“Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 23 sentyabr 2016-cı il
№ 368
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 23 sentyabr tarixli 368 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Mədəniyyət məhsullarının istehsalını və mədəniyyət xidmətlərinin göstərilməsini mədəniyyət təşkilatları həyata keçirir.
1.3. Azərbaycan Respublikasında mədəniyyət sahəsində müəlliflik hüququ və əlaqəli hüquqların həyata keçirilməsi və qorunması “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
1.4. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi ictimai varidata aid olan nümunələrin istisna olunması şərtilə və həmin sərvətlərin hüquq sahiblərinin (müəlliflərinin və ya əsərə müəlliflik hüququnun digər sahiblərinin) müəlliflik hüquqlarının qorunması təmin olunmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik), tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik), “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikasının ərazisində folklor nümunələrindən istifadə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aparılır, Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin razılığı ilə həyata keçirilir.
[1]
2. Qaydanın tətbiq edilməsi
2.1. Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalını aşağıdakı şəxslər həyata keçirirlər:
2.1.1. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər;
2.1.2. mədəniyyət müəssisələri və təşkilatları, o cümlədən mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları.
2.2. Bu Qayda milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsinə şamil olunmur.
2.3. Digər dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 oktyabr tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi Qaydaları”na uyğun həyata keçirilir.
3.1. Bu Qaydanın 1.4-cü bəndində göstərilən məqsədlər üçün şəxslər Nazirliyə, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Agentliyə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə ərizə ilə müraciət etməlidirlər. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:
[2]
3.1.1. üzü köçürülən, çoxaldılan, suvenirlərin və çap məhsullarının istehsalında əsas olan mədəni sərvətlərin adı;
3.1.2. mədəni sərvətlərin istifadəsinin forması (üzünün köçürülməsi, çoxaldılması, suvenirlərin və çap məhsullarının istehsalı);
3.1.3. istifadənin məqsədi (kommersiya və ya qeyri-kommersiya) və müddəti.
3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
3.2.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti;
3.2.2. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda-vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
3.2.3. hüquq sahiblərinə (müəlliflərə və ya əsərə müəlliflik hüququnun digər sahiblərinə) məxsus mədəni sərvətlərin istifadəsinə dair onların razılığı barədə sənəd.
3.3. Bu Qaydanın 3.1-ci bəndində göstərilən razılığın alınması ilə bağlı icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
3.4. Nazirliyin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Agentliyin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 59-cu maddələrinə uyğun olaraq inzibati akt formasında rəsmiləşdirilir.
[3]
3.5. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinin tələblərinin pozulması halları aşkar olunduqda, razılığın verilməsindən imtina edilir və ya verilmiş razılıq ləğv edilir.
3.6. Razılığın verilməsindən imtina edildikdə və ya verilmiş razılıq ləğv edildikdə, inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir.
3.7. Bu Qaydanın 3.5-ci bəndinə əsasən qəbul edilmiş inzibati aktdan şikayət inzibati qaydada və məhkəmə qaydasında verilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)
2.
21 avqust 2018-ci il tarixli 357 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1808)
3.
26 oktyabr 2020-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1309)
4.
5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477) ilə “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 1.4-cü bəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.
21 avqust 2018-ci il tarixli 357 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1808) ilə “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 1.4-cü bəndinin ikinci cümləsində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.
26 oktyabr 2020-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1309) ilə “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 1.4-cü bəndin birinci cümləsindən “və Turizm” sözləri çıxarılmışdır və həmin cümləyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və” sözlərindən əvvəl “tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik),” sözləri əlavə edilmişdir.
5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il) ilə “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 1.4-cü bəndinin birinci cümləsində “(bundan sonra – İdarə)” sözləri “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilmişdir.
[2]
26 oktyabr 2020-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1309) ilə “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 3.1-ci bəndin birinci cümləsinə və 3.4-cü bəndə ismin müvafiq hallarında “Nazirlik,” sözündən sonra ismin müvafiq hallarında “tabeliyindəki dövlət qoruqlarının ərazilərində Agentlik,” sözləri əlavə edilmişdir.
5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il) ilə “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 3.1-ci bəndinin birinci cümləsində “isə İdarəyə” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri ilə əvəz edilmişdir.
[3]
5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il) ilə “Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın 3.4-cü bəndində “isə İdarənin” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilmişdir.