×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.07.2000
QEYDİYYAT NÖMRƏSİ
912-IQ
ADI
"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2000, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 589)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
300.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası "Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" 1997-ci il dekabrın 11-də Kioto şəhərində qəbul olunmuş Protokoluna qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti   Heydər Əlİyev

Bakı şəhəri, 18 iyul 2000-ci il
              № 912-IQ

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası

 

Kİoto Protokolu

 

Müqəddİmə

 

 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək hökumətlər gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq etdilər. Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya, siyasi idarə və elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan verir.

 İnkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu, ilk dəfə 1995-ci ildə Berlində keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilmişdir. Tərəflər, inkişaf etmiş ölkələrin 2000-ci il üçün tullantı səviyyələrinin 1990-cı il səviyyəsinə endirilməsinə yönəlmiş öhdəliklərinin Konvensiyanın «İqlim sisteminə təhlükəli antropogen təsirə» yol verməməkdən ibarət olan uzunmüddətli məqsədlərə nail olmaq üçün müvafiq olması qərarına gəlmişlər.

 Bunu nəzərə alaraq, nazirlər və digər yüksək vəzifəli şəxslər Berlin mandatının qəbul etmiş və inkişaf etmiş ölkələrin öhdəliklərini gücləndirmək məqsədi ilə yeni danışıqlar mərhələsinə başlamışlar. Razılaşmanın işlənməsi üçün Berlin mandatı üzrə xüsusi qrup təsis edilmiş, hansı ki, özünün 8 sessiyasını keçirərək Tərəflər Konfransının 3-cü sessiyasına yekun danışıqları üçün mətn təqdim etmişdir.

 1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində keçirilən bu mühüm müşavirədə təqribən 10000 nümayəndə, müşahidəçi və jurnalist iştirak etmişdir. Konsensus əsasında qəbul olunmuş qərarda /I/T.K3/ Konfrans inkişaf etmiş sənaye ölkələrinin 2008-2012-ci illər üçün parnik qazlarının ümumi tullantısını 1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 5% ixtisar edəcəkləri haqqında Protokol qəbul etmək qararına gəlmişdi. Bu hüquqi öhdəlik təxminən 150 il əvvəl başlamış tullantıların artırılması istiqamətində tarixi dönüş olacağına ümid verir.

 Kioto Protokolu 16 mart 1998-ci ildə imzalanmaq üçün açılmışdır. O, Konvensiya Tərəflərinin ən azı 55 tərəfi - payına ümumi karbon dioksidi tullantılarının minimum 55%-i düşən inkişaf etmiş sənaye ölkələri qrupuna daxil olan ölkələr tərəfindən təsdiq edildikdən 90 gün sonra qüvvəyə minir. Buna baxmayaraq, Konvensiya Tərəfləri öz öhdəliklərini yerinə yetirməkdə və gələcəkdə Protokolun həyata keçirilməsinə hazırlaşacaqlar.

 

 

Mündərİcat

 

 İqlim dəyişmələri haqqında Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının Kioto Protokolunun maddələri sərlövhəsizdir, aşağıda göstərilən ümumi xarakterli sərlövhələr yalnız mətnlə işi yüngülləşdirmək üçün nəzərdə tutulmuş və 3-cü səhifədə başlanan rəsmi mətnin bir hissəsi hesab olunmur.

 Preambula:

 1. Qərarlar.

 2. Siyasət və tədbirlər.

 3. Tullantıların məhdudlaşdırılması və ixtisara salınması üzrə müəyyən kəmiyyət öhdəlikləri.

 4. Öhdəliklərin birgə yerinə yetirilməsi.

 5. Metodoloji məsələlər.

 6. Tullantıların azaldılması, vahidlərinin təhvili və əldə edilməsi /birgə həyata keçirmə.

 7. İnformasiyanın ötürülməsi.

 8. İnformasiyanın nəzərdən keçirilməsi.

 9. Protokolun nəzərdən keçirilməsi.

 10. Mövcud öhdəliklərin yerinə yetirilməsinə sonrakı yardım.

 11. Maliyyə mexanizmi.

 12. Təmiz inkişaf mexanizmi.

 13. Tərəflər Konfransı kimi fəaliyyət göstərən Tərəflər müşavirəsi.

 14. Katiblik.

 15. Köməkçi orqanlar.

 16. Çoxtərəfli məşvərət prosesi.

 17. Tullantılar ticarəti.

 18. Riayətsizlik.

 19. Mübahisələrin nizama salınması.

 20. Düzəlişlər.

 21. Onlara əlavə və düzəlişlərin qəbul edilməsi.

 22. Səs hüququ.

 23. Depozit.

 24. İmzalanma, təsdiqləmə, qəbul etmə, bəyənmə və ya qoşulma.

 25. Qüvvəyə minmə.

 26. Təshihlər.

 27. Çıxış.

 28. Əslinə uyğun mətnlər.

 

Əlavə A: Parnik qazları və sahə/mənbə kateqoriyaları

Əlavə B: Tullantılar üzrə Tərəflərin öhdəlikləri

 

 Aşağıda göstərilən cədvəl və Tərəflər Konvensiyasının üç qərarı Kioto Protokolunun tərkib hissəsi deyildir və Protokolun qəbulu və həyata keçirilməsi ilə bağlı informasiya mənbəyi kimi buraya daxil edilmişdir.

 Qərar 1/T.K.3: Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına Kioto Protokolunun qəbul edilməsi.

 Qərar 2/T.K.3: Kioto Protokolu ilə bağlı olan metodoloji məsələlər.

 Qərar 3/T.K.3: Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərinin yerinə yetirilməsi.

 Cədvəl: Kioto Protokolunun 25-ci maddəsinin məqsədlərinə uyğun olaraq 1990-cı ildə 1-ci əlavəyə daxil edilmiş Tərəflərin ümumi karbon dioksid tullantıları.

 

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Haqqında

Çərçivə Konvensiyasının

Kİoto Protokolu

 

 Bu Protokolun Tərəfləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləridirlər.

 2-ci maddədə göstərildiyi kimi, Konvensiyanın son məqsədinə nail olmaq məramı ilə Konvensiya nizamnaməsinə istinad edərək,

Konvensiyanın 3-cü maddəsini əldə rəhbər tutaraq, Tərəflər Konvensiya Konfransının 1-ci sessiyası qərarı ilə 1/T.K.1 qəbul olunmuş Berlin mandatının yerinə yetirilməsi üçün,

aşağıdakılar haqqında razılığa gəlmişlər:

 

Maddə 1

 

 Bu Protokolun məqsədləri üçün Konvensiyanın 1-ci maddəsində rast gəlinən tərəflərdən istifadə olunur. Bundan başqa:

 1. «Tərəflər Konfransı» dedikdə Konvensiyanın Tərəflər Konfransı nəzərdə tutulur.

 2. «Konvensiya» Birləşmiş Millətlər Təşkilatının 1992-ci il mayın 9-də Nyu-Yorkda qəbul edilmiş İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası deməkdir.

 3. «İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu» Ümumdünya meteorologiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin mühafizəsi üzrə 1988-ci il Proqramı tərəfindən birgə təsis olunmuş İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu deməkdir.

 4. «Monreal Protokolu» sonralar edilmiş dəyişiklik və güzəştlərlə 1987-ci il sentyabrın 16-də Monrealda qəbul edilmiş, ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu deməkdir.

 5. «Səsverməyə gələn və iştirak edən Tərəflər» lehinə və ya əleyhinə səs verən və iştirak edən Tərəflər deməkdir.

 6. Əgər ümumi mətndən başqa məna alınmırsa, «Tərəf» bu Protokolun Tərəfi deməkdir.

 7. 1-ci əlavəyə daxil edilmiş Tərəf, düzəlişlər edilə biləcək Konvensiyaya olan birinci əlavəyə daxil edilmiş Tərəf, ya da Konvensiyanın 4-cü maddəsinin 2/q bəndinə uyğun olaraq bildiriş təqdim edən Tərəf deməkdir.

 

Maddə 2

 

 1. 1-ci Əlavəyə daxil edilmiş hər bir Tərəf, 3-cü maddəyə müvafiq olaraq, tullantıların məhdudlaşdırılması və ixtisar edilməsi üzrə müəyyən say öhdəliklərini yerinə yetirdiyi müddətdə stabil inkişafa nail olmaq məqsədi ilə:

 a) öz milli xüsusiyyətlərinə uyğun olaraq bu cür siyasət və tədbirlər planı həyata keçirir və yaxud sonralar işləyib hazırlayır:

 1) milli İqtisadiyyatın müvafiq bölmələrində enerjinin istifadəsində effektivliyin artırılması;

 2) təbiətin mühafizəsi üzrə müvafiq beynəlxalq razılaşmalara əsasən öhdəliklərini nəzərə alaraq, Monreal Protokolu ilə nizama salınmayan uducu və yığıcıların mühafizəsi və keyfiyyətinin yüksəldilməsi; meşə təsərrüfatı idarəçiliyi, meşələrin qırılması və stabil zəmində meşələrin bərpası üzrə səmərəli metodların təşviqi;

 3) iqlim dəyişmələri ilə bağlı fikir və mülahizələr baxımından kənd təsərrüfatının sabit formalarının genişləndirilməsi;

 4) tədqiqat işlərinin aparılması, onların tətbiqinə köməklik göstərilməsi, yeni və yenidən bərpa olunan enerji növləri, karbon dioksidinin udulması texnologiyaları və ekoloji baxımdan təmiz innovasiya texnologiyalarının hazırlanması və daha geniş istifadə olunması;

 5) bazar uyğunsuzluqları, fiskal stimulları, vergi və rüsumlardan azad edilmə halları, Konvensiyanın məramına zidd olan subsidiyalar və bütün tullantı mənbələri olan bölmələrdə parnik qazlarının tədricən ixtisar edilməsi və ya aradan qaldırılması və bazar əməliyyatlarının tətbiqi;

 6) Monreal Protokolu ilə nizama salınmayan parnik qazı tullantılarını məhdudlaşdıran və ya ixtisara salan siyasət və tədbirlərin həyata keçirilməsinə kömək məqsədi ilə müvafiq bölmələrdə lazımi müvafiq islahatların geniş tətbiqi;

 7) Monreal Protokolu ilə nizama salınmayan nəqliyyatda daşınan parnik qazı tullantılarının məhdudlaşdırılması və yaxud ixtisar edilməsi üzrə tədbirlər;

 8) Tullantıların ayrılması, həmçinin enerjinin istehsalı, daşınması və paylaşdırılması zamanı rekuperasiya yolu ilə metan qazı tullantılarının məhdudlaşdırılması və/yaxud ixtisarı;

 b) Konvensiyanın 4-cü maddəsinin 2/e/1/ bəndinə uyğun olaraq bu maddə əsasında həyata keçirilən siyasət və tədbirlərin şəxsi və ümumi səmərəliliyinin artırılması məqsədi ilə digər bu cür Tərəflərlə əməkdaşlıq edir. Bu məqsədlə Tərəflər müqayisə olunma dərəcəsi, şəffaflıq və səmərəliliyi nəzərə alınmaqla bu tədbirlər haqqında informasiya mübadiləsi və təcrübələrinin yayılması üçün addımlar atırlar. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı bütün müvafiq informasiya nəzərə alınmaqla (birinci sessiyasında və yaxud sonralar, praktiki cəhətdən mümkün ola biləcək vaxtda) belə bir əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçirəcək.

 2. Əlavə 1-ə daxil edilmiş Tərəflər, müvafiq surətdə Beynəlxalq Mülki Aviasiya və Beynəlxalq Dəniz təşkilatları ilə fəaliyyət göstərərək, hava və dəniz yolu ilə daşınma zamanı bunker yanacağının istifadə olunması nəticəsində Monreal Protokolu ilə nizama salınmayan parnik qazı tullantılarının məhdudlaşdırılması və ya ixtisarına çalışırlar.

