Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanının 3.1-3.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Satınalan təşkilatın ərzaq məhsullarına tələbatı barədə məlumat”ın forması təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan”ın forması təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (4 nömrəli əlavə).
5. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin nümunəvi forması təsdiq edilsin (5 nömrəli əlavə).
6. “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan müqavilələr barədə məlumat”ın forması təsdiq edilsin (6 nömrəli əlavə).
7. “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə məlumat”ın forması təsdiq edilsin (7 nömrəli əlavə).
[1]
8. “Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin forması təsdiq edilsin (8 nömrəli əlavə).
[2]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 oktyabr 2016-cı il
№ 420
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
|
|
|
Satınalan təşkilatın ərzaq məhsullarına tələbatı barədə
MƏLUMAT
|
|
|
|
Satınalan təşkilatın adı_____________________________________________________
|
Sıra №-si
|
Ərzaq məhsullarının adı və səciyyəvi xüsusiyyətləri (növü, qablaşdırılması və s.)
|
Ölçü vahidi
|
Miqdarı
|
Təqdim olunacaq dövr
|
Təqdim olunacaq yer
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd. Satınalan təşkilat öz struktur vahidlərinin hər biri üzrə tələbatı cədvələ əlavə etməlidir.
|
|
|
|
Rəhbər __________________________
|
___________
|
(adı, soyadı)
|
(imza)
|
|
|
Maliyyə şöbəsinin müdiri____________________
|
___________
|
(adı, soyadı)
|
(imza)
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 27 oktyabr tarixli 420 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə
ELAN
[3]
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Elanda göstərilən ərzaq məhsullarını (və ya hər hansı birini) satmaq istəyən iddiaçı (ərzaq məhsullarının istehsalçısı və ya satıcısı) satınalma şərtlərinə uyğun müvafiq sənədləri və aşağıdakı məlumatları Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalına daxil edir:
[4]
İddiaçının adı və soyadı_______________________________________________________
Hüquqi statusu ______________________________________________________________
Qeydiyyatdan keçdiyi ölkə ____________________________________________________
Bank rekvizitləri _____________________________________________________________
İddiaçı (ərzaq məhsullarının istehsalçısı və ya satıcısı) aşağıdakı satınalma şərtlərinə cavab verməlidir:
1. qida məhsulları sahəsində fəaliyyət göstərən təsərrüfat subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmalı;
2. idxal olunan ərzaq məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda həmin istehsalçının məhsulları qida təhlükəsizliyi sertifikatına malik olmalı;
3. yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmalı;
4. Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri və riskli vergi ödəyicisi olmamalı;
5. qida məhsullarının istehsalı sahəsində ən azı altı ay, satışı sahəsində isə ən azı bir il fəaliyyət göstərməli.
Qeyd. İddiaçı satmaq istədiyi məhsullar üçün öz istəyi ilə elan edilən qiymətdən aşağı qiymət təklif edə bilər. Təklif olunan ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), daşınmaya, gömrük, vergi (ƏDV) və digər ödənişlərə aid olan xərclər də daxil edilməlidir. Təkliflər sentyabrın 1-dək “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında yerləşdirilməlidir.
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti
[5]
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
||
|
|
|
|
||
|
|
|
|
||
|
|
|
|
||
|
||
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 15 aprel
tarixli 163 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
8 nömrəli əlavə
|
Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan
MÜQAVİLƏ
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın (bundan sonra – Qayda) müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası (bundan sonra – Sifarişçi) ____________________________________________________________________________
(satınalan təşkilatın adı, təşkilati-hüquqi forması)
__________________________________________________________ şəxsində bir tərəfdən və
(vəzifəsi, soyadı, adı, atasının adı)
“_________________________________________________” (bundan sonra – İcraçı),
(istehsalçı və ya satıcının adı, təşkilati-hüquqi forması)
__________________________________________________________________ şəxsində digər (vəzifəsi, soyadı, adı, atasının adı)
tərəfdən (bundan sonra birlikdə – Tərəflər) aşağıdakılar barədə razılığa gələrək bu Müqaviləni imzalayırlar.
1. Müqavilənin predmeti
1.1. İcraçı bu Müqavilənin 1 nömrəli cədvəlində qeyd olunan ərzaq məhsullarının satın alınması barədə Sifarişçinin təklifini qəbul edir və ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür.
