×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.02.2017
QEYDİYYAT NÖMRƏSİ
39
ADI
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-02-2017, Nəşr Nömrəsi: 31), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 292)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201702080039
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.02.2017
Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 fevral 2017-ci il

                   № 39

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir.

1.2. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. [1]

1.2-1. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. [2]

1.3. Ali və orta ixtisas təhsil pilləsi, habelə yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. [3]

1.4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. [4]

1.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. [5]

1.7. Müsabiqədə iştirak ödənişlidir. Dairəsi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. [6]

1.8. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları – bakalavr (əsas (baza ali) tibb təhsilinin) hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür (1 nömrəli əlavə). [7]

 

2. Ərizələrin qəbul edilməsi

 

2.1. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurur və özləri təsdiq edirlər. Əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər isə Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim edirlər: [8]

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (2 nömrəli əlavə); [9]

2.1.3. Azərbaycan Respublikasında ali təhsil müəssisəsini bitirən abituriyentlərə həmin təhsil müəssisəsi tərəfindən verilən və ali təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (3 nömrəli əlavə);

2.1.4. hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.

2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

2.3. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış SQK-ya sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər.

2.3-1. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər. [10]

2.3-2. Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər. [11]

2.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. [12]

 

3. Qəbul imtahanı [13]

 

3.1. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

3.2. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. [14]

3.3. Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

3.4. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanının birinci mərhələsini, eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

3.5. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində ali təhsil pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

3.6. Buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edən abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qəbul imtahanının birinci mərhələsi çərçivəsində tələb edilən xarici dildən imtahan verməlidirlər.

3.7. Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

3.8. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilmişdir: [15]

3.8.1. I ixtisas qrupu: [16]

3.8.1.1. riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);

3.8.1.2. riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə - riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1);

3.8.2. II ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), coğrafiya (nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1);

3.8.3. III ixtisas qrupu: [17]

3.8.3.1. dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

3.8.3.2. tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi əmsal:1);

3.8.4. IV ixtisas qrupu – biologiya (nisbi əmsal:1,5), kimya (nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1);

3.8.5. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.

3.9. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

3.9-1. III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər. [18]

3.9-2. I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər. [19]

3.10. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.

3.11. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır. [20]

 

4. İxtisas seçimi

 

4.1. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplarına imtahan nəticələri elan olunduqdan sonra aparılır.

4.2. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar.

4.3. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər.

4.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.

 

5. Müsabiqənin keçirilməsi

 

5.1. Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır. Abituriyent eyni tədris ilində eyni qrup üzrə keçirilən bir neçə qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. [21]

5.2. Ümumi balı eyni olan 2 və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: [22]

5.2.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.2.2. xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

5.2.3. qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal;

5.2.4. qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi;

5.2.5. qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı;

5.2.6. qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

5.2.7. qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal;

5.2.8. qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal.

5.3. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: [23]

5.3.1. abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal; [24]

5.3.2. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.3.3. riyaziyyat fənni üzrə imtahan balı;

5.3.4. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

5.4. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: [25]

5.4.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.4.2. riyaziyyat fənni üzrə imtahan balı;

5.4.3. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

5.5. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

5.6. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir.

5.7. Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər.

5.8. Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər.

5.9. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

5.10. Müsabiqənin nəticələri elan olunduqdan sonra, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Mərkəz tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. [26]

 

6. Yekun müddəalar

 

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

6.4. Abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək; [27]

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək; [28]

6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək; [29]

6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.7. cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. [30]

6.5. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Qeyd. Bu Qaydalarda “müvafiq tədris ili” dedikdə, buraxılış imtahanının nəticələrinin qüvvədə olduğu tədris ili (cari və növbəti) nəzərdə tutulur. [31]

 


 

 

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na

1 nömrəli əlavə [32]

 

İxtisas qrupları və ixtisaslar

 

İxtisas qrupları

I

II

III [33]

