“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
(Çıxarılıb)
[1]
həmin Qanunun 1-ci maddəsinin axırıncı abzasında, 3-cü maddəsinin 3-cü hissəsində, 5-ci maddəsinin 2-ci hissəsində, 8-ci maddəsinin 1-ci, 3-cü, 4-cü və 5-ci hissələrində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 11-ci maddəsinin 1-ci və 5-ci hissələrində, 12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında, 13-cü maddəsinin 5-ci hissəsində, 15-ci maddəsinin 2-ci hissəsində və 3-cü hissəsinin birinci, ikinci və üçüncü abzaslarında, 16-cı maddəsinin 3-cü hissəsində, 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində, 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında, 20-ci maddəsində, 21-ci maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş “müvafiq icra hakimiyyəti orqan”ları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
qaz təchizatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
öz səlahiyyətləri daxilində “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
[2]
2.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin səkkizinci (ikinci halda), onuncu və on səkkizinci abzaslarında, 3-cü maddəsinin 1-ci, 2-ci hissələrində, 3-cü hissəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 5-ci maddəsinin 2-ci hissəsində (ikinci halda), 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü cümlələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci, dördüncü abzaslarında və 4-cü hissəsində, 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 5-ci hissəsinin birinci cümləsində və 6-cı hissəsinin ikinci abzasında, 6-4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6-5-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində, 8-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində (ikinci halda), 7-ci maddəsinin 3-cü və 4-cü hissələrində, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində (ikinci halda) və 5-ci hissəsinin ikinci cümləsində (ikinci və dördüncü hallarda), 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində, 4-cü hissəsinin birinci abzasında, 8-1-ci və 12-ci hissələrinin ikinci cümlələrində, 12-1-ci və 12-3-cü (hər iki halda) hissələrində, 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində (ikinci halda), 3-cü hissəsinin dördüncü abzasında (ikinci halda), 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsində (ikinci halda), 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində (ikinci halda), 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında (ikinci halda), və 4-cü hissəsində 21-1-ci maddəsinin adında, birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[3]
2.2. həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində, 12-ci maddəsinin 5-ci hissəsinin birinci abzasının ikinci və dördüncü cümlələrində, ikinci abzasının ikinci cümləsində, 13-cü maddəsinin 3-cü hissəsinin birinci cümləsində və 19-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[4]
2.2-1. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində, 6-2-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasında, 6-4-cü maddəsinin ikinci cümləsində, 6-5-ci maddəsinin 3-cü hissəsində və 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
[5]
2.2-2. həmin Qanunun 3-cü maddəsinin 1-ci və 2-ci hissələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 4-cü hissəsində və 13-cü maddəsinin 12-3-cü hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
[6]
2.3. həmin Qanunun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 4-cü hissəsinin birinci abzasında, 12-ci hissəsinin ikinci cümləsində, 12-1-ci hissəsində və 12-3-cü hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
[7]
2.4. həmin Qanunun 1-ci maddəsinin səkkizinci (birinci halda) və doqquzuncu abzaslarında, 5-ci maddəsinin 3-cü hissəsinin ikinci və üçüncü cümlələrində, 7-ci maddəsinin birinci abzasının ikinci cümləsində, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində (birinci halda) və 5-ci hissəsinin ikinci cümləsində (birinci və üçüncü hallarda), 13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında, 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində (birinci halda), 3-cü hissəsinin üçüncü (hər iki halda) və dördüncü (birinci halda) abzaslarında, 21-1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;
[8]
2.5. həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində (birinci halda), 3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 13-cü maddəsinin 10-cu hissəsində, 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsində (birinci halda), 17-ci maddəsinin 1-ci hissəsində (birinci halda) və 2-ci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
[9]
2.6. həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsində, 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;
2.7. həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
2.8. həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsində, 3-cü hissəsinin birinci və ikinci cümlələrində, 4-cü hissəsinin ikinci cümləsində və 5-ci hissəsinin birinci və ikinci (birinci halda) cümlələrində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 20-ci maddəsində və 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına, istismarı fəaliyyətinə münasibətdə isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;
[10]
2.9. həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsində və 13-cü maddəsinin 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
[11]
2.10. həmin Qanunun 15-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 17-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
2.11. həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında (birinci halda) və 21-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;
2.12. həmin Qanunun 1-ci maddəsinin səkkizinci abzasında, 3-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində, 5-ci maddəsinin 2-ci hissəsində, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində, 5-ci hissəsinin ikinci cümləsində, 15-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində, 3-cü hissəsinin dördüncü abzasında, 16-cı maddəsinin 3-cü hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində və 18-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;
[12]
2.13. həmin Qanunun 21-1-ci maddəsinin adında və birinci cümləsində “qurum” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi nəzərdə tutulur;
2.14. həmin Qanunun 7-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi (yeraltı qaz anbarlarına münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə) nəzərdə tutulur;
2.15. həmin Qanunun 6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində, 7-ci maddəsinin 4-cü hissəsində və 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
[13]
2.16. həmin Qanunun 8-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
2.17. həmin Qanunun 18-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
[14]
2.18. həmin Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
[15]
2.19. həmin Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
2.20. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 sentyabr 1998-ci il
№ 773
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2.