 3. Əlavə 1-ə daxil edilmiş Tərəflər, digər Tərəflər xüsusi ilə inkişaf etməkdə olan ölkələr hesab edilən Tərəflər və o cümlədən Konvensiyanın 3-cü maddəsi nəzərə alınmaqla, Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində sadalanan Tərəflər üçün xoşagəlməz nəticələrin, həmçinin iqlim dəyişmələrinin xoşagəlməz nəticələrinin, beynəlxalq ticarətə təsir edən sosial, ekoloji və iqtisadi nəticələrin minimuma endirilməsi üçün bu maddəyə uyğun siyasət və tədbirlər həyata keçirməyə çalışırlar. Bu Protokolun Tərəfləri müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı, hazırkı bəndin əsasnaməsini həyata keçirməyə şərait yaradılması məqsədi ilə zəruri vaxtlarda müvafiq addımlar ata bilər.

 4. Bu Protokolun Tərəfləri müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı müxtəlif milli xüsusiyyət və potensial nəticələri nəzərə alaraq: 1 a) bəndində göstərilən istənilən icra və tədbirlərin əlaqələndirilməsinin səmərəliliyi haqqında qərar çıxararsa, bu zaman o, bu cür icra və tədbirlərin koordinasiyasını nizamlama yollarını və vasitələrini nəzərdən keçirir.

 

Maddə 3

 

 1. Əlavə 1-ə daxil edilmiş Tərəflər, A əlavəsində adı çəkilən parnik qazlarının ümumi antropogen tullantılarının karbon dioksidlə ekvivalentdə B əlavəsində qeydə alınmış tullantıların məhdudlaşdırılması və ixtisar edilməsi üzrə müəyyən say öhdəliklərinin yerinə yetirilməsini nəzərdə tutaraq, onlar üçün təyin olunmuş miqdarı ötməməsi və bu maddənin əsasnaməsinə uyğun olaraq öhdəliklərin qüvvədə qaldığı 2008-2012-ci illərdə 1990-cı il səviyyəsi ilə müqayisədə belə qazların ümumi tullantılarının ən azı 5% azadılmasına ayrı-ayrılıqda və ya birgə təminat verirlər.

 2. Əlavə 1-ə daxil edilmiş hər Tərəf, bu Protokol üzrə öhdəliklərinin yerinə yetirilməsində 2005-ci il üçün əhəmiyyətli uğurlar qazanmağa çalışır.

 3. Əlavə 1-ə daxil edilmiş hər Tərəfin bu maddə üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün 1990-cı ildən başlayaraq meşəsalma, meşələrin yenidən bərpası və meşələrin qırılması ilə məhdudlaşan meşə təsərrüfatı və torpaqdan istifadədə baş verən dəyişikliklər sahəsində insan fəaliyyətinin birbaşa nəticəsi olan parnik qazlarının uducularla absorbsiyası və mənbələrdən atılan tullantılar həcmində təmiz dəyişdiricilərdən istifadə edilir. Bunlar öhdəliklərin qüvvədə qaldığı hər bir dövrdə karbon tullantılarında baş verən dəyişikliklərin yoxlanılması ilə ölçülür. Fəaliyyətin bu növləri ilə bağlı olan mənbələrdən edilən tullantılar və parnik qazlarının uducularla absorbsiyası haqqında məruzələr diqqətlə yoxlanılaraq təqdim edilir, 7 və 8-ci maddələr əsasında nəzərdən keçirilir.

 4. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının birinci sessiyasına qədər, əlavə 1-ə daxil edilmiş hər Tərəf 1990-cı ildə karbon tullantıları səviyyəsinin müəyyənləşdirilməsi və sonrakı illərdə karbon tullantı ehtiyatlarında gedən dəyişikliklərin qiymətləndirilməsi üçün köməkçi orqana elmi və texniki aspektlə məşvərətlər aparmaq məqsədi ilə göstəricilər təqdim edir. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı, ilk sessiyasında və yaxud sonralar mümkün olduqda kənd təsərrüfatı torpaqlarının istifadəsi, torpaqdan istifadə və meşə təsərrüfatında baş verən dəyişiklik kateqoriyalarında parnik qazlarının uducularla absorbsiyası və mənbələrdən axan tullantılardakı dəyişmələrlə bağlı insanın hansı əlavə fəaliyyət sahəsinin, əlavə 1-ə daxil edilərək Tərəflər üçün müəyyən edilmiş kəmiyyət göstəricilərinin üstünə gəlməsi və yaxud məruzələrin təqdimatı zamanı qeyri-müəyyənlik, şəffaflıq, yoxlamaların aparılmasının mümkünlüyü, iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun metodoloji işi, Tərəflər Konfransının 5-ci maddəsi və qərarlarına uyğun olaraq elmi-texniki aspektdə məsləhətləşmələr aparmaq məqsədi ilə köməkçi orqan tərəfindən təqdim edilən və keçirilən konsultasiyalar amilini nəzərə alaraq onlardan çıxılması ilə bağlı rəhbər prinsiplər, şərtlər və qaydalar haqqında qərar çıxaracaq. Bu cür qərar öhdəliklərin ikinci və sonrakı fəaliyyət dövrlərində həyata keçirilir. Tərəf, öhdəliklərinin ilk fəaliyyət dövrü ərzində, fəaliyyət növlərinin 1990-cı ildən mövcud olması şərti ilə insan fəaliyyətinin bu əlavə növləri haqqında əsasnaməni həyata keçirmək qərarına gələ bilər.

 5. Əlavə 1-ə daxil edilmiş və bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən Tərəflər Konvensiyanın Tərəflər Konfransının 2-ci sessiyasının 9/T.K. 2-li qərarı ilə əsas fəaliyyətlərini və ya mərhələlərini müəyyən edir, bu fəaliyyətləri və ya mərhələni bu maddə üzrə öhdəliklərinin yerinə yetirilməsinə həsr edirlər. Bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən və Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq hələ özünün birinci milli məruzəsini təqdim etməyən, əlavə 1-ə daxil edilmiş, istənilən başqa Tərəf, bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransını bu maddə üzrə öhdəliklərini yerinə yetirmək üçün o, 1990-cı ildəkindən fərqli fəaliyyət ili və ya mərhələsindən istifadə etmək niyyətində olduğu barədə məlumatlandıra bilər. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı bu bildirişin qəbulu haqqında məsələni həll edir.

 6. Öhdəliklərin yerinə yetirilməsi zamanı Konvensiyanın 4-cü maddəsinin 6-cı bəndi nəzərə alınmaqla, bu maddədə göstərilən öhdəliklərlə yanaşı, bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən, əlavə 1-ə daxil edilmiş və bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən Tərəflərə müəyyən elastiklik imkanı verilir.

 7. 2008-2012-ci illərdə tullantıların məhdudlaşdırılması və ixtisarı üzrə müəyyən say öhdəliklərinin ilk fəaliyyət dövrü ərzində əlavə 1-ə daxil edilmiş hər Tərəf üçün müəyyən olunmuş miqdar, təkcə parnik qazlarının ümumi antropogen tullantıları B əlavəsində göstərilən faizlə paya bərabər olub, A əlavəsində sadalanmış və 1998-ci il və ya fəaliyyət ili, ya da mərhələsi üçün 5-ci maddəyə uyğun olaraq müəyyən edilmiş göstəricidən karbondioksidlə müqayisədə 5 dəfə artıqdır. Əlavə 1-ə daxil edilmiş Tərəflər 1990-cı ildən torpaq istifadəsi və meşə təsərrüfatında baş verən dəyişikliklər parnik qazlarının tullantısı üçün təmiz mənbə hesab edilən, Əlavə 1-ə daxil edilmiş, Tərəflər, müəyyən edilmiş miqdarın hesablanması məqsədilə 1990-cı il baza ili və mərhələsi üçün öz tullantılarına torpaqların istifadə olunmasından gedən dəyişikliklər nəticəsində 1990-cı ildə uducuların absorbsiyasını çıxmaq şərtilə karbondioksidlə müqayisədə mənbələrdən edilən ümumi antropogen tullantıları da daxil edirlər.

 8. Əlavə 1-ə daxil edilmiş hər Tərəf, 7-ci bənddə qeyd olunduğu kimi, ödəniş məqsədi ilə 1995-ci il karbon hidroftor, karbon perftor və kükürd heksaftoridlər üçün fəaliyyət ili kimi istifadə edə bilər.

 9. Əlavə 1-ə daxil edilmiş Tərəflər üçün sonrakı mərhələlər üzrə öhdəliklər, 21-ci maddənin 7-ci bəndinin əsasnaməsinə uyğun olaraq qəbul edilən bu Protokola B əlavəsinin düzəlişləri ilə müəyyənləşdirilir. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı yuxarıda göstərilən 1-ci bənddə qeyd olunduğu kimi öhdəliklərin birinci fəaliyyət dövrünün sonuna ən azı 7 il qalmış bu öhdəlikləri nəzərdən keçirməyə başlayacaq.

 10. Tullantı ixtisarının istənilən vahidi və ya hər hansı Tərəfin digər Tərəfdən əldə etdiyi müəyyən edilmiş miqdarın istənilən hissəsi 6-cı və ya 17-ci maddənin qərarına uyğun olaraq, qazanan Tərəfin müəyyən edilmiş miqdarına artırılır.

 11. 6-cı və 17-ci maddələrin qərarlarına uyğun olaraq hər hansı bir Tərəfin digər Tərəfə verdiyi tullantı ixtisarının istənilən vahidi və ya müəyyən edilmiş miqdarın istənilən hissəsi ötürən tərəfin müəyyən edilmiş miqdarından çıxarılır.

 12. 12-ci maddənin qərarına əsasən hər hansı bir Tərəfin digər Tərəfdən qəbul etdiyi tullantı ixtisarının istənilən sertifikatlı vahidləri qəbul edən Tərəfin müəyyən edilmiş miqdarına artırılır.

 13. Əgər əlavə 1-ə daxil edilmiş Tərəflərin tullantıları öhdəliklərin bu və ya digər fəaliyyət dövründə bu maddəyə uyğun olaraq onun üçün müəyyən edilmiş miqdardan az olarsa, bu fərq həmin Tərəfin xahişilə öhdəliklərini sonrakı fəaliyyət dövründə onun müəyyən edilmiş miqdarına artırılır.

 14. Əlavə 1-ə daxil edilmiş hər Tərəf, inkişaf etməkdə olan ölkələr hesab edilən Tərəflər, xüsusi ilə Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində adı çəkilən Tərəflər üçün xoşagəlməz sosial, ekoloji və iqtisadi nəticələri minimuma endirmək üçün 1-ci bənddə qeyd olunan öhdəliklərin həyata keçirilməsinə çalışır. Bu bəndlərin həyata keçirilməsi haqqında Tərəflər Konfransının müvafiq qərarlarına uyğun olaraq, bu Protokolu Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Konvensiyanın Tərəflər Konfransı iqlim dəyişmələrinin xoşagəlməz nəticələrinin minimuma endirilməsi üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi və ya yuxarıda göstərilən bəndlərdə Tərəflər üçün sadalanan cavab tədbirlərinin nəticələri üzrə məsələləri 1-ci sessiyasında nəzərdən keçirəcək.