IV

V

İxtisasların adı

Riyaziyyat-kimya (RK) altqrupu

Riyaziyyat-informatika (Rİ) altqrupu [34]

1. Coğrafiya müəllimliyi

Dil-tarix (DT) altqrupu

Tarix-coğrafiya (TC) altqrupu

1. Biologiya müəllimliyi

1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi*

1. Fizika müəllimliyi

1. İnformatika müəllimliyi

2. Tarix və coğrafiya müəllimliyi

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

1. Beynəlxalq münasibətlər

2. Kimya müəllimliyi

2. Musiqi müəllimliyi*

2. Riyaziyyat müəllimliyi

2. Riyaziyyat və informatika müəllimliyi

3. Beynəlxalq münasibətlər

2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

2. Regionşünaslıq (regionlar üzrə)

3. Kimya və biologiya müəllimliyi

3. Təsviri incəsənət müəllimliyi*

3. Texnologiya müəllimliyi

3. Kompüter elmləri

4. Regionşünaslıq (regionlar üzrə) [35]

3. İbtidai sinif müəllimliyi

 

4. Psixologiya

4. Aktyor sənəti*

4. Fizika

4. İnformasiya təhlükəsizliyi

5. Sosiologiya

4. Korreksiyaedici təlim

 

5. Biologiya

5. Bəstəkarlıq*

5. Geologiya

5. İnformasiya texnologiyaları

6. Beynəlxalq ticarət və logistika

5. Məktəbəqədər təhsil

 

6. Ekologiya

6. Dekorativ-tətbiqi sənət (sahələr üzrə)*

6. Mexanika

6. Kompüter mühəndisliyi

7. Biznesin idarə edilməsi

6. Tarix müəllimliyi

 

7. Kimya

7. Dirijorluq (sahələr üzrə)*

7. Riyaziyyat

7. Mexatronika və robototexnika mühəndisliyi

8. Davamlı inkişafın idarə edilməsi

7. Təhsildə sosial-psixoloji xidmət

 

8. Bağçılıq və tərəvəzçilik

8. Dizayn (sahələr üzrə)*

8. Aerokosmik mühəndislik

8. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

9. Dövlət və bələdiyyə idarəetməsi

8. Xarici dil müəllimliyi (dillər üzrə)

 

9. Baytarlıq təbabəti

9. Heykəltəraşlıq*

9. Aqromühəndislik

9. Sistemlər mühəndisliyi

10. İqtisadiyyat

9. Dinşünaslıq

 

10. Bitki mühafizəsi

10. İnstrumental ifaçılıq (sahələr üzrə)*

10. Aviasiya təhlükəsizliyi mühəndisliyi

 

11. Maliyyə

10. Dövlət və ictimai münasibətlər

 

11. Su bioehtiyatları və akvakultura

11. Musiqişünaslıq*

11. Cihaz mühəndisliyi

 

12. Marketinq

11. Fəlsəfə

 

12. Bədən tərbiyəsi və idmanda reabilitasiya

12. Operator sənəti*

12. Dəniz naviqasiyası mühəndisliyi

 

13. Menecment

12. Filologiya (dil və ədəbiyyat göstərilməklə)

 

13. Fizioterapiya və tibbi reabilitasiya

13. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)*

13. Ekologiya mühəndisliyi

 

14. Mühasibat

13. Hüquqşünaslıq

 

14. Əczaçılıq

14. Qrafika*

14. Elektrik və elektronika mühəndisliyi

 

15. Statistika

14. İslamşünaslıq

 

15. Tibb bacısı işi

15. Rejissorluq*

15. Energetika mühəndisliyi

 

16. Coğrafiya

15. Jurnalistika*

 

16. Hərbi tibb

16. Rəngkarlıq*

16. Gəmi energetik qurğularının istismarı mühəndisliyi

 

17. Hidro meteorologiya

16. Kitabxanaçılıq və informasiya fəaliyyəti

 

17. İctimai səhiyyə

17. Vokal sənəti (sahələr üzrə)*

17. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

 

18. İdman menecmenti və kommunikasiya

17. Politologiya

 

18. Stomatologiya

18. Xoreoqrafiya sənəti (sahələr üzrə)*

18. Geologiya və geofizika mühəndisliyi

 

19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

18. Tarix

 

19. Tibb

19. Məşqçilik*

19. Geomatika və geodeziya mühəndisliyi

 

20. Turizm bələdçiliyi

19. Tərcümə (dillər üzrə)

 

20. Biotexnologiya

 

20. Hava nəqliyyatının hərəkətinin təşkili

 

21. Turizm işinin təşkili

20. Bədii yaradıcılıq və ekran dramaturgiyası

 

 

 

21. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

 

 

21. Muzey, arxiv işi və abidələrin qorunması

 

 

 

22. İnşaat mühəndisliyi

 

 

22. Sənətşünaslıq (sahələr üzrə)

 

 

 

23. Kimya mühəndisliyi

 

 

23. Sosial iş

 

 

 

24. Kommunikasiya sistemləri mühəndisliyi

 

 

24. İctimai təhlükəsizlik və idarəetmə

 

 

 

25. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

 

 

 

 

 

 

26. Maşın mühəndisliyi

 

 

 

 

 

 

27. Materiallar mühəndisliyi

 

 

 

 

 

 

28. Mədən mühəndisliyi

 

 

 

 

 

 

29. Meliorasiya mühəndisliyi

 

 

 

 

 

 

30. Memarlıq*

 

 

 

 

 

 

31. Metallurgiya mühəndisliyi

 

 

 

 

 

 

32. Mexanika mühəndisliyi

 

 

 

 

 

 

33. Mühəndis fizikası

 

 

 

 

 

 

34. Neft-qaz mühəndisliyi

 

 

 

 

 

 

35. Nəqliyyat mühəndisliyi

 

 

 

 

 

 

36. Nəqliyyat tikintisi mühəndisliyi

 

 

 

 

 

 

37. Qida mühəndisliyi

 

 

 

 

 

 

38. Radiotexnika və telekommunikasiya mühəndisliyi

 

 

 

 

 

 

39. Şəhərsalma

 

 

 

 

 

 

40. Sənaye mühəndisliyi

 

 

 

 

 

 

41. Uçuş mühəndisliyi

 

 

 

 

 

 

42. Yanğın təhlükəsizliyi mühəndisliyi

 

 

 

 

 

 

43. Aqronomluq

 

 

 

 

 

 

44. Balıqçılıq

 

 

 

 

 

 

45. Meşəçilik

 

 

 

 

 

 

46. Şərabçılıq

 

 

 

 

 

 

47. Torpaqşünaslıq və aqrokimya

 

 

 

 

 

 

48. Yerquruluşu və daşınmaz əmlakın kadastrı

 

 

 

 

 

 

49. Zoomühəndislik

 

 

 

 

 

 

50. Hərbi kompozisiya materialları mühəndisliyi

 

 

 

 

 

 

51. Hərbi rabitə vasitələri mühəndisliyi

 

 

 

 

 

 

52. Optotexnika mühəndisliyi

 

 

 

 

 

 

53. Pirotexniki və partladıcı vasitələr mühəndisliyi

 

 

 

 

 

 

54. Sərhəd təhlükəsizliyi və idarəetmə

 

 

 

 

 

 

55. Silah və silah sistemləri mühəndisliyi

 

 

 

 

 

 

 

* Bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır.

 

 


“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na

 

2 nömrəli əlavə

ARAYIŞ

 

_____________________________________________________________________________

(arayışı verən təhsil müəssisəsinin adı)

 

məzunu _____________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

ondan ötrü verilir ki, həqiqətən onun qeyd olunan fənlər üzrə attestat qiymətləri aşağıdakı kimidir:

 

Tədris (_______________) dili

 

Ədəbiyyat

 

Xarici dil

 

Riyaziyyat

 

Azərbaycan tarixi

 

Ümumi tarix

 

Fizika

 

Kimya

 

Biologiya

 

Coğrafiya

 

 

Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

 

Məsul şəxs ______________ _____________________________

                               (imza)                           (soyadı, adı, atasının adı)

M.Y.