23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585)
3.
19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526)
4.
14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)
5.
01 oktyabr 2010-cu il tarixli 336 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 03 oktyabr 2010-cu il № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 848)
6.
20 fevral 2011-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 fevral 2011-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 291)
7.
1 mart 2018-ci il tarixli 1860 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 410)
8.
4 aprel 2018-ci il tarixli 1903 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 aprel 2018-ci il № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 654)
9.
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728)
10.
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319)
11.
3 fevral 2023-cü il tarixli 2020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 4 fevral 2023-cü il, № 25)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 oktyabr 2003-cü il tarixli 980 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 585) ilə 1-ci bəndin dördüncü abzası çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını nəzərə alaraq, qaz sahəsində ayrı-ayrı fəaliyyət növlərinə xüsusi icazə (razılıq) verən müvafiq icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
[2]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin üçüncü abzasında "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi" sözləri "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndinin ikinci abzasından "17-ci maddəsinin 3-cü hissəsində" sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsində, 17-ci maddəsinin 3-cü hissəsində və 19-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601) ilə 2-ci bəndinin üçüncü abzasında «orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirirlər» sözləri «orqanı»nın səlahiyyətlərini Tarif (qiymət) Şurası həyata keçirir» sözləri ilə əvəz edilmişdir.
01 oktyabr 2010-cu il tarixli 336 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 03 oktyabr 2010-cu il № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 848) ilə 2-ci bəndinə yeni məzmunda beşinci abzas əlavə edilmişdir.
1 mart 2018-ci il tarixli 1860 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 410) ilə 2-ci hissəsinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.
1 mart 2018-ci il tarixli 1860 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 410) ilə 2-ci hissəsinin üçüncü abzasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.
1 mart 2018-ci il tarixli 1860 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il № 49) ilə 2-ci hissəsinə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.
1 mart 2018-ci il tarixli 1860 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 mart 2018-ci il № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 410) ilə 2-ci hissəsinin yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.
4 aprel 2018-ci il tarixli 1903 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 aprel 2018-ci il № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 654) ilə 2-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki:
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-1-ci maddəsinin adında, birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində və 19-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 21-1-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;
həmin Qanunun 13-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Tarif (qiymət) Şurası həyata keçirir;
həmin Qanunun 17-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
həmin Qanunun 13-cü maddəsinin 11-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini qaydanın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, haqqın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər;
həmin Qanunun 21-1-ci maddəsinin adında və birinci cümləsində “qurum” dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi nəzərdə tutulur.
[3]
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728) ilə 2.1-ci bəndə “11-ci” sözlərindən əvvəl “8-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində (ikinci halda), 7-ci maddəsinin 3-cü və 4-cü hissələrində,” sözləri, “, 21-1-ci” sözlərindən əvvəl “və 4-cü hissəsində” sözləri əlavə edilmişdir.