 

Maddə 4

 

 1. 3-cü maddə  üzrə öhdəliklərinin birgə yerinə yetirilməsi haqqında razılığa gəlmiş, əlavə 1-ə daxil edilmiş istənilən Tərəflərə A-Əlavəsində göstərildiyi kimi, parnik qazlarının ümumi antropogen tullantılarının karbon dioksidlə ekvivalentdə müəyyən olunmuş və 3-cü maddənin qərarlarına əsasən B-əlavəsində göstərildiyi kimi, tullantılarının məhdudlaşdırılması və ixtisarı üzrə onların müəyyən say öhdəliklərinin yerinə yetirilməsini nəzərdə tutan miqdarı aşmayacağı təqdirdə bu öhdəlikləri yerinə yetirmiş Tərəflər kimi baxılır. Bu cür razılaşma Tərəflərin hər biri üçün təyin edilmiş tullantıların müvafiq səviyyəsi bu razılaşmada müəyyən edilir.

 2. İstənilən bu cür razılaşma Tərəfləri bu Protokolun təsdiqi, qəbulu və bəyənilməsi haqqında sənədlərin mühafizə edilməyə təqdim etdikləri gün razılaşmanın şərtləri haqqında katibliyə bildiriş göndərirlər. Öz növbəsində katiblik Konvensiyanın tərəfləri və imza edən iştirakçıları razılaşmanın şərtləri ilə məlumatlandırır.

 3. Hər hansı belə razılaşma 3-cü maddənin 7-ci bəndində göstərildiyi kimi, öhdəliklərin fəaliyyəti dövrü ərzində qüvvədə qalır.

 4. Əgər birgə fəaliyyət göstərən Tərəflər bunu iqtisadi inteqrasiya üzrə regional təşkilat çərçivəsində və ya onunla birgə həyata keçirirlərsə, o zaman bu Protokolun qəbulundan sonra bu təşkilatın tərkibində baş verən hər hansı bir dəyişiklik bu Protokol üzrə mövcud öhdəliklərə təsir göstərmir. Təşkilatın tərkibində baş verən istənilən dəyişiklik yalnız bu dəyişiklikdən sonra qəbul edilmiş 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə istifadə edilə bilər.

 5. Bu cür razılaşma Tərəflərin tullantıların səviyyəsinin yekun ixtisarına nail olmadıqları təqdirdə, bu razılaşmanın Tərəfləri razılaşmada müəyyən edilmiş tullantı səviyyəsi üçün məsuliyyət daşıyır.

 6. Əgər birgə fəaliyyət göstərən Tərəflər bunu bu Protokolun Tərəfi hesab edilən iqtisadi inteqrasiya üzrə regional təşkilat çərçivəsində və yaxud onunla birgə həyata keçirilsə, bu zaman iqtisadi inteqrasiya üzrə bu cür regional təşkilatın üzvü olan hər bir dövlət ayrı-ayrılıqda və 24-cü maddəyə uyğun olaraq fəaliyyət göstərən iqtisadi inteqrasiya üzrə regional təşkilatla birgə tullantıların yekun ixtisarının yerinə yetirilmədiyi təqdirdə bu maddəyə əsasən haqqında bildiriş təqdim edilən tullantı səviyyəsi üçün məsuliyyət daşıyır.

 

Maddə 5

 

 1. Əlavə 1-ə daxil edilmiş hər Tərəf öhdəliklərin birinci fəaliyyət dövrünün başlanmasına ən azı bir il qalmış Monreal Protokolu ilə nizamlanmayan mənbələrdən çıxan antropogen tullantılarının və bütün parnik qazlarının uducularla absorbsiyasının qiymətləndirilməsi məqsədi ilə milli sistem yaradır. Aşağıdakı 2-ci bənddə göstərilən metodologiyaları özündə cəmləşdirən bu cür milli sistem üçün bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının 1-ci sessiyasında rəhbər prinsiplər Konfrans tərəfindən qəbul edilir.

 2. Monreal Protokolu ilə nizamlanmayan bütün parnik qazlarının uducularla absorbsiyası və mənbələrdə çıxan antropogen tullantıların qiymətləndirilməsi üçün iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu tərəfindən qəbul edilən və Konvensiyanın Tərəflər Konfransının 3-cü sessiyasında bəyənilən metodologiyalar əsas götürülməlidir. Bu cür metodologiyalar istifadə olunmadığı təqdirdə bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının 1-ci sessiyasında bəyənilən metodologiyalara müvafiq olaraq lazımi düzəlişlər edilir. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun apardığı iş və elmi-texniki aspektlər üzrə konsultasiyaların aparılması üçün köməkçi orqan tərəfindən təşkil olunan məsləhətləşmələr əsasında bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı mütəmadi olaraq bü cür metodologiya və düzəlişlərin şərhini verir və lazım olduqda onları yenidən nəzərdən keçirir və Tərəflər Konfransının istənilən müvafiq qərarını tam dolğunluğu ilə nəzərə alır. Metodologiya və düzəlişlərin istənilən nəzərdən keçirilmə prosesi yalnız öhdəliklərin istənilən fəaliyyət dövrü baxımından 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsinin nizamlanması məqsədi ilə tətbiq olunur.

 3. Mənbələrdən çıxan antropogen tullantıların və A Əlavəsində göstərilən parnik qazlarının uducularla absorbsiyasının karbon dioksidlə ekvivalentdə hesablanması üçün istifadə olunan qlobal istiləşmə potensialı iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu tərəfindən qəbul edilən və Konvensiyanın Tərəflər Konfransının 3-cü sessiyasında bəyənilən potensial hesab olunur. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun əməli işi və elmi texniki aspektdə konsultasiyaların aparılması üçün köməkçi orqan tərəfindən təşkil olunan məsləhətləşmələr əsasında bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konvensiyası bu cür parnik qazlarının hər birinin potensial qlobal istiləşmə həcmini mütəmadi olaraq və zərurət yarandıqda nəzərdən keçirir və Tərəflər Konfransının istənilən müvafiq qərarını tam dolğunluğu ilə nəzərə alır. Bu və ya digər qlobal istiləşmə potensialı həcminin hər bir halda nəzərdən keçirilməsi öhdəliklərin istənilən fəaliyyət dövrü baxımından yalnız 3-cü maddə üzrə öhdəliklərə tətbiq edilir.

 

Maddə 6

 

 1. Əlavə 1-ə daxil edilmiş istənilən Tərəf 3-cü maddə üzrə öz öhdəliklərini yerinə yetirmək məqsədi ilə mənbələrdən çıxan antropogen tullantılarının ixtisarına və ya iqtisadiyyatın istənilən bölməsində parnik qazlarının uducularla absorbsiyasının artırılmasına yönələn layihələr nəticəsində əldə olunan tullantıların ixtisar vahidlərini istənilən bu cür Tərəfə ya verə, ya da qəbul edə bilər, bir şərtlə ki:

 a) istənilən bu cür layihə iştirakçı Tərəflər tərəfindən təsdiq edilsin;

 b) digər halda ola biləcəklərə əlavə olaraq, istənilən bu cür layihə mənbələrdən çıxan tullantıların ixtisarını və ya uducularla absorbsiyanın artırılmasını nəzərdə tutur;

 c) 5 və 7-ci maddələr üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə o, heç bir tullantı ixtisarı vahidi əldə etmir;

 d) 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə tullantıların ixtisar vahidinin əldə olunması daxili fəaliyyəti nizamlayır.

 2. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı əməli cəhətdən mümkün olduqda özünün 1-ci sessiyasında və yaxud sonralar bu maddənin həyata keçirilməsi, o cümlədən məruzələrin yoxlanılması və təqdim edilməsi üçün sonrakı rəhbər prinsipləri hazırlaya bilər.

 3. Əlavə 1-ə daxil edilmiş Tərəf bu maddəyə uyğun olaraq tullantıların ixtisar vahidlərinin əldə olunması, təqdim olunması və ya qəbuluna gətirib çıxaran fəaliyyətlərdə hüququ şəxsləri öz nəzarəti altında səlahiyyətləndirə bilər.

 4. Əlavə 1-ə daxil edilmiş bu və ya digər Tərəf tərəfindən bu maddədə göstərilən tələblərin yerinə yetirilməsinə aid olan, 8-ci maddənin qərarlarına müvafiq olaraq məsələ meydana çıxarsa, öhdəliklərə riayət etmək haqqında məsələ həll olunana qədər heç bir Tərəfin 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün bu cür vahidlərdən istifadə etməməsi şərti ilə, tullantıların ixtisar vahidinin qəbulu, əldə olunması və ötürülməsi prosesi bu məsələ aşkar olunduqdan sonra da davam edə bilər.

 

Maddə 7

 

 1. Əlavə 1-ə daxil edilmiş hər Tərəf aşağıda göstərilən 4-cü bəndə əsasən müəyyən edilən Konvensiyanın Tərəflər Konfransının müvafiq qərarlarına uyğun olaraq, təqdim edilən Monreal Protokolu ilə nizama salınmayan mənbələrdən çıxan antropogen tullantıları və parnik qazlarının uducularla absorbsiyasının illik kadastrına 3-cü maddənin qərarlarına əməl olunması məqsədi ilə zəruri əlavə informasiyanı daxil edir.

 2. Əlavə 1-ə daxil edilmiş hər Tərəf aşağıda göstərilən 4-cü bəndə müvafiq olaraq müəyyən edilən Konvensiyanın 12-ci maddəsinə müvafiq olaraq təqdim edilən öz milli məruzəsinə bu Protokol üzrə öhdəlikləri yerinə yetirdiyini nümayiş etdirmək məqsədi ilə zəruri olan əlavə informasiyanı daxil edir.

 3. Əlavə 1-ə daxil edilmiş hər Tərəf öhdəliklərin fəaliyyət dövrü ərzində həmin Tərəf üçün bu Protokolun qüvvəyə minməsindən sonra Konvensiyaya uyğun olaraq təqdim edilməsi nəzərdə tutulan ilk kadastrdan başlayaraq, hər il yuxarıda göstərilən 1-ci bəndə uyğun olaraq tələb olunan informasiyanı təqdim edir. Aşağıda göstərilən 4-cü bənddə nəzərdə tutulduğu kimi, bu Protokolun mövcud Tərəf üçün qüvvəyə minməsi və rəhbər prinsiplərin qəbul edilməsindən sonra hər bir belə Tərəf yuxarıda göstərilən 2-ci bəndə uyğun olaraq tələb olunan informasiyanı təqdim edir. Tərəflər Konfransı tərəfindən milli məruzələrin təqdim olunması üçün qəbul edilmiş istənilən cədvəli nəzərə almaqla bu maddəyə uyğun olaraq tələb olunan informasiyanın dövri olaraq sonrakı təqdimatı bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı müəyyənləşdirir.

 4. Bu  Protokolun Tərəflər Konfransı müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 1-ci sessiyasından və mütәmadi olaraq əlavə 1-ə daxil edilmiş, Tərəflərin milli məruzələrinin hazırlanması üçün Tərəflər Konfransı tərəfindən qəbul edilmiş rəhbər prinsipləri nəzərə alaraq bu maddəyə uyğun olaraq tələb olunan informasiyanın hazırlanması üçün aparıcı prinsipləri nəzərdən keçirir. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı müəyyən olunmuş miqdarın nəzərə alınması qaydası haqqında öhdəliklərin birinci fəaliyyət dövrünün başlanmasınadək də qərar qəbul edir.

 

Maddə 8

 

 1. Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən 7-ci maddəyə uyğun olaraq, təqdim olunan informasiya Tərəflər Konfransının müvafiq qərarlarının həyata keçirilməsi üzrə ekspertlər qrupu tərəfindən və aşağıda göstərilən 4-cü bəndə uyğun olaraq bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən bu məqsədlə qəbul edilən rəhbər prinsiplərə uyğun olaraq nəzərdən keçirilir. Əlavə 1-ə daxil edilmiş Tərəflərin 7-ci maddənin 1-ci bəndinə uyğun olaraq təqdim etdiyi informasiya tullantılar və müəyyən edilmiş miqdarın illik kompilyasiyası və kadastr hesabının bir hissəsi kimi nəzərdən keçirilir. Buna əlavə olaraq Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən 7-ci maddənin 2-ci bəndinə uyğun olaraq təqdim edilən informasiya nəzərdən keçirilən məlumatların bir hissəsi kimi qəbul edilir.