 

Tarix _____ ___________ 20 __ -ci il

 

 


 

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na

 

3 nömrəli əlavə [36]

 

 

ARAYIŞ

 

_____________________________________________________________________________

(təhsil müəssisəsinin adı)

_____________________________________________________________________________

(təhsil aldığı ixtisasın adı)

 

_________________________________________ üzrə bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsilini _________ ildə

 

bitirən _________________________________________ ondan ötrü verilir ki, həqiqətən o,

                                           (soyadı, adı, atasının adı)

 

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsilini _________________________

                                                                                                               (dövlət sifarişi əsasında/ ödənişli əsaslarla)

almışdır.

 

Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

 

Məsul şəxs ______________ _______________________________________________

                                   (imza)                                                   (soyadı, adı, atasının adı)

M.Y.

 

Tarix _____ ___________ 20__-ci il

 

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 oktyabr 2017-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1905)

2.       13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351)

3.       17 aprel 2018-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 817)

4.       8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432)

5.       19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749)

6.       7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517)

7.       5 fevral 2020-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2020-ci il, №28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 183)

8.       17 fevral 2020-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 199)

9.       18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)

10.    12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108)

11.    25 avqust 2021-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 969)

12.    9 sentyabr 2021-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2021-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1052)

13.    22 fevral 2022-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 175)

14.    12 mart 2022-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2022-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 263)

15.    21 sentyabr 2022-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1097)

16.    21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.2-ci bəndinə “tam orta,” sözlərindən sonra “yüksək texniki peşə,” sözləri əlavə edilmişdir.

 

[2] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na yeni məzmunda 1.2-1-ci bənd əlavə edilmişdir.

 

[3] 12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.3-cü bəndində “təhsili” sözü “təhsil pilləsi, habelə yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[4] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.4-cü bəndinə “Bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilmişdir.

 

[5] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndin birinci cümləsində “dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində göstərilən hallar” sözləri ilə əvəz edilmişdir.

 

19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndin ikinci cümləsinə “biliyin qiymətləndirilməsi üzrə” sözlərindən sonra “mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə” sözləri əlavə edilmişdir.

 

[6] 25 avqust 2021-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 969) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[7] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.8-ci bəndinə “bakalavr” sözündən sonra “(əsas (baza ali) tibb təhsilinin)” sözləri əlavə edilmişdir.

 

[8] 13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.1. Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər isə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni özləri təsdiq etməlidirlər. Digər abituriyentlər aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər:

 

19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.1-ci bəndinə “məzunları” sözündən sonra “və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər” sözləri əlavə edilmişdir.

 

[9] 13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.1.2-ci yarımbəndində “tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər” sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin” sözləri ilə əvəz edilmişdir.

12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.1.2-ci yarımbəndinə “tam orta,” sözlərindən sonra “yüksək texniki peşə,” sözləri və ikinci halda “orta ixtisas” sözlərindən əvvəl “yüksək texniki peşə,” sözləri əlavə edilmişdir.

 

[10] 22 fevral 2022-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 175) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

 

[11] 12 mart 2022-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2022-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 263) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na yeni məzmunda 2.3-2-ci bənd əlavə edilmişdir.

 

[12] 13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.4-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlərin Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda, onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla və ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir.

