiyi sənədlə onun şəxsiyyətinin uyğun gəlmədiyi müəyyən edilərsə, bu barədə dərhal istintaq təcridxanasının rəisinə məlumat verilir, onun göstərişi ilə səbəbi bildirilməklə, görüşün təqdim edilməsindən imtina edilir və bu barədə istintaq təcridxanasının böyük inspektorunun (rəisin növbətçi köməkçisinin) iştirakı ilə akt tərtib olunur.
19.3. Görüş verilməzdən əvvəl görüşə gəlmiş şəxsə (şəxslərə) görüş zamanı davranış qaydaları izah olunur, bu qaydalar pozulduqda görüşün dərhal dayandırılacağı barədə xəbərdarlıq edilir. Görüşə gəlmiş şəxsin (şəxslərin) istintaq təcridxanalarında həbs edilmiş şəxslərdə saxlanılması qadağan olunan əşyaları həbs edilmiş şəxsə verəcəyi və ya həbs edilmiş şəxsdən hər hansı əşyanı alacağı barədə kifayət qədər əsas olduqda, istintaq təcridxanasının rəisi görüşə gəlmiş şəxsə, onun üst-başına və əşyalarına görüşdən əvvəl və sonra baxışın keçirilməsinə razılıq verəcəyi təqdirdə görüşün təqdim ediləcəyini elan edir. Həbs edilmiş şəxslərlə görüşə gəlmiş şəxsin (şəxslərin) üst-başına və əşyalarına baxış keçirilir. Görüşə gəlmiş şəxslərin üzərinə axtarış-baxış eyni cinsdən olan nəzarətçi tərəfindən həyata keçirilir.
19.4. Görüşə gəlmiş şəxs baxışdan imtina etdikdə, ona həbs edilmiş şəxslə görüşə icazə verilmir. Yoxlamadan gizlədilmiş qadağan olunmuş əşyalar və bu əşyaları həbs edilmiş şəxslərə verməyə cəhd edən şəxslər aşkar edildikdə, bu barədə protokol tərtib edilərək qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.
19.5. Qiymətli əşyaların və pulun müvəqqəti saxlanca təhvil verilməsi və görüş başa çatdıqdan sonra geriyə qaytarılması barədə xüsusi jurnalda nəzarətçi və həmin əşyaların sahibi tərəfindən imza edilir (10 nömrəli əlavə). 19.6. Həbs edilmiş şəxslə görüşdə yetkinlik yaşına çatmış üç nəfərədək şəxsin və həbs edilmiş şəxsin uşaqlarının iştirakına icazə verilir.
19.7. Həbs edilmiş şəxslər görüşə səliqəli görkəmdə gəlməlidirlər. Onların üzərində görüşdən əvvəl və sonra tam axtarış aparılır.
19.8. Görüşə gəlmiş şəxslərə və onlarla birlikdə olan həbs edilmiş şəxslərin yetkinlik yaşına çatmayan uşaqlarına və ya digər yaxın qohumlarına özləri ilə görüş otağına ərzaq məhsulları və digər əşyalar keçirmələrinə icazə verilmir.
19.9. Görüş zamanı həbs edilmiş şəxslərə və ya onlar tərəfindən görüşə gəlmiş şəxslərə hər hansı sənədlərin, sxemlərin, yazıların və digər əşyaların verilməsinə icazə verilmir. Görüş zamanı danışıq görüşə gəlmiş şəxslər tərəfindən seçilən dildə aparılır. İstintaq təcridxanasının əməkdaşlarının bilmədiyi dildə danışıq aparıldıqda, müdiriyyət tərəfindən tərcüməçi dəvət olunur. Tərcüməçi qismində digər həbs edilmiş şəxsləri cəlb etmək qadağandır.
19.10. Öz vəzifələrini yerinə yetirərkən, istintaq təcridxanalarına baş çəkən, icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçıların və ya müstəntiqlərin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorların, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlərin həbs edilmiş şəxslərlə görüşü tərəflərin razılığı ilə təklikdə keçirilir. Bu görüşlərin keçirilməsi zamanı həbs edilmiş şəxslərlə görüşən vəzifəli şəxslərin təhlükəsizliyi istintaq təcridxanasının rəisi tərəfindən təmin edilir.
19.11. İstintaq təcridxanasının fəaliyyətinə ictimai nəzarəti həyata keçirən səlahiyyətli nümayəndələr, təhlükəsizlik tədbirləri görülməklə həbs edilmiş şəxslərlə təklikdə söhbət edirlər.
19.12. Görüşdə davranış qaydaları pozulduqda, nəzarətçi dərhal görüşü dayandırır və bu barədə görüşə icazə vermiş şəxsə, o olmadıqda isə böyük inspektora (rəisin növbətçi köməkçisinə) məlumat verir və onun qəbul etdiyi qərarı yerinə yetirir. Həbs edilmiş şəxslər yaxın qohumları və ya əlaqə saxlanılması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlər görüşən şəxsləri bir-birindən ayıran, lakin görüşməyə və sərbəst danışmağa imkan verən arakəsmə və müvafiq avadanlıqla təchiz olunmuş xüsusi otaqlarda keçirilir.
19.13. Görüş otaqları bu Qaydalara uyğun olaraq inventarla təchiz olunur (11 nömrəli əlavə).
19.14. Hə b s edilmiş şəxsin müdafiəçisi istisna olmaqla, digər şəxslərlə görüşmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək üçün həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Tutulmuş və ya həbs edilmiş şəxs bu bənddə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan Qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə həmçinin yuxarı vəzifəli şəxsə şikayət etmək hüququna malikdir.
20. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli Preventiv qrupunun üzvlərinin həbs edilmiş şəxslərlə görüşü
20.1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən istintaq təcridxanasına daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, istintaq təcridxanasının müdiriyyəti tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin, (ombudsmanın) həmçinin, istintaq təcridxanasının müdiriyyətinə tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
20.2. Beynəlxalq təşkilatların və respublikada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələrinin həbs edilmiş şəxslərlə görüşlərin keçirilməsi beynəlxalq normalara uyğun olaraq diplomatik kanallar vasitəsilə onların müraciətinə əsasən təmin edilir.
21. Həbs edilmiş şəxslərin istintaq hərəkətlərinin aparılmasında və ya məhkəmə iclaslarında iştirakının təmin edilməsi
21.1. İstintaq təcridxanasının müdiriyyəti cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçıların və ya müstəntiqlərin, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorların, məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlərin, habelə vəkillərin və prosessual hərəkətlərin aparılmasında iştirak edən digər şəxslərin iş vaxtı müddətində istintaq təcridxanasına daxil olmalarını təmin etməlidir.
21.2. Həbs edilmiş şəxslərin cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, gün bölgüsünə uyğun olaraq növbənin təhvil-təslimi (bir saatdan çox olmayan müddətə), yemək qəbulu (səhər, nahar və şam yeməyi) zamanı, habelə fasiləsiz yuxu üçün ayrılmış vaxtda kameralardan çağırış üzrə çıxarılması qadağandır.
21.3. Həbs edilmiş şəxslərə ittiham aktının, hökmün surətini və digər məhkəmə qərarlarını saxlamalarına icazə verilir. Məhkəmə bildirişləri, həbsdə saxlama müddətinin uzadılması barədə və digər bildirişlər, şikayətlərə cavablar, vəsatətlər və digər sənədlər imza etdirməklə həbs edilmiş şəxslərə elan olunur və onların şəxsi işlərinə əlavə edilir. Həbs edilmiş şəxslərin xahişi ilə qeyd olunan sənədlərin surəti onlara da verilir.
[9]
21.4. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib—aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilir. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddətin məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadılmasına yol verilir.
[10]
21.5. Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərin digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, onların işlərinə apellyasiya, kasasiya, əlavə kasasiya və ya hökmlərin icrası qaydasında baxılması, yaxud digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 69-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir.
21.6. Cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, həbs edilmiş şəxslərin iştirakı ilə istintaq təcridxanasında istintaq hərəkətlərinin və yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaradılır.
21.7. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsin istintaq və digər prosessual hərəkətlərdə iştirak etməkdən imtina etdiyi halda protokol tərtib edir, onun barəsində tənbeh tədbirinin tətbiq edilməsi məsələsini həll edir. Protokol və qəbul olunmuş qərar həbs edilmiş şəxsin işinə tikilir.
21.8. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görür.
