×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.02.2017
QEYDİYYAT NÖMRƏSİ
507-VQD
ADI
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-03-2017, Nəşr nömrəsi: 54), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2017, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 329)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.03.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.040.070
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201702010507
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.03.2017
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080; 2007, № 8, maddə 756; 2010, № 3, maddələr 171, 172; 2011, № 3, maddə 162, № 7, maddə 617; 2012, № 5, maddə 405, № 7, maddə 653; 2015, № 2, maddə 81, № 11, maddə 1291; 2016, № 6, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1.2-ci və 56.3-cü maddələrə (birinci halda) “şəxslər” sözündən sonra “(o cümlədən publik hüquqi şəxslər)” sözləri əlavə edilsin.

2. 29.1.7-ci, 29.1.12-ci və 29.1.24-cü maddələrə (birinci halda) “şəxslərin” sözündən sonra “(o cümlədən publik hüquqi şəxslərin)” sözləri əlavə edilsin.

3. 37.1.10-cu maddədə “o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi” sözləri “həmçinin ictimai funksiyaları yerinə yetirən hüquqi (o cümlədən publik hüquqi)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il

               № 507-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status