AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
16.12.2016
QEYDİYYAT NÖMRƏSİ
465-VQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-01-2017, Nəşr nömrəsi: 18), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2017, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 19)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.01.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201612160465
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.01.2017
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2016-cı il oktyabrın 10-da Bern şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il

№ 465-VQ


Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında

icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında

 

SAZİŞ

 

İmza atan yüksək Tərəflər:

Azərbaycan Respublikası Hökuməti (bundan sonra - Azərbaycan) və İsveçrə Federal Şurası (bundan sonra - İsveçrə),

hər ikisi bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq, tənzimlənməyən miqrasiya sahəsində öz aralarında əməkdaşlığı gücləndirmək qətiyyətini nümayiş etdirərək,

Azərbaycan və ya İsveçrə ərazisinə daxil olmaq və ya qanuni qalmaqla bağlı şərtlərə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsinin, təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının bu Saziş vasitəsilə və qarşılıq əsasında tez və səmərəli prosedurlarını qurmağı və əməkdaşlıq ruhunda bu cür şəxslərin tranzitini asanlaşdırmağı arzulayaraq,

bu Sazişin Azərbaycanın və İsveçrənin beynəlxalq hüquqdan, ələlxüsus Qaçqınların Statusu haqqında 28 iyul 1951-ci il tarixli Konvensiyadan və ona 31 yanvar 1967-ci il tarixli əlavə Protokoldan irəli gələn hüquq, öhdəlik və məsuliyyətini məhdudlaşdırmadığını vurğulayaraq,

məcburi qaytarılmaya nəzərən könüllü qayıdışa üstünlük verildiyini vurğulayaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Anlayışlar

 

Bu Sazişin məqsədləri baxımından:

a) “readmissiya” dedikdə, bu Sazişin müddəalarına uyğun olaraq, Sorğu edən Dövlətə daxil olmaq və ya orada qanuni qalmaqla bağlı şərtlərə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin (Sorğu edilən Dövlətin vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) Sorğu edən Dövlət tərəfindən ötürülməsi və Sorğu edilən Dövlət tərəfindən qəbulu nəzərdə tutulur;

b) “Azərbaycan vətəndaşı” dedikdə, Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur;

c) “İsveçrə vətəndaşı” dedikdə, İsveçrənin milli qanunvericiliyinə uyğun olaraq, İsveçrə vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur;

d) “üçüncü ölkə vətəndaşı” dedikdə, Azərbaycan və ya İsveçrə vətəndaşı olmayan, digər ölkənin vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur;

e) “vətəndaşlığı olmayan şəxs” dedikdə, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan şəxs nəzərdə tutulur;

f) “yaşayış icazəsi” dedikdə, Azərbaycan və ya İsveçrə tərəfindən verilən və şəxsə öz ərazisində yaşamaq hüququ verən hər hansı növ icazə nəzərdə tutulur. Buraya sığınacaq və ya yaşayış icazəsi üçün müraciətə baxılma müddətində öz ərazisində müvəqqəti qalmağa verilən icazələr daxil deyildir;

g) “viza” dedikdə, öz ərazisinə daxil olmaq, qalmaq və ya oradan tranzitlə keçmək üçün Azərbaycan və ya İsveçrə tərəfindən verilən icazə və ya qərar nəzərdə tutulur. Buraya hava limanı tranzit vizaları daxil deyildir;

h) “Sorğu edən Dövlət” dedikdə, bu Sazişin 5-ci maddəsinə uyğun olaraq readmissiya müraciəti və ya bu Sazişin 12-ci maddəsinə uyğun olaraq tranzit müraciəti etmiş Dövlət (Azərbaycan və ya İsveçrə) nəzərdə tutulur;

i) “Sorğu edilən Dövlət” dedikdə, bu Sazişin 5-ci maddəsinə uyğun olaraq readmissiya müraciəti və ya bu Sazişin 12-ci maddəsinə uyğun olaraq tranzit müraciəti göndərilən Dövlət (Azərbaycan və ya İsveçrə) nəzərdə tutulur;

j) “səlahiyyətli orqan” dedikdə, Azərbaycanın və ya İsveçrənin bu Sazişin 17(1) maddəsinə uyğun olaraq onun icrasına məsul olan milli qurumu nəzərdə tutulur;

k) “tranzit” dedikdə, üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin Sorğu edən Dövlətdən təyinat ölkəsinə gedərkən Sorğu edilən Dövlətin ərazisindən keçməsi nəzərdə tutulur.

 

Bölmə I

 

Razılığa gələn Tərəflərin readmissiya ilə bağlı öhdəlikləri

 

Maddə 2

Öz vətəndaşlarının readmissiyası

 

1. Sorğu edən Dövlətin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Sorğu edilən Dövlət Sorğu edən Dövlətin ərazisinə daxil olmaq və ya qanuni qalmaqla bağlı şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən, bu Sazişin 6-cı maddəsinə uyğun olaraq Sorğu edilən Dövlətin vətəndaşı olması sübut olunan və ya prima facie dəlillər əsasında ehtimal edilən bütün şəxsləri readmissiya edir.

2. Sorğu edilən Dövlət həmçinin aşağıdakı şəxsləri readmissiya edir:

- 1-ci bənddə göstərilən şəxslərin doğum yeri və ya vətəndaşlığından asılı olmayaraq yetkinlik yaşına çatmamış subay uşaqları, əgər onlar Sorğu edən Dövlətdə müstəqil yaşamaq hüququna malik deyildirlərsə;

- 1-ci bənddə göstərilən şəxslərin Sorğu edilən Dövlətin ərazisinə daxil olmaq və qalmaq hüququna malik olan və ya bu hüquqa yiyələnən, digər ölkənin vətəndaşı olan və ya heç bir vətəndaşlığı olmayan ərləri- /arvadları, əgər onlar Sorğu edən Dövlətdə müstəqil yaşamaq hüququna malik deyildirlərsə.