22. Həbs edilmiş şəxslərin istintaq təcridxanasının müdiriyyəti tərəfindən qəbul edilməsi
22.1. Həbs edilmiş şəxslərin fərdi qəbulu istintaq təcridxanasının rəisi tərəfindən hər gün (bazar və bayram günləri istisna olmaqla), rəis müavinləri və xidmət sahələrinin, tibbi-sanitariya hissələrinin rəisləri tərəfindən isə cədvəl üzrə keçirilir. Qəbul cədvəli həbsdə olan şəxslərin nəzərinə çatdırılır, ehtiyac yarandıqda isə qəbul dərhal keçirilə bilər. Qəbul edilənlərin qeydiyyatı xüsusi jurnallarda aparılır və müəssisənin dəftərxanasında saxlanılır (12 nömrəli əlavə).
22.2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Milli Preventiv qrupunun üzvləri, habelə nəzarəti həyata keçirən digər dövlət və ictimai təşkilatların nümayəndələri tərəfindən də məhdudiyyət qoyulmadan həbs edilmiş şəxslər qəbul edilirlər.
22.3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və əməkdaşları tərəfindən həbs edilmiş şəxslərin fərdi qəbulu, həmin orqanların tabeliyində olan istintaq təcridxanalarına baş çəkdikləri zaman həyata keçirirlər. Bu şəxslər tərəfindən həbs edilmiş şəxslərin qəbulunun qeydiyyatı xüsusi jurnalda aparılır (13 nömrəli əlavə).
[11]
23. Həbs edilmiş şəxslər tərəfindən dini ayinlərin yerinə yetirilməsi
23.1. Həbs edilmiş şəxslərin vicdan və din azadlığına təminat verilir. Onlar istintaq təcridxanalarında dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün istintaq təcridxanasının müdiriyyəti tərəfindən müvafiq şərait yaradılır. Həbs edilmiş şəxslərin saxlandıqları kameralarda və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi digər həbs edilmiş şəxslərin hüquqlarını pozmamalıdır.
23.2. Həbs edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən istintaq təcridxanasının müdiriyyəti vasitəsilə dəvət olunan din xadimlərinin iştirakı ilə dini ayinləri icra edirlər.
24. Həbs edilmiş şəxslərin maddi-məişət təminatı
24.1. Həbs edilmiş şəxslər istintaq təcridxanasında sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onlar istintaq təcridxanasında insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməzlər.
24.2. Həbs edilmiş şəxslərin münasib paltarı olmadıqda, onlar mövsümə uyğun paltarla təmin olunurlar. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.
24.3. Həbs edilmiş şəxslərə fərdi çarpayı və yataq ləvazimatları (döşək, balış, adyal) verilir. Həbs edilmiş şəxslər üçün istintaq təcridxanasında yaşayış sahəsinin norması 4m2 —dən az ola bilməz.
25. Həbs edilmiş şəxslər tərəfindən təkliflərin, şikayətlərin və ərizələrin göndərilməsi
25.1. Həbs edilmiş şəxslərin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, istintaq təcridxanasının fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və Milli Preventiv qrupuna, BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya işgəncənin və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə (CPT) ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan (istirahət və iş günü hesab edilməyən bayram günləri, səsvermə və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir. Bu təkliflər, ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.
25.2. Həbs edilmiş şəxslər təklif, ərizə və ya şikayət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər. Belə təqiblərə yol vermiş şəxslər “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
26. Həbs edilmiş şəxs yeməkdən imtina etdikdə görülən tədbirlər
26.1. Həbs edilmiş şəxs yeməkdən imtina etdikdə, istintaq təcridxanasının rəisi və ya onu əvəz edən şəxs tibbi-sanitariya hissəsinin rəisi və ya həkiminin iştirakı ilə onun səbəbini aydınlaşdırmalı, bu barədə cinayət prosesini həyata keçirən orqana yazılı formada məlumat verməlidir.
26.2. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, istintaq təcridxanasının rəisi həbs edilmiş şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün təcili tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, həbs edilmiş şəxsə müvafiq izahat verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.
26.3. Yeməkdən imtina edən həbs edilmiş şəxs istintaq təcridxanasının rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə digər həbs edilmiş şəxslərdən ayrı saxlanılır və ona da həkim nəzarəti təyin edilir.
26.4. Yeməkdən imtina edən həbs edilmiş şəxsin istintaq təcridxanasında saxlanılma rejiminin öhdəliklərdən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.
26.5. Yeməkdən imtina edən həbs edilmiş şəxsə bu Qaydalarda nəzərdə tutulan vaxtda müəyyən edilmiş normalar üzrə bu barədə müvafiq qeydiyyat aparılmaqla səhər, günorta və şam yeməyi verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqədə qeyd olunur (14 nömrəli əlavə).
26.6. İstintaq təcridxanasının müdiriyyəti həbsə alınmış şəxsin yeməkdən imtina etməsi anından 24 saat keçdikdə yemək qəbulundan imtina edən şəxsin axırıncı psixi və somatik vəziyyətini müəyyən etmək məqsədi ilə tibbi müayinəsinin keçirilməsinə göstəriş verir.
26.7. Yemək qəbulundan imtina edən həbs edilmiş şəxs hər gün həkim tərəfindən müayinə edilir, onun psixi və somatik vəziyyəti, o cümlədən fizioloji göstəriciləri qeydə alınır və bu barədə həbs olunmuş şəxsin tibbi kitabçalarında və xəstəlik tarixlərində qeydlər aparılır.
26.8. Yeməkdən imtina edən həbs edilmiş şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə yeməkdən imtina edən həbs edilmiş şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qidalandırılması həyata keçirilir. Həbs edilmiş şəxslərin məcburi qidalandırılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Təlimata uyğun aparılır.
[12]
26.9. Həbs edilmiş şəxsin yemək qəbulundan imtina etməsi onun digər istintaq təcridxanalarına göndərilməsinə, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirakına mane olmur. Yemək qəbulundan imtina edən həbs edilmiş şəxsin digər istintaq təcridxanalarına göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.
27. Həbs edilmiş şəxslərin tibbi-sanitariya təminatı
27.1. İstintaq təcridxanalarında həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi üçün tibbi-sanitariya məntəqəsi yaradılır.
27.2. Həbs edilmiş şəxslər istintaq təcridxanasına qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən (rentgenoloji, laborator və s.) keçirilirlər. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən təklikdə aparılır. Həbs edilmiş şəxslər üçün müəyyən edilmiş tibbi kitabçada müayinənin nəticələrinə dair müvafiq qeydiyyat aparılır.
27.3. İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar ilə əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı müəyyən edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətləri barədə yazılı məlumatlar təcridxana müdiriyyəti vasitəsilə müvafiq araşdırma aparılması üçün dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
27.4. Həbs edilmiş şəxslərə tibbi və psixoloji yardımın göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”na uyğun həyata keçirilir.
[13]
27.5. Həbs edilmiş şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda, onun tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınaraq həbs edilmiş şəxsə, eləcə də müraciət olduqda, həmin şəxsin vəkilinə təqdim edilir.
27.6. İstintaq təcridxanasının tabe olduğu dövlət orqanının müalicə müəssisəsində həbs edilmiş şəxsin müayinəsini təmin etmək mümkün olmadıqda onun, yaxud müdafiəçisinin vəsatəti ilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tibbi müayinə həmin şəxsin özünün seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən keçirilir. Bu halda tibbi müayinənin xərcləri həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir. Xəstə həbs edilmiş şəxsin istintaq təcridxanasından kənar tibb müəssisələrinə müayinə və qısamüddətli müalicəyə göndərilməsi cinayət prosesini həyata keçirən orqanın qərarı ilə tibbi-sanitariya hissəsinin rəyi əsasında həyata keçirilir. Bu zaman həbsdə olan şəxsin müşayiəti və mühafizəsi istintaq təcridxanasının tabe olduğu orqanın müvafiq qurumu tərəfindən təmin edilir.
[14]
27.7. Həbs edilmiş şəxsin hər bir həkim çağırışı təmin edilir, müvafiq tibbi müayinənin və yardımın həyata keçirilməsinə şərait yaradılır, zərurət yarandıqda isə onun saxlanma şəraitinin dəyişdirilmə məsələsinə həkim rəyinə uyğun olaraq istintaq təcridxanasının müdiriyyəti tərəfindən baxılır.
