AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.08.1998
QEYDİYYAT NÖMRƏSİ
175
ADI
Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 558)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında [1]

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

“Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 624 nömrəli Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur). [2]

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri,  21 avqust 1998-ci il

                    № 175

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması [3]

Qaydaları [4]
(AZ 031.01.)
[5]

1. Tətbİq sahə

Bu Qaydalar “İstehlakçıların hüquqlarının qorunması haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunları, “Məhsulların (işlərin, xidmətlərin) mərhələli sertifikatlaşdırılmasının tətbiqi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı, həmçinin Azərbaycan Respublikası milli sertifikatlaşdırma sisteminin (AZC sistemi) rəhbər sənədləri əsasında işlənib hazırlanmışdır.

Sənəd Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının (RV) sertifikatlaşdırma qaydalarını və prosedurunu müəyyənləşdirir.

Bu Qaydalar əvvəllər istismarda olmuş və təmirdən çıxmış telekommunikasiya vasitələri və qurğularına şamil edilmir.

2. Rabİtə vasİtələrİnİn sertİfİkatlaşdırılmasının məqsəd və vəzİfələ [6]

RV-nin sertifikatlaşdırılmasının əsas vəzifəsi respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının yaradılması və saxlanması, RV-nin texniki parametrlərinin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsi faktını müəyyənləşdirməkdir.

RV-nin sertifikatlaşdırılmasının əsas məqsədi bunlardır:

vahid əmtəə bazarında müəssisə və təşkilatların fəaliyyəti üçün lazımi şəraitin yaradılması;

QRŞ-də tətbiq etmək üçün RV-nin texniki səviyyələrinin müəyyənləşdirilməsi;

istehlakçılara keyfiyyətli məhsulun alınmasında köməklik göstərilməsi;

istehlakçıların keyfiyyətsiz mal hazırlayan istehsalçılardan müdafiə olunması;

RV-nin texniki səviyyəsinin və keyfiyyət göstəricilərinin, elektromaqnit uzlaşması da daxil olmaqla istehlakçıların tələbləri səviyyəsinə qaldırılması;

daxili bazarda əsaslandırılmış rəqabət üçün şərait yaradılması;

qabaqcıl texnologiyanın tətbiq edilməsinə şərait yaradılması.

3. Termİn və anlayışlar

Bu Qaydalarda İSO MEK 2 rəhbər sənədlərinə, İSO 8402-86 beynəlxalq standartına, həmçinin rabitə sistemində işlədilən terminlərə uyğun gələn aşağıdakı anlayış, termin və müddəalardan istifadə edilmişdir:

uyğunluğun sertifikatlaşdırılması — lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğunu inamlı şəkildə sübut edən üçüncü tərəfin fəaliyyəti;

məcburi sertifikatlaşdırılma — səlahiyyətli orqan tərəfindən məhsulun (prosesin, xidmətin) məcburi normativ sənədlərə uyğunluğunun təsdiq olunması;

könüllü sertifikatlaşdırma — istehsalçının (icra edicinin), satıcının (təminatının), istehlakçının (istehlakçılar cəmiyyəti və ittifaqının), həmçinin dövlət orqanlarının (bundan sonra — Sifarişçi) istəyi ilə könüllü sertifikatlaşdırılma;

normativ sənəd — standart, sanitar normaları və qaydaları, yaxud məhsula , həmçinin onun keyfiyyətinin təyin olunması metodlarına tələbləri özündə birləşdirən sənəd;

beynəlxalq standart — standartlaşdırma ilə məşğul olan və genişmiqyaslı istehlakçı təbəqəsi üçün mümkün olan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan standart;

milli standart — standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairəsinə yararlı olan standart;

keyfiyyət sistemi — keyfiyyət üzərində ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturların, cavabdehliyin, prosedurların, proseslərin və ehtiyatların birləşməsi;

uyğunluq haqqında məlumat — məhsulun, proses və xidmətlərin konkret standarta və ya digər normativ sənədə uyğunluğunu göstərən məhsulun mal gətirənin tam cavabdehliyi altında olan ərizə;

sertifikatlaşdırma sistemi — uyğunluq sertifikatlaşdırılması aparmaq üçün xüsusi üsullara və idarəetmə qaydalarına malik olan sistem;

həmcins məhsulların (proseslərin və xidmətlərin) sertifikatlaşdırılması sistemi — eyni konkret standartlar və qaydalar, eyni prosedur tətbiq olunan müəyyən məhsulun, prosesin və ya xidmətin sertifikatlaşdırılması sistemi;

sertifikatlaşdırma orqanı — uyğunluq sertifikatlaşdırılması aparan orqan;

uyğunluq sertifikatı — sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olduğuna zəruri əminliyin təmin edildiyini göstərən sənəd;

uyğunluq nişanı — məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişan;

sertifikatlaşdırma sisteminin üzvü — sistemi idarə etməkdə imkanı olan və verilən sistemə uyğun fəaliyyət göstərən sertifikatlaşdırma orqanı;

akkreditasiya — sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyətin həyata keçirilməsinin rəsmi tanınması;

akkreditasiya olunmuş sınaq laboratoriyaları — konkret məhsul (proses, xidmət) növlərinin, yaxud konkret sınaqların keçirilməsi səlahiyyətləri rəsmi tanınmış sınaq laboratoriyaları;

təhlükəsizlik — ziyan vermək təhlükəsi ilə bağlı riskin olmaması;

ətraf mühitin mühafizəsiətraf mühitin məhsulun, prosesin, yaxud xidmətin xoşagəlməz təsirlərindən mühafizəsi;

istehsalın sertifikatlaşdırılması — sertifikatlaşdırma orqanı və ya səlahiyyət verilmiş digər orqanlar tərəfindən bu və ya digər məhsulun (xidmətin) istehsal zamanı normativ sənədlərdə nəzərdə tutulmuş stabilliyinin təmin olunmasının rəsmi təsdiqlənməsi; [7]

təftiş nəzarəti — sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının, həmçinin sertifikatlaşdırılmış məhsulun fəaliyyətinə və istehsal prosesinə nəzarət;

sifarişçi — sertifikatlaşdırma orqanına hər hansı bir konkret məhsul növünün sertifikatlaşdırılması üçün ərizə ilə müraciət edən müəssisə, orqan, hüquqi və fiziki şəxs;

ekspert-auditor — sertifikatlaşdırma sahəsində bir və ya bir neçə növ işlərin keçirilməsinə səlahiyyəti olan attestasiyadan keçmiş şəxs;

sertifikatlaşdırma sxemi — uyğunluq sertifikatlaşdırılmasının keçirilməsində üçüncü tərəfin fəaliyyətinin ardıcıllığı və tərkibi;

telekommunikasiya vasitələri və qurğularının uyğunluq sertifikatı — qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrində (QTŞ) tətbiq edilən telekommunikasiya vasitələri və qurğularının (RV) qoyulan texniki tələblərə uyğunluğunu və xətasız istifadə edilməsini təsdiq edən sənəddir;

telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırma nişanıtelekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydalarına əsasən verilmiş və yaxud tətbiq olunan nişan olub, məhsulun sertifikatlaşdırmadan keçdiyini və konkret standarta və ya normativ sənədlərə uyğunluğunu göstərir.

