AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.11.2016
QEYDİYYAT NÖMRƏSİ
462
ADI
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17-11-2016, Nəşr Nömrəsi: 254), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1950)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201611160462
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.11.2016
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət nota

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 1605 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). [2]

2. “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 iyun tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 628; 2013, № 3, maddə 343) ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [3]

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 noyabr 2016-cı il

     № 462

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 16 noyabr tarixli 462 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi [4]

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra - Qanun) nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 18 faizinin (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi qaydalarını müəyyən edir. [5]

1.2. Bu Qaydalar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən xidmətlərə və hüquqi hərəkətlərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən xidmətlərə və hüquqi hərəkətlərə görə, Qanunun 4.1-4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən göstərilən xidmətə, habelə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarına şamil edilmir. [6]

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. dövlət rüsumu tutan təşkilat - Qanunda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri (bundan sonra - xidmətlər və hüquqi hərəkətlər) həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanları, onların müvafiq qurumları, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər, habelə dövlət notariat ofisləri; [7]

2.1.2. büdcədənkənar vəsaitlər - xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülmüş dövlət rüsumunun bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulan hissəsi; [8]

2.1.3. büdcədənkənar smeta - cari maliyyə ili üçün dövlət rüsumu tutan təşkilatlar tərəfindən tərtib olunmuş və bu Qaydalara uyğun təsdiq edilmiş gəlir və xərc istiqamətləri;

2.1.4. büdcədənkənar vəsaitlərin sərəncamçısı - xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət rüsumu tutan təşkilatlar.

2.2. Maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə dövlət rüsumu tutan təşkilatların işçilərinə verilən məvacibə görə fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.

 

3. Xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun köçürülməsi

 

3.1. Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə ödənilir. Dövlət rüsumunun nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

3.2. Rayon, şəhər üzrə maliyyə idarələrinin (şöbələrinin) xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları daxil olmuş dövlət rüsumlarını “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına uyğun qaydada büdcə gəlirlərinin təsnifatı üzrə uçota alırlar.

3.3. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi və Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə daxil edilir.

3.4. Büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün dövlət rüsumu tutan təşkilatların müvafiq rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən xəzinə hesabı açılır. [9]

3.5. Dövlət rüsumuna görə dövlət büdcəsinə daxil olmuş məbləğin 18 faizi (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla) dövlət rüsumu tutan təşkilatların büdcədənkənar gəlirlərinə aid edilir. Həmin vəsaitin dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən büdcə gəlirlərinin müvafiq təsnifatı üzrə daxilolmaların azaldılması hesabına həyata keçirilir. [10]

3.6. Büdcədənkənar vəsaitlər üzrə gəlirlərin və xərclərin məbləği büdcə qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır. Növbəti ilin büdcədənkənar vəsaitlər üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün dövlət rüsumu tutan təşkilatlar tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və yerli maliyyə orqanlarına iyulun 1-dək aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

3.6.1. dövlət rüsumunun (xidmətlərin və ya hüquqi hərəkətlərin) büdcə gəlirlərinin iqtisadi təsnifat üzrə keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

3.6.2. növbəti il üçün dövlət rüsumunun proqnozuna dair hesablamalar;

3.6.3. növbəti il üçün təklif olunan dövlət rüsumunun 25 faizi üzrə büdcədənkənar vəsaitlərin məbləği; [11]

3.6.4. növbəti il üçün dövlət rüsumunun 25 faizi üzrə büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının layihəsi;

3.6.5. dövlət rüsumunun 25 faizi üzrə büdcədənkənar vəsaitlərin xərclərinin hər bir xərc maddəsi üzrə keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

3.6.6. növbəti il üçün dövlət rüsumunun 25 faizi hesabına büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının layihəsi xərclərinin hər bir xərc maddəsi üzrə hesablamalar. [12]

3.7. Maliyyə orqanı iyul-avqust aylarında dövlət rüsumu tutan təşkilatlarla təqdim olunmuş layihələr üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokolla rəsmiləşdirilir.

3.8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 10 (on) gün müddətində büdcədənkənar vəsaitlərin bölgüsünü icmallaşdıraraq təsdiq edir və dövlət rüsumu tutan təşkilatlara göndərir.