27.8. Həbs edilmiş şəxsin tibbi müayinəsi zamanı aşağıdakılara xüsusi diqqət yetirilir:
27.8.1. həkim sirrinin qorunması;
27.8.2. fiziki və psixi xəstəliklərin müəyyən edilməsi və onların müalicəsi üçün müvafiq tədbirlərin görülməsi;
27.8.3. həbs edilmiş şəxsin zorakılığa məruz qaldığına işarə edən əlamətlərin təfərrüatı ilə qeydiyyata alınması və istintaq təcridxanasının rəisinin nəzərinə çatdırılması;
27.8.4. narkotik vasitələrdən, psixotrop maddələrdən, dərman preparatlarından və ya alkoqold an sui-istifadə ilə əlaqədar abstinensiya əlamətlərinin müalicəsi;
27.8.5. həbsdə saxlanma ilə əlaqədar yaranmış hər hansı psixi və ya digər stress hallarının müəyyən edilməsi;
27.8.6. yoluxucu xəstəliyə tutulması ehtimal olunan həbs edilmiş şəxsin tibbi rəy əsasında xəstəlik müddətində digər şəxslərdən təcrid edilməsi və müvafiq müalicə alması;
27.8.7. həbs edilmiş şəxsin yalnız İİV-yə (insanın immunçatışmazlığı virusu) yoluxması səbəbinə görə təcrid olunmamasının təmin edilməsi;
28.8.8. həbs edilmiş şəxsin azad edildikdən sonra cəmiyyətə reinteqrasiyası üçün maneə törədə bilən fiziki və psixi pozuntuların qeydə alınması;
27.8.9. həbs edilmiş şəxsin əməyə və fiziki məşqlərə yararlı olmasının müəyyən edilməsi;
27.8.10. həbs edilmiş şəxsin razılığı ilə onun azad edilməsindən sonra zəruri tibbi və ya psixiatriya müalicəsinin davam etdirilməsi ilə əlaqədar müvafiq dövlət tibb müəssisələrinə məlumat verilməsi.
[15]
27.9. Həbs edilmiş şəxs istintaq təcridxanasından azad edilməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir.
27.10. İstintaq təcridxanalarında sanitariya-gigiyena və əks-epidemik tədbirlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Sanitariya-gigiyena və əks-epidemik məqsədlə aparılan yoxlamaların nəticələri müvafiq aktla rəsmiləşdirilərək istintaq təcridxanalarının müdiriyyətinə təqdim edilir.
28. Həbs edilmiş şəxslərin mülki hüquq münasibətlərində iştirakı
28.1. Həbs edilmiş şəxslər cinayət prosesini həyata keçirən orqanın razılığı ilə bu Qaydaların tələblərinə riayət etməklə şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iºtirak edirlər.
29. Həbs edilmiş şəxslərin ailə hüquq münasibətlərində iştirakı və notariusun xidmətlərindən istifadəsi
29.1. Həbs edilmiş şəxslər ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə hüquq münasibətlərində iştirak edirlər.
29.2. Həbs edilmiş şəxslər istintaq təcridxanasında notariusun xidmətlərindən istifadə etmək hüququna malikdirlər.
30. İstintaq təcridxanalarında vəfat edən həbs edilmiş şəxslərin meyitinin verilməsi
30.1. Həbs edilmiş şəxs vəfat etdikdə, istintaq təcridxanasının rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə) və aidiyyəti orqanlara məlumat verir. Əcnəbi vətəndaşların ölümü barədə onların vətəndaşı olduqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara məlumat verilir.
30.2. Həbs edilmiş şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına verilir. Həbs edilmiş şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn edilir. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumunun meyitxanasında saxlanılır.
30.3. Meyit ölüm faktı üzrə cinayət işi ilə əlaqədar araşdırma aparan şəxsin və ya orqanın razılığı ilə onun dəfn edilməsini öz üzərinə götürmüş şəxsin yazılı müraciəti əsasında verilir. Meyiti qəbul edən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir.
30.4. Vəfat etmiş şəxsin qohumlarına ölüm haqqında şəhadətnamənin hansı orqandan alınması üçün müraciət etmələri izah edilməlidir.
31. İstintaq təcridxanalarında gün bölgüsü və onun təşkili
31.1. İstintaq təcridxanalarında əməliyyat şəraiti, ilin fəsli və yerli şərait nəzərə alınmaqla, ciddi nizamlanmış gün bölgüsü müəyyən olunur. Gün bölgüsü bu Qaydalarla müəyyən edilmiş nümunəyə uyğun hazırlanaraq istintaq təcridxanalarının rəislərinin əmri ilə təsdiq edilir, həbs edilmiş şəxslərin və əməkdaşların nəzərinə çatdırılmaqla diqqəti cəlb edən yerdə asılır (15 nömrəli əlavə).
31.2. Müəssisənin tibbi-sanitariya hissəsində stasionar müalicəyə cəlb olunmuş həbs edilmiş şəxslər üçün xüsusi gün bölgüsü müəyyən olunur.
31.3. İstintaq təcridxanalarının rəisləri xidmət sahələrinin işini dəyişən cədvəl üzrə elə təşkil edirlər ki, həbs edilmiş şəxslərin yataqdan qalxma vaxtından yatma vaxtınadək müəssisədə böyük inspektordan (rəisin növbətçi köməkçisindən) başqa, istintaq təcridxanasının digər əməkdaşları da olsun.
31.4. İstirahət, bayram, ümumxalq hüzn və digər əlamətdar günlərdə və gücləndirilmiş iş rejimində xidmət aparıldıqda, müdiriyyətin növbətçiliyi təşkil olunur. Həbs edilmiş şəxslərin davranışına nəzarətin və onlar tərəfindən gün bölgüsünə riayət edilməsi prosesinə bütün əməkdaşlar cəlb olunurlar.
31.5. Həbs edilmiş şəxslər tərəfindən gün bölgüsünə riayət olunmasını təmin etmək məqsədi ilə istintaq təcridxanalarının müdiriyyətinin qərarı ilə rejim korpuslarında siqnal və komandaların verilməsi üçün texniki vasitələrdən istifadə edilir.
32. İstintaq təcridxanasında tətbiq edilən həvəsləndirmə tədbirləri
32.1. Həbs edilmiş şəxslərə nümunəvi davranışına görə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilir:
32.1.1. təşəkkür elan etmək;
32.1.2. verilmiş tənbeh tədbirini vaxtından əvvəl götürmək.
32.2. Həbs edilmiş şəxslərə həvəsləndirmə tədbirləri istintaq təcridxanasının rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə tətbiq edilir.
33. İstintaq təcridxanasında tətbiq edilən tənbeh tədbirləri
33.1. Qanunun və bu Qaydaların tələblərini pozan həbs edilmiş şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilir:
33.1.1. xəbərdarlıq;
33.1.2. töhmət;
33.1.3. 7 günədək müddətə cərimə təcridxanasına yerləşdirmə.
33.2. Tənbeh tədbiri istintaq təcridxanasının rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə tətbiq edilir (16 nömrəli əlavə). Qərarın surəti həbs edilmiş şəxsə dərhal təqdim edilir və şikayət etmək hüququ ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır.
33.3. Bir pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq edilir.
33.4. Tənbeh tədbiri istintaq təcridxanasında müəyyən edilmiş qaydaların pozulması halları və həbs edilmiş şəxsin davranışı nəzərə alınmaqla tətbiq edilir. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda, yoxlama başa çatdıqda, lakin pozuntu törədildiyi gündən ən geci 1 ay keçənədək tətbiq olunur.
33.5. Qanunu və bu Qaydaları pozmaqda təqsirləndirilən həbs edilmiş şəxsin aşağıdakı hüquqları vardır:
33.5.1. hansı əməlin Qanunun və bu Qaydaların pozulması hesab olunduğu barədə dərhal məlumat almaq;
33.5.2. özünün müdafiəsi üçün kifayət qədər vaxta və şəraitə malik olmaq;
33.5.3. şəxsən və ya zəruri hesab etdiyi hallarda müdafiəçi vasitəsilə müdafiə olunmaq;
33.5.4. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
33.5.5. şahidlərin izahatının alınmasını tələb etmək və onların izahatının alınmasında iştirak etmək.
33.6. Tənbeh tədbiri verilməzdən əvvəl həbs edilmiş şəxsdən izahat alınır. Həbs edilmiş şəxs izahat verməkdən imtina etdikdə, bu barədə imtinanın səbəbləri göstərilməklə akt tərtib olunur.
33.7. Həbs edilmiş şəxslərin tənbeh tədbirinin tətbiqindən öz mülahizəsinə görə yuxarı dövlət orqanına (vəzifəli şəxsə) və məhkəməyə şikayət vermək hüququ vardır. Bu Qaydaların 33.8-ci bəndinə əsasən tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır.
[16]
33.8. Şikayətin verildiyi hallarda, şikayət olunan tənbeh tədbirinin tətbiqinin dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.
[17]
34. Həbs edilmiş şəxslərin cərimə təcridxanalarında yerləşdirilməsi qaydası və orada saxlanılma şərtləri
34.1. Həbs edilmiş şəxslərə cərimə təcridxanasına yerləşdirilmə növündə tənbeh tədbiri onlardan yol verilmiş pozuntu barədə izahat alındıqdan və yoxlanıldıqdan sonra, müəssisə rəisinin əsaslandırılmış qərarı ilə müəyyən edilir (17 nömrəli əlavə).