4. Ümumİ müddəalar

4.1. Məcburi sertifikatlaşdırmanın obyekti Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası ərazisində realizəsi və istifadəsi nəzərdə tutulan telekommunikasiya vasitələri və qurğularıdır.

Məcburi sertifikatlaşdırılması nəzərdə tutulan telekommunikasiya vasitələri və qurğularının siyahısı əlavədə göstərilmişdir. Göstərilən siyahıya düzəlişlər və əlavələr oluna bilər.

4.2. telekommunikasiya vasitələri və qurğularının məcburi sertifikatlaşdırılması insanların həyatı və sağlamlığı, ətraf mühit, həmçinin qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) əhlükəsizliyini təmin edən normativ sənədlər və məcburi tələblərə uyğun olaraq aparılır.

4.3. Normativ sənədlərin tələblərinə uyğun olaraq könüllü sertifikatlaşdırma yalnız RV-nin ixracı üçün sifarişçinin təşəbbüsü ilə həyata keçirilir.

4.4. RV-nin sertifikatlaşdırılması milli, beynəlxalq, dövlətlərarası normativ sənədlərə, həmçinin Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının icrası məcburi olan tələblərinə görə aparılır.

4.5. RV-nin sertifikatlaşdırılması bu əsasnamənin 7-ci bəndində göstərilən sxem üzrə həyata keçirilir.

4.6. Sertifikatlaşdırılmış məhsulun sxemində, konstruksiyasında, texnologiyasında dəyişikliklər olarsa, sertifikatlaşdırma sınaqları lazımi həcmdə təkrarlanır.

4.7. RV üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri sifarişçi tərəfindən ödənilir.

4.8. Sınaqlar üçün ayrılan RV nümunələrinin sayı sertifikatlaşdırma sınaqlarının proqramı və metodu ilə təyin olunur.

4.9. Nümunələrin sınaqdan keçirilməsi akkreditasiya edilmiş sınaq laboratoriyalarının akkreditasiya sahəsinə uyğunluğu ilə həyata keçirilir.

4.10. Sertifikatlaşdırma prosesinin müsbət nəticəsi zamanı verilən uyğunluq sertifikatı və RV-nin sertifikatlaşdırma nişanı ilə markalanma hüququ məhsulun Azərbaycan Respublikasında RV-nin tələblərinə uyğunluğunu təsdiq edir.

4.11. Sertifikatlaşdırma işinin hazırlanması və keçirilməsini özündə birləşdirir:

ərizələrin verilməsi və onlara baxılması;

ərizə üzrə qərar;

məhsulun, istehsalın, keyfiyyət sisteminin sertifikatlaşdırılması üçün maliyyə sənədlərinin hazırlanması;

sertifikatlaşdırılan məhsulun sınaqdan keçirilməsi;

maraqlı olan təşkilatlar tərəfindən sertifikatlaşdırılmanın nəticələri üzrə qərarlara baxılması;

uyğunluq sertifikatının verilməsi (verilməməsi) və sertifikatlaşdırma nişanından istifadə olunması hüququ barəsində qərar;

uyğunluq sertifikatının tərtibi və onun Reyestrə salınması;

uyğunluq sertifikatının Reyestrinin aparılması;

sertifikatlaşdırmanın nəticələri haqqında məlumat;

sertifikatlaşdırılmış məhsula, istehsala keyfiyyət sisteminə təftiş nəzarəti.

4.12. Azərbaycan Respublikası ərazisinə gətirilən və respublika daxilində istehsal olunan RV sertifikatlaşdırmanın mərhələ və qaydalarından keçməlidir.

4.13. Xarici sertifikatların tanınması AZC sisteminin RS 008-94 tələblərinə uyğun olaraq həyata keçirilir. Bu zaman Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəyi nəzərə alınmalıdır. [8]

4.14. Uyğunluq sertifikatı olmayan və telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması sistemində tanınmadan idxal olunan RV-nin Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılmasına icazə verilmir və bu RV-nin satışı və istismarı qadağan olunur.

5. Rabİtə vasİtələrİnİn sertİfİkatlaşdırılması sİstemİnİn strukturu

5.1. Azərbaycan Respublikası telekommunikasiya vasitələri və qurğularının (RV) sertifikatlaşdırılması sisteminin strukturunu təşkil edirlər (bax: şək. 1):

sertifikatlaşdırma üzrə milli orqan — Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi; [9]

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin RV-nin sertifikatlaşdırma mərkəzi (RVSM);

akkreditasiya olunmuş sınaq laboratoriyaları (ASL).

 

RV-nin sertifikatlaşdırma sxemi və təşkilati strukturu

5.2. Sertifikatlaşdırma üzrə milli orqan olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aşağıdakı funksiyaları yerinə yetirir:

RV sistemində sertifikatlaşdırma prosesinə ümumi nəzarətin aparılması;

sınaq laboratoriyalarının akkreditasiyası;

təhlükəsizlik göstəriciləri üzrə sertifikat alınması üçün verilən ərizələrin qəbulu və onlara baxılması;

təhlükəsizlik göstəriciləri üzrə məhsulun sertifikatlaşdırılması üçün müqavilənin bağlanması;

sertifikatlaşdırma sxemlərinin seçilməsi, akkreditasiya olunmuş laboratoriyaların müəyyənləşdirilməsi və sertifikatın keçirilməsinə qərarın hazırlanması;

sertifikasiya üçün nümunələrin seçilməsi və sınaq üçün göndərilməsi;

sınağın nəticəsinin və RVSM tərəfindən verilən nəticənin analizi, uyğunluq sertifikatının Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin qeydiyyatdan keçirilməsi, uyğunluq sertifikatının verilməsi və AZS Milli uyğunluq nişanının tətbiqi hüququ;

sertifikatlaşdırılmış RV-nin istehsalına təftiş nəzarətinin keçirilməsi;

akkreditasiya olunmuş sınaq laboratoriyalarının və RVSM-in işinə təftiş nəzarətinin keçirilməsi;

xarici ölkələrin sertifikatlarının tanınması.

