“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarının və normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 117 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 785) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Norması”nın “Qeydlər”inin 1-ci və 6-cı bəndlərində “müdavimlərinə” sözü “kursantlarına” sözü ilə, 11-ci və 12-ci bəndlərində “Müdavim” sözü “Kursant” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 15 noyabr 2016-cı il
№ 455