AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
07.12.2016
QEYDİYYAT NÖMRƏSİ
07
ADI
Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2014-cü il 13 iyun tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201612070007
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.12.2016
Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2014-cü il 13 iyun tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Enerji Nəzarəti Idarəsinin Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ ENERGETİKA NAZİRLİYİNİN KOLLEGİYASI QƏRARI

Qəbul edildiyi tarix

07.12.2016

Qeydiyyat nömrəsi

07

Adı

Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2014-cü il 13 iyun tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.120.180

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201612070007

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.12.2016

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.6-cı yarımbəndini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2014-cü il 13 iyun tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1 3.1.3-cü yarımbənddə “, onların istismara buraxılmasına xüsusi icazə” sözləri “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 482 nömrəli qərarı ilə müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.4-cü yarımbənd ləğv edilsin.

2. Hüquqi münasibətlər şöbəsinə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

 

Kollegiyanın sədri,

Azərbaycan respublikasının

Energetika naziri

 

 

 

Natiq Əliyev

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status