5.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sertifikatlaşdırma sahəsində aşağıdakı funksiyaları yerinə yetirir:

Azərbaycan Respublikasında RV-nin sertifikatlaşdırılma işlərinin təşkili və idarə olunması;

Azərbaycan Respublikasının ərazisində istehsal və istifadə olunan RV-nə texniki tələblərin qoyulması;

RV-nin texniki parametrlərinin və QRŞ-nin tələblərinə uyğunluğunun sertifikatlaşdırılması üçün ərizələrin qəbulu və onlara baxılması;

RV-nin sertifikatlaşdırılması üzrə göstərişin hazırlanması;

telekommunikasiya vasitələri və qurğularının uyğunluq sertifikatının verilməsi;

telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırma nişanı (RVS) ilə markalanma hüququnun verilməsi;

sertifikatlaşdırma məsələlərində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə qarşılıqlı əlaqə;

sertifikatlaşdırılmaya görə ərizəçilərin appelyasiyasına baxılması;

RV-nin istismarına təftiş nəzarəti qaydalarının təsdiq edilməsi;

RV-nin sertifikatlaşdırma və istismara təftiş nəzarəti qaydalarına riayət edilməsinin yoxlanması;

RV-nin uyğunluq sertifikatının tərtibi;

Xarici ölkələrin sertifikatlarının tanınması üçün rəy verilməsi.

5.4. telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması mərkəzi aşağıdakı funksiyaları yerinə yetirir:

telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə işlərin təşkili;

RV-nin məcburi sertifikatlaşdırılması sisteminin reallaşdırılması;

sertifikatlaşdırılma işlərinin keçirilməsinə görə müqavilələrin, kontraktların bağlanılması;

RV-nin sertifikatlaşdırılması üzrə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarlarının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin göstərişlərinin yerinə yetirilməsinin təmin olunması;

RV-nin sertifikatlaşdırılması proqramının və metodikasının hazırlanması;

ASL-də və RV-nin sınaqlarının keçirilməsinin təşkili;

sertifikasiya üçün nümunələrin seçilməsi və onların ASL-ə göndərilməsi;

RV-nin sınaq nəticələrinin analiz edilməsi və onun əsasında rəyin hazırlanması;

telekommunikasiya vasitələri və qurğularının uyğunluq sertifikatının hazırlanması;

telekommunikasiya vasitələri və qurğularının sertifikat nişanının (RVS) tətbiqi hüququna icazənin hazırlanması;

sertifikatlaşdırılmış RV-nin daxili reyestrinin aparılması;

sertifikatlaşdırılmış RV-ə istismar prosesində təftiş nəzarətinin keçirilməsi;

uyğunluq sertifikatı funksiyasının müvəqqəti olaraq dayandırılması və yaxud ləğv edilməsi haqqında materialların appelyasiya komissiyasına təqdim olunması;

telekommunikasiya vasitələri və qurğularının sertifikat sisteminin texniki və təşkilati sənədlərinin hazırlanması və təkmilləşdirilməsi;

RV-nin sertifikatlaşdırılması qaydalarını müəyyənləşdirən sənədlərin (təlimatların) hazırlanması;

sertifikasiya sınaqları və təftiş nəzarətinin proqram və metodikalarının hazırlanması və təsdiq olunması;

sertifikatlaşdırılma və akkreditasiya məsələləri üzrə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə qarşılıqlı işin təşkili;

sertifikatlaşdırılma məsələləri üzrə digər dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı əlaqələrin yaradılması;

RV-nin sertifikatlaşdırılmasının nəticələri haqqında məlumatların yayılması;

sifarişçilərə onların tələblərinə görə öz səlahiyyətləri çərçivəsində lazım olan informasiyaların verilməsi;

eynicinsli məhsulların sertifikatlaşdırılmasında istifadə olunan normativ sənədlər fondunun formalaşdırılması (komplektləşdirilməsi) və onların aktuallaşdırılması;

sertifikatlaşdırılma sisteminin təşkilati metodik sənədlər fondunun hazırlanması və aparılması;

təftiş nəzarəti nəticəsində təşkilati işlərin hazırlanmasında iştirak. Sertifikatlaşdırılmış məhsulların texniki tələblərinin pozulması haqqındakı məlumatlara qarşı operativ tədbir görmək;

texniki tələblərin, standartların dəyişməsi zamanı RV-nin verilən müddətdə sertifikatlaşdırılması üçün təşkilat və firmalarla qarşılıqlı əlaqələrin təşkili;

texniki heyətin ixtisaslarının artırılması və attestasiyasının keçirilməsi;

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tələblərinə görə arayışların (hesabatların) hazırlanması;

telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması mərkəzi, telekommunikasiya vasitələri və qurğularının uyğunluq sertifikatının verilməsinin düzgünlüyünə görə məsuliyyət daşıyır. Lazım gələrsə sertifikasiya sınaqlarının keçirilməsi müddətinin və görülən işlərin qiymətinin normalarını müəyyənləşdirir. [10]

5.5. Akkreditasiya olunmuş sınaq laboratoriyaları öz funksiyalarını AZC sisteminin RS 004-93 “Sınaq laboratoriyalarına (mərkəzlərinə) qoyulan tələblər və onların akkreditasiyası qaydaları”na uyğun olaraq yerinə yetirirlər.

ASL-lərin əsas funksiyaları aşağıdakılardır:

sınaq keçirilməsi üçün təqdim olunmuş telekommunikasiya vasitələri və qurğuları nümunələrinin qəbulu və qeydiyyatı;

öz funksiyaları çərçivəsində RV-nin sertifikatlaşdırılma sınaqlarının keçirilməsi və sınaq protokolunun verilməsi;

yoxlanılmış nümunələrin qaytarılması, yaxud silinməsi haqqında aktın tərtib olunması;

sınaq laboratoriyasının AZC sisteminin RS 004-93 tələblərinə uyğunluğunun daim saxlanılması;

sınaq nəticələrinin düzgünlüyünün, obyektivliyinin və tələb olunan dəqiqliyinin təmin olunması;

sınaqların nəticələrinə görə edilmiş bütün şikayətlərin qeydiyyatının aparılması;

yeni yoxlama üsul və növlərinin təkmilləşdirilməsi və tətbiqi.

6. RV-nİn sertİfİkatlaşdırılmasının keçİrİlməsİ qaydaları

6.1. RV-nin sertifikatlaşdırılması üzrə işlərin keçirilməsi ardıcıllığı və mərhələləri şək. 1-də göstərilmişdir:

1 — təhlükəsizlik və ekoloji göstəricilərinə görə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və QRŞ-nin texniki tələblərinə uyğunluğuna görə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə RV-nin sertifikatlaşdırılması üçün ərizənin verilməsi.

2 — qərarın qəbul edilməsi, sertifikatlaşdırma sxeminin və ASL-in müəyyənləşdirilməsi, nümunənin seçilməsi və onun RVSM-ə (lazım olarsa Səhiyyə Nazirliyinin ASL-nə, Fövqəladə Hallar Nazirliyinə və s.) sınaq üçün göndərilməsi. [11]

3 — proqramın və sınağın həcminin müəyyənləşdirilməsi və onların sertifikasiyası nəzərdə tutulmuş nümunələrlə birlikdə RVSM tərəfindən ASL-na göndərilməsi.

