AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
30.09.2016
QEYDİYYAT NÖMRƏSİ
2357
ADI
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 01-10-2016, Nəşr nömrəsi: 215), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2016, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1552)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.10.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.080.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201609302357
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.10.2016
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAM

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 702; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 sentyabr tarixli 2298 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədən “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

1.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.”;

1.3. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;”;

1.4. 3.2.4-cü yarımbənddə “Cəmiyyətin” sözündən sonra “İdarə Heyətinin sədrinin təqdimatı əsasında” sözləri əlavə edilsin;

1.5. 3.2.5-ci yarımbənd və 7.1-ci bənd ləğv edilsin;

1.6. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini təmin etsin;

5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər görsün.”;

1.7. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:

“6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2016-cı il

    2357

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 10 aprel 2019-cu il tarixli 1108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 11 aprel 2019-cu il, № 77215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 698)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 aprel 2019-cu il tarixli 1108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 11 aprel 2019-cu il, № 77215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 698) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status