34.2. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərin səhhətinə tibbi-sanitariya məntəqəsinin tibb işçiləri tərəfindən gündəlik nəzarət edilir. Bu barədə həbs edilmiş şəxsin tibb kitabçasında və təcridxana jurnallarında müvafiq qeydlər aparılır.
34.3. Tənbeh tədbiri qismində cərimə təcridxanasına yerləşdirilmə barədə qərar həbs edilmiş şəxsə istintaq təcridxanasının rəisi və yaxud onun tapşırığı ilə müəssisənin digər əməkdaşı tərəfindən elan edilir.
34.4. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslər fərdi çarpayı və yataq ləvazimatı ilə təmin edilir, onlara özləri ilə əl-üz dəsmalı, sabun, diş məcunu, diş fırçası, tütün məmulatları, kibrit və müəyyən olunmuş sayda kitab (jurnal) və ədəbiyyat istisna olmaqla, ərzaq məhsulları və digər şəxsi əşyaları götürmək qadağandır. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərə isti üst paltarı yalnız onlar gəzintiyə çıxarılarkən verilir.
34.5. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxslərin cərimə təcridxanasında olduqları müddətdə, onların şəxsi əşyalarının qorunub saxlanılmasını təmin edir. Ərzaq məhsulları anbara təhvil verilir və həbs edilmiş şəxslərə oradan azad edildikdən sonra qaytarılır. Müdiriyyət anbara təhvil verilmiş ərzaq məhsullarının qorunub saxlanılması üçün müvafiq tədbirlər görür. Təbii səbəblərdən xarab olmuş ərzaq məhsulları həbs edilmiş şəxslərin iştirakı ilə anbardan götürülür və bu barədə akt tərtib olunur. Bu akt böyük inspektor (rəisin növbətçi köməkçisi), cərimə təcridxanası üzrə nəzarətçi və həbs edilmiş şəxs tərəfindən imzalanır. Götürülmüş ərzaq məhsulları isə məhv edilir.
34.6. Həbs edilmiş şəxslərin cərimə təcridxanasına qəbulu böyük inspektorun (rəisin növbətçi köməkçisinin) rəhbərliyi altında nəzarətçilər tərəfindən həyata keçirilir və bu barədə müvafiq kitablarda qeyd edilir. Cərimə təcridxanasına yerləşdirilərkən həbs edilmiş şəxslər üzərində tam axtarış aparılır. Həbs edilmiş şəxslərə cərimə təcridxanası üçün ayrılmış təmiz paltar verilir.
34.7. Cərimə təcridxanasında olduğu müddətdə həbs edilmiş şəxslərin ərzaq məhsulları əldə etməsi, bağlama, sovqat və banderol alması, stolüstü oyunlar oynaması, televiziya verilişlərinə baxması qadağandır. Bu şəxslərin ünvanına gəlmiş bağlama, sovqat və banderollar cərimə təcridxanasından azad edildikdən sonra onlara təqdim edilir.
34.8. Həbs edilmiş şəxslər hər gün bir saatdan az olmayaraq gəzinti hüququna malikdirlər.
34.9. Cərimə təcridxanasında rejim pozuntusuna yol vermiş həbs edilmiş şəxslərə Qanunda nəzərdə tutulmuş bütün tənbeh tədbirləri, o cümlədən bunun üçün əsas olduqda, cərimə təcridxanasında yerləşdirmə təkrarən tətbiq edilir. Bu hallarda tənbehin yeni müddəti əvvəlki tənbehin müddəti başa çatdıqdan sonra hesablanır.
34.10. Cərimə təcridxanasında özünə xəsarət yetirmə və özünü xəstəliyə vurma halları istisna olmaqla, istintaq təcridxanalarının tibbi-sanitariya məntəqələrinə keçirilmiş həbs edilmiş şəxslərin burada saxlanılma vaxtı verilən tənbehin çəkilmə müddətinə hesablanır.
34.11. Müəssisə rəisi barəsində cərimə təcridxanasında yerləşdirmə növündə tənbeh tədbiri tətbiq edilmiş şəxsi səhhəti ilə əlaqədar cərimə təcridxanasında saxlanılmasının qeyri-mümkün olması barədə tibbi rəy olduqda cərimə təcridxanasından azad edir.
34.12. Cərimə təcridxanasında yerləşdirilmə növündə tənbehin müddəti başa çatdıqda, həbs edilmiş şəxs oradan dərhal azad edilir. Bu barədə jurnalda və qərarda qeyd edilir və həmin qərar həbs edilmiş şəxsin şəxsi işinə əlavə edilir. Həbs edilmiş şəxsi cərimə təcridxanasından böyük inspektor (rəisin növbətçi köməkçisi) tərəfindən azad edilir.
34.13. Bu Qaydaların 34.11-ci bəndində qeyd olunan hallar istisna olmaqla, həbs edilmiş şəxslərin cərimə təcridxanasından vaxtından əvvəl azad edilməsinə yol verilmir.
34.14. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, yetkinlik yaşına çatmayan şəxslər cərimə təcridxanasında yerləşdirilə bilməzlər.
35. İstintaq təcridxanalarının cərimə təcridxanalarında və birnəfərlik kameralarında həbs edilmiş şəxslərin saxlanılma şəraitinə nəzarət
35.1. İstintaq təcridxanalarının rəisləri, onların müavinləri, xidmət sahələrinin rəisləri, böyük inspektorlar (rəisin növbətçi köməkçiləri), tibbi-sanitariya hissəsinin tibb işçiləri hər gün cərimə təcridxanasına və birnəfərlik kameralara baş çəkirlər və bu barədə qeydlər aparırlar. İstintaq təcridxanalarının rəhbərliyi tərəfindən həbs edilmiş şəxslərin saxlanılma şəraiti yoxlanılır, ehtiyacı olan şəxslərə tibbi yardım göstərilməsi, müəyyən edilmiş nöqsanların aradan qaldırılması və həbs edilmiş şəxslərin əsaslı şikayətlərinin təmin edilməsi üçün tədbirlər görülür. Bu barədə müvafiq şəxslər tərəfindən xüsusi jurnalda və həbs edilmiş şəxslərin tibb kitabçasında qeydlər aparılır (19 nömrəli əlavə).
36. Həbs edilmiş şəxslərin üzərində, binalarda, yaşayış və təsərrüfat sahələrində axtarış-baxış tədbirlərinin keçirilməsi qaydası
36.1. Axtarış-baxış tədbirləri həbs edilmiş şəxslərdən qadağan olunmuş əşyaların götürülməsi, gizli saxlancların (tayniklərin) və qaçış üçün hazırlanmış yerlərin aşkar edilməsi, habelə gizlənmiş həbs edilmiş şəxslərin tapılması məqsədi ilə həyata keçirilir. Axtarış—baxış tədbirləri zamanı texniki vasitələrdən istifadə edilir.
36.2. Həbs edilmiş şəxslərin üzərində, istintaq təcridxanasının ərazisindəki binalarda, kameralarda axtarış, yaşayış sahəsinin ərazisində və istehsalat obyektlərinə baxış tədbirləri həm planlı, həm də qəflətən keçirilir.
36.3. Həbs edilmiş şəxslər üzərində şəxsi axtarış paltarlarını soyundurmaqla tam və paltarlarını soyundurmadan keçirilən natamam axtarışa bölünür.
36.4. Axtarış həbs edilmiş şəxslə eyni cinsdən olan şəxs tərəfindən aparılır.
36.5. Həbs edilmiş şəxslər üzərində axtarış aşağıdakı hallarda mütləq qaydada aparılır:
36.5.1 istintaq təcridxanasına daxil olarkən və oradan çıxarkən;
36.5.2. cərimə təcridxanasına, birnəfərlik kameraya keçirilərkən və oradan azad edilərkən;
36.5.3. görüşdən əvvəl və sonra;
36.5.4. rejimi pozduqda və ya cinayət törətdikdə.
36.6. Həbs edilmiş şəxslər üzərində tam axtarış müəssisəyə daxil olarkən və oradan göndərilərkən, habelə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istintaq təcridxanasının müdiriyyətinin göstərişi ilə aparılır.
