AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
18.11.2016
QEYDİYYAT NÖMRƏSİ
1119
ADI
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 08-02-2017, Nəşr Nömrəsi: 28), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-11-2016, Nəşr nömrəsi: 256), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1826)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201611181119
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.11.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671; 2007, № 12, maddə 1223; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 80, № 7, maddə 622; 2012, № 12, maddə 1273) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “ 380” rəqəmləri “ 420” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu” üzrə:

2.1. 2-ci hissəyə aşağıdakı məzmunda on üçüncü bənd əlavə edilsin:

“İnformasiya-kommunikasiya texnologiyaları idarəsi”;

2.2. 3-cü hissədə:

2.2.1. altıncı bənd aşağıdakı redaksiyada verilsin:

“Regional, yerli və digər qurumlar”;

2.2.2. yeddinci bənd ləğv edilsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi aparatının işçilərinin sayında bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq edilən dəyişiklik Azərbaycan Respublikası Nazirlər Kabinetinin ədliyyə orqanları işçiləri üçün müəyyən etdiyi say həddi daxilində həyata keçirilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 noyabr 2016-cı il

                 № 1119

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status