3. Sorğu edilən Dövlət, həmçinin, Sorğu edən Dövlətin ərazisinə daxil olduqdan sonra Sorğu edilən Dövlətin vətəndaşlığından həmin dövlətin milli qanunvericiliyinə uyğun olaraq imtina edən, Sorğu edən Dövlətin ərazisinə daxil olmaq və ya qanuni qalmaqla bağlı şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxsləri, əgər bu şəxslər Sorğu edən Dövlətdən vətəndaşlığa qəbul edilmək barədə ən azı vəd almamışlarsa, readmissiya edir.

4. Sorğu edilən Dövlət readmissiya ilə bağlı müraciətə müsbət cavab verdikdən sonra, Sorğu edilən Dövlətin aidiyyəti olan diplomatik nümayəndəlik və ya konsulluğu readmissiya olunacaq şəxsin istəyindən asılı olmayaraq, ödənişsiz və beş iş günündən gec olmayaraq readmissiya olunacaq şəxsə qayıdış üçün etibarlılıq müddəti 90 gün olan səyahət sənədi verir.

5. Əgər hüquqi və ya faktiki səbəblərdən aidiyyəti olan şəxs əvvəl verilmiş səyahət sənədinin etibarlılıq müddətində ötürülə bilmirsə, Sorğu edilən Dövlətin aidiyyəti olan diplomatik nümayəndəlik və ya konsulluğu beş iş günü ərzində, ödənişsiz, etibarlılıq müddəti eyni olan yeni səyahət sənədi verir.

 

Maddə 3

Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin

Readmissiyası

 

1. Sorğu edən Dövlətin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, Sorğu edilən Dövlət Sorğu edən Dövlətin ərazisinə daxil olmaq və ya qanuni qalmaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən hər hansı üçüncü ölkə vətəndaşlarını və ya vətəndaşlığı olmayan şəxsləri readmissiya edir, əgər bu Sazişin 7-ci maddəsinə uyğun olaraq sübut olunsa və ya prima facie dəlillər əsasında ehtimal edilsə ki, bu şəxslər:

(a) readmissiya müraciəti təqdim edilən anda Sorğu edilən Dövlət tərəfindən verilmiş etibarlı vizaya və ya yaşayış icazəsinə malikdirlər; və ya

(b) Sorğu edilən Dövlətin ərazisində qaldıqdan və ya tranzitlə keçdikdən sonra Sorğu edən Dövlətin ərazisinə qeyri-qanuni və birbaşa daxil olmuşlar.

2. 1-ci bənddə qeyd olunan readmissiya öhdəliyi aşağıdakı hallarda tətbiq edilmir:

(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edilən Dövlətin beynəlxalq hava limanında yalnız tranzit uçuş zonasında olmuşdur; və ya

(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edən Dövlətin ərazisinə vizasız giriş hüququndan yararlanmışdır.

3. Sorğu edən Dövlət readmissiya edilməli olan üçüncü ölkə vətəndaşlarını və vətəndaşlığı olmayan şəxsləri onların mənşə ölkələrinə ötürür və yalnız bu ötürmə mümkün olmadıqda, Sorğu edilən Dövlətə müvafiq readmissiya müraciəti təqdim edir.

4. 4(2)-ci maddəyə xələl gətirmədən, Sorğu edilən Dövlət readmissiya müraciətinə müsbət cavab verdikdən sonra, Sorğu edən Dövlət ölkədən çıxarılma məqsədilə verdiyi milli standart səyahət sənədini readmissiyası məqbul bilinən şəxsə verir.

 

Bölmə II

Readmissiya proseduru

 

Maddə 4

Prinsiplər

 

1. 2-ci bəndə əməl olunmaqla, 2 - 3-cü maddələrdə ehtiva olunan öhdəliklərdən hər hansı birinin əsasında readmissiya edilməli olan şəxsin ötürülməsi Sorğu edilən Dövlətin səlahiyyətli orqanına readmissiya müraciətinin təqdim edilməsini tələb edir.

2. Readmissiya edilməli olan şəxs Sorğu edilən Dövlətin etibarlı səyahət sənədinə, üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxslərin halında isə, həmçinin etibarlı vizasına və ya yaşayış icazəsinə malikdirsə, bu şəxsin ötürülməsi Sorğu edən Dövlətin Sorğu edilən Dövlətə readmissiya müraciətini, Sorğu edilən Dövlətin vətəndaşı halında isə, həmçinin 9(1)-ci maddədə istinad edilən yazılı bildirişi təqdim etmədən həyata keçirilə bilər.

3. 2-ci bəndə xələl gətirməmək şərti ilə, əgər şəxs bilavasitə Sorğu edilən Dövlətin ərazisindən gələrkən sərhədi qeyri-qanuni keçdikdən sonra Sorğu edən Dövlətin dövlət sərhədində və ya onun yaxınlığında, o cümlədən dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılmışdırsa, Sorğu edən Dövlət readmissiya müraciətini həmin şəxsin saxlanılmasından sonrakı iki iş günü ərzində təqdim edə bilər (sürətləndirilmiş prosedur).

 

Maddə 5

Readmissiya müraciəti

 

1. Readmissiya müraciəti, mümkün qədər əhatəli şəkildə, aşağıdakı məlumatı ehtiva etməlidir:

(a) readmissiya edilməli olan şəxsə dair xüsusi məlumat (məs., adı, soyadı, doğum tarixi və mümkünsə, doğum yeri və son yaşayış yeri) və aidiyyəti olduqda, yetkinlik yaşına çatmamış subay uşaqları və/və ya ər/arvad barədə xüsusi məlumat;

(b) Sorğu edilən Dövlətin vətəndaşları ilə bağlı, 1 və 2 saylı Əlavələrdə sadalanan vətəndaşlığı sübut edən və ya prima facie dəlillər əsasında ehtiva edən vasitələrin göstərilməsi;

(c) üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı, 3 və 4 saylı Əlavələrdə sadalanan, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən sübut və ya prima facie dəlilləri ehtiva edən vasitələrin göstərilməsi;

(d) readmissiya edilməli olan şəxsin fotoşəkli.

