×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.02.2017
QEYDİYYAT NÖMRƏSİ
1260
ADI
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01-03-2017, Nəşr Nömrəsi: 46), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 45), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 204)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201702231260
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.02.2017
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair 2016-cı il dekabrın 8-də Cenevrə şəhərində imzalanmış Əməkdaşlıq Sazişi təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Sazişinin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Miqrasiya Təşkilatına bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2017-ci il

                  № 1260


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq
Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü
qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair

 

ƏMƏKDAŞLIQ SAZİŞİ

 

Bundan sonra “Tərəflər”, ayrı-ayrılıqda “Tərəf adlandırılacaq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Beynəlxalq Miqrasiya Təşkilatının 1996-cı ildən Azərbaycan Respublikası ilə əməkdaşlıq etdiyini və Azərbaycan Respublikasının 2001-ci ildən Beynəlxalq Miqrasiya Təşkilatına üzv olduğunu nəzərə alaraq,

miqrasiya ilə bağlı ümumi maraq kəsb edən layihələrin işlənib hazırlanması və həyata keçirilməsi sahəsindəki əməkdaşlıq vasitəsilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən mükəmməl işgüzar əlaqələrin inkişaf etdirildiyini nəzərə alaraq,

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının ümumi maraq kəsb edən məsələlər üzrə öz müsbət və konstruktiv əlaqələrini davam etdirmələri barədə öhdəlik götürdüklərini nəzərə alaraq,

humanist və nizamlı miqrasiyanın miqrantlar, habelə cəmiyyət üçün faydalı olacağının dərk edildiyini nəzərə alaraq,

Tərəflərin səriştəsi və uzunmüddətli təcrübəsi sayəsində Beynəlxalq Miqrasiya Təşkilatını miqrasiya idarəçiliyi sahəsində aparıcı beynəlxalq təşkilat olaraq öz üzv-dövlətləri üçün mühüm xidmət təminatçısı kimi qəbul etdiklərini nəzərə alaraq,

1999-cu il dekabrın 8-də Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında imzalanmış Əməkdaşlıq Sazişini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı öz səlahiyyətlərinə uyğun olaraq və müvafiq resursların mövcudluğunu əsas götürərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bundan sonra “Donor” adlandırılacaq Dövlət Miqrasiya Xidməti bu Sazişin 2-ci maddəsində qeyd edilən məbləğdə maliyyə dəstəyi göstərir.

 

Maddə 2

 

Donor BMqT-nin “Miqrantların Azərbaycan Respublikasından Könüllü Qayıdışına Yardım üzrə” Pilot Layihəsi (bundan sonra - Layihə) üçün cəmi 50,000 (əlli min) Azərbaycan manatı (bundan sonra - Maddi Töhfə) məbləğində maliyyə dəstəyinin göstərilməsinə öz razılığını verəcək.

 

Maddə 3

 

Maddi Töhfə, bu Sazişin ayrılmaz hissəsi olan Layihə Sənədi (Əlavə A) və Layihə Büdcəsində (Əlavə B) təfərrüatları ilə təsvir olunmuş layihə xərclərinin maliyyələşdirilməsi üçün BMqT tərəfindən istifadə olunur. BMqT Maddi Töhfənin xərclənməsindən sonrakı 3 (üç) ay müddət ərzində Donora maliyyə və təsviri hesabatları təqdim edir. Maddi Töhfə BMqT tərəfindən xərcləndikdən sonra, Donor bu fəaliyyətlərin davam etdirilməsini təklif edərsə, BMqT əlavə maliyyə vəsaitlərinin ayrılması üçün Donora müraciət edə bilər. BMqT əvvəlcədən maliyyə vəsaiti almadığı fəaliyyət növlərini icra etmir.

