AKTIN NÖVÜ
Diasporla İş üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
20.12.2016
QEYDİYYAT NÖMRƏSİ
7
ADI
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 7 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.240.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201612200007
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.12.2016
Azərbaycan Respublikasının Diasporla Iş üzrə Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 7 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

20.12.2016

Qeydiyyat nömrəsi

7

Adı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 7 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

27.12.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.240.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201612200007

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

26.12.2016

 

 

“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının 2.3-cü bəndinin və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndinə əsasən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2015-ci il 7 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın 2-ci və 3-cü hissələri;”;

1.2. 1.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.3.7-ci yarımbənd əlavə edilsin:

“1.3.7. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın 2-ci hissəsi.”;

1.3. 3.4.2-ci yarımbəndin 2-ci abzasının ikinci cümləsində “Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na” sözləri ilə əvəz edilsin;

1.4. 3.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.5.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 951 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası” ilə müəyyən edilmiş qaydada.”.

2. Hüquq təminatı, ümumi və kadrlar şöbəsi bu Qərarı qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.

 

 

Kollegiyanın sədri                                                                                    Nazim İbrahimov

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status