2. Readmissiya müraciəti, mümkün qədər əhatəli şəkildə, həmçinin aşağıdakı məlumatı ehtiva etməlidir:

(a) ötürülməli olan şəxsin köməyə və ya qayğıya ehtiyacı olduğunu bildirən bəyanat, bir şərtlə ki, həmin şəxs belə bir bəyanatın verilməsinə açıq-aşkar razılığını bildirmişdir;

(b) fərdi ötürülmə halında zəruri ola biləcək qoruma, təhlükəsizlik tədbiri və ya şəxsin səhhəti ilə bağlı məlumat.

3. Readmissiya müraciətləri üçün istifadə edilməli olan ümumi forma bu Sazişə 5 saylı Əlavədə verilmişdir.

4. Readmissiya müraciəti hər hansı kommunikasiya vasitələri ilə, o cümlədən faks, qorunan elektron poçt və s. ilə edilə bilər.

 

Maddə 6

Vətəndaşlığa dair dəlillər

 

1. 2(l)-ci maddəyə uyğun olaraq, vətəndaşlıq xüsusən bu Sazişin 1 saylı Əlavəsində sadalanan və hətta etibarlılıq müddəti ən çoxu altı ay əvvəl bitmiş sənədlər vasitəsilə sübut edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Razılığa gələn Tərəflər əlavə təhqiqat aparmadan vətəndaşlığı qarşılıqlı olaraq tanıyırlar. Vətəndaşlıq saxta sənədlər vasitəsilə sübut edilə bilməz.

2. 2(1)-ci maddəyə uyğun olaraq vətəndaşlıq məxsusi olaraq bu Sazişin 2 saylı Əlavəsində prima facie dəlillər kimi sadalanan sənədlər vasitəsilə, onların etibarlılıq müddəti bitmiş olsa belə, müəyyən edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Razılığa gələn Tərəflər əksini sübut etməzlərsə, vətəndaşlıq müəyyən edilmiş hesab olunur. Vətəndaşlıq prima facie dəlil olaraq saxta sənədlər vasitəsilə müəyyən edilə bilməz.

3. 1 və ya 2 saylı Əlavələrdə sadalanan sənədlərdən heç biri təqdim edilə bilmirsə və ya natamamdırsa, Sorğu edilən Dövlətin müvafiq diplomatik nümayəndəliyi və ya konsulluğu, Sorğu edən Dövlətin readmissiya müraciəti ilə müşayiət olunan yazılı sorğusu əsasında, mümkün qədər qısa müddət ərzində readmissiya edilməli olan şəxsin vətəndaşlığını müəyyənləşdirmək üçün onunla müsahibə edir. Müsahibələr həmçinin Sorğu edilən Dövlətin təşəbbüsü ilə keçirilə bilər.

 

Maddə 7

Üçüncü ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə dair

dəlillər

 

1. 3(1)-ci maddədə ehtiva olunduğu kimi, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən sübutlar məxsusi olaraq bu Sazişin 3 saylı Əlavəsində sadalanan dəlillər vasitəsilə təqdim edilə bilər; vətəndaşlığın sübutu saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. Razılığa gələn Tərəflər istənilən bu cür sübutu əlavə təhqiqat aparmadan qarşılıqlı olaraq tanıyırlar.

2. 3(1)-ci maddədə ehtiva olunduğu kimi, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən prima facie dəlillər məxsusi olaraq bu Sazişin 4 saylı Əlavəsində sadalanan sənədlər vasitəsilə təqdim edilə bilər; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. Bu cür prima facie dəlillər təqdim edildiyi halda, Razılığa gələn Tərəflər əksini sübut etməzlərsə, şərtlərin təsbit olunduğunu hesab etmiş olurlar.

3. Giriş və ya qalmanın qeyri-qanuniliyi aidiyyəti olan şəxsin Sorğu edən Dövlətin vizasının və ya ərazisində yaşayış icazəsinin olmadığı səyahət sənədləri əsasında müəyyən edilir. Şəxsin lazımi səyahət sənədlərinə, vizaya və ya yaşayış icazəsinə malik olmaması barədə Sorğu edən Dövlətin bəyanatı qeyri- qanuni giriş və ya qalmanın prima facie dəlilini doğurur.

 

Maddə 8

Vaxt məhdudiyyətləri

 

1. Readmissiya müraciəti Sorğu edən Dövlətin səlahiyyətli orqanı üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin Sorğu edən Dövlətin ərazisinə daxil olmaq və ya qalmaqla bağlı şərtlərinə əməl etməməsi və ya bu şərtləri artıq yerinə yetirməməsi barədə məlumatı əldə etdikdən sonra ən çoxu altı ay ərzində Sorğu edilən Dövlətin səlahiyyətli orqanına təqdim edilir. Müraciətin vaxtında təqdim edilməsində hüquqi və ya faktiki maneələr olduqda, vaxt məhdudiyyəti Sorğu edən Dövlətin sorğusu əsasında, lakin yalnız maneələr aradan qaldırılana qədər uzadılır.

2. Readmissiya müraciəti yazılı şəkildə cavablandırılır:

- müraciət sürətləndirilmiş prosedura (maddə 4(3)) əsasən edilərsə, iki iş günü ərzində;

- bütün digər hallarda iyirmi beş təqvim günü ərzində. Əgər readmissiya müraciətinə göstərilən müddət ərzində baxıla bilmirsə, Sorğu edilən Dövlət bu müddətin daha iyirmi beş gün uzadılması barədə Sorğu edən Dövləti məlumatlandıracaqdır.

Bu vaxt məhdudiyyəti readmissiya müraciətinin alındığının təsdiqləndiyi tarixdən hesablanmağa başlanır.

Readmissiya müraciətinə cavab hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn, faks, qorunan elektron poçt və s. ilə təqdim edilə bilər.