36.7. Tam axtarış nəzarət-buraxılış məntəqəsində və ya ona yaxın ərazidə təchiz edilmiş xüsusi otaqda aparılır.
36.8. Axtarış zamanı həbs edilmiş şəxsə ilk növbədə qadağan olunmuş əşyaları təhvil vermək təklif olunur.
36.9. Axtarışın və baxışın nəticələri barədə protokol tərtib olunur. Protokolda aşağıdakılar göstərilir:
36.9.1. axtarışın yeri, tarixi və məqsədi;
36.9.2. axtarışda iştirak etmiş şəxslər;
36.9.3. götürülmüş qadağan olunmuş, saxlanılmasına icazə verilməyən əşyaların siyahısı (adı, miqdarı, çəkisi, tapıldığı yer);
36.9.4. həbs edilmiş şəxslərdə müəyyən edilmiş normadan artıq saxlanılan əşyaların ümumi siyahısı.
36.10. Axtarışın keçirilməsinə rəhbərlik edən şəxs götürülmüş əşyaların təbii səbəblərdən istintaq təcridxanasının anbarında saxlanması mümkün olmadıqda, onların məhv edilməsi barədə, digərlərinin isə saxlanması üçün anbara təhvil verilməsi barədə qərar qəbul edir və aktı imzalayır.
36.11. İstintaq təcridxanalarının rejim və təsərrüfat sahələrində axtarış-baxış tədbirləri keçirilərkən yataq ləvazimatlarına, inventarlara, daşınan əşyalara ziyan vurulmasına yol verilmir.
37. Həbs edilmiş şəxslərin say yoxlaması və kameralara baxış keçirilməsi
37.1. İstintaq təcridxanalarında həbs edilmiş şəxslərin yoxlanılması hər gün növbənin təhvil-təslimi zamanı kameralar üzrə həbs edilmiş şəxslərin fotoşəkilləri yapışdırılmış kamera vərəqələrinə əsasən aparılır. İtaətsizlik, kütləvi iğtişaşlar, həbs edilmiş şəxslərin qaçması zamanı, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisələr baş verdikdə, müəssisə rəisinin və ya onu əvəz edən şəxsin göstərişi ilə yoxlama günün istənilən vaxtlarında keçirilir.
37.2. Yoxlamalar növbəni təhvil alan nəzarətçilər heyəti tərəfindən həyata keçirilir. Xidməti zərurət yarandıqda, yoxlamalarda rejim, əməliyyat, qeydiyyat xidmətlərinin əməkdaşları və korpuslar üzrə böyük nəzarətçilər iştirak edir.
37.3. Yoxlamaların təşkilinə və keçirilməsinə görə məsuliyyəti böyük inspektorlar (rəisin növbətçi köməkçiləri) və nəzarətçilər növbəsi daşıyır.
37.4. Təhlükəsizliyin təmin edilməsi, kameraların texniki vəziyyətinin öyrənilməsi məqsədi ilə təsdiq edilmiş cədvələ əsasən rejim korpuslarında yerləşən kameralarda böyük nəzarətçilərin rəhbərliyi ilə nəzarətçilər heyəti tərəfindən iki gündə bir dəfə, orta rəis heyətinin rəhbərlik etdiyi qruplar tərəfindən həftədə bir dəfədən az olmayaraq, istintaq təcridxanası üzrə müəssisə müdiriyyətinin rəhbərliyi ilə ayda bir dəfə, ümumi baxış tədbirləri keçirilir. Keçirilən tədbirlərin nəticələri aktla rəsmiləşdirilir. Bu tədbirlər keçirilərkən, həbs edilmiş şəxslər gəzinti yerlərinə çıxarılırlar.
38. Həbs edilmiş şəxsin təhlükəsiz yerə keçirilməsi
38.1. Həbs edilmiş şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər həbs edilmiş şəxslər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, istintaq təcridxanasının müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə ilə və ya şifahi müraciət etmək hüququna malikdir. Müəssisənin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməlidir.
38.2. Təhlükənin qarşısının alınması üçün istintaq təcridxanasının rəisi həbs edilmiş şəxsin birnəfərlik kameraya yerləşdirilməsinə dair qərar qəbul edir (20 nömrəli əlavə). Həbs edilmiş şəxsin birnəfərlik kameraya keçirilməsi mümkün olmadıqda, təhlükənin qarşısının alınması məqsədi ilə cərimə təcridxanasının kameralarından müvəqqəti istifadə edilməsinə yol verilir.
38.3. Həbs edilmiş şəxslərin təhlükəsizliyini təmin etmək üçün onun cərimə təcridxanasında və ya birnəfərlik kamerada yerləşdirilməsi tənbeh tədbiri hesab edilmir və ona belə yerlərə tənbeh tədbiri qaydasında keçirilmiş həbs edilmiş şəxslər üçün tətbiq olunan məhdudiyyətlər ºamil olunmur.
38.4. Həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı istintaq təcridxanalarının işçiləri və ya ibtidai araşdırmanı həyata keçirən şəxslər tərəfindən təhlükə yaranarsa, istintaq təcridxanasının müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməli və aidiyyəti prokuroru məlumatlandırmalıdırlar.
39. İstintaq təcridxanalarında xüsusi saxlanma şəraiti
39.1. Qanunun 47.1-ci maddəsinə uyğun olaraq istintaq təcridxanalarının işçilərinin, həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradan kütləvi iğtişaşlar, habelə təbii fəlakət və ya digər fövqəladə hadisələr baş verdikdə, istintaq təcridxanasının rəisinin təqdimatına əsasən istintaq təcridxanasının tabe olduğu dövlət orqanının qərarı ilə istintaq təcridxanasında 30 günədək xüsusi saxlanılma şəraiti tətbiq edilir.
39.2. İstintaq təcridxanalarında xüsusi saxlanılma şəraitinin tətbiq edildiyi müddətdə, həbs edilmiş şəxslərin iştirakı ilə aparılan tədbirlər məhdudlaşdırılır və ya dayandırılır, həbs edilmiş şəxslərin mühafizəsi, onların üzərində nəzarət, habelə buraxılış rejimi gücləndirilir. Bağlamaların, sovqatların və banderolların qəbul edilməsi dayandırılır, müəssisənin normal fəaliyyətinin təmin edilməsi məqsədi ilə digər tədbirlər həyata keçirilir.
39.3. Təxirəsalınmaz hallarda, yəni həbs edilmiş şəxslərin və ya digər şəxslərin həyatı və sağlamlığı üçün real təhlükə yarandıqda, istintaq təcridxanasının rəisi bu Qaydaların 40.1-ci bəndində nəzərdə tutulan tədbirləri müstəqil həyata keçirir və bu barədə dərhal istintaq təcridxanasının tabe olduğu dövlət orqanına məlumat verir.
39.4. İstintaq təcridxanalarında xüsusi saxlanılma şəraitinin tətbiq edilməsi barədə prokurorluq orqanlarına yazılı məlumat verilir.
39.5. Qeyd olunan vəzifələr yerinə yetirildikdən sonra istintaq təcridxanasının normal iş fəaliyyətini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanır və bərpa tədbirləri həyata keçirilir.
39.6. İstintaq təcridxanalarında xüsusi saxlanılma şəraiti istintaq təcridxanasının rəisinin təqdimatına əsasən istintaq təcridxanasının tabe olduğu dövlət orqanının qərarı ilə ləğv edilir.
40. İstintaq təcridxanalarının mühafizəsi və müdafiəsinin təşkili
40.1. İstintaq təcridxanalarının mühafizəsi və müdafiəsi, habelə bu müəssisələrə buraxılış rejimi istintaq təcridxanasının tabe olduğu dövlət orqanı tərəfindən həyata keçirilir və bu məqsədlə istintaq təcridxanaları mühəndis-texniki mühafizə, müşahidə vasitələri, qurğu və avadanlıqla təchiz olunur.
41. İstintaq təcridxanalarının fəaliyyətinə dövlət nəzarəti və ictimai nəzarət
41.1. İstintaq təcridxanalarının fəaliyyətinə idarədaxili nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada istintaq təcridxanasının tabe olduğu dövlət orqanı, idarədənkənar nəzarət isə məhkəmə və prokurorluq orqanları tərəfindən həyata keçirilir.
41.2. İstintaq təcridxanalarının fəaliyyətinə ictimai nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
1 nömrəli əlavə
________ nömrəli istintaq təcridxanasının rəisinə
İ L T İ Z A M
Mən, _______________________________________________________________________________
( həbs edilmiş şəxsin soyadı, adı və atasının adı)
həbs edilmiş şəxslərə hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya və digər malların siyahısı, habelə qeyd olunan hərəkətlərə görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2-ci maddəsi ilə tanış oldum.
