Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 85, № 11, maddə 886; 2010, № 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 6, maddə 1028) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.3.2-ci yarımbəndinə “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra “, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2016-cı il
№ 2370