AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.11.2016
QEYDİYYAT NÖMRƏSİ
437
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04-11-2016, Nəşr Nömrəsi: 244), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1925)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201611020437
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.11.2016
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olm

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının 2.3-cü bəndinin və “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komi-təsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639; 2003, № 9, maddə 533; 2014, № 7, maddə 928) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 4-cü hissədən “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əsasnaməsini” sözləri və 12-ci hissədən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” sözləri çıxarılsın.

3. 6-9-cu hissələr ləğv edilsin.

4. 10.26-cı və 10.28-ci bəndlərdə ismin müvafiq hallarında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri ismin müvafiq hallarında “bu Əsasnamənin 3-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

5. 11-ci hissədə “Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş dövlət müfəttişlərinə, onların müavinlərinə, dövlət müfəttişlərinə və müfəttişlərə onlara həvalə edilmiş vəzifələrə müvafiq olaraq öz səlahiyyətləri daxilində” sözləri “bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanlara” sözləri ilə əvəz edilsin.

6. 11.1-ci bənddə “dövlət müfəttişləri və müfəttişlər” sözləri “bu Əsasnamənin 3-cü hissəsində nəzərdə tutulmuş orqanların səlahiyyətli nümayəndələri” sözləri ilə əvəz edilsin.

7. 13-cü hissədə “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrinin” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yerli bölmələrinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələrinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin” sözləri ilə, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə” sözləri “xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 2 noyabr 2016-cı il

                 № 437

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status