 

21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.4-cü, 3.10-cu (hər iki halda), 4.2-ci və 5.10-cu bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[13] 13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.1-ci bəndin ikinci, üçüncü və dördüncü cümlələri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:

19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3. Qəbul imtahanı

 

3.1. Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

3.1.1. I ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

3.1.2. II ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

3.1.3. III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

3.1.4. IV ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;

3.1.5. V ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

3.2. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin üstünlük dərəcəsi aşağıdakı ardıcıllıqla müəyyən edilmişdir:

3.2.1. I ixtisas qrupu – riyaziyyat, fizika, kimya, Azərbaycan (rus) dili, xarici dil. Riyaziyyat və fizika əsas fənlər hesab olunurlar;

3.2.2. II ixtisas qrupu – riyaziyyat, coğrafiya, Azərbaycan (rus) dili, xarici dil, Azərbaycan tarixi. Riyaziyyat və coğrafiya əsas fənlər hesab olunurlar;

3.2.3. III ixtisas qrupu – Azərbaycan (rus) dili, tarix, ədəbiyyat, xarici dil, riyaziyyat. Azərbaycan (rus) dili və tarix əsas fənlər hesab olunurlar;

3.2.4. IV ixtisas qrupu – biologiya, kimya, fizika, Azərbaycan (rus) dili, riyaziyyat. Biologiya və kimya əsas fənlər hesab olunurlar.

3.3. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.

3.4. İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

3.5. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

 

[14] 17 fevral 2020-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 199) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.2-ci bəndinin dördüncü cümləsində “ 45 rəqəmləri “1 saat 30 sözləri ilə əvəz edilmişdir.

 

[15] 22 fevral 2022-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 175) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.8-ci bəndin beşinci cümləsinəİxtisas qrupları” sözlərindən sonra “və altqrupları” sözləri əlavə edilmişdir.

 

[16] 12 mart 2022-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2022-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 263) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda 3.8.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.8.1. I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);

 

[17] 22 fevral 2022-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 175) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.8.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.8.3. III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

 

[18] 22 fevral 2022-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 175) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na yeni məzmunda 3.9-1-ci bənd əlavə edilmişdir.

 

[19] 12 mart 2022-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2022-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 263) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na yeni məzmunda 3.9-2-ci bənd əlavə edilmişdir.

 

[20] 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.11-ci bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

21 sentyabr 2022-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1097) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.11-ci bəndinin ikinci cümləsində “I dərəcə gözdən əlilliyi olan” sözləri “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[21] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 5.1-ci bəndin birinci cümləyə “imtahanında” sözündən sonra “(iki mərhələnin nəticəsində)” sözləri əlavə edilmişdir və ikinci cümləyə “ilində” sözündən sonra “eyni qrup üzrə” sözləri əlavə edilmişdir.

 

[22] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 5.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.2. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.2.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.2.2. xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

5.2.3. qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;

5.2.4. qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;

5.2.5. qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

5.2.6. qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;

5.2.7. qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

 

[23] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 5.3-cü bəndin ikinci cümləsində “Ümumi” sözü “Yekun” sözü ilə əvəz edilmişdir.

 

[24] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 5.3.1-ci yarımbəndində “cari” sözü “müvafiq” sözü ilə əvəz edilmişdir.

 

[25] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 5.4-cü bəndin birinci cümləsində “cari” sözü “müvafiq” sözü ilə və “yekun” sözü “ümumi” sözü ilə əvəz edilmişdir.

 

[26] 17 oktyabr 2017-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1905) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na yeni məzmunda 5.10-cu bənd əlavə edilmişdir.

 

[27] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.1-ci yarımbəndinə “göndərmək” sözündən sonra “və ya sərxoş vəziyyətdə gəlmək” sözləri əlavə edilmişdir.

 

[28] 17 aprel 2018-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 817) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı” sözləri ilə əvəz edilmişdir.

 

[29] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.5-ci yarımbəndinə hər iki halda “kartına” sözündən sonra “(vərəqinə)” sözü əlavə edilmişdir.

 

[30] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.7-ci yarımbəndinə “kartını” sözündən sonra “(vərəqini)” sözü əlavə edilmişdir.

 

[31] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın “Qeyd”i yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Qeyd. 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.

13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar” I ixtisas qrupu sütununun “42. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv edilmişdir.

13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar” I ixtisas qrupu sütununa yeni məzmunda 79-84-cü hissələr əlavə edilmişdir.