 

Maddə 4

 

BMqT-nin müvafiq bank hesabında Maddi Töhfənin qeydə alınmasını təmin etmək məqsədilə bu Saziş qüvvəyə mindikdə göstərilən məbləğ Donor tərəfindən aşağıda qeyd olunan bank hesabına Azərbaycan manatı ekvivalentində, BMqT layihəsinin istinad nömrəsini/kodunu göstərmək şərtilə, bir dəfəyə köçürülməklə ödənilir:

Bankın adı: YapıKredi Bank Azərbaycan Kod: 509987

INT: 9900009021

Müxbir hesab: AZ51NABZ01350100000000012944

SWIFT: KABAAZ22

Təşkilatın adı: Beynəlxalq Miqrasiya Təşkilatı

Hesab nömrəsi: AZ20KABA00000000000004124227

INT: 9900044611

 

Maddə 5

 

BMqT Maddi Töhfənin qəbul edilib idarə olunmasını öz normativ sənədlərinə, qaydalarına və direktivlərinə, habelə Azərbaycan Respublikasının aidiyyəti və müvafiq qanunvericiliyinə uyğun təmin edir. Maddi Töhfə yalnız BMqT-nin maliyyə sənədlərində, qaydalarında və direktivlərində nəzərdə tutulmuş daxili və xarici audit prosedurlarının müstəsna predmetidir. Donor əlavə auditlərin keçirilməsini tələb etdiyi təqdirdə, əlaqədar xərclər məhz onun tərəfindən ödəniləcək. BMqT bu cür razılaşdırılmış auditlərin keçirilməsi zamanı öz imtiyaz və immunitetlərini nəzərə almaqla əməkdaşlıq etməyə razılıq verir.

 

Maddə 6

 

BMqT-nin məşğulluq, təqaüd və ya işdən azad olunma, etika və yaxud davranış təlimatları,

yaxud siyasətini rəhbər tutan hər hansı bir şəxs bu Sazişin icrası ilə bağlı tətbiq edilən təlimatların və ya siyasətin müvafiq müddəalarına riayət etmirsə, o, bu Sazişdən birbaşa və ya dolayı yolla faydalanmayacaqdır.

 

Maddə 7

 

BMqT Birləşmiş Millətlər Təşkilatının müvafiq müddət üçün mövcud olan əməliyyat mübadilə kursundan istifadə etməklə həyata keçiriləcək bütün əlaqədar maliyyə hesablaşmalarının qeydiyyatını aparmaq məqsədilə xüsusi layihə kodu təmin edir.

 

Maddə 8

 

Maddi Töhfə hesabına əldə olunan bütün avadanlıqlar, ləvazimatlar və digər mallar üzərində əmlak hüququ BMqT-yə məxsusdur.

 

Maddə 9

 

Patentlər, müəllif hüquqları, əmtəə nişanlan və layihədən irəli gələn məlumat əldə etmə daxil olmaqla, lakin bununla məhdudlaşmadan, bütün intellektual mülkiyyət və digər mülkiyyət hüquqları, eləcə də hər hansı bir əmlak və ya onun bir hissəsinin istifadəsi, yenidən istifadəsi, uyğunlaşdırılınası, nəşri və yayılması hüquqları heç bir məhdudlaşdırma olmadan BMqT-yə məxsusdur.

 

Maddə 10

 

BMqT geniş ictimaiyyətə təqdim olunan bütün məlumatlarda, pressrelizlərdə və nəşrlərdə maliyyə dəstəyi formasında Maddi Töhfənin Donor tərəfindən ayrıldığını bəyan edəcək. Bundan başqa, əgər Donor münasib hesab edərsə, Tərəflər arasında razılaşdırıldığı kimi, Donor tərəfindən geniş ictimaiyyət üçün bu Sazişlə bağlı məlumatların hazırlanması işinin təşkilində BMqT Donora kömək göstərə bilər. Əgər Donor tələb və ya xahiş edərsə, BMqT Donorun maliyyələşdirməsini tanımağı sonlandıracaq. BMqT açıqlamaların hər hansı məxfi və ya sırf BMqT-yə məxsus informasiyanı özündə əks etdirməyəcəyi təqdirdə, onun adı, ayrılmış maliyyə vəsaitinin məbləği, bu məbləğ müqabilində həyata keçiriləcək tədbirlərin ümumi xarakteri barədə məlumatların Donor tərəfindən geniş ictimaiyyətə təqdim olunmasını qəbul edir.