Qeyd. Həbs edilmiş şəxslərə hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya və digər malların siyahısı, habelə qeyd olunan hərəkətlərə görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2-ci maddəsinin mətni iltizamın arxa tərəfində verilmişdir.
|
İstintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların
S İ Y A H I S I
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
7. Radioqəbuledici və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Siyahı ilə tanış oldum:
______________________________
(imza, soyadı və adı )
“____” __________ 20 ____ il
Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən
Ç IX A R I Ş
Maddə 317-2. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi
317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi –
altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
317-2.2. Eyni əməllər təkrar törədildikdə –
iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi üçün cinayət məsuliyyəti müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2-ci maddəsinin mətni ilə tanış oldum və onu imzamla təsdiq edirəm.
__________________________
(imza, soyadı və adı)
“____” __________ 20____ il
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
2 nömrəli əlavə
|
Həbs edilmiş şəxslərə özlərində saxlamağa, əldə etməyə, bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilmiş əşya, mallar və ərzaq məhsullarının
S İ Y A H I S I
1.
Həbs edilmiş şəxs üçün paltar, baş örtüyü və ayaqqabı.
2.
İsti və adi alt paltarı (hərəsindən iki dəst).
3.
Corab, əlcək (iki cütdən artıq olmamaqla, şərf, cib dəsmalı, qayış, sap və əllə tikiş üçün iynə).
4.
Otaq nəleyinləri (şap-şapları) və idman ayaqqabıları (hərəsindən bir cüt).
5.
İdman geyimi və alətləri ( bir dəst).
6.
Güzgü, birdəfəlik üzqırxan ülgüc və ya elektrik ülgücü.
7.
Parç, qaşıq.
8.
Əl-üz və təsərrüfat sabunları, diş fırçası, diş məcunu və daraq.
9.
Eynək, qoltuqağacı, əlağacı, həkimin icazəsi ilə protez və dərmanlar.
10.
Elektrik çaydanı, sərinkeş.
11.
Dərsliklər və dərs ləvazimatları (təhsil alanlar üçün).
12.
Ədəbiyyat və ya jurnallar (hər həbs edilmiş şəxsə 10 cildədək) və qəzetlər.
13.
Yazı kağızı, dəftərlər, qələmlər, mürəkkəb, diyircəkli qələm içlikləri, zərflər, açıqcalar, markalar.
14.
Domino, şahmat, dama, nərdtaxta.
15.
Məktublar, fotoşəkillər (fotoalbomlar).
16.
Ayaqqabı və paltar şotkaları, ayaqqabı kremi.
17.
Çörək və digər un məmulatları.
18.
Hisə verilmiş, duzlanmış ət və balıq məmulatları (bişirilməsi tələb olunmayan).
19.
Yağ, piy.
20.
Pendir.
21.
Quru qənnadı məmulatları.
22.
Quru çay.
23.
Meyvə, meyvə qurusu və bişirilməsi tələb olunmayan tərəvəzlər.
24.
Süd və süd məmulatları (şüşə qablarda olanlar istisna olmaqla).
25.
Konservlər, sərinləşdirici içkilər, təbii şirələr və mineral sular (şüşə qablarda olanlar istisna olmaqla).
26.
Tütün məmulatları, kibrit, alışqan.
27.
Cinayət işinə aid sənəd və qeydlər.
28.
Təhvil verilmiş pulun, qiymətli əşyaların və s. qəbzləri.
29.
Azyaşlı uşaqlar üçün nəzərdə tutulan ləvazimat (əmzik, uşaq yeməkləri, bələk və s.).
Qeydlər: 1. Həbs edilmiş şəxslərə bişirilməsi tələb olunan ərzaq məhsullarını (ət, balıq, makaron və makaron məmulatları, düyü, qarğıdalı, noxud və digər paxla növləri, bütün növ yarmalar) əldə etməyə və saxlamağa icazə verilmir.
2. Həbs edilmiş qadınlara özlərində baş yaylıqları, büstqalterlər, reytuzlar, qayış, tənzif, saç sancaqları, şəxsi istifadə üçün gigiyenik vasitələr, vazelin, krem, pambıq, şampun, dodaq pomadası, pudra və tamponlar saxlamağa icazə verilir.
3. Həbs edilmiş şəxslərə məxsus əşyaların ümumi çəkisi bütün hallarda, o cümlədən anbarda saxlanılanlar da daxil olmaqla 50 kq-dan çox olmamalıdır.
4. Həbs edilmiş şəxslərə qayış, əllə tikiş üçün iynə, güzgü, birdəfəlik üzqırxan ülgüc və ya elektrik ülgücü, elektrik çaydanı, sərinkeş və alışqan istintaq təcridxanası rəisinin icazəsi ilə verilir.
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
3 nömrəli əlavə
|
Həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların
S İ Y A H I S I
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
7. Radioqəbuledici və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Qeyd. Bu Siyahıda nəzərdə tutulmuş odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və dövriyyəsi qanunsuz sayılan digər əşyalarla bağlı cinayət qanunvericiliyində müvafiq məsuliyyət nəzərdə tutulmuşdur.
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
4 nömrəli əlavə
|
İstintaq təcridxanalarına daxil olan şəxslərə və onların şəxsi əşyalarına,
habelə bağlamalara, sovqat və banderollara baxış keçirmək üçün xüsusi otağın inventar və əşyalarının
S İ Y A H I S I
1. Həbs edilmiş şəxslərə özlərində saxlaması, bağlama və banderollarda göndərilməsi, habelə sovqatlarda gətirilməsi qadağan olunmuş əşyaların siyahısı.
2. Həbs edilmiş şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.1-ci maddəsinin tam mətni.
3. Masa və kətillər.
4. Paltar asılqanı.
5. Ağ xələt.
6. Tərəzi.
7. Mətbəx bıçaqları, konservaçan, çəngəl, qaşıq, qayçı, uzun biz, sovqatlarda gətirilmiş hazır xörəklərin boşaldılması üçün müxtəlifölçülü qablar.
8. Dəmir şkaf.
9. Ərizə və şikayətlər üçün qutu.
10. Dərman vasitələri ilə təchiz olunmuş qutu.
11. İnventar və əşyaların siyahısı.
12. Soyuducu.
13.Təqsirləndirilən şəxslərə özlərində saxlanılmasına icazə verilən əşya və malların siyahısı.
14. Bağlamalara, sovqat və banderollara baxış keçirilməsi üçün digər vasitələr.
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
5 nömrəli əlavə
_____________________ istintaq təcridxanasının rəisi
cənab___________________________________________
_________________________________________________
________________________________ ünvanda yaşayan
(ünvan)
vətəndaş _________________________________________________
_________________________________________________
_________________________________________________
(soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin rekvizitləri)
Ə R İ Z Ə
Xahiş edirəm ___________________________ istintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs__________________________________________ üçün sovqat qəbul edəsiniz.
(soyadı, adı və atasının adı)
Sovqatda olan əşyaların, malların və ərzaq məhsullarının siyahısı
İmza ________________________________
“_____” ___________ 20____ il
Sovqatı qəbul etdi: _____________________________________________
(nəzarətçinin imzası, soyadı və adı)
“_____” __________ 20____ il
Sovqatı aldı:_________________________________________________
(həbs edilmiş şəxsin imzası, soyadı və adı)
“_____” __________ 20____ il
|
İstintaq təcridxanalarında saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaların
S İ Y A H I S I
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
7. Radioqəbuledicilərin və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Siyahı ilə tanış oldum və imzamla təsdiq edirəm.
İmza: _________________________________
______________________________________
(soyadı, adı və atasının adı)
“___” ___________ 20__ il
Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən
Ç I X A R I Ş
Maddə 317-1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi
317-1.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi —
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
317-1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi üçün cinayət məsuliyyəti müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1-ci maddəsinin məzmunu ilə tanış oldum və imzamla təsdiq edirəm.
İmza: _________________________________
_______________________________________
(soyadı, adı və atasının adı)
“___” _______________ 20 __ il
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
6 nömrəli əlavə
|
Həbs edilmiş şəxslərə istintaq təcridxanalarında ticarət köşkü vasitəsilə satışına icazə verilən ərzaq məhsulları və ən zəruri malların
S İ Y A H I S I
1. İsti və adi alt paltarı.
2. Corab, əlcək, şərf, cib dəsmalı, qayış, sap və əllə tikiş üçün iynə.
3. Otaq nəleyinləri (şap-şapları) və idman ayaqqabıları.
4. İdman geyimi və alətləri.
5. Güzgü, birdəfəlik üzqırxan ülgüc və ya elektrik ülgücü.
6. Parç, qaşıq.
7. Əl-üz və təsərrüfat sabunları, diş fırçası, diş məcunu və daraq.
8. Dərsliklər və dərs ləvazimatları (təhsil alanlar üçün).
9. Ədəbiyyat, qəzet və jurnallar.