13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar” II ixtisas qrupu sütununa yeni məzmunda 21-ci və 22-ci hissələr əlavə edilmişdir.

13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar” IV ixtisas qrupu sütununa yeni məzmunda 16-18-ci hissələr əlavə edilmişdir.

13 fevral 2018-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 351) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar” V ixtisas qrupu sütununa yeni məzmunda 22-ci və 23-cü hissələr əlavə edilmişdir.

 

[32] 5 fevral 2020-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2020-ci il, №28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 183) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiq edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

 

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na

 

1 nömrəli əlavə

 

İxtisas qrupları və ixtisaslar

 

İxtisas qrupları

I

II

III

IV

V

İxtisasların adı

1. Fizika müəllimliyi

2. Riyaziyyat və informatika müəllimliyi

3. Riyaziyyat müəllimliyi

4. Texnologiya müəllimliyi

5. İnformatika müəllimliyi

6. Riyaziyyat

7. Mexanika

8. Fizika

9. Geologiya

10. Kompüter elmləri

11. Materialşünaslıq mühəndisliyi

12. Geologiya mühəndisliyi

13. Hidrogeologiya mühəndisliyi

14. Geofizika mühəndisliyi

15. Dağ-mədən mühəndisliyi

16. Neft-qaz mühəndisliyi

17. Neft-qaz qurğuları mühəndisliyi

18. Elektroenergetika mühəndisliyi

19. İstilik energetikası mühəndisliyi

20. Enerji maşınqayırması mühəndisliyi

21. Metallurgiya mühəndisliyi

 

22. Maşın mühəndisliyi

23. Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

24. Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

25. Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

26. Uçuş mühəndisliyi

27. Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi

28. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

29. Gəmi energetik qurğularının istismarı mühəndisliyi

30. Dəniz naviqasiyası mühəndisliyi

31. Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

32. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

33. Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

34. Cihazqayırma mühəndisliyi

35. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

36. Elektrik mühəndisliyi

37. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

38. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

39. Mexatronika və robototexnika mühəndisliyi

40. Mexanika mühəndisliyi

41. Kompüter mühəndisliyi

42. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

43. Memarlıq*

44. İnşaat mühəndisliyi

45. Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

46. Nəqliyyat tikintisi mühəndisliyi

47. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

48. Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi

49. Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

50. Torpaqşünaslıq və aqrokimya

51. Kimya mühəndisliyi

52. Qida məhsulları mühəndisliyi

53. Çoxişlənən malların texnologiyası mühəndisliyi

54. İstehlak mallarının ekspertizası və marketinqi

55. Poliqrafiya mühəndisliyi

 

 

56. Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

57. Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

58. Biotibbi texnologiya mühəndisliyi

59. Ekologiya mühəndisliyi

60. Yanğın təhlükəsizliyi mühəndisliyi

61. Aqromühəndislik

62. Aqronomluq

63. Zootexniklik

64. Balıqçılıq və balıqçılıq təsərrüfatı işi

65. Meşəçilik

66. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

67. Optotexnika

68. Pirotexniki vasitələrin texnologiyası

69. Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı

70. İnformasiya təhlükəsizliyi

71. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri

72. Silah və silah sistemlərinin istehsal texnologiyası

73. Xüsusi təyinatlı texnika və sistemlər

74. Kosmik texnologiyalar mühəndisliyi

75. Kosmik texnika mühəndisliyi

76. Kosmik idarəetmə sistemləri mühəndisliyi

77. Geodeziya və xəritəçilik mühəndisliyi

78. Yer quruluşu, torpaq və şəhər kadastrı

79. İnformasiya texnologiyaları

80. Sistem mühəndisliyi

81. Sənaye mühəndisliyi

82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

83. Şəhərsalma

84. Şərabçılıq

 

