AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.08.1998
QEYDİYYAT NÖMRƏSİ
169
ADI
“Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarına dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin bəzi məsələləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 552)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.08.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
160.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarına dəyişiklik edilməsi və Azərbaycan Respublikası

“Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarına dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin bəzi məsələləri haqqında [1]

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin məsələləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 24 iyun tarixli 66 nömrəli qərarının 2-ci bəndində 18” rəqəmi 20” rəqəmi ilə əvəz edilsin. [2]

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin strukturu təsdiq edilsin. (Əlavə olunur). [3]

3. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi üçün 2 ədəd xidməti minik avtomobili limiti müəyyən edilsin. [4]

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin 1998-ci ildə maliyyələşdirilməsi üçün 1998-ci ilin Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 303.000 min manat vəsaitin ayrılmasını təmin etsin. [5]

5. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, ayrılmış vəsaitlər dairəsində müvafiq xərclər smetasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. [6]

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri,  18 avqust 1998-ci il

№ 169

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 18 avqust tarixli 169 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
[7]

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin

Strukturu

 

1. Rəhbərlik

2. Hüquq və normativ sənədlər şöbəsi

3. Malların satınalınmasının təşkili və nəzarət şöbəsi

4. İş və xidmətlərin satınalınmasının təşkili və nəzarət şöbəsi

5. Tədris-məsləhət şöbəsi

6. İnzibati-təsərrüfat şöbəsi

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2003-cü il tarixli 124 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 531)

3.       29 aprel 2016-cı il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 831)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559) ilə qərarın adından "Nazirlər Kabinetinin yanında" sözləri çıxarılmışdır.

 

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559) ilə 1-ci bənddən "Nazirlər Kabinetinin yanında" sözləri çıxarılmışdır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2003-cü il tarixli 124 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 531) ilə 1-ci bənd qüvvədən düşmüş hesab edilmişdir.

 

[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559) ilə 2-ci bənd (əlavə ilə birlikdə) qüvvədən düşmüş hesab edilmişdir.

 

[4] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559) ilə 3-cü bənddən "Nazirlər Kabinetinin yanında" sözləri çıxarılmışdır.

 

29 aprel 2016-cı il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 831) ilə 3-cü hissəsi ləğv edilmişdir.

 

[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559) ilə 4-cü bənddən "Nazirlər Kabinetinin yanında" sözləri çıxarılmışdır.

 

[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559) ilə 5-ci bənddən "Nazirlər Kabinetinin yanında" sözləri çıxarılmışdır.

 

[7] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu il tarixli 151 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 559) ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin Strukturu qüvvədən düşmüş hesab edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status