10. Yazı kağızı, dəftərlər, qələmlər, mürəkkəb, diyircəkli qələm içlikləri.
11. Şahmat, domino, dama, nərd.
12. Fotoalbomlar.
13. Ayaqqabı və paltar şotkaları, ayaqqabı kremi.
14. Çörək və digər un məmulatları.
15. Hisə verilmiş, duzlanmış ət və balıq məmulatları (bişirilməsi tələb olunmayan).
16. Yağ, piy.
17. Pendir.
18. Quru qənnadı məmulatları.
19. Quru çay.
20. Meyvə, meyvə qurusu və bişirilməsi tələb olunmayan tərəvəzlər.
21. Süd və süd məmulatları (şüşə qablarda olanlar istisna olmaqla).
22. Konservlər, sərinləşdirici içkilər, təbii şirələr və mineral sular (şüşə qablarda olanlar istisna olmaqla).
23. Tütün məmulatları, kibrit və alışqan.
24. Tualet kağızları.
25. Poçt ləvazimatları (zərflər, açıqcalar, markalar, teleqram blankları və s.)
Qeydlər: 1. Həbs edilmiş şəxslərə bişirilməsi tələb olunan ərzaq məhsullarının (ət, balıq, makaron və makaron məmulatları, düyü, qarğıdalı, noxud və digər paxla növləri, bütün növ yarmaların) satılmasına icazə verilmir.
2. Qadın həbs edilmiş şəxslər üçün nəzərdə tutulmuş istintaq təcridxanasında saxlanılan şəxslərə, baş yaylıqları, büstqalterlər, reytuzlar, qayış, tənzif, saç sancaqları, vazelin, krem, pambıq, şampun, dodaq pomadası, gigiyenik vasitələr (qadınlar üçün), pudra və tamponların da satılmasına icazə verilir.
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
7 nömrəli əlavə
|
Həbs edilmiş şəxsin telefon danışıqlarının uçotu
V Ə R Ə Q Ə S İ
(üz tərəfi)
Həbs edilmiş şəxsin soyadı ____________________________________________________________
Adı _________________________________________________________________________________
Atasının adı__________________________________________________________________________
Təvəllüdü ___________________________________________________________________________
AR CM-in maddəsi___________________________________________________________________
Qeydiyyat bölməsinin rəisi ____________________________________________________________
(iç tərəfi)
|
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
8 nömrəli əlavə
|
Həbs edilmiş şəxslərin istintaq təcridxanalarında cəlb olunması
qadağan edilən işlərin və vəzifələrin
S İ Y A H I S I
1. İstintaq təcridxanalarının struktur qurumlarında (şöbə, bölmə və xidmətlərdə) nəzərdə tutulmuş bütün işlər və vəzifələr, müəssisənin mühafizəsini həyata keçirən şəxsi heyətin yerləşdiyi inzibati binalar, habelə silah-sursatın, xidməti sənədlərin və xüsusi texniki vasitələrin saxlandığı yerlər.
2. Mühafizə və nəzarətin təşkilində istifadə olunan texniki vasitələr, habelə qadağan olunmuş ərazidə yerləşdirilmiş mühəndis qurğularına və kommunikasiyalarına xidmətin göstərilməsi və onların təmiri ilə bağlı işlər.
3. Telefon (faks), kompyuter, surətçıxaran, printer, skaner və digər texniki avadanlıqların quraşdırılması və təmiri ilə bağlı işlər.
4. Dərman preparatlarının, partlayıcı, zəhərləyici və digər təhlükəli maddələrin uçotu, saxlanması və istifadə üçün verilməsi ilə bağlı işlər.
5. Xidməti avtomobillərin sürücüsü qismində olan şəxslər.
6. Satıcı, mühasib-əməliyyatçı, xəzinədar, ərzaq (əşya) anbarının müdiri, habelə mürəkkəb və bahalı avadanlıqlar saxlanılan anbarlarda anbardar qismində olan şəxslər.
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
9 nömrəli əlavə
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
9 nömrəli əlavə
________________ istintaq təcridxanasının rəisi
cənab______________________________________
___________________________________________
__________________________ ünvanda yaşayan
(ünvan)
vətəndaş ___________________________________
___________________________________________
___________________________________________
(soyadı, adı və atasının adı və şəxsiyyəti təsdiq edən
sənədin rekvizitləri)
Ə R İ Z Ə
Xahiş edirəm həbs edilmiş şəxs________________________________________________________
_________________________________________________________________________________ ilə
(həbs edilmiş şəxsin soyadı, adı və atasının adı)
mənə görüşə icazə verəsiniz.
Görüşdə mənimlə birlikdə aşağıdakı şəxslər iştirak edəcəklər:
1. ________________________________________________________________________
2. ________________________________________________________________________
3. ________________________________________________________________________
Qeyd. Görüşdə iştirak edən digər şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər barədə məlumatlar göstərilir.
İmza: ____________________________________
“_____” __________________________
Ərizəni qəbul etdi:________________________________
(adı, soyadı və imzası)
Qeyd. Görüşdə iştirak edən, 16 yaşı tamam olmuş şəxslərin ərizənin arxa tərəfində göstərilən məlumatla tanış olması və onları imzalaması zəruridir.
|
İstintaq təcridxanalarında saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaların
S İ Y A H I S I
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
7. Radioqəbuledici və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən
Ç I X A R I Ş
Maddə 317-1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi
317-1.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi –
min manatdan iki min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
317-1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi üçün cinayət məsuliyyəti müəyyən edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1-ci maddəsinin məzmunu ilə tanış oldum və imzamla təsdiq edirəm.
Tanış oldu (oldular):
İmza (imzalar): ___________________________
________________________________
(soyadı, adı və atasının adı)
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
10 nömrəli əlavə
Görüşə gələn və müəssisəyə daxil olan digər şəxslər tərəfindən müvəqqəti saxlanılma üçün təhvil verilmiş əşyaların qeydiyyatı
K İ T A B I
(üz tərəfi)
Başlanıb “____” _______________ 20 ___ il
Qurtarıb “____” _______________ 20 ___ il
(iç tərəfi)
|
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
11 nömrəli əlavə
|
Görüş otaqlarının təchizatı və orada olan inventarların
S İ Y A H I S I
1. Otaqda bir-birindən döşəmədən tavanadək şüşələnmiş arakəsmələrlə ayrılan 80 sm enində və 100 sm uzunluğunda kabinələr təşkil olunur. Arakəsmələr 85 sm hündürlüyədək plastik üz çəkilmiş taxta ilə işlənir, yuxarı hissəsi hər birinin qalınlığı
2. Kabinələrdə bir tərəfdə görüşə gəlmiş şəxslər üçün stullar, əks tərəfdə isə həbs edilmiş şəxslər üçün döşəməyə bərkidilmiş kətillər qoyulur.
Qeyd. Görüş otaqları pəncərələrin sayına uyğun pərdə, su qrafini, stəkan, divar saatı və paltarasan ilə təchiz olunur.
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
12 nömrəli əlavə
Şəxsi məsələlər üzrə həbs edilmiş şəxslərin qəbulu
K İ T A B I
(üz tərəfi)
_____________________________________________________________________________________
(qəbulu həyata keçirən şəxsin vəzifəsi, rütbəsi, adı və soyadı)
Başlanıb “____” _______________ 20 ___ il
Qurtarıb “____” _______________ 20 ___ il
(iç tərəfi)
|
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
13 nömrəli əlavə
|
İstintaq təcridxanasının tabe olduğu dövlət orqanının rəhbərliyi və əməkdaşları tərəfindən şəxsi məsələlər üzrə həbs edilmiş şəxslərin qəbulu
K İ T A B I
(üz tərəfi)
Başlanıb “____”___________ 20 ___ il
Qurtarıb “____” ___________ 20 ___ il
(iç tərəfi)
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
14 nömrəli əlavə
Yemək qəbul etməkdən imtina edən şəxsə__________________________________________________________________________________
(soyadı, adı və atasının adı)
təqdim olunan qidanın qeydiyyat
C Ə D V Ə L İ
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
15 nömrəli əlavə
Həbs edilmiş şəxslər üçün nümunəvi
G Ü N B Ö L G Ü S Ü
Qeydlər:
1. Gün bölgüsü hər bir istintaq təcridxanasında yerli şərait nəzərə alınmaqla müəssisə rəisi tərəfindən təsdiq edilir.
2. Cərimə təcridxanalarında, tibbi- sanitariya hissələrində saxlanılan həbs edilmiş şəxslər üçün gün bölgüsü xüsusi olaraq müəyyən olunur.
3. Əmək fəaliyyəti ilə məşğul olan həbs edilmiş şəxslər işdən sonra, işə cəlb olunmayan həbs edilmiş şəxslər isə gün ərzində bədən tərbiyəsi və idmanla məşğul ola bilərlər.
