AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.10.2016
QEYDİYYAT NÖMRƏSİ
369-VQD
ADI
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-12-2016, Nəşr nömrəsi: 277), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1987)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.150.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201610280369
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.12.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354) aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2016-cı il

              № 369-VQD

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 90)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral 2022-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 90) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status