3.9. Büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclərin smetaları fevralın 25-dən gec olmayaraq, dövlət rüsumu tutan təşkilatın rəhbəri və aşağıdakı dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir:

3.9.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən dövlət rüsumu tutan təşkilatlar üzrə - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən;

3.9.2. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən dövlət rüsumu tutan təşkilatlar üzrə - Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən;

3.9.3. Azərbaycan Respublikasının digər şəhər və rayonlarının dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən dövlət rüsumu tutan təşkilatlar üzrə - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon, şəhər maliyyə idarələrinin (şöbələrinin) təqdimatı ilə müvafiq rayon, şəhər icra hakimiyyəti orqanları tərəfindən.

3.10. Təsdiq edilmiş büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının bir nüsxəsi maliyyə orqanında qalır, bir nüsxəsi dövlət rüsumunu tutan təşkilata, bir nüsxəsi isə müvafiq xəzinədarlıq orqanlarına təqdim edilir.

 

4. Büdcədənkənar vəsaitlərin istifadə edilməsi

 

4.1. Büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq dövlət rüsumunu tutan təşkilatların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə təyinatı üzrə istifadə edilir. Büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Gəlirlər və xərclər smetasının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir. [13]

4.2. Dövlət rüsumu tutan təşkilatların işçilərinin büdcədənkənar vəsaitlər hesabına hər ay üzrə mükafatlandırılması dövlət büdcəsində bu orqanlar üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 2 misli həcmindən çox olmamaqla nəzərdə tutulur.

4.3. Büdcədənkənar vəsaitlərin dövlət rüsumunu tutan təşkilatların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

4.4. İlin sonuna büdcədənkənar vəsaitin istifadə olunmayan məbləği dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.

 

5. Büdcədənkənar vəsaitlərin uçota alınması və hesabatların təqdim edilməsi

 

5.1. Dövlət rüsumu tutan təşkilatlar tərəfindən büdcədənkənar vəsaitlərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun aparılır. [14]

5.2. Rayon, şəhər üzrə maliyyə idarələrinin (şöbələrinin) xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları tərəfindən büdcədənkənar vəsaitlər üzrə daxilolmalar “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına uyğun olaraq büdcə gəlirlərinin təsnifatı üzrə uçota alınır.

5.3. Dövlət rüsumunu tutan təşkilatlar büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının icrası barədə bu Qaydalara əlavə olunmuş formada rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və ya yerli maliyyə orqanlarına təqdim edirlər.

5.4. Dövlət büdcəsi gəlirlərinin təsnifatının yarımmaddələr üzrə səhvən ödənilmiş dövlət rüsumunun geri qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na uyğun həyata keçirilir.

5.5. Müvafiq maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu üzrə daxil olmuş büdcədənkənar vəsaitlərin qaytarılmasını təmin edir və büdcədənkənar vəsaitlərin mədaxilini faktiki qaytarılmış məbləğ qədər azaldır.

 

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [15]

 

 


 

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na əlavə [16]

 

_____________________________________________20__-ci ilin____ rübü üzrə artan yekunla

                   (dövlət rüsumunu tutan təşkilatın adı)

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu hesabına formalaşan büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının icrası barədə rüblük

 

H E S A B A T [17]

 

1. Gəlirlər

Sıra

№-si

Təsnifat kodu

Dövlət rüsumu tutulan hərəkətin adı

Dövlət rüsumunun məbləği

(manat)

Aparılmış hərəkətlərin sayı

Xəzinə hesabına köçürülən dövlət rüsumunun məbləği

smetada nəzərdə tutulmuşdur

daxil olmuşdur

kənarlaşma

(+;-)

 

 

1

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

3....

 

 

 

 

 

 

 

 

 

Cəmi

Cəmi

Cəmi

Cəmi

 

2. Xərclər

Sıra

№-si

Təsnifat kodu

Xərclərin adı

Xərclərin məbləği

smetada nəzərdə tutulmuşdur

xərc edilmişdir

kənarlaşma

(+;-)

 

 

1

 

 

 

 

 

2

 

 

 

 

 

3....

 

 

 

 

 

 

Cəmi

Cəmi

Cəmi

 

M.Y.