3. Readmissiya müraciətinə imtinanın səbəbləri yazılı şəkildə verilir.

4. Razılıq verildikdən sonra aidiyyəti olan şəxs üç ay ərzində ötürülür. Sorğu edən Dövlətin müraciəti əsasında, bu vaxt məhdudiyyəti hüquqi və ya praktiki maneələri aradan qaldırmaq üçün tələb olunan vaxta qədər uzadıla bilər.

 

Maddə 9

Ötürülmə üsulları və nəqliyyat rejimləri

 

1. 4(2)-ci maddəyə xələl gətirmədən, şəxsin qaytarılmasından əvvəl, Sorğu edən Dövlətin səlahiyyətli orqanları ötürülmənin tarixi, giriş üçün nəzərdə tutulan dövlət sərhədindən buraxılış məntəqəsi, mümkün müşayiətçilər və ötürülmə ilə bağlı digər müvafiq məlumatı yazılı şəkildə ən azı üç iş günü əvvəlcədən Sorğu edilən Dövlətin səlahiyyətli orqanlarına bildirir.

2. Daşınma hər hansı vasitələrlə edilə bilər. Hava yolu ilə qayıdış yalnız Razılığa gələn Tərəflərin milli daşıyıcıları ilə məhdudlaşdırılmır və müntəzəm və ya çarter reysləri ilə də edilə bilər.

3. Ötürülmə hava yolu ilə həyata keçirildikdə, mümkün müşayiətçilər zəruri vizaları hava limanında rüsumsuz əldə edirlər.

 

Maddə 10

Yanlış readmissiya

 

Bu Sazişin 2-ci və 3-cü maddələrində qeyd olunan tələblərin yerinə yetirilməməsi müvafiq şəxsin ötürülməsindən sonra altı ay, üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı isə 12 ay ərzində müəyyən edilərsə, Sorğu edən Dövlət Sorğu edilən Dövlətin readmissiya etdiyi hər hansı şəxsi geriyə götürür.

Belə hallarda bu Sazişin prosessual müddəaları mutatis mutandis tətbiq edilir və geriyə qaytarılmalı olan şəxsin həqiqi kimliyi və vətəndaşlığı ilə əlaqədar bütün mövcud məlumat təqdim edilir.

 

Bölmə III

Tranzit əməliyyatları

 

Maddə 11

Prinsiplər

 

1. Razılığa gələn Tərəflər üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin tranzitini yalnız onların təyinat dövlətinə birbaşa qaytanla bilmədikləri hallarda həyata keçirirlər.

2. Digər mümkün tranzit dövlətlərdən keçməyə və təyinat dövləti tərəfindən readmissiyaya zəmanət olduqda, Razılığa gələn Tərəflərdən hər hansı biri digərinin müraciəti əsasında üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin öz ərazisindən tranzitinə icazə verir.

3. Sorğu edilən Dövlət tranzitdən aşağıdakı hallarda imtina edə bilər:

(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat dövlətində və ya digər tranzit dövlətdə onun irqi, dini, milliyyəti, xüsusi ictimai qrupa mənsubiyyəti və yaxud siyasi əqidəyə malik olması səbəbindən işgəncə və ya qeyri-insani və ya alçaldıcı rəftar, yaxud cəza və ya ölüm cəzası, yaxud da təqibedilmə kimi həqiqi təhlükəyə məruz qalarsa; yaxud

(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat dövlətində və ya digər tranzit dövlətdə cinayət məsuliyyətinə cəlb ediləcəksə; yaxud da

(c) ictimai sağlamlıq, milli təhlükəsizlik, ictimai asayiş və ya Sorğu edilən Dövlətin digər milli maraqları əsasında.

4. Tranzit əməliyyatı zamanı 3-cü bənddə qeyd olunan hallar yaranarsa və ya aşkarlanarsa, yaxud da digər mümkün tranzit dövlətlərdən keçməyə və ya təyinat dövləti tərəfindən readmissiyaya zəmanət artıq olmadıqda, Sorğu edilən Dövlət verilmiş hər hansı icazəni ləğv edə bilər. Bu halda, Sorğu edən Dövlət üçüncü ölkə vətəndaşını və ya vətəndaşlığı olmayan şəxsi zəruri şəkildə və yubanmadan geri götürür.

 

Maddə 12

Tranzit prosedura

 

1. Tranzit əməliyyatları üçün müraciət Sorğu edilən Dövlətin səlahiyyətli orqanına yazılı şəkildə təqdim edilir və aşağıdakı məlumatı özündə əks etdirməlidir:

(a) tranzitin növü (hava, dəniz və ya quru yolu ilə), mümkün olan digər tranzit dövlətlər və müəyyən edilmiş sonuncu təyinat məntəqəsi;

(b) tranzit edilməli olan şəxs barədə məlumat (məs., adı, soyadı, qızlıq soyadı, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri, doğulduğu tarix, cinsi və mümkün olduqda, doğulduğu yer, vətəndaşlığı, dili və səyahət sənədinin növü və nömrəsi);

(c) nəzərdə tutulan sərhəd buraxılış məntəqəsi, ötürülmənin vaxtı və müşayiətçilərdən istifadənin mümkünlüyü;

(d) Sorğu edən Dövlətin fikrincə 11 (2)-ci maddənin şərtlərinin yerinə yetirildiyi və 1 1(3)-cü maddəyə əsasən imtina üçün əsas verə biləcək səbəblərin məlum olmadığı barədə bəyanat.

Tranzit müraciətləri üçün istifadə olunan ümumi forma bu Sazişin 6 saylı Əlavəsində verilmişdir.

Tranzit müraciəti hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn, faks, qorunan elektron poçt və s. ilə təqdim edilə bilər.

2. Sorğu edilən Dövlət müraciəti aldıqdan sonra beş iş günü ərzində Sorğu edən Dövləti sərhəd buraxılış məntəqəsini və nəzərdə tutulan qəbuletmə vaxtını təsdiq edən tranzit əməliyyatına razılığı barədə və ya tranzit əməliyyatından imtina və belə imtinanın səbəbləri barədə yazılı şəkildə məlumatlandırır.

