×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.11.2016
QEYDİYYAT NÖMRƏSİ
1096
ADI
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-11-2016, Nəşr Nömrəsi: 253), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1803)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.020.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201611071096
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.11.2016
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 1.7-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin 1.5-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1388) ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 4.2.1-ci yarımbəndində “xüsusi razılığının (lisenziyası)” sözləri “lisenziyasının” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.7.2-ci yarımbənddə “xüsusi razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin;

4.2. 2.11.3-cü yarımbənddə “xüsusi razılığının (lisenziyasının)” sözləri “lisenziyasının” sözü ilə əvəz edilsin;

4.3. 3.1.6-cı yarımbənddə “lisenziya fəaliyyətinin” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 1.5-ci bəndində “xüsusi razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 1.5-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin. [1]

7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 912) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 1.6-cı bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin 1.5-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin. [2]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2016-cı il

    № 1096


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 5 mart 2022-ci il tarixli 1626 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2. 26 iyul 2022-ci il tarixli 1767 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7 maddə 755)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2022-ci il tarixli 1626 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 6-cı maddə ləğv edilmişdir.

 

[2] 26 iyul 2022-ci il tarixli 1767 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7 maddə 755) ilə 8-ci maddə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status