1.2. Sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
1.3. Aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
1.3.1. “Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli” (1 nömrəli cədvəl);
1.3.2. bağlanılmış Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli (2 nömrəli cədvəl).
2. Tərəflərin öhdəlikləri
2.1. Sifarişçi:
2.1.1. bu Müqavilənin 1 nömrəli cədvəlinə uyğun olaraq, ərzaq məhsullarının çatdırılması ilə bağlı sifariş (bundan sonra – sifariş) İcraçıya “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı (bundan sonra – elektron portal) vasitəsilə göndərir;
2.1.2. sifarişi ərzaq məhsullarının gözlənilən çatdırılma tarixindən ən azı 3 (üç) iş günü əvvəlcədən göndərir;
2.1.3. sifarişdə ərzaq məhsullarının adı, növü, miqdarı, çatdırılma tarixi, ünvan və digər zəruri qeydlər göstərir;
2.1.4. bu Müqaviləyə və sifarişə uyğun olaraq, ərzaq məhsullarını təxirə salınmadan (ərzaq məhsullarının keyfiyyətinin Sifarişçi tərəfindən müayinə edilməsinə tələb olunan müddət nəzərə alınmaqla) qəbul edir. Sifarişçi tərəfindən elektron portal vasitəsilə təhvil-təslim aktı təsdiq edildikdən sonra məhsullar qəbul edilmiş sayılır;
2.1.5. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin təqdim olunmuş elektron qaimə-fakturaya əsasən növbəti ayın 10-dək İcraçıya ödənilməsini təmin edir;
2.1.6. İcraçının təqdim etdiyi ərzaq məhsulları keyfiyyətsiz və ya qüsurlu olduqda, sifarişə uyğun gəlmədikdə, habelə bu Müqavilənin 4.1-ci bəndində qeyd edilən sənədlər Sifarişçiyə təqdim edilmədikdə, Tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş qüsur aktı əsasında həmin məhsulların qəbulundan imtina edir və bu barədə müvafiq məlumatları (qüsur aktı və s.) elektron portala daxil edir;
2.1.7. bu Müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir.
2.2. İcraçı:
2.2.1. bu Müqavilənin 1 nömrəli cədvəlində qeyd olunan ərzaq məhsullarının sifarişə uyğun olaraq göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib ərzaq məhsullarını sifarişdə müəyyən edilmiş ünvanda təhvil verir. Sifarişçi tərəfindən elektron portal vasitəsilə təhviltəslim aktı təsdiq edildikdən sonra məhsullar qəbul edilmiş hesab olunur;
2.2.2. İcraçının təqdim etdiyi ərzaq məhsulları keyfiyyətsiz və ya qüsurlu olduqda, habelə sifarişə uyğun olmadıqda 3 (üç) təqvim günü müddətində həmin məhsulları keyfiyyətli və ya sifarişə uyğun məhsullarla əvəz edir;
2.2.3. keyfiyyətsiz və ya sifarişə uyğun gəlməyən ərzaq məhsullarını 3 (üç) təqvim günündən gec olmayaraq keyfiyyətli və ya sifarişə uyğun məhsulla əvəz etmədikdə bununla bağlı Sifarişçiyə dəymiş zərərin əvəzini ödəyir;
2.2.4. ərzaq məhsullarının faktiki təhvil verilməsi anınadək məhsulların təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riskini daşıyır;
2.2.5. Sifarişçiyə üçüncü şəxslərin hüquqlarından azad məhsullar təqdim edir;
2.2.6. bu Müqavilənin icrası ilə bağlı Sifarişçiyə müvafiq sənədləri təqdim edir;
2.2.7. ərzaq məhsulları ilə bağlı olan müvafiq sənədləri ərzaq məhsullarını təhvil verərkən Sifarişçiyə təqdim etmədikdə, 3 (üç) təqvim günü müddətində Sifarişçini müvafiq sənədlərlə təmin edir.
3. Ərzaq məhsullarının mənşəyi
3.1. Satın alınan ərzaq məhsullarının mənşəyi (istehsal olunduğu ölkə) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən məhsulların satın alınması qadağan edilmiş ölkələrdən olmamalıdır.
4. Malların sənədləşdirilməsi
4.1. İcraçı aşağıdakı sənədləri Azərbaycan dilində Sifarişçiyə təqdim etməlidir:
4.1.1. elektron qaimə-faktura - 1 nüsxə;
4.1.2. ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, idxal olunan ərzaq məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda həmin istehsalçının ərzaq məhsullarına dair qida təhlükəsizliyi sertifikatının surəti;
4.1.3. ərzaq məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair sənədlər;
4.1.4. kağız daşıyıcıda təhvil-təslim aktı.