 

Maddə 11

 

BMqT yaranmış fors-major halları ilə, o cümlədən baş verən ictimai iğtişaşlarla, hərbi əməliyyatlarla, təbii fəlakətlərlə və BMqT-dən asılı olmayan digər vəziyyətlərlə əlaqədar bu Sazişdən irəli gələn öhdəliklərin icra olunması istiqamətində yaranan ləngimələrə və ya bu öhdəliklərin ümumiyyətlə həyata keçirilməməsinə məsuliyyət daşımır. Belə olan halda BMqT bu cür səbəblərin və ya halların mövcudluğu və ləngimələrin ehtimal olunması barədə bildirişi dərhal yazılı surətdə Donora təqdim edəcək.

 

Maddə 12

 

Bu Sazişlə və ya sözügedən Layihə ilə əlaqədar BMqT və Donorun əldə etdiyi və ya onlara təqdim olunmuş bütün, o cümlədən fərdi məlumatlar ciddi surətdə konfidensial hesab olunacaq. Aidiyyəti şəxsin əvvəlcədən yazılı razılığı olmadan onun barəsində heç bir fərdi məlumat üçüncü tərəfə ötürülmür. BMqT bu Sazişin icrası zamanı topladığı, qəbul etdiyi, istifadə etdiyi, ötürdüyü və ya özündə saxladığı hər hansı şəxsi məlumatlarla əlaqədar olaraq BMqT-nin Məlumatların Müdafiəsi Prinsiplərinə riayət edir. Bu maddədən irəli gələn öhdəliklər Saziş başa çatdıqdan və ya ləğv edildikdən sonra da qüvvədə qalır.

 

Maddə 13

 

Bu Sazişdən irəli gələn və ya bu Sazişlə, həmçinin onun pozulması, başa çatdırılması və yaxud etibarsızlığı ilə bağlı mübahisələr, ziddiyyətlər, yaxud iddialar tərəflər arasında dostyana aparılan danışıqlar yolu ilə həll olunur.

 

Maddə 14

 

Bu Sazişdə əks olunan hər hansı bir məsələ hökumətlərarası təşkilat olan BMqT-yə verilən imtiyaz və immunitetlərə təsir göstərməyəcək.

 

Maddə 15

 

Tərəflərdən biri bu Sazişin ləğv olunması ilə bağlı niyyətini yazılı olaraq 90 (doxsan) gün əvvəldən diplomatik kanallar vasitəsilə qarşı Tərəfə bildirə bilər. Layihə başa çatanadək bu Saziş ləğv edilərsə, BMqT Maddi Töhfənin istifadə edilməmiş hər hansı bir hissəsini Layihənin həyata keçirilməsi tarixinin başa çatmasınadək qüvvədə olan bütün öhdəlik və vəzifələrin təmin edilməsinə və layihə tədbirlərinin məntiqi nəticəsinə gətirilməsinədək özündə saxlamaqda davam edə bilər. BMqT ləğvetmə barədə bildirişin təqdim olunması tarixinədək müvafiq qaydada və düzgün istifadə etdiyi hər hansı maliyyə vəsaitlərinin geri qaytarılmasına cavabdeh deyil.

Bu Sazişə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında yazılı olaraq edilə bilər. Əlavə və dəyişikliklər ayrıca protokollar şəklində tərtib edilməklə bu Sazişin ayrılmaz hissəsini təşkil edir və 17-ci maddəyə uyğun olaraq qüvvəyə minməlidir.

 

Maddə 17

 

Bu Saziş Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə Sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq daxili prosedurların tamamlandığını təsdiq edən yazılı bildirişinin BMqT tərəfindən qəbul edildiyi tarixdə qüvvəyə minir.

Azərbaycan və ingilis dillərində iki nüsxədə razılaşdırılıb və imzalanan hər iki mətn bərabər autentikdir. İki mətn arasında ziddiyyət olduğu təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Resbublikası

Beynəlxalq Miqrasiya

Dövlət Miqrasiya Xidməti adından

Təşkilatı adından

Firudin NƏBİYEV,

Wiliam LACY SWİNG,

Dövlət Miqrasiya Xidmətinin rəisi

Beynəlxalq Miqrasiya Təşkilatının

 

Baş direktoru

 

8.12.2016.

8.12.2016

Cenevrə

Cenevrə

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status