1. Tarix və coğrafiya müəllimliyi

2. Coğrafiya müəllimliyi

3. Sosiologiya

4. Regionşünaslıq (regionlar üzrə)

5. Beynəlxalq münasibətlər

6. Dünya iqtisadiyyatı

7. Mühasibat uçotu və audit

8. Maliyyə

9. İqtisadiyyat

10. Sənayenin təşkili və idarə olunması

11. Statistika

12. Menecment

13. Marketinq

14. Biznesin idarə edilməsi

15. Dövlət və bələdiyyə idarəetməsi

16. Kommersiya

17. Hidrometeorologiya

18. Turizm və otelçilik

19. Coğrafiya

20. Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)

21. Davamlı inkişafın idarə edilməsi

22. İdman menecmenti və kommunikasiya

 1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. Xarici dil müəllimliyi (dillər üzrə)

3. Tarix müəllimliyi

4. İbtidai sinif müəllimliyi

5. Korreksiyaedici təlim

6. Məktəbəqədər təlim və tərbiyə

7. Təhsildə sosial-psixoloji xidmət

8. Filologiya (dil və ədəbiyyat göstərilməklə)

9. Fəlsəfə

10. Tərcümə (dillər üzrə)

11. Jurnalistika*

12. Kitabşünaslıq

13. Tarix

14. Antropologiya

15. Politologiya

16. Hüquqşünaslıq

17. Dinşünaslıq

18. Kitabxanaçılıq və informasiya

19. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

 

20. Sənətşünaslıq

21. Teatrşünaslıq

22. Kinoşünaslıq

23. Bədii yaradıcılıq və ekran dramaturgiyası

24. Sosial iş

25. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

26. Dövlət və ictimai münasibətlər

1. Biologiya müəllimliyi

2. Kimya müəllimliyi

3. Kimya və biologiya müəllimliyi

4. Psixologiya

5. Biologiya

6. Ekologiya

7. Baytarlıq

8. Müalicə işi

9. Hərbi həkim işi

10. Tibbi profilaktika

11. Stomatologiya

12. Əczaçılıq

13. Həkim yardımçısı

14. Su bioehtiyatları və akvabitkilər

15. Kimya

16. Bitki mühafizəsi

17. Bağçılıq və tərəvəzçilik

18. Bədən tərbiyəsi və idmanda reabilitasiya

 

1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)*

2. Bədən tərbiyəsi və idman*

3. Musiqi müəllimliyi*

4. Təsviri incəsənət müəllimliyi*

5. İnstrumental ifaçılıq*

6. Solo oxuma*

7. Dirijorluq*

8. Bəstəkarlıq*

9. Musiqişünaslıq*

10. Xoreoqrafiya sənəti*

11. Estrada sənəti*

12. Xalq çalğı alətləri ifaçılığı*

13. Aktyor sənəti*

14. Dekorativ sənət*

15. Rejissorluq*

16. Operator sənəti*

17. Rəngkarlıq*

18. Qrafika*

19. Heykəltəraşlıq*

20. Dizayn* (təsviri sənət istiqaməti)

21. Dizayn* (memarlıq və dizayn istiqaməti)

22. Məşqçi (idman növü üzrə)

23. Rəqs müəllimliyi

 

*Bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır.

 

[33] 9 sentyabr 2021-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2021-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1052) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar”nın III ixtisas qrupu sütununa yeni məzmunda 25-26-cı hissələr əlavə edilmişdir.

 

22 fevral 2022-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2022-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 175) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar”ın III ixtisas qrupu sütunu “İxtisasların adı” sətrindən sonra “Dil-tarix (DT) altqrupu” və “Tarix-coğrafiya (TC) altqrupu” adlı iki sütuna bölünməklə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