Tranzit müraciəti hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn, faks, qorunan elektron poçt və s. ilə təqdim edilə bilər.

3. Tranzit əməliyyatı hava yolu ilə həyata keçirildikdə, tranzit edilməli olan şəxs və mümkün müşayiətçilər hava limanı tranzit vizasını almaqdan azad edilirlər.

4. Sorğu edilən Dövlətin səlahiyyətli orqanları qarşılıqlı məsləhətləşmələr şərti ilə tranzit əməliyyatlarında xüsusilə aidiyyəti olan şəxslərə nəzarət və bu məqsədlə əlverişli şərait yaratmaq vasitəsilə yardım edirlər.

5. Şəxslərin tranziti müraciətə razılıq alındıqdan sonra 30 gün ərzində həyata keçirilir.

 

Bölmə IV

Xərclər

 

Maddə 1 3

Nəqliyyat və tranzit xərcləri

 

Səlahiyyətli orqanların readmissiya edilməli olan şəxsdən və ya üçüncü tərəflərdən readmissiya ilə bağlı xərclərinin kompensasiyasını almaq hüququna xələl gətirmədən, bu Sazişə müvafiq olaraq readmissiya və tranzit əməliyyatlarından irəli gələn sonuncu təyinat Dövlətinin sərhədinə qədər bütün nəqliyyat xərcləri, eləcə də bu Sazişin 10-cu maddəsinə uyğun olaraq şəxslərin qaytarılması ilə bağlı xərcləri Sorğu edən Dövlət tərəfindən ödənilir.

 

Bölmə V

Məlumatın mühafizəsi və digər beynəlxalq öhdəliklərlə əlaqə

 

Maddə 14

Məlumatın mühafizəsi

 

Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən şəxsə aid olan məlumat yalnız o halda veriləcəkdir ki, vəziyyətdən asılı olaraq bu məlumatın verilməsi bu Sazişin həyata keçirilməsi üçün zəruridir. Hər bir ayrıca halda şəxsə aid olan məlumatın təhlili və istifadəsi Razılığa gələn Tərəflərin müvafiq milli qanunvericiliyinə uyğun həyata keçirilir. Əlavə olaraq aşağıdakı prinsiplər tətbiq edilir:

(a) şəxsə aid olan məlumat qərəzsiz və qanunauyğun təhlil edilməlidir;

(b) şəxsə aid olan məlumat yalnız bu Sazişin həyata keçirilməsi üçün müəyyən edilmiş, aydın və qanuni məqsədlə toplanmalıdır və bu məqsədə uyğun olmayan şəkildə, nə ötürən, nə də qəbul edən orqan tərəfindən artıq istifadə edilməməlidir;

(c) şəxsə aid olan məlumat tələblərə uyğun, işə aid olmalı və onun toplanması və/və ya sonrakı təhlili məqsədi üçün artıq olmamalıdır; xüsusilə, verilən şəxsə aid olan məlumat yalnız aşağıdakıları ehtiva edə bilər:

- ötürülməli olan şəxs barədə xüsusi məlumat (məs., adı, soyadı, əvvəlki adları, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri, cinsi, vətəndaşlıq vəziyyəti, doğulduğu tarix və yer, hazırkı və hər hansı əvvəlki vətəndaşlığı),

- pasport, şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən və ya səyahət sənədləri (nömrəsi, etibarlılıq müddəti, verilmə tarixi, verən orqan, verilən yer),

- səyahətdə dayanacaqlar və marşrutlar,

- ötürülməli olan şəxsin müəyyən edilməsi və ya bu Sazişə uyğun olaraq readmissiya tələblərini yoxlamaq üçün lazım olan digər məlumat.

(d) şəxsə aid olan məlumat düzgün olmalı və zəruri halda yenilənməlidir;

(e) şəxsə aid olan məlumat faktların yığılması və ya onların sonrakı təhlili məqsədilə tələb olunandan artıq olmamalı və yalnız zəruri göstəricilərin müəyyən edilməsinə imkan verən formada saxlanılmalıdır;

(f) məlumatın təhlili bu maddənin müddəalarına uyğun aparılmadıqda, xüsusilə də məlumat qeyri-adekvat, aidiyyətsiz, qeyri-düzgün və ya onun təhlili məqsədinə münasibətdə həddən artıq olduqda həm məlumatı təqdim edən, həm də qəbul edən orqan şəxsə aid olan məlumatın müvafiq şəkildə təshih edilməsini, silinməsini və ya bloklaşdırılmasını təmin etmək üçün bütün məqsədyönlü tədbirləri görür. Bura məlumatın təshih edilməsinə, silinməsinə və ya bloklaşdırılmasına dair digər Razılığa gələn Tərəfə bildirişin verilməsi də daxildir;

(g) sorğu əsasında, məlumatı qəbul edən orqan təqdim edən orqanı təqdim edilmiş məlumatdan istifadə və ondan əldə edilmiş nəticələr barədə məlumatlandırır. Hər hansı şəxsin müraciəti əsasında, onun özü barəsində bütün məlumatlar və ondan necə istifadə olunacağı barədə həmin şəxsə məlumat verilir;

(h) şəxsə aid olan məlumat yalnız səlahiyyətli orqanlara təqdim edilə bilər. Məlumatın sonradan digər orqanlara ötürülməsi məlumatı təqdim edən orqanın əvvəlcədən razılığını tələb edir;

(i) məlumatı təqdim edən və qəbul edən orqanların məlumatın təqdim edilməsi və qəbulunun yazılı qeydiyyatını aparmaq öhdəlikləri vardır. Onlar təqdim edilən məlumatla icazəsiz tanışlıq, onun dəyişdirilməsi və ya kənar şəxslərə açıqlanmasının qarşısını səmərəli şəkildə almalıdırlar. Saxlanılan məlumatın təhlili və istifadəsinə nəzarət Razılığa gələn Tərəflərin müvafiq orqanları tərəfindən öz milli qanunvericiliklərinə uyğun olaraq təmin edilməlidir.