 

Təşkilatın rəhbəri ___________________

 

Baş mühasib ___________________

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 iyun 2017-ci il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1240)

2.       20 noyabr 2017-ci il tarixli 503 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2017-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2167)

3.       24 noyabr 2017-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2017-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2171)

4.       28 mart 2019-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 562)

5.       18 aprel 2019-cu il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2019-cu il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 772)

6.       28 iyun 2019-cu il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1171)

7.       1 avqust 2019-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1446)

8.       13 iyun 2020-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 795)

9.       10 fevral 2021-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 fevral 2021-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 198)

10.    23 may 2022-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 noyabr 2017-ci il tarixli 503 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2017-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2167) ilə adına və 1-ci hissəsinə “dövlət orqanlarının” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

28 iyun 2019-cu il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1171) ilə adında və 1-ci hissəsində “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilmişdir.

 

[2] 23 may 2022-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[3] 10 fevral 2021-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 fevral 2021-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 198) ilə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

 

[4] 20 noyabr 2017-ci il tarixli 503 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2017-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2167) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın adına, 1.1-ci bəndə “dövlət orqanlarının” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

28 iyun 2019-cu il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1171) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın adında, 1.1-ci bəndində, 2.1.1-ci yarımbəndində və həmin Qaydalara əlavənin adında ismin müvafiq hallarında “kontorları” sözü ismin müvafiq hallarında “ofisləri” sözü ilə əvəz edilmişdir.

 

[5] 24 noyabr 2017-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2017-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2171) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 1.1-ci bəndinə “rüsumunun” sözündən sonra “20 faizinin (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

 

10 fevral 2021-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 fevral 2021-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 198) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 1.1-ci bəndində və 3.5-ci bəndin birinci cümləsində “20” rəqəmləri “18” rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 18 aprel 2019-cu il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2019-cu il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 772) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiya verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.2. Bu Qaydalar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilmir.

 

13 iyun 2020-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 795) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 1.2-ci bəndinə “habelə” sözündən əvvəl “Qanunun 4.1-4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən göstərilən xidmətə,” sözləri əlavə edilmişdir.

 

[7] 20 noyabr 2017-ci il tarixli 503 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2017-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2167) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 2.1.1-ci yarımbəndə “onların müvafiq qurumları,” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər,” sözləri əlavə edilmişdir.

 

[8] 24 noyabr 2017-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2017-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2171) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 2.1.2-ci yarımbəndində “25 faizi” sözləri “bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulan hissəsi” sözləri ilə əvəz edilmişdir.

 

[9] 1 avqust 2019-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1446) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 3.4-cü və 3.5-ci bəndlərində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[10] 24 noyabr 2017-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2017-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2171) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 3.5-ci bəndinin birinci cümləsində “75 faizi dövlət büdcəsinin gəlirlərinə, 25 faizi” sözləri “20 faizi (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla)” sözləri ilə, ikinci cümləsində “Dövlət büdcəsinə daxil olmuş vəsaitlərin 25 faizinin” sözləri “Həmin vəsaitin” sözləri ilə əvəz edilmişdir.

 

[11] 24 noyabr 2017-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2017-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2171) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 3.6.3-3.6.5-ci yarımbəndlərindən “dövlət rüsumunun 25 faizi üzrə” sözləri çıxarılmışdır.

 

[12] 24 noyabr 2017-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2017-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2171) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 3.6.6-cı yarımbəndindən “dövlət rüsumunun 25 faizi hesabına” sözləri çıxarılmışdır.

 

[13] 20 iyun 2017-ci il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1240) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 4.1-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[14] 28 mart 2019-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 562) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın 5.1-ci bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına” sözləri ilə əvəz edilmişdir.

 

[15] 10 fevral 2021-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 fevral 2021-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 198) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın “Qeyd” hissəsi ləğv edilmişdir.

 

[16] 20 noyabr 2017-ci il tarixli 503 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2017-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2167) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na əlavənin adına “dövlət orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin,” sözləri əlavə edilmişdir.

 

[17] 24 noyabr 2017-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2017-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2171) ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi hesabına formalaşan büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının icrası barədə rüblük hesabat”ın adında “dövlət rüsumunun 25 faizi” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status