 2. Araşdırma üzrə ekspertlər qrupu katiblik tərəfindən koordinasiya olunur və Tərəflər Konvensiyası tərəfindən nümayəndələr irəli sürülən nümayəndələrdən seçilən ekspertlərdən ibarət olur və lazım olduqda Tərəflər Konvensiyası tərəfindən bu məqsədlə qəbul edilən rəhbər göstərişlərə uyğun olaraq hökumətlərarası təşkilatlar tərəfindən nümayəndəliyi irəli sürülən ekspertlərdən ibarət olur.

 3. Araşdırma prosesi ərzində mövcud Protokolun bütün aspektlərinin bu və ya digər Tərəf tərəfindən dəqiq və hərtərəfli texniki qiymətləndirilməsi aparılır. Tərəflərin öhdəliklərinin həyata keçirilməsinə təsir göstərən istənilən potensial problem və amilləri aşkar çıxaran bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konvensiyası üçün araşdırma üzrə ekspertlər qrupu məruzə hazırlayır. Bu cür məruzələr katiblik Tərəfindən Konvensiyanın bütün Tərəfləri arasında yayılır. Katiblik bu Protokolu Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konvensiyasının gələcək araşdırmaları üçün bu cür məruzələrdə meydana çıxan və öhdəliklərin yerinə yetirilməsinə aid olan məsələlərin siyahısını tutur.

 4. Bu  Protokolu tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının müvafiq qərarlarını nəzərə alaraq araşdırma üzrə ekspertlər qrupunu bu Protokolun yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədi ilə 1-ci sessiyasında rəhbər prinsipləri qəbul edir və sonralar mütəmadi olaraq onları nəzərdən keçirir.

 5. Bu  Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı (köməkçi orqanın) öhdəliklərin yerinə yetirilməsi üzrə köməkçi orqanın iştirakı ilə və elmi-texniki aspektlər üzrə məsləhətləşmələrin aparılması üçün köməkçi orqanın imkanlarından asılı olaraq nəzərdən keçirilir:

 a) 7-ci maddəyə uyğun olaraq Tərəflər tərəfindən təqdim edilən informasiya və bu maddə əsasında aparılan araşdırmalar haqqında ekspertlərin məruzəsi; və

 b) yuxarıda göstərilən 3-cü bəndə uyğun olaraq katiblik tərəfindən siyahıya daxil edilmiş öhdəliklərin yerinə yetirilməsi haqqında məsələlər və o cümlədən Tərəflər tərəfindən qaldırılan istənilən məsələlər.

 6. Yuxarıda göstərilən 5-ci bənddə qeyd olunan informasiya nəzərdən keçirildikdən sonra bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı bu Protokolun yerinə yetirilməsi üçün zəruri olan istənilən məsələlər üzrə qərar qəbul edir.

 

Maddə 9

 

 1. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı bu Protokolun mövcud olan ən müasir elmi informasiya və iqlim dəyişmələri və onun nəticələrinin qiymətləndirilməsi, o cümlədən bu amillərlə bağlı olan texniki, sosial və iqtisadi informasiyanı mütəmadi olaraq nəzərdən keçirir. Bu cür araşdırmalar Konvensiya Çərçivəsindən müvafiq müzakirələr və xüsusi ilə Konvensiyanın 4-cü maddəsinin 2 (d) bəndi və 7-ci maddəsinin 2 (a) bəndində nəzərdə tutulan müzakirələr ilə koordinasiya edilir. Bu cür müzakirələr əsasında bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı müvafiq qərarlar qəbul edir.

 2. İlk müzakirə bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının 2-ci sessiyasında keçirilir. Növbəti müzakirələr mütəmadi olaraq vaxtlı-vaxtında təşkil olunur.

 

Maddə 10

 

 Öz ümumi, lakin fərqli, məsuliyyətli, səciyyəvi, milli və regional üstünlükləri, inkişaf sahəsində məqsəd və məramları nəzərə alaraq, əlavə 1-ə daxil edilmiş Tərəflər üçün yeni öhdəlikləri işə salmadan, lakin Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi üzrə mövcud öhdəlikləri yenidən təsdiqləyərək və konvensiyanın 4-cü maddəsinin 3, 5, 7-ci bəndlərini nəzərə alaraq sabit inkişafa nail olmaq üçün bu öhdəliklərin yerinə yetirilməsinə köməklik məqsədi ilə bütün Tərəflər:

 a) Tərəflər Konfransı tərəfindən qəbul edilmiş milli məruzələrin hazırlanması üçün rəhbər prinsiplərə uyğun olaraq Tərəflər Konfransı bəyəniləcək müqayisəli metodologiyaları istifadə edərək, Monreal Protokolu ilə nizama salınmayan mənbələrdən çıxan antropogen tullantıların və parnik qazlarının uducularla absorbsiyasının milli kadastrının mütəmadi olaraq yeniləşməsi və tərtib olunması məqsədi ilə, hər bir Tərəfin sosial iqtisadi göstəriciləri əks edilən fəaliyyət növləri və yaxud modelləri lazım gəldikdə və iqtisadi nöqteyi-nəzərdən mümkün qədər səmərəli, milli və müvafiq hallarda tullantıların yerli göstəricilərin keyfiyyətinin yüksəldilməsi üzrə regional proqramlar formalaşdırır;

 b) İqlim dəyişmələrin nəticələrinin mülayimləşdirilməsi və iqlim dəyişilmələrinə uyğun adaptasiya üzrə tədbirlərin keçirilməsini nəzərdə tutan milli və regional tərtib edir, həyata keçirir, nəşr etdirir və mütəmadi olaraq yeniləşdirir;

 1. Belə proqramlar əsasən energetika, nəqliyyat və sənaye, o cümlədən kənd təsərrüfatı, meşə təsərrüfatı və tullantıların ayrılması sahələrinə aid olur. Bununla yanaşı, iqlim dəyişmələrinə olan adaptasiyanı ərazi, məkan planlaşdırılması təkmilləşdirmə metodları və adaptasiya texnologiyaları sahəsində təkmilləşdirmək mümkündür.

 2. Əlavə 1-ə daxil edilmiş tərəflər 7-ci maddəyə uyğun olaraq milli proqramlar da daxil olmaqla bu Protokola əsasən fəaliyyət öhdəlikləri haqqında informasiya təqdim edir. Digər Tərəflər isə müvafiq hallarda parnik qazı tullantılarının artması və uducuların absorbsiyasının yüksəldilməsi, potensialın möhkəmləndirilməsi və adaptasiya tədbirləri daxil olmaqla, müvafiq Tərəfin fikrincə, iqlim dəyişmələri və onun xoşagəlməz nəticələrinin aradan qaldırılması probleminin həllinə şərait yaradan tədbirləri nəzərdə tutan proqramlar haqqında öz milli məruzələrinə informasiya daxil edirlər.

 c) ekoloji cəhətdən təhlükəsiz olan texnologiyaların tətbiq olunması və yayılması, nou-hau, iqlim dəyişmələrinə aidiyyəti olan proseslərin araşdırılması üçün əlverişli şəraitin yaradılmasında əməkdaşlıq edir və dövlətin mülkiyyətində olan və yaxud ictimai əmlak sayılan ekoloji cəhətdən təhlükəsiz texnologiyaların səmərəli şəkildə ötürülməsi, proqram və layihələrinin hazırlanmasını nəzərə alaraq xüsusən inkişaf etməkdə olan ölkələr üçün mövcud şəraitdən asılı olaraq bu cür texnologiyanın nou-hau, tətbiqi proseslərinin genişləndirilməsi, asanlaşdırılması, maliyyələşdirilməsi məqsədi ilə əməli cəhətdən mümkün ola biləcək tədbirlər ekoloji cəhətdən təhlükəsiz texnologiyadan istifadənin genişləndirilməsi və yayılması ilə bağlı özəl sektor üçün əlverişli şəraitin yaradılması yolunda addımlar atır;

 d) elmi-texniki tədqiqatların aparılmasında əməkdaşlıq edir və mütәmadi müşahidə sisteminin mühafizəsi və inkişafına, iqlim sistemi, iqlim dəyişmələrinin xoşagəlməz nəticələri və müxtəlif reaksiya strategiyalarının iqtisadi və sosial nəticələri ilə bağlı olan qeyri-müəyyənliklərin azaldılması üçün arxiv məlumatlarının inkişafına şərait yaradır, o cümlədən Konvensiyanın 5-ci maddəsini nəzərə alaraq, elmi-tədqiqatlar və mütәmadi müşahidələr sahəsi üzrə beynəlxalq və hökumətlərarası proqram və şəbəkələrdə iştirak etmək imkanının əldə olunması və daxili potensialın inkişafı və möhkəmləndirilməsini təmin edir;

 e) insan ehtiyatları və təşkilati imkanlar timsalında milli potensialın möhkəmləndirilməsi yolunda fəaliyyətini nəzərə alaraq kadrların hazırlanması və maarifləndirilməsi üzrə proqramların işlənilməsi və həyata keçirilməsi sahəsində yeri gəldikdə mövcud orqanların qüvvəsindən istifadə edərək beynəlxalq səviyyədə əməkdaşlıq üzrə tədbirlər həyata keçirir, xüsusi ilə inkişaf etməkdə olan ölkələrin bu sahə üzrə ekspertlərin hazırlanması üçün əməkdaşların mübadiləsi və yaxud onların ezamiyyətə göndərilməsi həyata keçirilir və o cümlədən iqlim dəyişmələri haqqında informasiyanın ictimaiyyətə çatdırılması və ictimaiyyətin milli səviyyədə məlumatlandırılmasına şərait yaradır. Konvensiyanın müvafiq orqanları çərçivəsində həyata keçiriləcək bu fəaliyyəti uyğun şərtlərlə Konvensiyanın 6-cı maddəsini nəzərə almaqla araşdırılmalıdır.

 f) Tərəflər Konvensiyasının müvafiq qərarlarına uyğun olaraq, bu maddənin həyata keçirilməsi üçün proqram və fəaliyyət haqqında informasiyanı öz milli məruzələrinə daxil edirlər; və

 g) bu maddə üzrə öhdəliklər yerinə yetirilərkən Konvensiyanın 4-cü maddəsinin 8-ci bəndi tam dolğunluğu ilə nəzərə alınır.

 

Maddə 11

 

 1. 10-cu maddəni həyata keçirərkən Tərəflər Konvensiyanın 4-cü maddəsinin 4, 5, 6, 7, 8 və 9-cu bəndlərinin qərarlarını nəzərə alırlar.

 2. Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndinin həyata keçirilməsi kontekstində Konvensiyanın 11-ci maddəsi və 4-cü maddəsinin 3-cü bəndinin qərarlarına uyğun olaraq və Konvensiyanın maliyyə mexanizminin idarəçiliyi ilə məşğul olan bir orqan və ya orqanlar vasitəsi ilə, inkişaf etmiş ölkələr olan Tərəflər və Konvensiyanın 2-ci əlavəsinə daxil edilmiş digər inkişaf etmiş Tərəflər;

 a) 10-cu maddənin (a) bəndində göstərilən Konvensiyanın 4-cü maddəsinin 1 (a) bəndi üzrə öhdəliklərin yerinə yetirilməsində inkişaf etməkdə olan ölkələri təmsil edən Tərəflər tərəfindən sərf olunan razılaşdırılmış xərclərin ödənilməsi üçün yeni və əlavə maliyyə ehtiyatları təqdim edir; və

 b) inkişaf etməkdə olan ölkəni təmsil edən Tərəf və Konvensiyanın göstərilən 11-ci maddəsinə uyğun olaraq qeyd olunan beynəlxalq orqan və ya orqanlar arasında razılaşdırılmış və 10-cu maddə ilə haşiyələnən Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olan razılaşdırılmış bütün əlavə xərclərin ödənilməsi üçün inkişaf etməkdə olan ölkələri təmsil edən Tərəflər üçün zəruri hesab edilən texnologiyaların təqdim olunması üçün belə maliyyə vəsaitini həmçinin təqdim edir.

