“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə, Vergilər, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Gömrük Komitəsinə və Maliyyə Monitorinqi Xidmətinə tapşırılsın ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabatlarını hər il dekabrın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim etsinlər.
[1]
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankına, Auditorlar Palatasına, Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməsinə, Baş Prokurorluğuna və Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 noyabr 2016-cı il
№ 2451
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017 - 2019-cu illər üçün Milli Fəaliyyət Planı
Ölkəmiz cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (bundan sonra - PL/TM) qarşı mübarizə sahəsində mühüm nəticələrə nail olmuşdur. Beynəlxalq tələblərə uyğun təkmil qanunvericilik, ixtisaslaşmış institusional qurumlar, beynəlxalq təşəbbüslərə və əməkdaşlığa verdiyimiz töhfə bu sahədə dövlət siyasətimizin əsas uğurlarındandır.
2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkəmizdə PL/TM-ə qarşı mübarizənin yeni mərhələsi başlanmışdır.
Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi ölkəmizdə PL/TM-ə qarşı mübarizə sahəsində həyata keçirilən islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirir.
Azərbaycan Respublikası yeni beynəlxalq çağırışları nəzərə alaraq, ölkədə PL/TM-ə qarşı mübarizə sahəsində risk əsaslı mübarizə sisteminin çərçivəsini müəyyənləşdirmək üçün risklərin qiymətləndirilməsi layihəsini həyata keçirmişdir.
Qiymətləndirmə nəticəsində müəyyən edilmiş risklərin aradan qaldırmaq məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra - Milli Fəaliyyət Planı) qəbul edilir.
Milli Fəaliyyət Planının əsas məqsədi ölkəmizdə PL/TM-ə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və sistemli tədbirlərin davam etdirilməsidir. Milli Fəaliyyət Planı dövlət orqanlarının bu sahədə fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, PL/TM-ə qarşı mübarizə aparan dövlət orqanlarının potensialının gücləndirilməsi və digər məsələləri əhatə edir.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017 - 2019-cu illər üçün Milli Fəaliyyət Planı
Tədbirin sırası və adı
|
Qiymətləndirmə indikatorları
|
İcra / Tövsiyə
|
İcra müddəti (illər üzrə)
|
1. Dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi
|
|||
1.1. PL/TM-ə qarşı mübarizə ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədilə koordinasiya mexanizminin yaradılması
|
PL/TM-ə qarşı mübarizə ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üzrə əlaqələndirmənin və bu sahədə dövlət proqramlarının icrasına nəzarətin təmin edilməsi məqsədilə təkliflərin hazırlanması
|
İcraçı: Maliyyə Bazarlarına Nəzarət Palatası
Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya
|
2017-2018
|
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının (bundan sonra - nəzarət orqanları) və hüquq mühafizə orqanlarının nümayəndələrindən ibarət işçi qrupun və əməkdaşlıq şəbəkəsinin yaradılması
|
İcraçılar: Nazirlər Kabineti, Maliyyə Bazarlarına Nəzarət Palatası
Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya
|
2017
|
|
Milli Fəaliyyət Planının icrasının monitorinqi prosesində informasiya texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər görülməsi, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının qiymətləndirilməsi və nəticəsi ilə bağlı məlumatın ictimaiyyətə çatdırılması
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti
Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya
[2]
|
2017-2019
|
|
2. Qanunvericiliyin təkmilləşdirilməsi
|
|||
2.1. Pul vəsaitlərinin elektron köçürülməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi
|
Pul vəsaitlərinin elektron köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (bundan sonra - FATF) 16-cı tövsiyəsinə uyğunlaşdırılması məqsədilə təkliflərin hazırlanması
|
İcraçı: Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017-2018
|
2.2. Banklar arasında məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi
|
Müxbir hesablar vasitəsilə əməliyyatlar aparılan zaman bankın öz müştərisi barədə məlumatları digər banka təqdim etməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması
|
İcraçı: Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017-2018
|
