![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı |
Qəbul edildiyi tarix |
16.11.2016 |
Qeydiyyat nömrəsi |
18 |
Adı |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Katibliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
30.11.2016 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.180.050 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201611160018 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
29.11.2016 |
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.7-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Katibliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 2.1.2-1-ci yarımbənd əlavə edilsin:
“2.1.2-1. müvafiq vəsiqələrin verilməsi işini həyata keçirir;”;
1.2. aşağıdakı məzmunda 3.1.6-1-ci yarımbənd əlavə edilsin:
“3.1.6-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin və digər sənədlərin onlara təqdim edilməsini təşkil etmək;”;
1.3. beşinci hissə üzrə:
1.3.1. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.2. Katibliyin strukturuna 1 (bir) şöbə (Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi) və 3 (üç) bölmə (Sənədlərin qeydiyyatı və icrasına nəzarət bölməsi, Məxfi hissə (bölmə səlahiyyətli) və Arxiv (bölmə səlahiyyətli)) daxildir.”;
1.3.2. 5.12-ci bənddə “Baş mütəxəssis” sözləri “Kiçik inspektor-kargüzar” sözləri ilə əvəz edilsin;
1.4. altıncı hissə üzrə:
14.1. adında “şöbələrin” sözü “şöbənin” sözləri ilə əvəz edilsin;
1.4.2. 6.1.1-ci yarımbənddə “3.1.6-cı” sözlərindən sonra “, 3.1.6-1-ci” sözləri əlavə edilsin;
1.4.3. 6.2-ci bənddə “şöbəsinin” sözü “bölməsinin” sözü ilə əvəz edilsin;
1.4.4. 6.2.6-cı yarımbənddə “şöbəyə” sözü “bölməyə” sözü ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
Firudin Nəbiyev |