 Mövcud öhdəlikləri yerinə yetirərkən müvafiq və proqnozlaşdırılan və sair axınına yaranan tələbat və inkişaf etmiş ölkələr hesab olunan Tərəflər arasında yükün bu günün müvafiq şəkildə bölüşdürülməsinin mühümlüyü nəzərə alınır. Konvensiyanın maliyyə mexanizmi və idarə olunması ilə məşğul olan bir orqan və orqanlar üçün Tərəflər Konfransının müvafiq qərarlarında göstərilən və o cümlədən bu Protokolun qərar razılaşdırılan rəhbər göstərişlər bu bəndin qərarlarına təqdim olunur.

 3. İnkişaf etmiş ölkələr sayılan Tərəflər və Konvensiyanın 2-ci əlavəsinə daxil edilmiş digər inkişaf etmiş Tərəflər 10-cu maddənin həyata keçirilməsi üçün ikitərəfli regional və digər çoxşaxəli kanallar üzrə maliyyə vəsaiti verə, inkişaf etməkdə olan ölkələr hesab edilən Tərəflər isə maliyyə vəsaiti ala bilər.

 

Maddə 12

 

 1. Bu maddə ilə təmiz inkişaf mexanizmi müəyyənləşdirilir.

 2. Təmiz inkişaf mexanizminin məqsədi stabil inkişafın təmin olunması və Konvensiyanın son məqsədinə nail olmaq üçün köməklik göstərilməsində əlavə 1-ə daxil edilməmiş Tərəflərə yardım etmək, 3-cü maddəyə uyğun olaraq tullantıların məhdudlaşdırılması və ixtisarı üzrə müəyyən say öhdəliklərinin yerinə yetirilməsinin təmin olunmasında Əlavə 1-ə daxil edilməmiş Tərəflərə kömək göstərilməsindən ibarətdir.

 3. Təmiz inkişaf mexanizmi çərçivəsində:

 a) Əlavə 1-ə daxil edilməmiş tullantıların sertifikatlaşdırılmış ixtisarına gətirib çıxaran layihələr üzrə fəaliyyətin həyata keçirilməsi nəticəsində alınan gəlirdən istifadə edirlər; və

 b) Əlavə 1-ə daxil edilmiş Tərəflər bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının müəyyən etdiyi kimi 3-cü maddəyə uyğun olaraq tullantıların məhdudlaşdırılması və ixtisarı üzrə müəyyən say öhdəliklərinin bir qisminin yerinə yetirilməsinə kömək məqsədi ilə layihələr üzrə bu cür fəaliyyət nəticəsində tullantıların sertifikatlaşdırılmış ixtisarınndan istifadə edə bilərlər.

 4. Təmiz inkişaf mexanizmi bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən təyin ediləcək operativ orqanlar vasitəsilə sertifikatlaşdırılır.

 5. Layihələr üzrə hər bir fəaliyyət növü nəticəsində tullantıların ixtisarı bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən təyin ediləcək operativ orqanlar vasitəsi ilə sertifikatlaşdırılır:

 a) hər bir iştirakçı Tərəf tərəfindən bəyənilən könüllü iştirak əsasında;

 b) iqlim dəyişmələri nəticələrinin yüngülləşdirilməsi ilə bağlı olan real ölçülə biləcək və uzun müddətli üstünlüklər; və

 c) layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət növü mövcud olmadığı təqdirdə ola biləcək istənilən ixtisarlara əlavə edilən tullantı ixtisarları əsasında.

 6. Təmiz inkişaf mexanizmi lazım gəldikdə layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət növlərinin maliyyələşdirilməsi üçün təşkilat daxili kömək göstərir.

 7. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı layihələr üzrə fəaliyyətin yoxlanılması və azad təftiş vasitəsi ilə şəffaflıq, səmərəlilik və hesabatların verilməsi məqsədi ilə 1-ci sessiyasında müvafiq üsul və şərtləri hazırlayır.

 8. Bu Protokolun tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət növlərində alınan gəlirin bir hissəsinin inzibati xərclərin ödənilməsi üçün, o cümlədən adaptasiya ilə bağlı xərclərin ödənilməsində və iqlim dəyişmələri xoşagəlməz təsirlərinə qarşı xüsusən həssas olan inkişaf etməkdə olan ölkələrlə təmsil olunan Tərəflər köməklik göstərilməsi məqsədi ilə istifadə edilməsini təmin edir.

 9. Təmiz inkişaf mexanizmində, o cümlədən yuxarıda qeyd olunan 3 (a) bəndində göstərilən fəaliyyətdə və tullantıların sertifikatlaşdırılmış ixtisarının alınmasında özəl və/ və ya dövlət subyektləri iştirak edə bilər, bu iştirak təmiz inkişaf mexanizminin icra şurasının verəcəyi istənilən göstərişə müvafiq olaraq həyata keçirilir.

 10. 2000-ci ildən öhdəliklərin 1-ci fəaliyyət dövrünün başlanmasınadək olan mərhələdə tullantıların sertifikatlaşdırılmış ixtisarı öhdəliklərin 1-ci fəaliyyət dövründə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə kömək göstərilməsində istifadə edilə bilər.

 

Maddə 13

 

 1. Konvensiyanın ali orqanı olan tərəflər Konfransı bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərir.

 2. Bu  Protokolun Tərəfləri olmayan Konvensiyanın Tərəfləri bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının istənilən sessiyanın işində müşahidəçi sifəti ilə iştirak edə bilər. Tərəflər Konfransı bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərdiyi təqdirdə bu Protokol haqqında qərarlar yalnız bu Protokolun Tərəfləri tərəfindən qəbul edilir.

 3. Tərəflər Konfransı bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərdiyi təqdirdə bu Protokolun Tərəfi olmayan və Konvensiya Tərəfini təmsil edən Tərəflər Konfransı Rəyasət heyətinin istənilən üzvü bu Protokol Tərəflərinin öz aralarından seçdiyi əlavə üzvlə əvəz olunur.

 4. Bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı bu Protokolun həyata keçirilməsini mütəmadi olaraq nəzərdən keçirilir və Protokolun səmərəli iştirakının yerinə yetirilməsi üçün zəruri olan qərarları öz mandatı çərçivəsində verir. Bu  Protokola müvafiq olaraq Konfrans öz üzərinə düşən funksiyaları yerinə yetirir; və

 a) Bu  Protokolun qərarlarına müvafiq olaraq ona təqdim edilən bütün informasiyanı, Tərəflər tərəfindən bu Protokolun həyata keçirilməsi prosesini, bu Protokolun yerinə yetirilməsi üçün keçirilən tədbirlərin ümumi və xüsusən də ekoloji iqtisadi və sosial səmərəliliyini, o cümlədən Konvensiyanın məqsədlərinə nail olunmasına onların kumulyativ təsiri və inkişaf səviyyəsini qiymətləndirir;

 b) Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndi və 4-cü maddəsinin 2 (d) bəndinə uyğun olaraq nəzərdə tutulan istənilən məsələləri Konvensiyanın məqsədi və yerinə yetirilməsi müddətində əldə olunan təcrübə, elmi-texniki biliklərin inkişafı baxımından lazımi səviyyədə bu Protokol üzrə Tərəflərin öhdəliklərini mütəmadi olaraq nəzərdən keçirir və bununla əlaqədar olaraq bu Protokolun yerinə yetirilməsi haqqında daimi məruzələr qəbul edir və onları araşdırır.

 c) Tərəflərin mövcud şərait, məsuliyyət və imkanlarında meydana çıxan mövcud fərqi və bu Protokol üzrə onların müvafiq öhdəliklərini nəzərə alaraq iqlim dəyişmələri və onun nəticələri probleminin həlli üçün Tərəflərin həyata keçirdiyi tədbirlər haqqında informasiya mübadiləsinə şərait yaradır və onu genişləndirir;

 d) iki və daha artıq Tərəfin xahişi ilə Tərəflərin mövcud imkan, şərait və məsuliyyət sahəsində meydana çıxan fərqləri bu Protokol üzrə onların müvafiq öhdəliklərini nəzərə alaraq iqlim dəyişmələri və onun nəticələri probleminin həll olunması üçün Tərəflərin həyata keçirdiyi tədbirlərin koordinasiyası kömək göstərir;

 e) Konvensiyanın məqsədləri və bu Protokolun qərarlarına uyğun olaraq, Konvensiyanın Tərəflər Konfransının müvafiq qərarlarının, bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəf Konfransı tərəfindən bəyəniləcək bu Protokolun səmərəli həyata keçirilməsi üçün müqayisəli metodologiyaların işlənməsi və mütəmadi olaraq dəqiqləşdirilməsini tam dolğunluğu ilə nəzərə alaraq fəaliyyəti genişləndirir və istiqamətləndirir;

 f) bu  protokolun yerinə yetirilməsi üçün zəruri olan istənilən məsələlər üzrə tövsiyələr verir;

 g) 11-ci maddənin 2-ci bəndinə uyğun olaraq əlavə maliyyə vəsaitinin səfərbərliyə alınması üçün tədbirlər həyata keçirir;

 h) bu  Protokolun yerinə yetirilməsi üçün tələb olunan köməkçi orqanları təsis edir.

 i) lazım gəldikdə səlahiyyətli beynəlxalq təşkilatlar hökumətlərarası və qeyri-hökumət orqanlarının xidmət və əməkdaşlığını və onların təqdim etdiyi informasiyanı sorğu və istifadə edir;

 j) bu  Protokolun yerinə yetirilməsi üçün tələb olunan digər funksiyaları yerinə yetirir və Tərəflər Konfransının qərarlarının nəticəsi olan istənilən məsələni nəzərdən keçirir.

 5. Konvensiyaya uyğun olaraq, həyata keçirilən Tərəflər Konfransının prosedur qaydaları və maliyyə prosedurları mutatis mutandis Protokoluna tətbiq edilir. Bu  Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının konsensus əsasında digər bir qərara gəldiyi hallar istisna olmaqla;

 6. Katiblik bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının birinci sessiyasını bu Protokolun qüvvəyə mindiyi vaxtdan etibarən başlanılması nəzərdə tutulan Tərəflər Konfransının 1-ci sessiyası ilə eyni vaxtda çağırır. Bu  Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının növbəti sessiyaları hər il və bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı digər qərar çıxarmadığı təqdirdə Tərəflər Konfransının növbəti sessiyaları ilə eyni vaxtda keçirilir.

 7. Bu  Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının növbədənkənar sessiyaları bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının bunu zəruri hesab etdiyi təqdirdə və yaxud katibliyin bu tələbnaməni Tərəflərə göndərdiyi vaxtdan keçən altı ay ərzində, əgər bu tələb Tərəflərin ən azı 1/3-i tərəfindən dəstəklənərsə, bu zaman Tərəflərdən 1-in yazılı tələbnaməsi əsasında çağırılır.

