Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2, (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 327 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 9-cu hissəsində “İsti su və istilik təchizatı xidmətləri” sözləri “İstilik təchizatı” sözləri ilə əvəz edilsin.
2. Bu qərar 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 noyabr 2016-cı il
№ 467