 

Maddə 15

Digər beynəlxalq öhdəliklərlə əlaqə

 

1. Bu Saziş Razılığa gələn Tərəflərin beynəlxalq hüquqdan, o cümlədən onların tərəfdar çıxdığı beynəlxalq konvensiyalardan, xüsusilə də aşağıda sadalanan beynəlxalq sənədlərdən irəli gələn hüquqlarına, öhdəliklərinə və məsuliyyətlərinə təsir etmir:

- 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

- 1950-ci il tarixli İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası və onun protokolları

- 1951-ci il tarixli Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyası və onun 1967-ci il tarixli Protokolu

- 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt

- 1984-cü il tarixli İşgəncə əleyhinə BMT Konvensiyası

- ekstradisiya və tranzit haqqında beynəlxalq konvensiyalar

- xarici vətəndaşların readmissiyası haqqında çoxtərəfli beynəlxalq konvensiyalar və sazişlər, o cümlədən 1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya.

2. Bu Sazişin heç bir müddəası digər rəsmi və ya qeyri-rəsmi razılaşmalara əsasən şəxsin qaytarılmasına mane olmur.

 

Bölmə VI

Həyata keçirilmə və tətbiq

 

Maddə 16

Tətbiq üzrə əməkdaşlıq

 

1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Sazişin tətbiqi və təfsirində bir-birilərinə qarşılıqlı yardım edəcəklər.

2. Hər bir Razılığa gələn Tərəf bu Sazişin həyata keçirilməsindən irəli gələn hər hansı suala aydınlıq gətirmək məqsədilə hər iki Razılığa gələn Tərəfin ekspertlərinin görüşünü keçirmək üçün müraciət edə bilər.

3. Razılığa gələn Tərəflər bu Sazişin həyata keçirilməsi ilə bağlı çətinlikləri diplomatik kanallarla həll edirlər.

 

Maddə 17

İcraetmə ilə bağlı müddəalar

 

1. Bu Saziş qüvvəyə mindikdən sonra Razılığa gələn Tərəflər bir-birini diplomatik kanallarla bu Sazişin icrasına səlahiyyətli orqanlar, o cümlədən əlaqə ünvanları və onların sərhəd buraxılış məntəqələri barədə məlumatlandıracaqlar.

2. Razılığa gələn Tərəflər bu maddənin 1-ci bəndində bəhs edilən bu Sazişin icrasına səlahiyyətli orqanlar, əlaqə ünvanları və onların sərhəd buraxılış məntəqələri ilə əlaqədar baş vermiş dəyişikliklər barədə bir-birini diplomatik kanallarla dərhal məlumatlandıracaqlar.

3. Razılığa gələn Tərəflər arasında bütün yazışma ingilis dilində aparılır.

 

Bölmə VII

Yekun müddəalar

 

Maddə 18

Qüvvəyəminmə, müddət və qüvvədəndüşmə

 

1. Bu Saziş Razılığa gələn Tərəflərin müvafiq daxili prosedurlarına uyğun olaraq ratifikasiya və ya təsdiq ediləcək və Razılığa gələn Tərəflərin yuxarıda qeyd olunan prosedurların tamamlanması barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişi aldıqları tarixdən sonrakı ikinci ayın birinci günü qüvvəyə minəcəkdir.

2. Bu Sazişin 3-cü maddəsində qeyd olunan öhdəliklər bu Sazişin qüvvəyə mindiyi tarixdən üç il sonra tətbiq edilir. Bu üçillik müddətdə, həmin öhdəliklər yalnız o üçüncü ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilir ki, onlar Sorğu edilən Dövlətin bağladığı readmissiyaya dair müvafiq müqavilə və ya razılaşmalar əsasında üçüncü dövlətə qaytarıla bilər.

3. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.

4. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə rəsmi qaydada bildirməklə təhlükəsizlik, ictimai asayişin və ya ictimai sağlamlığın qorunması və ya digər ciddi səbəblərdən bu Sazişin həyata keçirilməsini tam və ya qismən müvəqqəti olaraq dayandıra bilər. Dayandırma belə bildirişin alındığı gündən sonrakı ikinci gün qüvvəyə minir.

5. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə rəsmi qaydada bildirməklə bu Sazişi ləğv edə bilər. Bu Saziş belə bildirişin tarixindən altı ay sonra qüvvədən düşür.

 

Maddə 19

Bu Sazişə əlavə və dəyişikliklər

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsini təşkil edən və bu Sazişin 18( 1 )-ci maddəsində göstərilmiş prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollar şəklində tərtib edilir.


 

ƏLAVƏ 1

Təqdim edilməsi vətəndaşlığın sübutu hesab edilən sənədlərin

ümumi siyahısı

 

(Maddələr 2(1) və 6(1))

 

- hər hansı növ pasportlar (ümumvətəndaş pasportları, diplomatik pasportlar, xidməti pasportlar, xüsusi pasportlar, uşaqların pasportları),

- Sorğu edilən Dövlətin verdiyi laissez-passer,

- dənizçilərin şəxsiyyət vəsiqələri istisna olmaqla, hər hansı növ şəxsiyyət vəsiqələri (o cümlədən müvəqqəti).