 8. Birləşmiş Millətlər Təşkilatı, Atom Enerjisi üzrə beynəlxalq agentlik, BMT-in ixtisaslaşmış müəssisələri və o cümlədən Konvensiyanın Tərəfləri hesab olunmayan belə təşkilatların üzvü olan və yaxud onlarda müşahidəçi sifəti ilə iştirak edən istənilən dövlət bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının sessiyalarında müşahidəçi sifəti ilə təmsil oluna bilər. Bu  Protokolun fəaliyyət dairəsinə aid olan məsələlər üzrə səlahiyyət daşıyan və bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının sessiyalarında müşahidəçi sifəti ilə təmsil olunmaları haqqında öz arzularını katibliyə bildirmiş, milli və yaxud beynəlxalq hökumət və yaxud qeyri-hökumət olmaqla istənilən orqan və yaxud təşkilatlara, yalnız iştirakçı Tərəflərin ən azı 1/3-nin narazılığı istisna olunmaqla, Konfransın bütün sessiyalarında iştirak etməyə icazə verilir. Müşahidəçilərin buraxılması və iştirakı yuxarıda göstərilən 5-ci bənddə nəzərdə tutulduğu kimi prosedur qaydaları ilə nizamlanır.

 

Maddə 14

 

 1. Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq təsir edilmiş katiblik bu Protokolun katibliyi sifəti ilə fəaliyyət göstərir.

 2. Konvensiyanın katibliyinin funksiyaları haqqında 8-ci maddənin 2-ci bəndi və katibliyin fəaliyyətinin təşkili haqqında Konvensiyanın 8-ci maddəsinin 3-cü bəndi mutatis mutandis Protokoluna tətbiq edilib. Bununla yanaşı katiblik bu Protokola uyğun olaraq, üzərinə qoyulan funksiyaları da yerinə yetirir.

 

Maddə 15

 

 1. Konvensiyanın 9 və 10-cu maddələri əsasında təsis olunmuş elmi-texniki aspektlər üzrə məsləhətləşmələrin aparılması üzrə köməkçi orqan və onların həyata keçirilməsi üzrə köməkçi orqan bu Protokolun yerinə yetirilməsi üzrə köməkçi orqan kimi müvafiq olaraq fəaliyyət göstərir. Konvensiyaya uyğun olaraq bu iki orqanın fəaliyyətinə aid olan qərarlar mutatis mutandis Protokoluna tətbiq edilir. Elmi-texniki aspektlər üzrə məsləhətləşmələr aparan köməkçi orqanın sessiya iclasları elmi-texniki aspekti üzrə məsləhətləşmələr aparan köməkçi orqan və Konvensiyanın yerinə yetirilməsi üzrə köməkçi orqanın iclaslarına müvafiq olaraq həyata keçirilir.

 2. Bu Protokolun Tərəfləri sayılmayan Konvensiya Tərəfləri köməkçi orqanların istənilən sessiyasının işində müşahidəçi sifəti ilə iştirak edə bilər. Köməkçi orqanların bu Protokolun köməkçi orqanlar sifəti ilə fəaliyyət göstərdiyi tədbirdə bu Protokolla bağlı qərarlar yalnız bu Protokolun Tərəfləri hesab olunan Tərəflər vasitəsi ilə qəbul edilir.

 3. Konvensiyanın 9 və 10-cu maddələrinə uyğun olaraq təsis edilmiş köməkçi orqanlar bu Protokola aid olan məsələlər üzrə öz funksiyalarını həyata keçirərkən, bu Protokolun hal-hazırda tərəfi hesab edilməyən Tərəflər Konvensiyasını təmsil edən köməkçi orqanlar Bürosunun istənilən üzvü bu Protokolun Tərəfləri tərəfindən öz sırasından seçilmiş əlavə üzvlə əlavə olunur.

 

Maddə 16

 

 Bu  Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı Konvensiyasının 13-cü maddəsində göstərilən çoxtərəfli məsləhətləşmələrin bu Protokola tətbiq olunması məsələsi Tərəflər Konfransı tərəfindən qəbul edilə biləcək müvafiq qərarlar baxımından lazım gəldikdə bu prosesin modifikasiyası məsələsini mümkün olan kimi nəzərdən keçirəcək. Bu  Protokola tətbiq oluna biləcək istənilən çoxtərəfli məsləhətləşmə prosesi 18-ci maddəyə uyğun olaraq təsis edilmiş prosedur və mexanizmlərə xələl gətirmədən fəaliyyət göstərir.

 

Maddə 17

 

 Tərəflər Konfransı tullantıların satış hesabatı və məruzələrin araşdırılması və təqdim olunması üçün müvafiq prinsip, şərt, qayda və rəhbər prinsipləri müəyyənləşdirir. B əlavəsinə daxil edilmiş Tərəflər 3-cü maddəyə əsasən öhdəliklərini yerinə yetirmək məqsədi ilə tullantıların satışında iştirak edə bilərlər. İstənilən bu cür satış forması bu maddəyə uyğun olaraq tullantıların məhdudlaşdırılması və ixtisarı üzrə müəyyən say öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə daxili fəaliyyəti tamamlayır.

 

Maddə 18

 

 Bu  Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 1-ci sessiyasında bu protokol qərarlarının yerinə yetirilməsi hallarının aşkara çıxarılması üçün müvafiq səmərəli prosedur və mexanizmləri və riayət etməmək hallarının səbəb, növ, dərəcə və tezliyini nəzərə alaraq baş verəcək nəticələrin təxmini sadalanmasının işlənib hazırlanması yolu ilə bu cür qərarlara riayət etməmə hallarına müvafiq reaksiyalar verir. Bu  maddəyə uyğun olaraq icbari xarakter daşıyan nəticələrlə bitən istənilən prosedur və mexanizmlər bu Protokola düzəlişlər vasitəsi ilə daxil edilir.

 

Maddə 19

 

 Konvensiyanın mübahisələri nizama salınması haqqında 14-cü maddəsinin qərarları mutatis mutandis protokoluna tətbiq edilir.

 

Maddə 20

 

 1. İstənilən Tərəf bu Protokola düzəlişlər etmək təklifini verə bilər.

 2. Bu  Protokola düzəlişlər bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının növbəti sessiyasında həyata keçirilir. Katiblik qəbul olunmaq üçün təqdim edilən və müşavirənin başlamasına ən azı 6 ay qalmış bu Protokola təklif olunan istənilən düzəlişin mətnini Tərəflərə bildirir. Katiblik Konvensiyanın Tərəfləri və imza edən Tərəflərinə və məlumatlandırmaq üçün depozitari Tərəfə təklif olunan düzəlişlərin mətnini də bildirir.

 3. Tərəflər bu Protokola təklif olunan istənilən düzəlişlər üzrə razılıq əldə olunması üçün konsensus əsasında mümkün olan hər bir işi görür. Konsensusun əldə olunmasına yönələn bütün cəhdlərin boşa çıxdığı və razılaşmanın əldə olunmadığı təqdirdə, düzəliş son çıxış yolu kimi Tərəflərin qeyd olunan müşavirəsində səsvermədə iştirak edənlərin 3/4 hissəsinin əksəriyyət səsi ilə qəbul edilir. Katiblik qəbul olunmaq üçün onu bütün Tərəflərə müşayiət edən depozitari Tərəfə qəbul olunmuş düzəliş mətnini bildirir.

 4. Düzəlişlərin qəbul olunması haqqında sənədlər mühafizə olunmaq üçün depozitari Tərəfə təhvil verilir. Yuxarıda göstərilən 3-cü bəndə uyğun olaraq qəbul edilmiş düzəliş bu Protokolun Tərəflərin ən azı 3/4 hissəsi Tərəfindən qəbulu haqqında sənədin depozitari Tərəfindən qəbul edildiyi 90-cı gün bu sənədi qəbul edən Tərəflər üçün qüvvəyə minir.

 5. Düzəliş göstərilən Tərəfin sözügedən düzəlişin qəbul edilməsi haqqında sənədlərin depozitari  Tərəfə mühafizə üçün təqdim olunduğu təhvil gününün 90-cı günü bütün Tərəflər üçün qüvvəyə minir.

 

Maddə 21

 

 1. Bu  Protokola əlavə onun ayrılmaz hissəsini təşkil edir və əgər digər məsələlər nəzərdə tutulmursa, mövcud Protokola əsasən eyni zamanda ona edilən istənilən əlavələrə iqtibas deməkdir. Mövcud Protokolun qüvvəyə minməsindən sonra qəbul edilmiş istənilən əlavələr elmi, texniki, prosedur və yaxud inzibati məsələlərə aid olan təsviri xarakter daşıyan sadalama, forma və ya hər hansı digər materialla məhdudlaşır.

 2. Hər bir Tərəf bu Protokola əlavənin qəbul edilməsi haqqında təklif irəli sürə bilər və bu Protokola olan əlavələrə düzəliş etmək təklifini verə bilər.

 3. Bu  Protokola əlavələr və protokol əlavələrinə edilən düzəlişlər bu Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının növbəti sessiyasında qəbul edilir. Katiblik iclasın başlanmasına ən azı 6 ay qalmış təklif olunan istənilən əlavənin və yaxud əlavəyə edilən istənilən düzəlişin mətnini Tərəflərə bildirir. Katiblik həm də istənilən təklif olunana əlavə və yaxud əlavələrə edilən istənilən düzəlişin mətnini Tərəflərə Konvensiyanı imza edən Tərəflərə və məlumatlandırmaq üçün depozitari Tərəfə bildirir.

 4. Tərəflər təklif olunan istənilən əlavə və yaxud istənilən düzəliş üzrə konsensus əsasında razılıq əldə etmək üçün əlindən gələni əsirgəmir.

 5. Konsensusa yönəlmiş bütün cəhdlər boşa çıxdıqda, razılaşma əldə olunmadıqda bu zaman əlavə və yaxud əlavəyə düzəliş son çıxış yolu kimi Tərəflərin qeyd olunan iclasında səs vermədə iştirak edənlərin 3/4 hissəsinin böyük əksəriyyət səsi ilə qəbul edilir. Katiblik qəbul olunmuş əlavə və yaxud əlavəyə düzəlişin mətninin qəbul olunması üçün bütün Tərəfləri müşayiət edən depozitari Tərəfə bildirir.

 6. Yuxarıda göstərilən 3 və 4-cü bəndlərə müvafiq olaraq qəbul edilmiş (a) və (b) bəndlərindən başqa, əlavə və yaxud əlavəyə düzəliş bu Protokolun bütün Tərəfləri üçün depozitari tərəfindən qeyd olunan əlavə yaxud əlavəyə düzəlişin qəbul olunması haqqında Tərəflərə göndərdiyi bildirişdən yalnız 6 ay sonra qüvvəyə minir, bu müddət ərzində qeyd olunan əlavə və yaxud əlavəyə edilən düzəlişi qəbul etmələri haqqında depozitari tərəfə yazılı şəkildə öz bildirişini göndərən Tərəflər istisna olmaqla. Əlavə və yaxud əlavəyə düzəliş onları qəbul etmək haqqında öz bildirişini ləğv edən Tərəflər üçün yalnız depozitor Tərəfin bu bildirişin ləğvi barədə aldığı xəbərin 90-cı günü qüvvəyə minir.

 7. Qəbul edilmiş əlavələr və yaxud əlavələrə düzəlişlər bu Protokola düzəlişlərin edilməsi ilə bağlı olduğu təqdirdə bu cür əlavə və yaxud əlavəyə bu Protokola edilən düzəliş qüvvəyə minənədək fəaliyyət göstərmir.

 8. Bu Protokolun (a) və (b) əlavələrinə edilən düzəlişlər, (b) əlavəsinə istənilən düzəlişin yalnız sözügedən Tərəfin yazılı şəkildə yazıldıqdan sonra qəbul edilməsi şərti ilə 20-ci maddədə göstərilən proseduralara uyğun olaraq qəbul edilir və qüvvəyə minir.

 

Maddə 22

 

 1. Aşağıda göstərilən 2-ci bənddə nəzərdə tutulan hallar istisna olmaqla hər bir Tərəf bir səsə malikdir.

 2. İqtisadi inteqrasiya üzrə regional təşkilatlar bu Protokolun Tərəfləri hesab olunan üzv olan dövlətlərin ümumi miqdarına bərabər olan səs çoxluğu ilə onların səlahiyyətinə aid olan məsələlər üzrə səsvermədə iştirak edirlər. Bu cür təşkilat onun üzvü olan hər hansı bir dövlət öz səs hüququnun istifadəsindən asılı olaraq səs hüququndan istifadə etmir və əksinə.