2.3. Valyuta sərvətlərinin transsərhəd daşınması və sərhəddən keçirilməsi zamanı şübhə yaradan PL/TM halları barədə məlumatın maliyyə monitorinqi orqanına verilməsi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi
|
Valyuta sərvətlərinin transsərhəd daşınması əməliyyatlarının monitorinq rejiminə cəlb edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması
|
İcraçılar: Dövlət Gömrük Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017-2018
|
Valyuta sərvətlərinin transsərhəd daşınması zamanı gömrük orqanları tərəfindən tətbiq ediləcək PL/TM indikatorlarının müəyyən edilməsi
|
İcraçılar: Dövlət Gömrük Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017-2018
|
|
Valyuta sərvətlərinin sərhəddən keçirilməsi zamanı PL/TM şübhəsi yaradan hallar barədə gömrük orqanı tərəfindən maliyyə monitorinqi orqanına məlumat göndərilməsi məqsədilə müvafiq təkliflərin hazırlanması
|
İcraçılar: Dövlət Gömrük Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017-2018
|
|
2.4. PL/TM riski yaradan sektorların monitorinq rejiminə cəlb edilməsi ilə bağlı tədbirlər görülməsi
|
Mühasibatlıq və vergi məsləhətləri xidməti göstərən şəxslərin, avtomobil dilerlərinin, o cümlədən idman mərc oyunları təşkilatçılarının PL/TM-ə qarşı mübarizə üzrə monitorinq rejiminə cəlb edilməsi məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması
|
İcraçılar: Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi
|
2017
|
2.5. Terror fəaliyyəti və kütləvi qırğın silahlarının yayılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilmiş mexanizmlərin icrası üzrə tədbirlərin görülməsi
|
Terror fəaliyyəti və ya kütləvi qırğın silahlarının yayılması ilə əlaqəsinə görə barələrində sanksiyalar tətbiq olunmalı olan şəxslərin aktivlərinin dondurulmasına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması
|
İcraçılar: Nazirlər Kabineti, Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017
|
2.6. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın müsadirəsinə və bərpasına dair qanunvericiliyin təkmilləşdirilməsi üçün tədbirlər görülməsi
|
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın müsadirəsi və bərpası üzrə ölkədaxili mexanizmin beynəlxalq standartlara uyğun olaraq formalaşdırılması və cinayət işlərinə dair xarici məhkəmələrin qərarlarının tanınması üzrə qanunvericiliyin təkmilləşdirilməsi
|
Tövsiyə edilir: Baş Prokurorluq
İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi
|
2018-2019
|
2.7. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumat bazasından hüquq mühafizə orqanlarının istifadə imkanlarının genişləndirilməsi
|
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumat bazasından hüquq mühafizə orqanlarının istifadə qaydalarının müəyyən edilməsi üzrə təkliflərin hazırlanması
|
İcraçılar: Nazirlər Kabineti, Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017
|
2.8. Azərbaycan Respublikası qanunvericiliyinin FATF Tövsiyələrinin müəyyən etdiyi tələblərə uyğunlaşdırılması məqsədilə təkliflərin hazırlanması
|
FATF Tövsiyələrinin müəyyən etdiyi yeni tələblərə uyğun qanunvericilik təkliflərinin hazırlanması
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti, Nazirlər Kabineti
|
2017-2019
|
2.9. PL/TM-ə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət tədbirlərin təkmilləşdirilməsi
|
PL/TM-ə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulmasına görə effektiv, çəkindirici və proporsional inzibati məsuliyyət tədbirlərinin müəyyən edilməsi üçün müvafiq təkliflərin hazırlanması
|
İcraçılar: Ədliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017
|
3. Beynəlxalq və ikitərəfli əməkdaşlığın gücləndirilməsi
|
|||
3.1. PL/TM-ə qarşı mübarizəni həyata keçirən hüquq mühafizə orqanları ilə xarici dövlətlərin analoji qurumları arasında əməkdaşlığın genişləndirilməsi
|
Hüquq mühafizə orqanları ilə xarici dövlətlərin analoji qurumları arasında PL/TM-ə qarşı mübarizəyə dair qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün tədbirlər görülməsi
|
Tövsiyə edilir: Baş Prokurorluq
İcraçılar: Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi
|
2017-2019
|
3.2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın müsadirəsi və bərpası üzrə beynəlxalq əməkdaşlığın təmin edilməsi
|
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın müsadirəsi və bərpası üzrə beynəlxalq institutlar və təşkilatlarla qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün tədbirlər görülməsi