4.2. Ərzaq məhsullarının qəbulu Sifarişçinin və İcraçının nümayəndələrinin iştirakı ilə həyata keçirilir və qaimə-faktura və ya təhviltəslim aktı ilə rəsmiləşdirilir.
5. Malların qablaşdırılması, markalanması və daşınması
5.1. Müqavilə üzrə alınacaq ərzaq məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və Sifarişçinın tələblərinə uyğun, habelə onların zədələnmədən və xarab olmadan qorunmasını təmin edən qablarda qablaşdırılmalı, markalanmalı və bu Müqavilə ilə müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək İcraçı tərəfindən daşınmalıdır. Sifarişdə qeyd edildiyi hallarda ərzaq məhsulları İcraçının ünvanında (anbarında) Sifarişçi tərəfindən təhvil alına bilər.
5.2. Azərbaycan Respublikasının ərazisinə idxal olunan ərzaq məhsullarının göndərilməsinə dair tələblər Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtlərinə uyğun olmalıdır.
5.3. Məhsulun qablaşdırılmasına və markalanmasına olan tələblər Sifarişçinin istəyinə uyğun olaraq, həmin məhsula dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmaqla dəyişdirilə bilər.
5.4. Qablaşdırma müvafiq hərarətə, duzlu, radioaktiv və digər ekstremal mühitə, eləcə də məhsulların açıq havada saxlanılmasına davamlı olmalıdır.
5.5. Markalanma ərzaq məhsullarının baxışı zamanı onların digər mallardan ən qısa müddətdə seçilməsinə imkan yaratmalıdır.
6. Müqavilənin dili
6.1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan dilində tərtib olunur.
7. Müqavilə üzrə ödəmələr
7.1. Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği _________ manat təşkil edir. Ərzaq məhsullarının Müqavilə qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid olan xərclər də daxildir.
7.2. Məhsulların qiymətində dəyişiklik olduqda qiymətlərə yenidən baxılır.
7.3. Bu Müqavilənin şərtlərinə və sifarişə əsasən ərzaq məhsulları İcraçı tərəfindən göndərildikdən və Sifarişçi tərəfindən qəbul edildikdən sonra (elektron portal üzərindən təhvil-təslim aktının təsdiq edildikdən sonra) İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron qaiməfaktura və digər sənədlər) əsasında faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri Sifarişçi tərəfindən növbəti ayın 10-dək ödənilir.
8. Sığorta
8.1. İcraçı Müqavilə üzrə ərzaq məhsullarının sığortalanmasını aparır.
8.2. Sığorta müqaviləsi bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyi müddəti əhatə etməlidir.
9. Məsuliyyət
9.1. İcraçı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə əməl edilməməsinə, habelə ərzaq məhsullarında olan qüsurları gizlətdikdə, yaxud ərzaq məhsulları haqqında dolğun məlumat vermədikdə və bu qüsurlar nəticəsində və ya ərzaq məhsulları barəsində dolğun məlumat verilməməsinə görə Sifarişçiyə vurulmuş zərərə görə tam həcmdə məsuliyyət daşıyır.
9.2. Tərəflər bu Müqavilə üzrə sahib olduqları hüquqları və tələbləri üçüncü şəxslərə digər tərəfin yazılı razılığı olmadan verə bilməzlər.
9.3. Sifarişçi Tərəflər arasında bu Müqavilənin 1 və 2 nömrəli cədvəlləri üzrə razılaşdırılmasına baxmayaraq sifariş edilməyən ərzaq məhsullarına, habelə bu ərzaq məhsullarının sifariş edilməməsinə görə İcraçıya dəyən və ya dəyə biləcək hər hansı zərərə görə məsuliyyət daşıyır.
9.4. Tərəflər bu Müqavilənin icrası ilə bağlı bütün alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə aparılmasına görə məsuliyyət daşıyırlar.
9.5. Sifarişçi tərəfindən elektron portal vasitəsilə verilməmiş sifarişin hüquqi qüvvəsi yoxdur və İcraçı belə sifarişin icrası üçün məsuliyyət daşımır.
10. Fors-major
10.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf Müqavilənin pozulması üçün məsuliyyət daşımır.