4 — təqdim olunan nümunələrin qeydiyyatı, onların identifikasiyasının müəyyənləşdirilməsi, RVSM-in proqramı üzrə sınaq həcminin keçirilməsi, sınaq protokolunun tərtib olunması və onun RVSM-ə təqdim olunması.

5 — sınaq nəticələrinin müzakirəsi və onlara uyğun olaraq qərarın qəbul edilib Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyinə təqdim edilməsi. Sınaqların nəticələrinin müsbət olduğu halda RVSM tərəfindən uyğunluq sertifikatının və sertifikat Nişanının RVS tətbiqinə icazə hüququ verən sənəd hazırlanır və imzalamaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyinə təqdim edir və reyestrini həyata keçirir.

6 — Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hüquqi şəxsi tərəfindən sertifikatın və RVS Nişanının tətbiqinə icazə hüququ sənədinin imzalanması və Sifarişçiyə göndərilməsi. Sertifikatın surəti eyni vaxtda Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi göndərilir.

7 — sınağın nəticələrinin müzakirəsi, AZS sisteminin uyğunluq sertifikatının verilməsi (verilməməsi) haqqında qərarın qəbul olunması. Bu zaman sertifikatın verilməsi üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş uyğunluq sertifikatının olması əsas şərt hesab edilir. RV-nin uyğunluq sertifikatı verilmədikdə AZS sisteminin uyğunluq sertifikatı verilmir.

8 —sertifikatlaşdırılmış RV-lərə istehsal prosesində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təftiş nəzarətinin keçirilməsi.

9 — sertifikatlaşdırılmış RV-lərə istismar prosesində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin RVSM-i tərəfindən təftiş nəzarətinin keçirilməsi.

7. Rabİtə vasİtələrİnİn sertİfİkatlaşdırılması sxemİ

RV-nin sertifikatlaşdırılması sistemində AZS sisteminin əsas sənədlərində nəzərdə tutulmuş 12 (on iki) sertifikatlaşdırma sxeminin beşindən istifadə olunur.

3, 4 və 5-ci sxemlər istehsalçı tərəfindən kütləvi şəkildə istehsal olunan telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması zamanı tətbiq olunur. 3-cü və 4-cü sxemlər akkreditasiya olunmuş sınaq laboratoriyalarında hazır məhsul nümunələrinin sınağı zamanı keçirilir.

3-cü sxemə görə nəzarət istehsaldan götürülmüş nümunələri sınaqdan keçirməklə, 4-cü sxemə görə istehsaldan və ticarət dövriyyəsindən götürülmüş nümunələri sınaqdan keçirmək yolu ilə edilir.

İstehsalçı istehsalın keyfiyyət sisteminə və yaxud istehsal sertifikatına malikdirsə, onda sertifikatlaşdırma 5-ci sxem üzrə həyata keçirilir. Göstərilən sertifikata akkreditasiya olunmuş laboratoriyanın sınaq protokolu ilə birgə baxılır. Bu halda təftiş nəzarəti istehsalın sertifikatlaşdırılmış keyfiyyət sistemini yoxlama yolu ilə keçirilir.

11-ci sxem sertifikatlaşdırılmağa təqdim edilmiş RV partiyasının içərisindən seçilmiş nümunələrin sınağı vaxtı tətbiq edilir. Məhsulun sertifikatlaşdırılmış partiyasına təftiş nəzarəti edilmir.

12-ci sxem hər bir nüsxənin sertifikatlaşdırılmasını nəzərdə tutur. Bu sxemin elə RV-nin sertifikatlaşdırılmasında istifadəsi nəzərdə tutulur ki, onların qəbuluna xüsusi tələblər qoyulur. Belə məhsullara istismarın bütün dövrü ərzində təftiş nəzarəti edilir.

7.2. 3, 4, 11, 12-ci sxemlər üzrə sertifikatlaşdırılmış məhsulların uyğunluq sertifikatının müddəti 1 ildən artıq, 5-ci sxem üzrə sertifikatlaşdırılan məhsullarınkı isə 2 ildən artıq olmamalıdır.

7.3. RV-nin uyğunluq sertifikatının müddəti konkret məhsulun sertifikatlaşdırılması zamanı müəyyənləşdirilir.

7.4. Sertifikat müddəti bitdikdən sonra sertifikatlaşdırma prosedurası təkrar olunur.

8. Normatİv - texnİkİ sənədlər [12]

8.1. telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması sistemində aşağıdakı sənədlərdən istifadə olunur:

8.1.1. AZS sisteminin əsas sənədləri, o cümlədən:

RS 001-93 — “Əsas qaydalar”;

RS 002-93 — “Sertifikatlaşdırma orqanına qoyulan tələblər və onun akkreditasiya qaydası”;

RS 003-93 — “Eyni cinsli məhsulların sertifikatlaşdırma sistemi”;

RS 004-93 — “Sınaq laboratoriyalarına (mərkəzlərinə) qoyulan tələblər və onların akkreditasiya qaydası”;

RS 005-93 — “Sistemin dövlət reyestrinin aparılması qaydaları”;

RS 008-94 — “Sertifikatlaşdırma və akkreditasiya obyektlərinin tanınması qaydaları”;

RS 009-94 — “Sertifikatlaşdırma və təftiş nəzarəti üçün nümunələrin seçilməsi qaydaları”;

RS 010-94 — “Sertifikatlaşdırılmış məhsullara təftiş nəzarətinin keçirilməsi qaydaları”.

8.1.2. telekommunikasiya vasitələri və qurğularına texniki tələbləri müəyyənləşdirən milli, beynəlxalq, dövlətlərarası və sahə standartları.

8.1.3. Sınaq proqramları və metodikaları.

8.1.4. AZS 004-93 “Milli uyğunluq Nişanı: forma, ölçülər və texniki tələblər”.

8.1.5. AZS sisteminin uyğunluq sertifikatının doldurulma qaydaları haqqında 15.001.98 nömrəli təlimat.

8.1.6. Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şuranın qəbul etdiyi uyğunluq sertifikatının vahid forması haqqında 15.002.98 saylı təlimat.

8.1.7. Azərbaycan Respublikasında istifadə edilən RV-lərə qoyulan tələblər.

Sistemin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu Qaydalara Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qarşılıqlı razılaşma əsasında qanunvericilik aktlarına uyğun olaraq dəyişiklik edə bilər. [13]

9. Appelyasİyaya baxılması qaydası

Sertifikasiya sınaqlarının nəticələri ilə razılaşmadıqları hallarda tərəflər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Sertifikasiya üzrə komissiyasına appelyasiya verə bilərlər, onun qərarı ilə də razı olmadıqda məhkəməyə müraciət edə bilərlər. [14]

Sertifikasiya üzrə Komissiya marağı olan tərəfləri də cəlb etməklə bir ay ərzində appelyasiyanı müzakirə edir və qəbul edilmiş qərar barədə müvafiq şəxsə bildiriş göndərir.