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə 2.1-ci bənddə “yeddinci abzasında (ikinci halda)” sözləri “səkkizinci (ikinci halda) və onuncu abzaslarında” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “3-cü maddəsinin” sözlərindən sonra “1-ci, 2-ci hissələrində,” sözləri, “8-ci maddəsinin” sözlərindən əvvəl “6-1-ci maddəsinin 1-ci hissəsinin ikinci və üçüncü cümlələrində, 6-2-ci maddəsinin 1-ci hissəsinin birinci, dördüncü abzaslarında və 4-cü hissəsində, 6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində, 5-ci hissəsinin birinci cümləsində və 6-cı hissəsinin ikinci abzasında, 6-4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6-5-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində,” sözləri, “15-ci” sözlərindən əvvəl “13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.
3 fevral 2023-cü il tarixli 2020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 4 fevral 2023-cü il, № 25) ilə 21-ci bənddə “və onuncu” sözləri “, onuncu və on səkkizinci” sözləri ilə əvəz edilmişdir və “8-1-ci hissəsinin ikinci cümləsində” sözləri “3-cü hissəsinin ikinci cümləsində, 4-cü hissəsinin birinci abzasında, 8-1-ci və 12-ci hissələrinin ikinci cümlələrində, 12-1-ci və 12-3-cü (hər iki halda) hissələrində” sözləri ilə əvəz edilmişdir.
[4]
3 fevral 2023-cü il tarixli 2020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 4 fevral 2023-cü il, № 25) ilə 2.2-ci bənddə “və ikinci cümlələrində” sözləri “cümləsində” sözü ilə əvəz edilmişdir.
[5]
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə yeni məzmunda 2.2-1-ci və 2.2-2-ci bəndlər əlavə edilmişdir.
3 fevral 2023-cü il tarixli 2020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 4 fevral 2023-cü il, № 25) ilə 2.2-1-ci bəndə “hissəsində” sözündən sonra “və 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində” sözləri əlavə edilmişdir.
[6]
3 fevral 2023-cü il tarixli 2020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 4 fevral 2023-cü il, № 25) ilə 2.2-2-ci bənddə “və 4-cü hissəsində” sözləri “, 4-cü hissəsində və 13-cü maddəsinin 12-3-cü hissəsində (ikinci halda)” sözləri ilə əvəz edilmişdir.
[7]
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə 2.3-cü bənddə “on səkkizinci” sözləri “on doqquzuncu” sözləri ilə əvəz edilmişdir.
3 fevral 2023-cü il tarixli 2020 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 4 fevral 2023-cü il, № 25) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3. həmin Qanunun 1-ci maddəsinin on doqquzuncu abzasında, 13-cü maddəsinin 4-cü hissəsinin birinci abzasında və 12-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;
[8]
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728) ilə 2.4-cü bənddən “və üçüncü cümlələrində, 7-ci maddəsinin birinci abzasının ikinci” sözləri çıxarılmışdır.
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə 2.4-cü bənddə “yeddinci (birinci halda) və səkkizinci” sözləri “səkkizinci (birinci halda) və doqquzuncu” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında,” sözləri çıxarılmışdır.
[9]
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə 2.5-ci bənddən “3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində,” sözləri çıxarılmışdır.
[10]
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728) ilə 2.8-ci bənddən birinci halda “1-ci hissəsində,” və “4-cü hissəsinin ikinci cümləsində və” sözləri çıxarılmışdır və həmin bənddə “5-ci hissəsinin birinci və ikinci” sözləri “5-ci hissəsinin birinci və ikinci (birinci halda)” sözləri ilə əvəz edilmişdir.
[11]
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728) ilə 2.9-cu bəndə “Qanunun” sözündən sonra “8-ci maddəsinin 1-ci hissəsində və” sözləri əlavə edilmişdir.
[12]
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə 2.12-ci bənddə “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəz edilmişdir.
[13]
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə 2.15-ci bəndə “Qanunun” sözündən sonra “6-3-cü maddəsinin 5-ci hissəsinin birinci cümləsində,” sözləri və “hissəsində” sözündən sonra “və 13-cü maddəsinin 8-1-ci hissəsinin ikinci cümləsində” sözləri əlavə edilmişdir.
[14]
13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728) ilə 2.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.14 – 2.17-ci bəndlər əlavə edilmişdir.
[15]
8 aprel 2022-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 319) ilə 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.18 – 2.20-ci bəndlər əlavə edilmişdir.