10.2. Bu Müqavilədə qarşısıalınmaz qüvvə dedikdə aşağıdakılar nəzərdə tutulur:
10.2.1. hərbi əməliyyatlar, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj;
10.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması, epidemiya və pandemiyalar;
10.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr;
10.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s.
10.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (forsmajor hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur:
10.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması;
10.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.
11. Vergilər və rüsumlar
11.1. Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.
12. Müqaviləyə xitam verilməsi
12.1. Bu Müqavilənin şərtlərinin əsaslı pozulması hallarına yol verildikdə, Tərəflərdən biri digərinə 10 (on) təqvim günü əvvəl yazılı xəbərdarlıq etmək şərtilə Müqaviləyə xitam verə bilər.
12.2. Aşağıdakı pozuntular əsaslı sayılır:
12.2.1. Sifarişçi və ya İcraçının ləğv olunması (müəssisə və təşkilatların yenidən qurulması halları istisna olmaqla) və ya məhkəmənin qərarı ilə müflis elan edilməsi;
12.2.2. Tərəflərin Müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirməməsi.
12.3. İcraçının ərzaq məhsullarının dövlət satın almasında iştirakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudlaşdırıldığı halda, bu Müqaviləyə Sifarişçi tərəfindən İcraçını məlumatlandırmaqla xitam verilir.
13. Mübahisəli məsələlərin həlli
13.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
13.2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən həll edilməlidir.
14. Digər şərtlər
14.1. Bu Müqavilənin icrası ilə bağlı alqı-satqı əməliyyatları, habelə alqı-satqı əməliyyatları ilə bağlı bütün sənəd dövriyyəsi (Müqavilədə dəyişikliklər, əlavələr, razılaşmalar, sifarişlər, təhvil-təslim aktları və s.) elektron portal vasitəsilə aparılır. Tərəflər arasında bu Müqavilə ilə bağlı elektron portal vasitəsilə imzalanmamış sənədlərin (elektron portalda təsdiq etmək və ya daxil etmək şərtilə kağız daşıyıcıda təhvil-təslim aktı və qüsur aktı istisna olmaqla) hüquqi qüvvəsi yoxdur.
14.2. Bu Müqavilə elektron formada tərtib edilmişdir və elektron imza ilə təsdiq edilir. Hər bir Tərəfə eyni hüquqi qüvvəyə malik olan bir nüsxə verilir.
14.3. Müqavilə “____” _________ 202_ il tarixindən qüvvəyə minir və “____” _________ 202_ il tarixinədək qüvvədədir.
15. Hüquqi ünvanlar və rekvizitlər
Sifarişçi
|
____________
|
İcraçı
|
______________
|
|
(imza)
|
|
(imza)
|
“______”____________ 20__ il
|
“______”__________ 20__ il
|
|
|
|
|
|
1 nömrəli cədvəl
|
|||
|
|
|
|
|
|
|
||
__________________________________
|
ilə ___________________________________________
|
|||||||
(satınalan təşkilat)
|
(ərzaq məhsullarının istehsalçısı və ya satıcısı)
|
|||||||
|
|
|
|
|
|
|
||
Tərəflər arasında bağlanılmış Müqavilə əsasında alınacaq
ərzaq məhsullarının miqdarı və qiymət cədvəli
|
||||||||
Sıra №-si
|
Ərzaq məhsullarının adı və növü
|
Ölçü vahidi
|
Yararlılıq müddəti
|
Miqdarı
|
Vahidin qiyməti (manatla)
|
Ümumi məbləğ (manatla)
|
||
1.
|
|
|
|
|
|
|
||
2.
|
|
|
|
|
|
|
||
3.
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
||
|
Cəmi
|
|
|
|
|
|
||
|
ƏDV
|
|
|
|
|
|
||
|
Ümumi məbləğ
|
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
||
Sifarişçi _______________
|
|
İcraçı ___________
|
||||||
|
(imza)
|
|
|
|
(imza)
|
|
||
“_______”______________ 20__ il
|
|
“_______”______________ 20__ il
|
||||||
2 nömrəli cədvəl
Bağlanılmış ___________ tarixli ____ nömrəli Müqaviləyə əsasən ərzaq məhsullarının istehsalçısı və ya satıcısı tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim edilməsi cədvəli
Sıra №-si
|
Məhsulun adı və növü
|
Ölçü vahidi
|
Məhsulun ümumi miqdarı
|
O cümlədən, aylar üzrə
|
Ərzaq məhsullarının qəbul olunduğu ünvan
|
|||||
yanvar
|
fevral
|
|
|
noyabr
|
dekabr
|
|||||
1.