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
16 nömrəli əlavə
Həbs edilmiş şəxsə tənbeh tədbirinin tətbiq edilməsi barədə
Q Ə R A R
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
17 nömrəli əlavə
Həbs edilmiş şəxsin cərimə təcridxanasında yerləşdirilməsi barədə
Q Ə R A R
|
Qərar mənə elan olundu “____” __________ 20___ il.
_________________________________
(həbs edilmiş şəxsin imzası)
Qərarı elan etdi __________________________________________________________________
(istintaq təcridxanasının rəisi, böyük inspektor (rəisin növbətçi köməkçisi)
________________________________________________________________________________
(rütbəsi, imzası, adı və soyadı)
Həbs edilmiş şəxs ________________________________________________________________
(soyadı, adı və atasının adı)
“____”____________ 20___ il tarixində
saat ___________cərimə təcridxanasına qəbul edildi.
Həbs edilmiş şəxsin _________________________________________________________
(soyadı, adı və atasının adı)
üzərində axtarış aparılan zaman aşağıda göstərilən əşyalar aşkar edildi və götürüldü:
________________________________________________________________________________
________________________________________________________________________________
________________________________________________________________________________
Nəzarətçi: _______________________________________________________________________
(rütbəsi, imzası soyadı və adı)
Həbs edilmiş şəxs ________________________________________________________________
(soyadı, adı və atasının adı)
“____” ___________ 20___ il tarixində saat _________________ azad edildi.
Nəzarətçi: ______________________________________________________________________
(rütbəsi, imzası və soyadı)
Götürülmüş əşyaları geri aldım ____________________________________________________
(həbs edilmiş şəxsin imzası)
Qərardan yuxarı dövlət orqanına (vəzifəli şəxsə) və məhkəməyə şikayət vermək hüququ mənə izah olundu.
______________________________________
(həbs edilmiş şəxsin imzası və tarix)
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
18 nömrəli əlavə
İstintaq təcridxanasının müdiriyyəti tərəfindən cərimə təcridxanasına və birnəfərlik kameralarına baş çəkmənin qeydiyyatı
K İ T A B I
(üz tərəfi)
Başlanıb “____” _______________ 20 ___ il
Qurtarıb “____” _______________ 20 ___ il
Qeydlər:
1. Kitab cərimə təcridxanası və birnəfərlik kamera üzrə növbədə olan nəzarətçidə saxlanılır.
2. Baş çəkmənin qeydiyyatı iki hissəyə bölünmüş kitabda aparılır.
Birinci hissədə istintaq təcridxanasının rəisi, onun müavinləri və xidmət sahələrinin rəisləri qeydlər aparırlar.
İkinci hissədə böyük inspektorlar (rəisin növbətçi köməkçiləri) və tibbi-sanitariya hissəsinin rəisi qeydlər aparırlar.
(iç tərəfi)
|
“İstintaq təcridxanalarının daxili intizam
Qaydaları”na
19 nömrəli əlavə
Həbs edilmiş şəxsin müvəqqəti birnəfərlik kamerada yerləşdirilməsi barədə
Q Ə R A R
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları
1. Ümumi müddəalar
1.1. Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları (bundan sonra—Qaydalar) “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra—Qanun) uyğun olaraq hazırlanmışdır və tutulmuş və ya həbs edilmiş şəxslərin müvəqqəti saxlama yerlərində (bundan sonra—MSY) saxlanılma rejimini, onların hüquqlarının təmin olunması və vəzifələrinin yerinə yetirilməsi, habelə saxlanılma şəraitinin təmin olunması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar MSY-nin əməkdaşları, MSY-yə baş çəkən şəxslər və orada saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslər üçün məcburidir.
1.3. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli üçün tutulmuş şəxs ən geci 7 gün, digər hallarda isə tutulma anından ən geci 48 saat keçənədək (bu müddətdə həbs qətimkan tədbirinin seçilməsi və ya tutulma müddətinin uzadılması barədə qərar qəbul olunmadıqda) müvəqqəti saxlama yerində saxlanılır.
[18]
1.4. Məhkəmə qərarına əsasən həbs edilmiş şəxs MSY-də 24 saatdan artıq saxlanıla bilməz və o, bu müddət bitənədək istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir).
1.5. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından MSY-yə keçirilir. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər.
[19]
1.6. Bu Qaydalarda göstərilən hallardan başqa, digər şəxslərin MSY-də saxlanılmaları qadağandır.
1.7. MSY-də idarədaxili nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan MSY-yə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, idarədənkənar nəzarət isə məhkəmə və prokurorluq orqanları tərəfindən həyata keçirilir. Hər bir MSY-də yoxlamanı həyata keçirən şəxslər üçün qeyd və təkliflər kitabı olmalıdır (1 nömrəli əlavə).
[20]
2. Tutulmuş və ya həbs edilmiş şəxslərin müvəqqəti saxlama yerinə qəbulu və yerləşdirilməsi qaydaları
2.1. Tutulmuş və ya həbs edilmiş şəxslər MSY-yə növbətçi tərəfindən bütün gün ərzində qəbul edilirlər. Növbətçi onların şəxsiyyətini təsdiq edən və MSY-də saxlanılmaları üçün əsas olan sənədləri yoxlayır, MSY-də saxlanılan şəxslərin uçotu kitabında onların qeydiyyatını aparır (2 nömrəli əlavə). Qeydiyyat hissəsinin əməkdaşı tərəfindən kompyuter məlumat bazasına MSY-yə yeni daxil olmuş tutulmuş və ya həbs edilmiş şəxslər barəsində tam məlumat daxil edilir və onların fotoşəkilləri çəkilir. Tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır.
[21]
2.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-yə qəbul olunması və saxlanılması üçün əsaslar aşağıdakılardır:
2.2.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda şübhəli şəxsin tutulması haqqında cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş protokol;
2.2.2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda cinayət təqibi orqanının ittiham elan edilməli olan şəxsin və ya barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında qərarı;
2.2.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada və hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkumun tutulması haqqında məhkəmənin qərarı;
[22]
2.2.4. bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulmuş hallarda və qaydada həbs edilmiş şəxsin istintaq təcridxanasından MSY-yə keçirilməsi barədə məhkəmənin qərarı.
2.3. Tutulmuş və ya həbs edilmiş şəxsin MSY-də saxlanılması müddətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq hesablanır.
2.4. Yanında 3 yaşınadək uşağı olan qadınlar yazılı müraciət əsasında MSY-yə uşaqla birlikdə qəbul olunurlar. Qadının uşağı ilə birlikdə qəbul olunmasına əsas doğum haqqında şəhadətnamə, yaxud qadının həmin uşağın valideyni olduğunu təsdiq edən digər sənədlər, bu sənədlər olmadığı təqdirdə isə həmin işin icraatını aparan təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin müvafiq qərarıdır.
2.5. Tutulmuş şəxs MSY-yə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün telefonla zəng etməsinə şərait yaradılır və bu barədə müvafiq kitabda qeydlər aparılır (3 nömrəli əlavə). Tutulmuş şəxsin telefonla zəng etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya MSY-də rejimi təmin etmək zərurəti yarandıqda, MSY rəisinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə, tutulmuş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu bənddə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan məhkəməyə, MSY rəisinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.
2.6. Tutulmuş və ya həbs edilmiş şəxslər MSY-yə qəbul edildikdən dərhal sonra onların hər hansı müşahidə olunan bədən xəsarətləri və MSY-yə daxil olana qədər məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydiyyata alınır və onlar 24 saat müddətində tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilirlər. Müayinənin nəticələrinə dair müvafiq qeydiyyat aparılır (4 nömrəli əlavə).
2.7. İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar ilə əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı müəyyən edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq araşdırma aparılması üçün dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.
2.8. Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardımın göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları” na uyğun həyata keçirilir.
[23]
2.9. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara xüsusi tibbi yardım göstərilir.
2.10. Tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti və cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tibbi müayinə həmin şəxsin özünün seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən də həyata keçirilir. Bu halda, tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir.
2.11. Tutulmuş və ya həbs edilmiş şəxs özü ilə hər hansı dərman preparatları gətirdiyi halda, onlardan istifadə olunması ilə əlaqədar qərar tibb işçisi tərəfindən qəbul edilir.
2.12. Tutulmuş və ya həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin cinayət məsuliyyətinə səbəb olması barədə yazılı iltizam alınmaqla məlumat verilir, bundan sonra onların üstləri axtarılır və yanlarında olan əşyalar yoxlanılır. İltizam tutulmuş və ya həbs edilmiş ş%