 

ƏLAVƏ 2

Təqdim edilməsi vətəndaşlığın prima facie dəlili hesab edilən sənədlərin

ümumi siyahısı

 

(Maddələr 2(1) və 6(2))

 

- bu Sazişin 1 saylı Əlavəsində sadalanan, etibarlılıq müddəti ən azı altı ay əvvəl bitmiş sənədlər,

- bu Sazişin 1 saylı Əlavəsində sadalanan sənədlərin hər hansı birinin surəti,

- vətəndaşlıq şəhadətnamələri və vətəndaşlığa istinad edən və ya onu aydın şəkildə göstərən digər rəsmi sənədlər,

- sürücülük vəsiqələri və ya onların surətləri,

- doğum şəhadətnamələri və ya onların surətləri,

- şirkətin kimlik vəsiqələri və ya onların surətləri,

- hərbi kitabçalar və hərbi kimlik vəsiqələri,

- dənizçinin qeydiyyat kitabçası, kapitanın xidmət kartı, dənizçinin şəxsiyyət vəsiqəsi,

- şahidlərin sənədləşdirilmiş ifadələri,

-aidiyyəti olan şəxsin sənədləşdirilmiş ifadəsi və danışdığı dili, eləcə də rəsmi dil testlərinin nəticələrini əks etdirən sənədlər,

- aidiyyəti olan şəxsin vətəndaşlığını müəyyən etməyə imkan verən hər hansı digər sənəd,

- barmaq izləri,

- avtomatlaşdırılmış informasiya sistemlərində aparılmış axtarışın nəticəsində kimliyin təsdiqi.

 

ƏLAVƏ 3

Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin

readmissiyası üçün şərtlərin sübutu hesab edilən sənədlərin

ümumi siyahısı

 

(Maddələr 3(1) və 7(1))

 

- Sorğu edilən Dövlətin verdiyi viza və/və ya yaşayış icazəsi,

- aidiyyəti olan şəxsin səyahət sənədində giriş/çıxış möhürləri və ya oxşar qeydlər və ya giriş/çıxışın digər dəlilləri (məs., fotoşəkillər),

- Sorğu edilən Dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi,

- Sorğu edilən Dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən laissez-passer.

 

ƏLAVƏ 4

Üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin

readmissiyası üçün şərtlərin prima facie dəlilləri hesab edilən

sənədlərin ümumi siyahısı

 

(Maddələr 3(1) və 7(2))

 

- aidiyyəti olan şəxsin Sorğu edən Dövlətin ərazisinə daxil olduqdan sonra yaxalanma yerinin və şərtlərinin həmin Dövlətin müvafiq qurumları tərəfindən verilmiş izahı,

- şəxsin kimliyi və/və ya qalma yeri ilə bağlı beynəlxalq təşkilat (məs., BMTQAK) tərəfindən təqdim edilmiş məlumat,

- ailə üzvləri, yol yoldaşları və s. şəxslər tərəfindən verilmiş məlumat və ya məlumatın təsdiqi,

- aidiyyəti olan şəxsin Sorğu edilən Dövlətin ərazisində qaldığını aydın şəkildə göstərən sənədlər, şəhadətnamələr və qayimələr (məs., mehmanxana qayimələri, həkimlərin/diş həkimlərinin qəbuluna yazılma barədə kartlar, dövlət və ya özəl müəssisələrə buraxılışlar, avtomobil icarəsi müqavilələri, kredit kartı çekləri və s.),

- aidiyyəti olan şəxsin adını və Sorğu edilən Dövlətin ərazisində olduğunu və hərəkət marşrutunu göstərən təyyarə, qatar, avtobus və ya gəmi bileti və/və ya sərnişin siyahısı,

- aidiyyəti olan şəxsin kuryer və ya turizm agentliyinin xidmətlərindən faydalandığını göstərən məlumat,

- xüsusilə sərhəd xidməti əməkdaşlarının və digər şahidlərin aidiyyəti olan şəxsin sərhədi keçməsinə dəlalət edən sənədləşdirilmiş rəsmi ifadələri,

- aidiyyəti olan şəxsin məhkəmə və ya inzibati proseslərdə verdiyi sənədləşdirilmiş rəsmi bəyanat,

- aidiyyəti olan şəxsin sənədləşdirilmiş ifadəsi,

- barmaq izləri.


 

 

ƏLAVƏ 5

[İsveçrə Konfederasiyasının gerbi]

 

[Azərbaycan Respublikasının emblemi]

……………………………………………………...........……

 

…………………………………………………………………

………………………………………………………............

 

……………………………………

 

 

(Yer və tarix)

(Sorğu edən orqan)

 

 

 

 

 

İstinad: …………………………………………………………………..

Kimə

 

 

……………………………………………………………………………

………………………

 

 

……………………………………………………………………………

………………………

 

 

……………………………………………………………………………

………………………

 

 

(Sorğu edilən orqan)

 

SÜRƏTLƏNDİRİLMİŞ PROSEDUR (maddə 4(3))

MÜSAHİBƏ XAHİŞİ (maddə 6(3))

 

 

 

READMİSSİYA MÜRACİƏTİ

Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası
arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında
Sazişin 5-ci maddəsinə uyğun olaraq

 

 

 

 

 

Fotoşəkil

 

 

 

A. ŞƏXSİ MƏLUMATLAR

 

1.Tam adı (soyadın altından xətt çəkməli):

 

..................................................................

 

2. Qızlıq soyadı:

 

..................................................................

 

3. Doğum tarixi və yeri:

 

..................................................................

 

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.)

.....................................................................................................................................

........................................................

 

 

5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adlar və ya təxəllüslər):

.....................................................................................................................................

........................................................

 

 

6. Vətəndaşlığı və dili:

 

 

.....................................................................................................................................

........................................................

 

 

7. Ailə vəziyyəti:        evli                            subay                    boşanmış                                       dul

Evlidirsə: Ərinin/arvadının adı

 

 

.....................................................................................................................................

........................................................

 

 

Əgər varsa, uşaqlarının adları və yaşları

 

 

........................................................

 

 

........................................................

 

 

........................................................

 

 

........................................................

 

 

8. Sorğu edilən Dövlətdə son ünvanı:

 

 

.....................................................................................................................................

........................................................

 

 

B. ƏGƏR VARSA, ƏRİ/ARVADI BARƏDƏ ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli):

 

 

.....................................................................................................................................

........................................................

 

 

2. Qızlıq soyadı:

 

 

.....................................................................................................................................

