×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
12.12.2016
QEYDİYYAT NÖMRƏSİ
Q-22
ADI
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli Q-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201612120022
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.12.2016
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli Q-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyǧun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

12.12.2016

Qeydiyyat nömrəsi

Q-22

Adı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli Q-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201612120022

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.12.2016

 

 

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyİ haqqında Əsasnamə”nin 7.7-ci, 7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli Q-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya metodu həmin təşkilatların seçimindən asılı olaraq müəyyən edilir.”

1.2. 4.1-ci bənddəki cədvəlin 2.6.6-cı sətri aşağıdakı redaksiyada verilsin:

 

2.6.6.

Minik avtomobilləri

231-3-6.6

10

29

 

1.3. 6.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“Amortizasiyanın azalan qalıq metodu əsasında amortizasiya ayırmalarını hesablayan təşkilatlar tərəfindən ilin sonuna balans dəyəri ilkin dəyərinin 5 faizindən aşağı olan əsas fondlar və qeyri-maddi aktivlər üzrə amortizasiya məbləği həmin aktivlərin balans dəyəri həcmində müəyyən edilir.”.

1.4. aşağıdakı məzmunda 6.9-cu bənd əlavə edilsin:

“6.9. İstifadə edilmiş əsas fondları və qeyri-maddi aktivləri alan təşkilat tərəfindən amortizasiya normaları bu aktivlər üzrə qalan faydalı istifadə müddətinə və balans dəyərinə uyğun olaraq müəyyən edilir.”.

2. Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu qərarın icrasına nəzarət nazir müavini Emin Hüseynova həvalə edilsin.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

 

 

Samir Şərifov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status