AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.01.2017
QEYDİYYAT NÖMRƏSİ
14
ADI
Əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilən qiymətli kağızları buraxan dövlətlərin müəyyən edilməsi meyarlarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-01-2017, Nəşr Nömrəsi: 18), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2017, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 128)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.01.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201701250014
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.01.2017
Əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilən qiymətli kağızları buraxan dövlətlərin müəyyən edilməsi meyarlarının təsdiq edilməsi barədə

Əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilən qiymətli kağızları buraxan dövlətlərin müəyyən edilməsi meyarlarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Ən azı “BBB –” (“Standard&Poor's” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody's” reytinq agentliyinin klassifikasiyasına görə) uzunmüddətli kredit reytinqi dərəcəsinə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) dövlətləri, habelə İƏİT üzvləri olmayan və ən azı “AA –” (“Standard&Poor's” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Aa3” (“Moody's” reytinq agentliyinin klassifikasiyasına görə) uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olan dövlətlərin və onların mərkəzi banklarının buraxdığı qiymətli kağızlar əlavə aktivlər qismində ipoteka istiqrazlarının örtüyünün tərkibinə daxil edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 yanvar 2017-ci il

     № 14

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status