×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.11.2016
QEYDİYYAT NÖMRƏSİ
387-VQD
ADI
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-12-2016, Nəşr nömrəsi: 291), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2000)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201611110387
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.12.2016
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249; Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 332-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 419-cu maddə üzrə:

1.1. adında “qiymətlərlə manipulyasiya” sözləri “manipulyasiyalar” sözü ilə əvəz edilsin;

1.2. dispozisiyada “qiymətlərlə manipulyasiyaya” sözləri “manipulyasiyalara” sözü ilə əvəz edilsin;

1.3. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Qeyd:

1. Bu Məcəllənin 419-cu maddəsində “manipulyasiyalar” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsində nəzərdə tutulmuş hərəkətlər başa düşülür.

2. Bu Məcəllənin 419-cu maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.

2. 420-ci maddə üzrə:

2.1. adında “xidməti” sözü “insayd” sözü ilə əvəz edilsin;

2.2. dispozisiyada “xidməti istifadə üçün nəzərdə tutulmuş” sözləri “insayd” sözü ilə əvəz edilsin;

2.3. “Qeyd” hissəsinin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1. Bu maddədə “insayd məlumat” və “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 78.2-ci və 79.1-ci maddələrində nəzərdə tutulmuş məlumat və şəxslər başa düşülür.”.

3. 424-cü maddənin dispozisiyasında “dövlət qeydiyyatına” sözləri “qeydiyyata” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 noyabr 2016-cı il

№ 387-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status