|
Tövsiyə edilir: Baş Prokurorluq
İcraçılar: Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti
|
2017-2019
|
|
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın müsadirəsi və bərpası ilə bağlı müstəntiqlərin, prokurorların və hakimlərin beynəlxalq təcrübə mübadiləsində iştirakının təmin edilməsi
|
Tövsiyə edilir: Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası
İcraçılar: Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi
|
2017-2019
|
3.3. Gömrük rəsmiləşdirilməsi prosesində PL/TM hallarının aşkar olunması üzrə xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi
|
Nağd pulların və qiymətli kağızların transsərhəd daşınmasına nəzarətin təkmilləşdirilməsi üçün xarici dövlətlərlə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə tədbirlər görülməsi
|
İcraçı: Dövlət Gömrük Komitəsi
|
2017-2019
|
3.4. Maliyyə Monitorinqi Xidməti ilə xarici dövlətlərin analoji qurumları arasında qarşılıqlı məlumat mübadiləsi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi
|
Maliyyə Monitorinqi Xidməti ilə xarici dövlətlərin maliyyə monitorinqi orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə tədbirlər görülməsi
|
İcraçı: Maliyyə Monitorinqi Xidməti
|
2017-2019
|
4. Hüquq mühafizə orqanlarının potensialının gücləndirilməsi
|
|||
4.1. Hüquq mühafizə orqanların əməkdaşlarının potensialının gücləndirilməsi üzrə tədbirlər görülməsi
|
Hüquq mühafizə orqanlarının əməkdaşları üçün PL/TM-ə qarşı mübarizəyə dair təlim proqramlarının hazırlanması, onların beynəlxalq və ölkədaxili təlimlərdə davamlı iştirakının təmin edilməsi
|
Tövsiyə edilir: Baş Prokurorluq
İcraçılar: Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi
|
2017-2019
|
|
Hüquq mühafizə orqanlarının tədris müəssisələrində PL/TM-ə qarşı mübarizəyə dair mövzuların tədrisinin təşkil edilməsi
|
Tövsiyə edilir: Baş Prokurorluq
İcraçılar: Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi
|
2017-2019
|
4.2. PL/TM cinayətlərinin aşkar edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi
|
PL/TM cinayətlərinin aşkar edilməsində əməliyyat-axtarış tədbirlərinin daha geniş tətbiq edilməsi məqsədilə təkliflərin hazırlanması
|
Tövsiyə edilir: Baş Prokurorluq
|
2017-2018
|
4.3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməlləri üzrə cinayət təqibi sahəsində hakimlərin bilik və təcrübələrinin artırılması
|
Hakimlər üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin hüquqi tövsifi, sübuta yetirilməsi və məhkəmə baxışının xüsusiyyətləri ilə bağlı təlimlərin keçirilməsi
|
Tövsiyə edilir: Məhkəmə-Hüquq Şurası
|
2017-2019
|
5. Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin potensialının gücləndirilməsi
|
|||
5.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər (bundan sonra - monitorinq subyektləri) üçün metodoloji dəstək sisteminin qurulması
[3]
|
Monitorinq subyektləri üçün təlim strategiyasının və ona uyğun təlim proqramlarının hazırlanması və icrası məqsədilə tədbirlər görülməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
5.2. Monitorinq subyektlərinin daxili nəzarət sisteminin gücləndirilməsi üzrə tədbirlərin görülməsi
|
Monitorinq subyektlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq PL/TM-ə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və effektiv tətbiqinə metodiki dəstəyin təmin edilməsi
[4]
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
5.3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şübhəli və yüksək riskli əməliyyatların müəyyən edilməsi üçün monitorinq iştirakçılarının informasiya texnologiyaları sistemlərinin təkmilləşdirilməsi
|
Monitorinq subyektlərinə müştəri və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi, verifikasiyasına dair məlumat bazasının yaradılması və PL/TM risklərinin müəyyən edilməsi, əməliyyatların və riskli müştərilərin monitorinqinə imkan verən informasiya sisteminin tətbiqi üzrə metodiki dəstəyin təmin edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
5.4. PL/TM-ə qarşı mübarizə sahəsində qanunvericiliyin monitorinq subyektləri tərəfindən effektiv tətbiqinə nail olunması
|
Monitorinq subyektlərinə şübhəli əməliyyatların aşkarlanması indikatorlarının və PL/TM tipologiyalarının müəyyən edilməsi və müntəzəm olaraq yenilənməsi məqsədilə metodiki dəstəyin təmin edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