3. İbtidai sinif müəllimliyi

4. Korreksiyaedici təlim

5. Məktəbəqədər təhsil

6. Tarix müəllimliyi

7. Təhsildə sosial-psixoloji xidmət

8. Xarici dil müəllimliyi (dillər üzrə)

9. Dinşünaslıq

10. Dövlət və ictimai münasibətlər

11. Fəlsəfə

12. Filologiya (dil və ədəbiyyat göstərilməklə)

13. Hüquqşünaslıq

14. İslamşünaslıq

15. Jurnalistika*

16. Kitabxanaçılıq və informasiya fəaliyyəti

17. Politologiya

18. Tarix

19. Tərcümə (dillər üzrə)

20. Bədii yaradıcılıq və ekran dramaturgiyası

21. Muzey, arxiv işi və abidələrin qorunması

22. Sənətşünaslıq (sahələr üzrə)

23. Sosial iş

24. İctimai təhlükəsizlik və idarəetmə

25. Beynəlxalq münasibətlər

26. Regionşünaslıq (regionlar üzrə)

 

[34] 12 mart 2022-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 mart 2022-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 263) ilə Qaydalara 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar”ın I ixtisas qrupu sütunu “İxtisasların adı” sətrindən sonra “Riyaziyyat-kimya (RK) altqrupu” və “Riyaziyyat-informatika (Rİ) altqrupu” adlı iki sütuna bölünməklə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Fizika müəllimliyi

2. İnformatika müəllimliyi

3. Riyaziyyat müəllimliyi

4. Riyaziyyat və informatika müəllimliyi

5. Texnologiya müəllimliyi

6. Fizika

7. Geologiya

8. Kompüter elmləri

9. Mexanika

10. Riyaziyyat

11. Aerokosmik mühəndislik

12. Aqromühəndislik

13. Aviasiya təhlükəsizliyi mühəndisliyi

14. Cihaz mühəndisliyi

15. Dəniz naviqasiyası mühəndisliyi

16. Ekologiya mühəndisliyi

17. Elektrik və elektronika mühəndisliyi

18. Energetika mühəndisliyi

19. Gəmi energetik qurğularının istismarı mühəndisliyi

20. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

21. Geologiya və geofizika mühəndisliyi

22. Geomatika və geodeziya mühəndisliyi

23. Hava nəqliyyatının hərəkətinin təşkili

24. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

25. İnformasiya təhlükəsizliyi

26. İnformasiya texnologiyaları

27. İnşaat mühəndisliyi

28. Kimya mühəndisliyi

29. Kommunikasiya sistemləri mühəndisliyi

30. Kompüter mühəndisliyi

31. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

32. Maşın mühəndisliyi

33. Materiallar mühəndisliyi

34. Mədən mühəndisliyi

35. Meliorasiya mühəndisliyi

36. Memarlıq*

37. Metallurgiya mühəndisliyi

38. Mexanika mühəndisliyi

39. Mexatronika və robototexnika mühəndisliyi

40. Mühəndis fizikası

41. Neft- qaz mühəndisliyi

42. Nəqliyyat mühəndisliyi

43. Nəqliyyat tikintisi mühəndisliyi

44. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

45. Qida mühəndisliyi

46. Radiotexnika və telekommunikasiya mühəndisliyi

47. Şəhərsalma

48. Sənaye mühəndisliyi

49. Uçuş mühəndisliyi

50. Yanğın təhlükəsizliyi mühəndisliyi

51. Aqronomluq

52. Balıqçılıq

53. Meşəçilik

54. Şərabçılıq

55. Torpaqşünaslıq və aqrokimya

56. Yerquruluşu və daşınmaz əmlakın kadastrı

57. Zoomühəndislik

58. Hərbi kompozisiya materialları mühəndisliyi

59. Hərbi rabitə vasitələri mühəndisliyi

60. Optotexnika mühəndisliyi

61. Pirotexniki və partladıcı vasitələr mühəndisliyi

62. Sərhəd təhlükəsizliyi və idarəetmə

63. Silah və silah sistemləri mühəndisliyi

64. Sistemlər mühəndisliyi

 

[35] 9 sentyabr 2021-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2021-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1052) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar”nın II ixtisas qrupu sütunundan “3. Beynəlxalq münasibətlər” və “4. Regionşünaslıq (regionlar üzrə)” hissələri ləğv edilmişdir.

 

[36] 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavənin mətninə hər iki halda “bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status