Bu Qaydalar sertifikasiya işində toplanan təcrübə nəzərə alınmaqla yaxud əlavə hüquqi və normativ materialların qəbul edilməsi ilə əlaqədar təshih oluna bilər.

10. Avadanlığına İstehsalçı fİrma tərəfİndən, yaxud rabİtə avadanlığının Azərbaycan Respublİkası bazarlarında satan satıcı (dİstrİbyutor, dİler) tərəfİndən alınmış sertİfİkatların İstİfadə qaydaları

Sertifikat şəxsi sənəddir. Orada sertifikat sahibi haqqında məlumat (avadanlığın istehsalçısı yaxud satıcı) göstərilir.

Adına sertifikat verilmiş hüquqi şəxs istehsal etdiyi, yaxud satdığı malın keyfiyyətinə görə məsuliyyət daşıyır və telekommunikasiya vasitələri və qurğularının işinin keyfiyyətindən şikayət gəldikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sertifikatın ləğv edilməsi, yaxud onun qüvvədə olmasına əlavə vaxt verilməməsi haqqında məsələ qaldıra bilər.

Sertifikatın sahibinin razılığı olmadan “özgə sertifikatından istifadə edən satıcıların (təşkilatların)” Azərbaycan Respublikasının bazarlarında avadanlığın realizasiyası ilə məşğul olmaq hüquqları yoxdur.

Sertifikatın etibarlılığı müddətində alınmış avadanlığa sertifikatın qüvvədə olma müddətinin məhdudiyyəti şamil edilmir, yəni belə avadanlıq sertifikatın vaxtının uzadılmasını tələb etmədən bütün xidmət müddəti ərzində istismar edilə bilər.

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı

ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında

telekommunikasiya vasitələri və qurğularının

sertifikatlaşdırılması Qaydaları”na

 

ƏLAVƏ

 

Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının

 

S İY AHI S I [15]

 

1. Kommutasiya sistemi funksiyasını yerinə yetirən telekommunikasiya vasitələri və qurğuları

 

1.1. Tranzit, sonluq və sonluq tranzit qovşaq avadanlığı

1.1.1. beynəlxalq telefon stansiyaları

1.1.2. beynəlxalq kommutasiya mərkəzləri

1.1.3. şəhərlərarası telefon stansiyaları

1.1.4. tranzit şəhərlərarası avtomatik kommutasiya qovşağı

1.1.5. kombinələşdirilmiş stansiyalar

1.1.6. kənd avtomatik telefon stansiyaları

1.1.7. şəhər avtomatik telefon stansiyaları

1.2. Abunəçi imkanlıqlı avadanlıqlar

1.2.1. rəqəmli abunəçi konsentratorlar

1.2.2. idarə-istehsalat avtomatik telefon stansiyaları

1.3. Telefonçu vasitəsilə zonadaxili, şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətinə imkan verən avadanlıqlar

1.4. Təcili operativ və məlumat-informasiya xidmətli çağırışlara xidmətetmə qovşağı

1.5. Çağırışlara xidmətetmə mərkəzləri avadanlıqları

1.6. İnformasiya paketinin kommutasiya və marşrutlama avadanlığı

1.7. Çevik kommutatorlar

1.8. Teleqraf stansiyaları

1.8.1. teleqraf stansiyaları və yarımstansiyaları

1.8.2. teleqraf məlumat kommutasiya sistemləri

1.9. Hərəkətli radiotelefon rabitə sisteminin kommutasiya avadanlıqları

1.10. Abunəçi radioimkanlıqlı sistemin kommutasiya avadanlıqları

 

2. Rəqəmli daşıyıcı sistem funksiyasını yerinə yetirən telekommunikasiya vasitələri və qurğuları

 

2.1. Sinxron rəqəm iyerarxiyalı rəqəmli veriliş sistemləri

2.2. Analoq veriliş sistemi və fiziki xətt kanalları, traktları ilə rəqəmli veriliş sistemləri

2.3. Plezioxron rəqəm iyerarxiyalı rəqəmli veriliş sistemləri

2.3.1. plezioxron rəqəm iyerarxiyalı kanalyaratma avadanlıqları

2.3.2. plezioxron rəqəm iyerarxiyalı zamana görə qrupyaratma avadanlıqları

2.3.3. plezioxron rəqəm iyerarxiyalı xətti traktın aralıq və sonluq məntəqələri

2.3.4. plezioxron rəqəm iyerarxiyalı kross kommutasiya avadanlıqları

2.4. Optik-lifli və atmosfer optik xətt verilişi üçün qəbuledici-verici qurğular

2.5. İnformasiyanın ötürülməsi üçün asinxron rejimli avadanlıqlar

2.6. Rəqəmli televiziya və səs yayım veriliş sistemləri

2.7. Takt şəbəkə sinxronlaşdırma avadanlığı

 

3. İdarəetmə sistemi və monitorinq funksiyalarını həyata keçirən telekommunikasiya vasitələri və qurğuları

 

3.1. Telekommunikasiya şəbəkələrinin avtomatlaşdırılmış idarəetmə sistem və monitorinqi avadanlıqları

3.2. Radiorele telekommunikasiya sisteminin idarəetmə və monitorinq avadanlıqları

 

4. Ümumistifadəli telekommunikasiya şəbəkələrində göstərilən xidmətlərin həcminin qeydiyyatı (uçotu) üçün istifadə olunan avadanlıqlar

 

4.1. Birləşmənin davametmə müddətinin zamana görə qeydiyyatı (uçotu) avadanlığı

4.2. Avtomatlaşdırılmış hesablama sistemi

 

5. Radioelektron telekommunikasiya vasitələri və qurğuları

 

5.1. Azərbaycan Respublikasının vahid telekommunikasiya şəbəkəsinin yerli, zonadaxili və magistral şəbəkələrinin yayım və peyk rabitəsinin yerüstü stansiyaları

5.2. Radiorele rabitə sistemləri

5.2.1. analoq-rəqəm radiorele rabitə sistemi

5.2.2. sinxron rəqəm iyerarxiyalı rəqəmli radiorele rabitə sistemləri

5.2.3. plezioxron rəqəm iyerarxiyalı rəqəmli radiorele rabitə sistemləri

5.2.4. analoq radiorele rabitə sistemi

5.3. Hərəkətli (sellülar) radiotelefon rabitə sisteminin baza stansiyaları və retranslyatorları

5.4. Abunəçi radioimkanlıq sisteminin baza stansiyaları və retranslyatorları

5.5. Radioyayım sistemləri

5.6. Televiziya yayım sistemləri

5.7. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə çıxışı olmayan, texnoloji və yaxud təcrid edilmiş telekommunikasiya şəbəkəsinə imkanlıq üçün nəzərdə tutulmuş avadanlıqlar istisna olmaqla, radioimkanlıqlı avadanlıqlar