Monitorinq subyektlərinə “öz müştərini tanı”, o cümlədən müştəri qəbulu siyasətinin formalaşdırılması üzrə metodiki dəstəyin təmin edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
|
5.5. PL/TM-ə qarşı mübarizə üzrə tələblərə riayət olunması mexanizminin təkmilləşdirilməsi
|
Monitorinq subyektlərinə PL/TM-ə qarşı mübarizə üzrə qanunvericiliyin icrasına məsul şəxslərin təyin edilməsi üzrə metodiki dəstəyin təmin edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
Monitorinq subyektlərinin PL/TM-ə qarşı mübarizə üzrə məsul şəxsinin eyniləşdirilmə, hesab və əməliyyatlar üzrə məlumatlara çıxışının təmin edilməsinə metodiki dəstəyin təmin edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
|
PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin effektivliyinin müəyyən edilməsi üçün daxili audit yoxlamalarının nəticələrinin qiymətləndirilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi,
Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
|
6. Nəzarət orqanlarının potensialının gücəndirilməsi
|
|||
6.1. Nəzarət orqanlarının PL/TM-ə qarşı mübarizə sahəsində yoxlamalara cəlb edilən işçi heyəti üçün təlimlərin keçirilməsi
|
Nəzarət orqanlarının yoxlamalara məsul olan əməkdaşları üçün yoxlamaların keçirilməsi ilə bağlı təlim proqramının hazırlanması və icrası üzrə tədbirlər görülməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
6.2. Nəzarət orqanlarının PL/TM-ə qarşı mübarizə sahəsində potensialının təkmilləşdirilməsi
|
Nəzarət orqanlarının tərkibində PL/TM-ə qarşı mübarizə sahəsində nəzarəti həyata keçirəcək struktur bölmələrin müəyyən edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
6.3. Monitorinq subyektlərində risk əsaslı nəzarət sisteminin formalaşdırılması
|
Nəzarət orqanları tərəfindən risk əsaslı nəzarət proqramının hazırlanması və tətbiqi üzrə tədbirlər görülməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
7. Korporativ idarəetma standartları və şəffaflıq tədbirləri
|
|||
7.1. Müvafiq monitorinq subyektlərində korporativ idarəetmə standartlarının tətbiqi üzrə tədbirlər görülməsi
|
Müvafiq monitorinq subyektlərində korporativ idarəetmə mədəniyyətinin təşviq edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi
|
2017-2019
|
|
Banklarda korporativ idarəetmənin tətbiqini gücləndirmək məqsədilə davamlı nəzarət tədbirlərinin həyata keçirilməsi
|
İcraçı: Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017-2019
|
7.2. Ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması üzrə tədbirlərin effektivliyinin artırılması
|
Nağd pul dövriyyəsinin azaldılması məqsədilə nağdsız hesablaşma və ödənişlərin stimullaşdırılması və ictimaiyyətin maarifləndirilməsi sahəsində tədbirlər görülməsi
|
İcraçılar: Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi
Tövsiyə edilir: Mərkəzi Bank
|
2017-2019
|
8. Şübhəli əməliyyatlara dair məlumatların təhlili
|
|||
8.1. Maliyyə Bazarlarına Nəzarət Palatasının dövlət orqanları ilə effektiv məlumat mübadiləsi sisteminin qurulması
|
Maliyyə Bazarlarına Nəzarət Palatasının aidiyyəti dövlət orqanlarının məlumat bazasına sorğu əsaslı çıxışının təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması
|
İcraçılar: Nazirlər Kabineti, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2017-2018
|
8.2. Maliyyə Monitorinqi Xidmətinin analitik informasiya sisteminin müasirləşdirilməsi üzrə tədbirlər görülməsi
|
Şübhəli əməliyyatların təhlilinin keyfiyyətini yüksəltmək məqsədilə Maliyyə Monitorinqi Xidmətində məlumatların effektiv qəbulu, emalı və təhlili üzrə proqram təminatının təkmilləşdirilməsi
|
İcraçı: Maliyyə Monitorinqi Xidməti
|
2017-2019
|
|
Maliyyə Monitorinqi Xidmətində analitik təhlil prosesində risk əsaslı yanaşmanın tətbiq olunması
|
İcraçı: Maliyyə Monitorinqi Xidməti
|
2017-2019
|
8.3. Maliyyə Monitorinqi Xidmətində şübhəli əməliyyatların təhlili prosesinin effektivliyinin yüksəldilməsi
|
Maliyyə Monitorinqi Xidmətinin taktiki və strateji təhlil funksiyası üzrə potensialının gücləndirilməsi üçün tədbirlər görülməsi
|
İcraçı: Maliyyə Monitorinqi Xidməti
|
2017-2019
|
|
Maliyyə Bazarlarına Nəzarət Palatasına monitorinq subyektlərindən daxil olan şübhəli əməliyyatlar barədə məlumatların keyfiyyətinə nəzarət və geriyə məlumatlandırma sisteminin qurulması üzrə tədbirlər görülməsi
|
İcraçılar: Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2018