 

Maddə 23

 

 Bu  Protokolun depozitari funksiyalarını Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yerinə yetirir.

 

Maddə 24

 

 1. Bu  Protokol Konvensiyanın Tərəfləri hesab olunan iqtisadi inteqrasiya üzrə regional təşkilatlar və dövlətlər tərəfindən qəbul edilməsi və yaxud bəyənilməsi, təsdiq edilməsi və imza olunması üçün açıq hesab olunur. O, 1998-ci il 16 mart tarixindən 15 mart 1999-cu ilədək Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən mərkəzi idarəsində imzalanmaq üçün açıq hesab olunur. Bu  Protokol imzalanması üçün bağlanıldığı tarixin növbəti günü birləşmək üçün açılır. Təsdiq olunma, qəbul, bəyənilmə və yaxud birləşdirilmə haqqında sənədlər mühafizə olunmaq üçün depozitariyə təhvil verilir.

 2. Bu  Protokolun Tərəfi hesab olunan, lakin bununla yanaşı heç bir üzv dövləti Protokolun tərəfi hesab olunmayan iqtisadi inteqrasiya üzrə istənilən regional təşkilat bu Protokolda göstərilən bütün öhdəlikləri daşıyır. Bir və ya bir neçə üzv dövləti bu Protokolun Tərəfləri hesab olunan bu cür təşkilatlar və onun üzv dövlətləri bu Protokol üzrə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq vəzifələrin həyata keçirilməsini qərara alır. Bu cür hallarda göstərilən təşkilat və onun üzv dövlətləri bu Protokola uyğun olaraq eyni zamanda müvafiq hüquqlardan istifadə etmək hüququna malik olmur.

 3. Təsdiq, qəbul, bəyənilmə və yaxud qoşulma haqqında olan sənədlərində iqtisadi inteqrasiya üzrə regional təşkilatlar bu Protokolla nizama salınan məsələlərə münasibətdə öz səlahiyyət hüdudlarını bildirir. Bu təşkilatlar həmçinin depozitari Tərəfini məlumatlandırır, o isə öz növbəsində səlahiyyətləri çərçivəsində hər hansı mühüm dəyişikliklər haqqında Tərəfləri xəbərdar edir.

 

Maddə 25

 

 1. Bu  Protokol Konvensiyanın ən azı 55 Tərəfi, o cümlədən karbon dioksid qazlarının ümumi tullantısının ən azı 55%-nin öhdəsinə düşdüyü, Əlavə 1-ə daxil edilmiş Tərəflər və 1990-cı il üçün Əlavə 1-ə daxil edilmiş Tərəflər tərəfindən təsdiq, qəbul, bəyənilmə və ya qoşulma sənədlərini mühafizə etmək üçün təhvil verdikdən 90 gün sonra qüvvəyə minir.

 2. Bu  maddənin məqsədlərinə görə 1990-cı il üçün Əlavə 1-ə daxil edilmiş Tərəflərin karbon dioksidin ümumi tullantıları bu Protokolun qəbul olunduğu gün və yaxud Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq təqdim olunan ilk milli məruzələrdən əvvəllər Əlavə 1-ə daxil edilmiş Tərəflərin bildirdiyi miqdar deməkdir.

 

 3. Yuxarıda göstərilən 1-ci bəndə uyğun olaraq, Protokolun qüvvəyə minməsi üçün lazım olan şərtlərin yerinə yetirilməsindən sonra bu Protokolu təsdiqləyən, qəbul edən, bəyənən və yaxud ona qoşulan iqtisadi inteqrasiya üzrə hər bir regional təşkilat və yaxud dövlət üçün bu Protokol təsdiq, qəbul, bəyənilmə və yaxud qoşulma haqqında sənədlərin mühafizəyə təqdim edilməsindən 90 gün sonra qüvvəyə minir.

 4. İqtisadi inteqrasiya üzrə regional təşkilat tərəfindən mühafizə olunmağa təqdim edilən heç bir sənəd bu maddənin məqsədləri üçün bu təşkilatın üzv dövlətləri tərəfindən qorunmaq üçün təhvil verilmiş sənədlərə əlavə kimi nəzərdən keçirilmir.

 

Maddə 26

 

 Bu  Protokola düzəlişlərə yol verilmir.

 

 

Maddə 27

 

 1. Bu və ya digər Tərəf üçün Bu  Protokolun qüvvəyə mindiyi 3 il ərzində istənilən vaxt bu Tərəf depozitari tərəfə yazılı bildiriş göndərmək Protokoldan çıxa bilər.

 2. İstənilən bu cür çıxış depozitari tərəfindən çıxış haqqında bildirişin alınmasından keçən bir il ərzində və yaxud Protokoldan çıxış haqqında bildirişdə göstərilə biləcək daha sonrakı dövr ərzində qüvvəyə minir.

 3. Konvensiyadan çıxan istənilən Tərəf bu Protokoldan da çıxmış hesab olunur.

 

Maddə 28

 

 1. Mətn ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində yazılıb. Əslinə müvafiq olan bu Protokolun əsli Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə mühafizə üçün təhvil verilir.

 Kioto şəhərində 1997-ci il dekabrın11-də bağlanmışdır.

 Göstərilən günlərdə bu Protokola öz imzalarını qoyan kifayət qədər sәlahiyyәtli, aşağıda imza edənlər onu təsdiqləyir.

 

 

Əlavə A

 

Parnik qazları

 

Karbon dioksid (SO2)

Metan (SN4)

Azot mono oksid (N2O)

Karbonhidroftor (QFU)

Karbonperftor (PFU)

Kükürd heksaftor (SF6)

 

Mənbələrin sektor və kateqoriyaları

Energetika

 

Yanacağın yandırılması

Energetika sənayesi

Emal sənayesi və tikinti

Nəqliyyat

Digər bölmələr və s.

Yanacağın hasili və daşınması zamanı sızmalar

Neft və təbii qaz və s.

 

Sənaye prosesləri

 

Dağ-mədən sənayesi məhsulları

Kimya sənayesi

Metallurgiya

Digər istehsal sahələri

Hallogenkarbon birləşmələri və kükürd heksaftor istehsalı

Hallogenkarbon birləşmələri və kükürd heksaftorun istehsalı

Həlledici və digər məhsulların istifadəsi

 

Kənd təsərrüfatı

 

İntestinal fermentasiya

Peyinin yığılması, saxlanılması və istifadəsi

Düyü istehsalı

Kənd təsərrüfatı torpaqları

Savanna yanğınlarının idarə olunması

Kənd təsərrüfatı tullantılarının sahələrində yandırılması və s.

 

Tullantılar

 

Torpaqdan möhkəm tullantıların çıxarılması

Qrunt sularının təmizlənməsi

Tullantıların yandırılması və s.

 

 

Əlavə B

 

Tərəf     Tullantıların məhdudlaşdırılması və ixtisarı üzrə müəyyən say öhdəlikləri (baza ilə və ya mərhələsi üçün faizlər)

Avstraliya ............................................................................................................................... 108

Avstriya ..................................................................................................................................   92

Belçika ....................................................................................................................................   92

Bolqarıstan .............................................................................................................................   92

Macarıstan .............................................................................................................................   94

Almaniya ................................................................................................................................   92

Yunanıstan .............................................................................................................................   92

Danimarka .............................................................................................................................   92

Avropa Birliyi ........................................................................................................................   92

İrlandiya .................................................................................................................................   92

İslandiya ................................................................................................................................. 110

İspaniya ..................................................................................................................................   92

İtaliya ......................................................................................................................................   92

Kanada ...................................................................................................................................   94

Latviya ....................................................................................................................................   92

Litva ........................................................................................................................................   92

Lixtenşteyn ............................................................................................................................   92

Lüksemburq ..........................................................................................................................   92

Monako ..................................................................................................................................   92

Hollandiya .............................................................................................................................   92

Yeni Zelandiya....................................................................................................................... 100

Norveç .................................................................................................................................... 101

Polşa ........................................................................................................................................   94

Portuqaliya ............................................................................................................................   92

Rusiya Federasiyası .............................................................................................................. 100

Rumıniya ................................................................................................................................   92

Slovakiya ................................................................................................................................   92

Sloveniya ................................................................................................................................   92

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ..................................................   92

Amerika Birləşmiş Ştatları ...................................................................................................   93

Ukrayna .................................................................................................................................. 100

Finlandiya ..............................................................................................................................   92

Fransa .....................................................................................................................................   92

Xorvatiya ................................................................................................................................   95

Çexiya Respublikası .............................................................................................................   92

İsveçrə .....................................................................................................................................   92

İsveç ........................................................................................................................................   92

Estoniya ..................................................................................................................................   92

Yaponiya ................................................................................................................................   94

Bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən Tərəflər

 

 

 

Tərəflər Konfransının qəbul etdİyİ

Qərarlar

(12-ci plenar iclası, 11 dekabr 1997-ci il)

 

Qərar 1/SR.3

 

İqlim Dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının

Çərçivə Konvensiyasına Kioto Protokolunun qəbulu

 

 Tərəflər Konfransı

 

 İqlim dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 4-cü maddəsinin (b) və 2-ci maddəsinin (a) bəndlərini 1-ci sessiyada nəzərdən keçirərək və bu yarımbəndlərin müvafiq olmadığı nəticəsinə gələrək,

 3-cü sessiyada protokol və ya digər hüquqi sənəd qəbul edərək 2000-ci ildən sonrakı dövr ərzində müvafiq tədbirlər həyata keçirmək üçün ona imkan verən prosesi başlamaq qərarına gəldiyi Berlin mandatı: protokol üzrə təkliflər və sonrakı fəaliyyət üzrə qərarlar nəzərə alınmaqla Konvensiyanın 4-cü maddəsinin 2a və b bəndlərində göstərilən öhdəliklərin uyğunluğunun araşdırılması adlandırılan 1/TK.1 qərarına istinad edərək,

 bu prosesin məqsədlərindən birini Əlavə 1-ə daxil edilmiş inkişaf etmiş digər ölkələrin Konvensiyanın Tərəflərinin öhdəlikləri üzrə 4-cü maddəsinin a və b bəndlərində göstərilənlərin möhkəmləndirilməsi, siyasət və tədbirlərin işlənib hazırlanması, o cümlədən miqdar məhdudiyyətləri göstəricilərinin müəyyənləşdirilməsi və Monreal Protokolu ilə nizama salınmayan mənbələrdə antropogen tullantıların və parnik qazlarının uducularla absorbsiyasının, məsələn, 2005, 2010, 2020-ci illər üçün konkret şəkildə razılaşdırılmış müddət ərzində ixtisarının olduğunu aşağıda qeyd edərək,

 Əlavə 1-ə daxil edilmiş Tərəflər üçün hər hansı yeni öhdəliyə gətirib çıxarmayacaq bu proses Berlin mandatına müvafiq olmasına baxmayaraq, 4-cü maddənin 1-ci bəndi üzrə mövcud öhdəliyi təsdiqləyə və 4-cü maddənin 3-5 və 7-ci bəndlərini nəzərə alaraq stabil inkişafa nail olmaq üçün bu öhdəliklərin yerinə yetirilməsinə köməklik göstərəcəyini də xatırladaraq,

 Berlin mandatı üzrə xüsusi qrupun 8-ci sessiyasındakı işi haqqındakı məruzəsini nəzərə alaraq,

 Berlin mandatı üzrə xüsusi qrup sədri tərəfindən təqdim edilən məruzəni məmnuniyyətlə nəzərdən keçirərək,

 komitə fəaliyyətinin yekunu haqqında tam heyətli komitə sədrinin məruzəsini razılıqla nəzərə alaraq,

 İqlim dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının Kioto Protokolunun tezliklə qüvvəyə minməsi üçün zəruri hazırlığın aparılmasını başa düşərək,

 Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Tərəflər Konfransının sessiyasının uğurla başa çatması üçün vaxtında görülən tədbirlərin arzu olunduğunu anlayaraq,

 1. Kioto Protokolunu qəbul etmək qərarını verir.

 2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin bu Protokolun hazırkı qərara əlavədə göstərilən Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının depozitarisi olmasını və 16 mart 1998-ci ildən 15 mart 1999-cu ilədək Nyu-York şəhərində imzalanması üçün açılmasını xahiş edir.