 

6. Telekommunikasiya vasitələri və qurğuları, o cümlədən operativ-axtarış tədbirlərinin aparılması zamanı müəyyən edilmiş təsirlərin yerinə yetirilməsini təmin edən proqram təminatı

 

6.1. Avadanlıqlar, o cümlədən kommutasiya sistemi ilə qarşılıqlı əlaqədə operativ-axtarış tədbirlərinin aparılması zamanı müəyyən edilmiş təsirlərin yerinə yetirilməsini təmin edən proqram təminatı

6.2. Avadanlıqlar, o cümlədən rəqəmli nəqliyyat sistemi ilə qarşılıqlı əlaqədə operativ-axtarış tədbirlərinin aparılması zamanı müəyyən edilmiş təsirlərin yerinə yetirilməsini təmin edən proqram təminatı

6.3. Avadanlıqlar, o cümlədən telematik xidmət sistemi ilə qarşılıqlı əlaqədə operativ-axtarış tədbirlərinin aparılması zamanı müəyyən edilmiş təsirlərin yerinə yetirilməsini təmin edən proqram təminatı

 

7. Ümumistifadəli telekommunikasiya şəbəkəsinin son kabel avadanlıqları, son telekommunikasiya avadanlıqları, telekommunikasiya kabelləri və naqilləri, elektrik qida avadanlıqları

 

7.1. Son kabel avadanlıqları

7.1.1. paylayıcı qurğular

7.1.2. şkaflar

7.1.3. kabel qutuları

7.1.4. bokslar

7.1.5. abonent müdafiə qurğuları

7.1.6. krosslar (optik və elektrik)

7.1.7. plintlər, optik qoşqular

7.1.8. kabel muftaları, birləşdiricilər (optik və elektrik)

7.1.9. kabel və krossları gərginlik və cərəyan artımlarından müdafiə qurğuları

7.1.10. kompressor-siqnal qurğuları (KSQ)

7.2. Son telekommunikasiya avadanlıqları

7.2.1. müxtəlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatları

7.2.2. ümumistifadəli telekommunikasiya şəbəkəsində işləmək üçün nəzərdə tutulmuş faksimil rabitə aparaturası və kompüterlər

7.2.3. taksafon aparaturası

7.2.4 son telekommunikasiya avadanlıqlarına əlavə qurğu və vasitələr

7.3. Telekommunikasiya kabelləri və naqilləri

7.371. optik telekommunikasiya kabelləri

7.3.2. yüksəktezlikli simmetrik telekommunikasiya kabelləri

7.3.3. koaksial telekommunikasiya kabelləri

7.3.4. şəhər və kənd telekommunikasiya şəbəkəsi üçün metal kabellər

7.3.5. telekommunikasiya naqilləri

7.4. Elektrik qida avadanlıqları

7.4.1. telekommunikasiya müəssisələri üçün stasionar akkumulyatorlar

7.4.2. elektrik qida qurğuları və onların tərkibinə daxil olan avadanlıqlar

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №03, maddə 193)

2.       21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №09, maddə 750)

3.       11 oktyabr 2005-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 978)

4.       14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226)

5.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

6.       28 dekabr 2006-cı il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1163)

7.       16 yanvar 2007-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 49)

8.       1 oktyabr 2007-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1013)

9.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

10.    13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

11.    30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

12.    24 noyabr 2018-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2448)

13.    21 yanvar 2019-cu il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 154)

14.    4 aprel 2022-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə qərarın adında və mətnində “rabitə vasitələrinin” sözləri “telekommunikasiya vasitələri və qurğularının” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə qərarın adında və mətnində “rabitə vasitələrinin” sözləri “telekommunikasiya vasitələri və qurğularının” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə adında və mətnində ismin müvafiq hallarında verilmiş “rabitə vasitələri” sözləri ismin müvafiq hallarında “telekommunikasiya vasitələri və qurğuları” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə 1-ci bölməsinin birinci abzasında “Rabitə haqqında” sözlərindən sonra “və “Telekommunikasiya haqqında” sözləri əlavə edilmişdir.

 

28 dekabr 2006-cı il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1163) ilə 1-ci bölməsinin birinci abzasından “,”Rabitə haqqında” sözləri çıxarılmışdır, 4.1-ci bəndində “Azərbaycan Respublikasının “Rabitə haqqında” Qanununa” sözləri “qanunvericiliyə” sözü ilə əvəz edilmişdir.

 

[5] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları"nın 5.1-ci, 5.2-ci, 5.3-cü, 5.4-cü, 6.1-ci və 8.1.7-ci bəndlərində ismin müvafiq hallarında "Agentliyi" sözü ismin müvafiq hallarında "Komitəsi" sözü ilə əvəz edilmişdir.

 

[6] 14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə 2-ci bəndinin birinci abzasında, 4.2-ci bəndində “rabitə şəbəkələrinin (QRŞ)” sözləri, 3-cü bəndinin iyirmi beşinci abzasında “rabitə şəbəkələrində (QRŞ)” sözləri müvafiq olaraq “telekommunikasiya şəbəkələrinin (QTŞ)” “telekommunikasiya şəbəkələrində (QTŞ)” sözləri ilə əvəz edilmişdir.

 

[7] 11 oktyabr 2005-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 978)  ilə "Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydaları (AZ 031.01.)"na aşağıdakı dəyişikliklər edilmişdir. 3-cü bölmədə, ikinci abzasda ", prosesin və xidmətin" sözləri çıxarılmışdır, üçüncü abzasda "(prosesin, xidmətin)" sözləri çıxarılmışdır, beşinci abzasda "və xidmətlərə, həmçinin onların" sözləri ", həmçinin onun" sözləri ilə əvəz edilmişdir, doqquzuncu abzasda "proses və xidmətlərin" sözləri çıxarılmışdır, on birinci abzasda "(proseslərin və xidmətlərin)" ", prosesin və ya xidmətin" sözləri çıxarılmışdır, on üçüncü abzasda "məhsul, proses və xidmətin" sözləri "məhsulun"zü ilə əvəz edilmişdir, on dördüncü abzasda ", prosesin, yaxud xidmətin" sözləri çıxarılmışdır, on yeddinci abzasda "(proses, xidmət)" sözləri çıxarılmışdıriyirminci abzasda "(xidmətin)" sözü çıxarılmışdır.

