×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.02.2017
QEYDİYYAT NÖMRƏSİ
520-VQD
ADI
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-02-2017, Nəşr nömrəsi: 42), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 27-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 159)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201702010520
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.02.2017
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 301-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.3.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.6-cı maddə əlavə olunsun:

“6.3.6. investisiya qiymətli kağızlarının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxılarsa).”.

2. 23.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“23.1. İnvestisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla, adlı formada buraxılır. Sənədsiz investisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır.”.

3. 91.1-ci maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il

№ 520-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status