 3. İqlim dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının bütün Tərəflərini 16 mart 1998-ci ildə və yaxud bundan sonrakı müddət ərzində ilk əlverişli vaxtda bu Protokolu imzalamağa, təsdiq, qəbul və ya bəyənilmə, müvafiq hallarda isə qoşulma haqqında sənədlərin mühafizə olunması üçün mümkün qədər tez bir zamanda təqdim etməyə dəvət edir.

 4. Konvensiya Tərəfləri olmayan dövlətləri Protokolun Tərəfləri olmaq üçün təxirəsalınmadan Konvensiyanı təsdiq etməyə və yaxud ona qoşulmağa dəvət edir.

 5. Elmi-texniki aspektlər üzrə məsləhətləşmələr aparan köməkçi orqanın sədrinə və Protokolun yerinə yetirilməsi üzrə köməkçi orqanın sədrinə 1998-1999-cu illəri əhatə edən ikiillik proqram üzrə təsdiq olunmuş büdcə və onunla bağlı olan katibliyin fəaliyyət proqramı nəzərə alınmaqla aşağıda göstərilən məsələlər üzrə Tərəflər Konfransının 4-cü sessiyasında baxılması zəruri olan hazırlıq işləri üzrə katibliyə rəhbər göstərişlər verilməsini və bu işin müvafiq köməkçi orqanlar arasında müvafiq şəkildə bölüşdürülməsini xahiş edir:

 a) mənbələrdən çıxan tullantılar və parnik qazlarının uducularla absorbsiyası ilə bağlı olan insan fəaliyyətinin bu və ya digər əlavə növlərinə aid olan rəhbər prinsiplərin, qayda və şərtlərin müəyyənləşdirilməsi, kənd təsərrüfatı torpaqları, torpaqdan istifadə və meşə təsərrüfatında istifadə olunan dəyişikliklər miqdarı Konvensiyanın 1-ci əlavəsinə daxil edilmiş Protokolun Tərəfləri üçün nəzərdə tutulan miqdara əlavə edilir və yaxud Protokolun 3-cü maddəsinin 4-cü bəndində nəzərdə tutulduğu kimi bu miqdardan çıxılır;

 b) Protokolun 17-ci maddəsinin yerinə yetirilməsi zamanı tullantı satışının hesabatı və məruzələrin yoxlanılması və təqdim olunması üçün müvafiq prinsiplər, qayda və şərtlər və xüsusi ilə də rəhbər prinsiplərin müəyyənləşdirilməsi;

 c) Konvensiyanın 1-ci əlavəsinə daxil edilmiş Protokolun istənilən Tərəfi hər hansı bir digər Tərəfə Protokolun 6-cı maddəsində nəzərdə tutulduğu kimi, iqtisadiyyatın istənilən bölməsində mənbələrdən çıxan antropogen tullantıların ixtisarına və yaxud parnik qazlarının uducularla antropogen absorbsiyasının artırılmasına yönələn layihələr nəticəsində əldə olunan tullantı ixtisar vahidlərinin təqdimi və yaxud qəbulu üçün rəhbər prinsiplərin hazırlanması;

 d) öhdəliklərin fəaliyyət dövrü ərzində ayrı-ayrı layihələrin tullantılara göstərdiyi mühüm proporsional təsirin olduğu protokolun (b) əlavəsində göstərilən Tərəflərin qərarlarının nəzərə alınması üçün lazım olduqda bu cür metodologiyalarla bağlı qərarların qəbul edilməsi;

 e) Protokolun 12-ci maddəsinin 10-cu bəndinin nəticələrinin analizi.

 6. Elmi-texniki aspektlər üzrə məsləhətləşmələr aparan köməkçi orqanın sədri və Protokolun yerinə yetirilməsi üzrə köməkçi orqanın sədrinin Protokola müvafiq olaraq üzərinə qoyulan öhdəliyi Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının Protokolu qüvvəyə mindiyi 1-ci sessiyada yerinə yetirilməsi üçün, onlar arasında hazırlıq işlərinin aparılması üçün bölgünün edilməsi haqqında bu orqanların 8-ci sessiyasında birgə təklif irəli sürməsini xahiş edir.

 

 

Qərar 2/SR.3

Kioto Protokolu ilə bağlı olan metodoloji məsələlər

 

Tərəflər Konfransı

 

 4/TK.1 və 9/TK.2 qərarlarına istinad edərək,

 elmi-texniki aspektlər üzrə məsləhətləşmələrin aparılması üçün köməkçi orqanın 4-cü sessiyasında qəbul edilmiş müvafiq nəticələrini bəyənərək,

 1. Monreal Protokolu ilə nizamlanmayan mənbələrdən çıxan antropogen tullantıları və parnik qazlarının uducularla absorbsiyası haqqında göstəricilərin hesaba alınması və təqdimi zamanı İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 1996-cı il parnik qazlarının milli kadastrı üçün Tərəflərin yenidən nəzərdə keçirilən rəhbər prinsipləri tətbiq etməsinin zəruriliyini yenidən təsdiq edir;

 2. Göstəricilər mövcud olduqda karbonhidroftor, karbonperftor və kükürd heksoftorid tullantıların faktiki olaraq hesablanması və tullantılar haqqında göstəricilərin təqdimi zamanı onlardan istifadə etməyin zəruriliyini təsdiqləyir. Zəruri göstərici mənbələrinin yaradılması üçün Tərəflər bütün qüvvələri səfərbərliyə almalıdırlar;

 3. Qlobal istiləşmə potensiallarının (1995-ci ildə MQEİK PQP-nin həcminin) qiymətləndirilməsi haqqında İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 100 illik dövr ərzində parnik qazlarının təsirinə əsaslanan qlobal istiləşmə potensialının hesablanması ilə bağlı immanent və mürəkkəb qeyri-müəyyənlik amillərini nəzərə alaraq 2-ci məruzəsində təqdim edilən potensial kimi qəbul etməyin zəruri olduğunu yenidən təsdiq edir.

 4. 1996-cı il parnik qazlarının milli kadastrı üçün İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun yenidən baxılmış rəhbər prinsiplərinə uyğun olaraq beynəlxalq daşımaları həyata keçirən, dəniz və ya hava gəmilərinə satılan bunker yanacağı ilə bağlı olan tullantıları milli yekun göstəricilərinə daxil etmək yox, ayrıca xəbər verməyi xatırladır, o cümlədən elmi-texniki aspektlər üzrə məsləhətləşmələr aparan köməkçi orqan Tərəflərin parnik qazlarının ümumi kadastrına bu tullantıların daxil edilməsi haqqında məsələyə yenidən baxılmasını davam etdirməyə israrla dəvət edir.

 5. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq həyata keçirilən çoxtərəfli əməliyyatlar nəticəsində yaranan tullantıların milli göstəricilərə daxil edilməyərək ayrıca xəbər veriləcəyini qərara alır; əməliyyatlarla bağlı digər tullantılar bir və ya daha çox iştirakçı Tərəfin tullantılar haqqında milli yekun göstəricilərinə daxil edilir;

 

 

Qərar 3/TK.3

 

Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərinin həyata keçirilməsi

 

Tərəflər Konfransı,

 

İqlim dəyişmələri üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 4-cü maddəsinin 8 və 9-cu bəndlərinin qərarını göstərərək,

 «Berlin mandatı»nın 1 (b) bəndi və Konvensiyanın 3-cü maddəsinin qərarını qeyd edərək,

 1. Protokolun yerinə yetirilməsi üzrə Köməkçi orqanın 8-ci sessiyasında Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində göstərilən inkişaf etməkdə olan ölkələr hesab edilən Tərəflərin iqlim dəyişmələrin mənfi nəticələri və/ yaxud cavab tədbirlərinin icra edilməsi nəticələri ilə yaranan xüsusi tələb və ehtiyacının nəzərə alınması üçün zəruri olan tədbirlərin müəyyən və aşkar edilməsi prosesini başlamağı xahiş edir.

 2. Protokolun yerinə yetirilməsi üzrə Köməkçi Orqandan bu prosesin yekun nəticələri haqqında Tərəflər Konfransının 4-cü sessiyasına məruzə təqdim etməyi xahiş edir.

 3. Tərəflər Konfransının 4-cü sessiyasında bu prosesin gedişində çıxarılan nəticə və təkliflər əsasında tədbirlər haqqında qərar qəbul etməyə çağırır.

 

 

Üçüncü sessİyanın İşİ haqqında

Tərəflər Konfransının hesabatı

 

Cədvəl:         Kioto Protokolunun 25-ci maddəsinin məqsədləri üçün 1990-cı ildə əlavə 1-ə daxil edilmiş, Tərəflərin karbon dioksidin ümumi tullantıları

 

                                                                            

Tərəf

Tullantılar

FAİZ hİssəsİ

Avstraliya

288 965

2,1

Avstriya

59 200

0,4

Belçika

113 405

0,8

Bolqarıstan

82 990

0,6

Macarıstan

71 673

0,5

Almaniya

1 012 443

7,4

Yunanıstan

82 100

0,6

Danimarka

52 100

0,4

İrlandiya

30 719

0,2

İslandiya

21 72

0,0

İspaniya

260 654

1,9

İtaliya

428 941

3,1

Kanada

457 441

3,3

Latviya

22 976

0,2

Lixtenşteyn

208

0,0

Lüksemburq

11 343

0,1

Monako

71

0,0

Niderland

167 600

1,2

Yeni Zelandiya

25 530

0,2

Norveç

35 533

0,3

Polşa

414 930

3,0

Portuqaliya

42 148

0,3

Rusiya Federasiyası

2 388 720

17,4

Rumıniya

171 103

1,2

Slovakiya

58 278

0,4

Böyük Britaniya Və Şimali İrlandiya Birləşmiş Krallığı

58 4078

4,3

Amerika Birləşmiş Ştatları

4 957 022

36,1

Finlandiya

53 900

0,4

Fransa

366 536

2,7

Çexiya Respublikası

169514

1,2

İsveçrə

43 600

0,3

İsveç

61 256

0,4

Estoniya

37 797

0,3

Yaponiya

1 173 360

8,5

Cəmi

13 728 306

100,0

 

 Göstəricilər 1997-ci il 11 dekabr və ya daha erkən tarixli ilk milli Xəbərlərdə, əlavə 1-ə daxil edilmiş 34 Tərəf tərəfindən təqdim olunan və katiblik tərəfindən bir neçə sənəddə (A/AS.237/81; FCCC/CP/1996/12 Əlavə 2 və FCCC/V/1997/6) qruplaşdırılan informasiyaya istinad edir. Məlumatların bəzisi mənbələrdən çıxan karbon dioksid tullantıları və torpaqdan istifadə və meşə təsərrüfatı sahəsində baş verən dəyişiklik kateqoriyaları ilə tullantıların uducularla absorbsiyası üzrə göstəriciləri özündə cəmləşdirir. Lakin informasiyanın müxtəlif ötürülmə yollarını nəzərə alaraq bu göstəricilər cədvələ daxil edilməmişlər.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status