 

[8] 21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №09, maddə 750) ilə "Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydaları (AZ 031.01.)"nın 4.13-cü bəndində, 5.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında, 5.3-cü bəndinin birinci abzasında, 5.4-cü bəndinin beşinci və iyirmi yeddinci abzaslarında, 6.1- ci bəndinin 1-ci, 5-7-ci və 9-cu yarımbəndlərində, 8.1.7-ci bəndinin ikinci abzasında, 10-cu bəndinin ikinci abzasında və "RV-nin sertifikatlaşdırma sxemi və təşkilati strukturu"nda ismin müvafiq hallarında "Rabitə Nazirliyi" sözləri ismin müvafiq hallarında "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.13-cü bəndində, 5.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında, 5.3-cü bəndinin birinci abzasında, 5.4-cü bəndinin beşinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin 1-ci, 5-ci (hər iki halda), 6-cı, 7-ci və 9-cu abzaslarında, 8.1.7-ci bəndinin ikinci abzasında, 9-cu hissəsinin birinci abzasında, 10-cu hissəsinin ikinci abzasında və “RV-nin sertifikatlaşdırma sxemi və təşkilati strukturu”nda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2019-cu il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 154) ilə “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.13-cü bəndində, 5.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında, 5.3-cü bəndinin birinci abzasında, 5.4-cü bəndinin beşinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı (hər iki halda), yeddinci, səkkizinci və onuncu abzaslarında, 8.1.7-ci yarımbəndinin ikinci abzasında, 9-cu hissəsinin birinci abzasında, 10-cu hissəsinin ikinci abzasında və 5.1-ci bəndinin “RV-nin sertifikatlaşdırma sxemi və təşkilati strukturu”nda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75) ilə “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.13-cü bəndində, 5.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında, 5.3-cü bəndinin birinci abzasında, 5.4-cü bəndinin beşinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı (hər iki halda), yeddinci, səkkizinci və onuncu abzaslarında, 8.1.7-ci yarımbəndinin ikinci abzasında, 9-cu hissəsinin birinci abzasında, 10-cu hissəsinin ikinci abzasında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə, 5.1-ci bəndinin “RV-nin sertifikatlaşdırma sxemi və təşkilati strukturu”nda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə, “Rabitə” sözü isə “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[9] 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 5.1-ci bəndinin ikinci abzasında, 5.2-ci bəndinin birinci və səkkizinci abzaslarında, 5.3-cü bəndinin səkkizinci abzasında, 5.4-cü bəndinin beşinci, on səkkizinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı, yeddinci, doqquzuncu abzaslarında, 8.1.7-ci yarımbəndinin ikinci abzasında ismin müvafiq hallarında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 oktyabr 2007-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1013) ilə "Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları"nın (AZ 031.01.) 5.4-cü bəndinin iyirmi səkkizinci abzasının ikinci cümləsi qüvvədən düşmüş hesab edilmişdir.

 

[11] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları (AZ 031.01.)”nın 6.1-ci bəndinin üçüncü abzasında “DİN-in yanğın təhlükəsizliyi idarəsinə” sözləri “Fövqəladə Hallar Nazirliyinə” sözləri ilə əvəz edilsin.

 

[12] 24 noyabr 2018-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2448) ilə “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 8-ci hissəsinin adından “- texniki” sözü çıxarılmışdır.

 

[13] 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №03, maddə 193) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə vasitələrinin sertifikatlaşdırılması Qaydaları"nın 5.1-ci, 5.2-ci, 5.3-cü, 5.4-cü, 6.1-ci və 8.1.7-ci bəndlərində "Azərdövlətstandart" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

[14] 14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə 9-cu bəndinin birinci abzasında “Rabitə Nazirliyinin” sözləri “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[15] 14 dekabr 2005-ci il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1226) ilə həmin qərarla təsdiq edilmiş Qaydalara əlavə olunan “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı” yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasında rabitə

vasitələrinin sertifikatlaşdırılması

Qaydalarına

əlavə

Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq rabitə vasitələrinin

SİYAHISI

1. Son kabel avadanlığı

1.1. Paylayıcı qurğular.

1.2. Şkaflar.

1.3. Kabel qutuları.

1.4. Bokslar.

1.5. Abonent müdafiə qurğuları (AMQ).

1.6. Krosslar (optik və elektriki).

1.7. Plintlər, optik qoşqular.

1.8. Kabel muftaları, birləşdiricilər (optik).

1.9. Kabel muftaları, birləşdiricilər (elektriki).

1.10. Kabel və krossları gərginlik və cərəyan artımlarından müdafiə qurğuları.

1.11. Kompressor-siqnal qurğuları (KSQ).

2. Rabitə kabelləri və naqilləri

2.1. Optik rabitə kabelləri.

2.2. Yüksəktezlikli simmetrik rabitə kabelləri.

2.3. Koaksial rabitə kabelləri.

2.4. Şəhər və kənd telefon şəbəkəsi üçün metal kabellər.

2.5. Rabitə naqilləri.

3. Son abonent qurğuları

3.1. Müxtəlif mürəkkəblik dərəcəli telefon aparatları.

3.2. Kommutasiya olunan ümumi istifadəli şəbəkədə işləmək üçün nəzərdə tutulmuş faksimil rabitə aparaturası.

3.3. Taksofon avadanlığı.

3.4. Son abonent qurğularına əlavə və avadanlıqlar.

4. Veriliş sistemləri

4.1. Yerli, vilayət və magistral rabitə şəbəkələri üçün naqilli veriliş sistemləri:

4.1.1. Plezioxron ierarxiyalı rəqəmli veriliş sistemləri;

4.1.2. Sinxron rəqəm ierarxiyalı rəqəmli veriliş sistemləri;

4.2. Radio verilişi sistemləri:

4.2.1. Yerli rabitə xətləri üçün aşağı rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.2. Yerli rabitə xətləri üçün orta rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.3. Yerli rabitə xətləri üçün yüksək rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.4. Vilayət rabitə xətləri üçün aşağı rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.5. Vilayət rabitə xətləri üçün orta rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.6. Vilayət rabitə xətləri üçün yüksək rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.7. Magistral rabitə xətləri üçün aşağı rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.8. Magistral rabitə xətləri üçün orta rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.9. Magistral rabitə xətləri üçün orta rəqəm veriliş sürətli plezioxron ierarxiyalı rəqəmli radiorele sistemləri;

4.2.10. TV siqnalı verilişi üçün analoq radiorele sistemləri.

4.3. İstismar mərkəzləri və texniki xidmət və şəbəkənin idarə olunması.

4.4. Şəbəkəni idarəetmə sistemləri.

