9-2 - “İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
28.11.2016
QEYDİYYAT NÖMRƏSİ
9-2
ADI
“İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201611280092
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.12.2016
“Iş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

28.11.2016

Qeydiyyat nömrəsi

9-2

Adı

“İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

070.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201611280092

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.12.2016

 

 

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərara alır:[1]

1. “İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İnformasiya texnologiyaları şöbəsinə (E.Məcidov) və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (F.Əlizadə) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini İ.İsayevə həvalə edilsin.

 

Kollegiyanın sədri                                                                      Səlim Müslümov

 

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2016-cı il 28 noyabr tarixli 9-2 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: İş yerinə dair arayışın verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət işçi tərəfindən iş yerinə dair arayışın formalaşdırılmasını və əldə edilməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “n” bəndi və 88-ci maddəsi;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;[2]

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.37-ci bəndi;

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti tələb olunan məlumatların elektron informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu elektron xidmət vasitəsi ilə işçi iş yeri, vəzifəsi (peşəsi), əmək müqaviləsinin bağlandığı tarix və müddəti, aylıq əmək haqqı ilə bağlı məlumatlara dair arayış əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az ; http://www.mlspp.gov.az; ; http://www.eesmn.gov.az.

2.5.2. Elektron poçt: info@mlspp.gov.az ;

2.5.3. Telefon: 142

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1 İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az; https://www.e-eesmn.gov.az; https://www.e-gov.az internet ünvanlarından birinə daxil olur, portalın mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “İş yerinə dair arayışın verilməsi” elektron xidmətini seçir, özü barədə iş yerinə dair arayışı formalaşdırır.

3.1.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulan prosedurlara uyğun xidmətə keçdikdə və qeyd olunmuş məlumatları tam doldurduqda elektron informasiya-sistem tərəfindən sorğu qəbul olunur və iş yerinə dair arayışı bu sistemdən real vaxt rejimində əldə edir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları keçmədikdə və ya səhv keçdikdə, həmçinin məlumatları tam daxil etmədikdə sorğu qəbul olunmur.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə və məlumatları dolduraraq təsdiq etdikdə sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil. Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi: İstifadəçi müvafiq autentifikasiya vasitəsindən istifadə etməklə xidmətə daxil olduqda onun barəsində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri ekranda əks olunur. Bu bildirişlərdən hər hansı biri seçilməklə sorğu verildikdə seçilmiş əmək müqaviləsi bildirişinə uyğun olaraq iş yeri, vəzifəsi (peşəsi), əmək müqaviləsinin bağlandığı tarix və müddəti, aylıq əmək haqqı ilə bağlı məlumatlar əsasında formalaşdırılmış iş yerinə dair arayış (bu Reqlamentin 1 və 2 nömrəli Əlavələri) təqdim olunur.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.4.2. Nəzarətin qaydası:

3.4.2.1. Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi proqram təminatı vasitəsilə yoxlanılır, daxil olan müraciətlərin təhlili nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar elektron informasiya sisteminin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4.2.2. Bu elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 6-cı maddəsinə, məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: İnzibati qaydada verilən şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tələbləri nəzərə alınmaqla ən geci 15 iş günü, əlavə öyrənilməsi və yoxlanılması tələb olunduğu halda ən geci 30 iş günü müddətində baxılır. Məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2016-cı il 28 noyabr tarixli 9-2 nömrəli qərarı ilə təsdiq edilmişİş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”ə

 

1 nömrəli Əlavə

 

Elektron

Hökümət

Portalı

157

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

142

 

İş yerindən arayış

 

№                                                                                                                             Tarix:

 

İşəgötürən barədə məlumatlar

 

İşəgötürənin tam adı:

Əlaqə telefonları:

 

İşçi barədə məlumat

 

 

Soyadı:

 

Şəxsiyyəti təsdiq edən sənədin

adı:

 

verildiyi tarix:

 

Doğum tarixi:

 

Qeydiyyatda olduğu ünvanı:

 

Əlaqə telefonu:

Adı:

Atasının adı:

 

seriyası və nömrəsi:

 

FINi:

 

 

 

email:

 

İş yeri barədə məlumat

İş yerinin adı:

İşçinin vəzifəsinin (peşəsinin adı):

 

Digər məlumatlar

 

Əmək müqaviləsinin bağlandığı tarix:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

 

Arayışın təyinatı

 

Təyinatı: Digər 

 

Əlavə məlumatlar

 

 

Arayış                                                əmək müqaviləsi bildirişi üzrə  hazırlanmışdır

Arayışın etibarlılıq müddəti:

 

*Ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir

Elektron sənədin doğruluğunu www.e-gov.az portalında “İş yerinə dair arayış” xidməti vasitəsi ilə yoxlaya bilərsiz

 

 

 


 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2016-cı il 28 noyabr tarixli 9-2 nömrəli qərarı ilə təsdiq edilmişİş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”ə

 

2 nömrəli Əlavə

 

Elektron

Hökümət

Portalı

157

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

142

 

Əmək haqqı göstərilməklə iş yerindən arayış

№                                                                                                                                          Tarix:

 

İşəgötürən barədə məlumatlar

 

İşəgötürənin tam adı:

Əlaqə telefonları:

 

İşçi barədə məlumat

 

 

Soyadı:

 

Şəxsiyyəti təsdiq edən sənədin

adı:

 

verildiyi tarix:

 

Doğum tarixi:

 

Qeydiyyatda olduğu ünvanı:

 

Əlaqə telefonu:

Adı:

Atasının adı:

 

seriyası və nömrəsi:

 

FINi:

 

 

email:

 

İş yeri barədə məlumat

İş yerinin adı:

İşçinin vəzifəsinin (peşəsinin adı):

 

Digər məlumatlar

 

Əmək müqaviləsinin bağlandığı tarix:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

 

İşçinin aylıq əmək haqqının məbləği (manatla)

 

Arayışın təyinatı

 

Təyinatı: Digər 

 

Əlavə məlumatlar

 

 

Arayış                                                       əmək müqaviləsi bildirişi üzrə  hazırlanmışdır

Arayışın etibarlılıq müddəti:

*Ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir

Elektron sənədin doğruluğunu www.e-gov.az portalında “İş yerinə dair arayış” xidməti vasitəsi ilə yoxlaya bilərsiz

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il) ilə “İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”in 1.3.2-ci yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status