|
|
|
|
*
|
*
|
*
|
*
|
*
|
*
|
|
2.
|
|
|
|
|
***
|
*
*
*
|
*
*
*
|
***
|
|
|
3.
|
|
|
|
|
***
|
*
*
*
|
*
*
*
|
***
|
|
|
4.
|
|
|
|
|
***
|
*
*
*
|
*
*
*
|
***
|
|
|
5.
|
|
|
|
|
***
|
*
*
*
|
*
*
*
|
***
|
|
|
6.
|
|
|
|
|
***
|
*
*
*
|
*
*
*
|
***
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd. Məhsulların təqdim edilmə tarixi və miqdarı Sifarişçinin sifarişinə uyğun olaraq dəyişdirilir.
*gündəlik tədarük edilir
**ayda 2 dəfə, hər ayın 1-i və 15-i tədarük edilir
***hər ayda 1 dəfə tədarük edilir
|
İcraçı
|
_________________
|
Sifarişçi
|
___________________
|
|
(imza)
|
|
(imza)
|
“______”____________20__ il
|
“______”____________20__ il
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439)
2.
14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524)
3.
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580)
4.
8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524)
5.
15 aprel 2022-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 410)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 mart 2019-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2019-cu il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 524) ilə 3-7-ci hissələrində və həmin Qərarla təsdiq edilmiş 2-7 nömrəli əlavələrdə mətn üzrə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilmişdir.
15 aprel 2022-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 410) ilə 3-7-ci hissələr ləğv edilmişdir.
[2]
15 aprel 2022-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 410) ilə yeni məzmunda 8-ci hissə əlavə edilmişdir.
[3]
15 aprel 2022-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 410) ilə 2 nömrəli əlavə – “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan”ın adında “qiymətləri” sözü “qiyməti, növü, miqdarı” sözləri ilə əvəz edilmişdir.
[4]
15 aprel 2022-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 410) ilə 2 nömrəli əlavə – “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan”ın birinci abzasa “iddiaçı (ərzaq məhsullarının istehsalçısı və ya satıcısı)” sözlərindən sonra “satınalma şərtlərinə uyğun müvafiq sənədləri və” sözləri əlavə edilmişdir və həmin abzasda “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” sözləri ilə əvəz edilmişdir.
[5]
16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439) ilə “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə Elan”ın “Qeyd” hissəsində “ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surəti, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti” sözləri “ərzaq məhsulları istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına dair dövlət reyestrindən çıxarışın, qida təhlükəsizliyi sertifikatının surəti” sözləri ilə əvəz edilmişdir.
15 aprel 2022-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 aprel 2022-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 410) ilə 2 nömrəli əlavə – “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elan”ın ikinci abzas yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Cədvələ uyğun satmaq istədiyi məhsullar haqqında məlumatlar:
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
[6]
8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524) ilə “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 2.1.2-ci yarımbəndindən və 5.2-ci bəndindən “texniki reqlamentlər və” sözləri çıxarılmışdır.
[7]
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə 4 nömrəli əlavə - “Satınalan təşkilatlarla “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 4.3.3-cü yarımbəndində “vergi hesab fakturası” sözləri və 7.5-ci bəndində “vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.
[8]
16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439) ilə “Satınalan təşkilatlarla “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan Müqavilə”nin 2.1.2-ci yarımbəndində, 5.2-ci bəndində ismin müvafiq hallarında “standartlar” sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilmişdir və həmin əlavənin 4.3.4-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.3.4. ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surətləri, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.
[9]
16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439) ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 5.1-ci və 5.3-cü bəndlərində ismin müvafiq hallarında verilən “standartlar” sözü ismin müvafiq hallarında “texniki reqlamentlər və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilmişdir və həmin əlavənin 4.3.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.3.3. ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən gigiyenik, baytarlıq və ya fitosanitar sertifikatlarının surətləri, idxal edilən ərzaq məhsulları üçün əlavə olaraq mənşə sertifikatının surəti.
[10]
8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524) ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 5.1-ci və 5.3-cü bəndlərindən “texniki reqlamentlər və” sözləri çıxarılmışdır.
[11]
1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə 5 nömrəli əlavə - “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin 6.4-cü bəndində “vergi hesab fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.