5. Abonent radiotelefon paylayıcı sistemləri

6. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin edən                                                                 

     telekommunikasiya avadanlıqları və proqram təminatı

6.1. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin edən və kommutasiya sistemləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən avadanlıqlar və proqram təminatı

6.2. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini  təmin  edən    rəqəmli  daşıyıcı  sistemləri  ilə  qarşılıqlı  əlaqədə fəaliyyət göstərən avadanlıqlar və proqram təminatı

6.3. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin edən və telematik xidmətlər sistemləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən avadanlıqlar və proqram təminatı. [15]

7. Hərəkətli radiorabitənin texniki vasitələri

7.1. GSM standartlı şanvari sistemlər.

7.2. NMT-450 standartlı şanvari sistemlər.

7.3. AMPS/NAMPS standartlı şanvari sistemlər.

7.4. TDMA standartlı şanvari sistemlər.

7.5. SDMA standartlı şanvari sistemlər.

7.6. Analoq radial və radial-zona trank sistemləri.

7.7. Rəqəmli trank sistemləri.

7.8. AŞTS-a qoşulan fərdi radioçağırış sistemləri.

7.9. Rayon və şəhər ATS-lərinə qoşulan fərdi radioçağırış sistemləri.

7.10. Müəssisədaxili fərdi radioçağırış sistemləri.

7.11. Rəqəmli naqilsiz telefon sistemləri.

7.12. Analoq naqilsiz telefon sistemləri.

7.13. Fərdi istifadəli naqilsiz telefonlar.

7.14. Radiouzadıcılar.

7.15. Rəqəm verilişi radiosistemləri.

8. Teleqraf avadanlığı

8.1. Teleqraf rabitəsinin son məntəqədə avadanlığı.

8.2. Məlumat kommutasiyası sistemləri.

8.3. Teleqraf rabitəsinin kanaləmələgətirmə avadanlığı.

8.4. AT və TELEKS şəbəkəsi stansiyaları.

9. Rəqəm verilişi sistemləri

9.1. Ümumi istifadəli kommutasiya olunan telefon şəbəkəsi kanalları və kommutasiya olunmayan tonal tezlikli kanallar vasitəsilə rəqəm verilişi avadanlıqları.

9.2. Fiziki birləşdirici xətlərlə işləyən rəqəm verilişi avadanlıqları.

9.3. Rəqəm verilişi sistemlərinin abonent məntəqələri.

10. Naqilli yayım avadanlıqları

10.1. Birproqramlı yayım avadanlıqları.

10.2. Çoxproqramlı yayım avadanlıqları.

10.3. Telefon xətləri vasitəsilə çoxkanallı yayım avadanlıqları.

11. Elektrik qida avadanlıqları

11.1. Rabitə müəssisələri üçün stasionar akkumulyatorlar.

11.2. Elektrik qida qurğuları və onların tərkibinə daxil olan avadanlıqlar.

12. Peyk rabitə sistemləri

12.1. HUB/GTEVAY tipli mərkəzi yer stansiyaları və peyk tele- və səs yayım sistemi üçün diapazonu 6/4 Qhs olan vericilər.

12.2. Həmçinin 14/11 Qhs diapazonlu.

12.3. Həmçinin, 18/12 Qhs diapazonlu.

12.4. 6/4 Qhs ehtiyat diapazonlu böyük verici-qəbuledici yer stansiyaları.

12.5. Həmçinin 14/11 Qhs ehtiyat diapazonlu.

12.6. Həmçinin, 18/12 Qhs ehtiyat diapazonlu.

12.7. Böyük diapazonlar üçün kiçik verici-qəbuledici yer stansiyaları (VSAT).

12.8. Peyk rabitəsi üçün kanaləmələgətirmə avadanlıqları.

12.9. Yer peyk rabitə stansiyalarının məlumatlarının əks etdirilməsi və onlara nəzarət aparaturaları.

12.10. Yer peyk rabitəsinin verici qurğuları.

12.11. Yer peyk rabitəsinin qəbuledici qurğuları.

12.12. Radioyayım və televiziya siqnallarının qəbulu üçün yer stansiyaları.

12.13. 6/4 Qhs diapazonlu peyk rabitəsi üçün retranslyatorlar.

12.14. Həmçinin 14/11 Qhs diapazonlu.

12.15. Həmçinin, 18/12 Qhs diapazonlu.

12.16. Peyk rabitəsi sistemləri üçün nəzarət-ölçmə avadanlıqları.

13. Antenna-fider qurğuları

13.1. Orta tezlik diapazonlu televiziya və səsyayımı üçün verici antennalar.

13.2. OVÇ diapazonlu televiziya və səsyayımı üçün verici antennalar.

13.3. Radiorele rabitə sistemləri üçün verici-qəbuledici antennalar.

13.4. Peyk rabitəsi üçün verici-qəbuledici antennalar.

13.5. NTV sistemi üçün verici-qəbuledici antennalar.

13.6. Peyk rabitəsinin yer stansiyaları üçün verici-qəbuledici antennalar.

13.7. Kabel televiziya sistemi üçün verici-qəbuledici antennalar.

13.8. Antenna-dalğaötürən trak qurğuları.

13.9. Radiorabitə sistemi üçün verici-qəbuledici antennalar.

14. Səs radioyayım avadanlıqları

14.1. Qütb modulyasiyalı sistemlər üçün stereofonik siqnalların kodlama qurğuları.

14.2. Pilot-siqnallı sistemlər üçün stereofonik siqnalların kodlama qurğuları.

14.3. OVÇ diapazonlu vericilər üçün titrədicilər.

14.4. Gücü 1 kVt-a qədər olan OVÇ diapazonlu güc gücləndiricilər.

14.5. Gücü 1 kVt-dan böyük olan OVÇ diapazonlu güc gücləndiricilər.

14.6. Vericilər üçün tezlik sintezatorları.

14.7. Səs yayımı vericiləri.

14.8. Paylayıcı radioyayım şəbəkələrində əlavə məlumatların verilişi sistemləri.

14.9. Radiosiqnalların tezlik sıxlaşdırması sistemləri üçün kodlama qurğuları.

14.10. Radiosiqnalların tezlik sıxlaşdırması sistemləri üçün dekodlama qurğuları.

14.11. Radioyayım üçün nəzarət-ölçü avadanlıqları.

15. Televiziya yayımının aparatura və avadanlıqları

15.1. Metrlik diapazonlu radioteleviziya siqnalları formalaşdırıcıları.

15.2. Həmçinin, desimetrlik diapazonlu.

15.3. Gücü 1 kVt-a qədər olan MD və DMD diapazonlarının müştərək gücləndirilməsi üçün güc gücləndiriciləri.

15.4. Həmçinin, gücü 1 kVt-dan çox.

15.5. Gücü 1 kVt-a qədər olan MD və DMD diapazonlarının ayrılıqda gücləndirilməsi üçün güc gücləndiriciləri.

15.6. Həmçinin, gücü 1 kVt-dan çox.

15.7. Televiziya retranslyatorları.

15.8. Televiziya yayımı proqramlarının efir paylayıcı sisteml