|
|
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hüquq mühafizə orqanlarına göndərilmiş məlumatların keyfiyyətinə nəzarət və geriyə məlumatlandırma sisteminin qurulması üzrə tədbirlər görülməsi
|
İcraçılar: Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi
Tövsiyə edilir: Baş Prokurorluq
|
2017-2018
|
8.4. Monitorinq rejimi üzrə əməliyyatların əhatə dairəsinin genişləndirilməsi və mərkəzləşdirilməsi üçün tədbirlər görülməsi
|
Azərbaycan Respublikasının banklarında açılmış hesablar üzrə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üzrə tədbirlər görülməsi
|
İcraçı: Maliyyə Bazarlarına Nəzarət Palatası
Tövsiyə edilir: Mərkəzi Bank
|
2017-2018
|
|
Monitorinq subyektlərinin Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasına qoşulmasının təşviq edilməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Auditorlar Palatası, Vəkillər Kollegiyası
|
2017-2019
|
9. Cinayət statistikası bazasının təkmilləşdirilməsi
|
|||
Cinayət işləri üzrə əhatəli və mərkəzləşdirilmiş statistik bazanın təkmilləşdirilməsi
|
Cinayət statistikası üzrə metodologiyanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
|
İcraçılar: Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi
Tövsiyə edilir: Baş Prokurorluq
|
2017
|
|
Cinayət işlərinin statistikası üzrə avtomatlaşdırılmış və mərkəzləşdirilmiş sistemin fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
|
İcraçılar: Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası
Tövsiyə edilir: Baş Prokurorluq, Ali Məhkəmə
|
2017-2018
|
|
Mərkəzləşmiş statistik bazadan istifadə qaydalarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
|
İcraçı: Nazirlər Kabineti
|
2018
|
10. PL/TM üzrə risklərin davamlı qiymətləndirilməsi
|
|||
10.1. PL/TMM sahəsində risklərin davamlı risk qiymətləndirilməsi üçün tədbirlər görülməsi
|
PL/TM-ə qarşı mübarizə üzrə risk qiymətləndirilməsi üçün standart statistik formaların və göstəricilər sisteminin hazırlanması
|
İcraçı: Maliyyə Bazarlarına Nəzarət Palatası
|
2017-2018
|
|
PL/TM-ə qarşı mübarizə üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsi üzrə tədbirlər görülməsi
|
İcraçılar: Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi
Tövsiyə edilir: Baş Prokurorluq, Vəkillər Kollegiyası, Auditorlar Palatası
|
2017-2019
|
10.2. Maliyyə sektorunda PL/TM-ə qarşı mübarizə sahəsində nəzarət tədbirlərinin effektivliyinin gücləndirilməsi
|
Maliyyə sektorunda PL/TM-ə qarşı mübarizə üzrə risk əsaslı yoxlama planlarının hazırlanması və icrası
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi
|
2017-2019
|
|
PL/TM-ə qarşı mübarizə üzrə yoxlamaların effektivliyinin artırılması üzrə tədbirlər görülməsi
|
İcraçılar: Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi
|
2017-2019
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 7 may 2018-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 8 may 2018-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 996)
- 4 fevral 2019-cu il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 257)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 fevral 2019-cu il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 257) ilə 2-ci hissədə “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “Maliyyə Monitorinqi Xidmətinə” sözləri ilə əvəz edilmişdir.
[2]
4 fevral 2019-cu il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 257) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci (üçüncü halda) və 2.8-ci bəndlərdə, 3-cü hissədə, 8.2-ci, 8.3-cü (birinci–üçüncü hallarda) və 8.4-cü bəndlərdə (ikinci halda) ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilmişdir.
[3]
4 fevral 2019-cu il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 257) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 5-ci, 6-cı hissələrə, 7.1-ci (birinci halda), 8.4-cü (üçüncü halda) və 10.2-ci bəndlərə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözlərindən əvvəl “Maliyyə Monitorinqi Xidməti” sözləri əlavə edilmişdir.
[4]
7 may 2018-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 8 may 2018-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 996) ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci və 5.5-ci bəndlərində “Hüquqi şəxs olan monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə” sözləri “Monitorinq subyektlərinə” sözü ilə əvəz edilmişdir.