........................................................

 

 

3. Doğum tarixi və yeri:

 

 

.....................................................................................................................................

........................................................

 

 

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.)

.....................................................................................................................................

........................................................

 

 

5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adlar və ya təxəllüslər):

.....................................................................................................................................

........................................................

 

 

6. Vətəndaşlığı və dili:

 

 

.....................................................................................................................................

........................................................

 

 

C. ƏGƏR VARSA, UŞAQLAR BARƏDƏ ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli):

 

 

.....................................................................................................................................

........................................................

 

 

2. Doğum tarixi və yeri:

 

 

.....................................................................................................................................

........................................................

 

 

3. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətlər və s.):

.....................................................................................................................................

........................................................

 

 

4. Vətəndaşlığı və dili:

 

 

.....................................................................................................................................

........................................................

 

 

D. ÖTÜRÜLƏN ŞƏXSƏ DAİR XÜSUSİ HALLAR

1. Səhhəti

(mümkün olduğu halda, xüsusi tibbi qayğıya mümkün ehtiyac barədə məlu­mat; yoluxucu xəstəliklərinin latın adları);

.....................................................................................................................................

........................................................

 

 

2. Xüsusilə təhlükəli olan şəxsin göstəriciləri

(məs., ciddi qanun pozuntusunda şübhəli bilinməsi; təcavüzkar davranışı):

.....................................................................................................................................

........................................................

 

 

E. ƏLAVƏ OLUNAN DƏLİLLƏR

1. ......................................................

 

......................................................

(Pasport nömrəsi)

 

(verilmə tarixi və yeri)

......................................................

 

......................................................

(verən orqan)

 

(etibarlıdır)

2. ......................................................

 

......................................................

(şəxsiyyət vəsiqəsinin nömrəsi)

 

(verilmə tarixi və yeri)

......................................................

 

......................................................

(verən orqan)

 

(etibarlıdır)

3. ......................................................

 

......................................................

(sürücülük vəsiqəsinin nömrəsi)

 

(verilmə tarixi və yeri)

......................................................

 

......................................................

(verən orqan)

 

(etibarlıdır)

4. ......................................................

 

......................................................

(digər rəsmi sənədin nömrəsi)

 

(verilmə tarixi və yeri)

......................................................

 

......................................................

(verən orqan)

 

(etibarlıdır)

 

 

 

F. QEYDLƏR

.....................................................................................................................................

........................................................

 

 

.....................................................................................................................................

........................................................

 

 

.....................................................................................................................................

........................................................

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.................................

 

 

(İmza) (möhür/ştamp)

 

 

 


 

 

ƏLAVƏ 6

[İsveçrə Konfederasiyasının gerbi]

 

[Azərbaycan Respublikasının emblemi]

……………………………………………………...........……

 

…………………………………………………………………

………………………………………………………............

 

……………………………………

 

 

(Yer və tarix)

(Sorğu edən orqan)

 

 

 

 

 

İstinad: ……………………………………..

Kimə

 

 

………………………………………………

………………………

 

 

………………………………………………

………………………

 

 

………………………………………………

………………………

 

 

(Sorğu edilən orqan)

 

TRANZİT MÜRACİƏTİ

Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında

icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında .................... tarixli

Sazişin 12-ci maddəsinə uyğun olaraq

 

 

 

 

 

Fotoşəkil

 

 

 

A. ŞƏXSİ MƏLUMATLAR

 

1.Tam adı (soyadın altından xətt çəkməli):

 

..................................................................

 

2. Qızlıq soyadı:

 

..................................................................

 

3. Doğum tarixi və yeri:

 

..................................................................

 

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.)

.....................................................................................................................................

........................................................

 

 

5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adlar və ya təxəllüslər):

.....................................................................................................................................

........................................................

 

 

6. Vətəndaşlığı və dili:

 

 

.....................................................................................................................................

........................................................

 

 

 

 

 

 

 

 

B. TRANZİT ƏMƏLİYYATI

 

 

1. Tranzitin növü

 

 

hava ilə                                             quru yolu ilə                                               dənizlə

2. Son məntəqə Dövləti

 

 

.....................................................................................................................................

........................................................

 

 

3. Digər mümkün tranzit Dövlətləri

 

 

.....................................................................................................................................

........................................................

 

 

4. Təklif olunan sərhədkeçmə məntəqəsi, ötürülmənin tarixi və vaxtı və mümkün müşayiətlər

.....................................................................................................................................

........................................................

 

 

.....................................................................................................................................

........................................................

 

 

.....................................................................................................................................

........................................................

 

 

5. Hər hansı digər tranzit Dövlətində və son məntəqə Dövlətində təmin edi­ləcək qəbul

(12-ci maddənin 2-ci bəndi)

 

 

bəli            xeyr

 

 

6. Tranzitin rədd edilməsinin hər hansı səbəbi məlumdurmu?

(12-ci maddənin 3-cü bəndi)

 

 

bəli            xeyr

 

 

C. QEYDLƏR

 

 

.....................................................................................................................................

........................................................

 

 

.....................................................................................................................................

........................................................

 

 

.....................................................................................................................................

........................................................

 

 

.....................................................................................................................................

........................................................

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.................................

 

 

(İmza) (möhür/ştamp)

 

 

 

Maddə 20

Əlavələr

 

1 - 6 saylı Əlavələr bu Sazişin ayrılmaz hissəsini təşkil edirlər.

Bern şəhərində 10 oktyabr 2016-cı il tarixində, iki nüsxədə, Azərbaycan, alman və ingilis dillərində imzalanmışdır, bu mətnlərin hər biri bərabər autentikdir. Bu Sazişin təfsiri məqsədilə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikası

İsveçrə Federal Şurası

Hökuməti adından

adından

Elmar MƏMMƏDYAROV,

Didier BURKHALTER

xarici işlər naziri

federal müşavir,

 

Federal Xarici İşlər

 

Departamentinin rəhbəri

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status