×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.11.2016
QEYDİYYAT NÖMRƏSİ
410-VQD
ADI
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-12-2016, Nəşr nömrəsi: 291), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2021)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
230.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201611110410
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.12.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.28-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.29-cu və 1.0.30-cu maddələr əlavə edilsin:

“1.0.29. idman yarışları – beynəlxalq və ya digər səlahiyyətli idman təşkilatları tərəfindən qəbul edilmiş rayon, şəhər, regional, respublika və beynəlxalq miqyaslı idman tədbirləri;

1.0.30. idman yarışlarının manipulyasiyası – şəxsin özünün və ya başqasının xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş əməli (hərəkəti və ya hərəkətsizliyi).”.

2. 3.0.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.0.9-cu maddə əlavə edilsin:

“3.0.9. idman yarışlarının manipulyasiyasının yolverilməzliyi.”.

3. 4.0.40-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.41-ci maddə əlavə edilsin:

“4.0.41. idman yarışlarının manipulyasiyasına qarşı tədbirlərin görülməsi və belə halların qarşısının alınması.”.

4. 11.2.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.2.8-ci maddə əlavə edilsin:

“11.2.8. idman yarışlarının manipulyasiyasına qarşı mübarizə aparmaq və bununla əlaqədar normativ hüquqi aktlara uyğun olaraq müvafiq tədbirlər görmək.”.

5. Aşağıdakı məzmunda 40-2-ci maddə əlavə edilsin:

“Maddə 40-2. İdman yarışlarının manipulyasiyası ilə mübarizə

40-2.1. İdman yarışlarının manipulyasiyası qadağandır. İdman yarışlarının manipulyasiyasına qarşı aşağıdakı tədbirlər həyata keçirilir:

40-2.1.1. idman yarışlarının manipulyasiyasının qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı, maliyyə bazarlarına nəzarət orqanı və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən maarifləndirmə işlərinin, o cümlədən kütləvi informasiya vasitələrində idman yarışlarının manipulyasiyasına qarşı təbliğatın aparılması;

40-2.1.2. respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən idman klubunun rəhbərinə və əməkdaşlarına, idmançılara, idman hakimlərinə, məşqçilərə, sponsorluq edən şəxslərə, həmçinin idman yarışlarının digər iştirakçılarına və təşkilatçılarına idman yarışlarının manipulyasiyasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsi və bununla bağlı məsuliyyət nəzərdə tutulduğunun onlara izah edilməsi;

40-2.1.3. idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda, bədən tərbiyəsi və idman subyektləri və idman mərc oyunlarının operatorları tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verilməsi;

40-2.1.4. müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən idman yarışlarının manipulyasiyasına qarşı mübarizə sahəsində aidiyyəti beynəlxalq təsisatlarla əməkdaşlıq edilməsi;

40-2.1.5. idman yarışları zamanı idman növünün qaydalarına və yarışın əsasnaməsinə (reqlamentinə) riayət olunmasına nəzarət etməyə səlahiyyətləndirilmiş idman hakimlərinin mümkün qədər son mərhələdə təyin edilməsi;

40-2.1.6. məlumat verən şəxslərin müdafiəsi də daxil olmaqla, idman yarışlarının manipulyasiyası halları ilə bağlı istənilən məlumatın açıqlanmasına yardım etmək üçün effektiv mexanizmlərin yaradılması;

40-2.1.7. manipulyasiya risklərinə məruz qala biləcək idman yarışlarının gedişatına nəzarətin təmin olunması.

40-2.2. İdman yarışlarının manipulyasiyası halları ilə mübarizə aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 noyabr 2016-cı il

             № 410-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status