“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun-da dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 mart 2017-ci il
№ 87
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 10 mart tarixli 87 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə
SERTİFİKATIN FORMASI
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü və 28-1-ci maddələrinə müvafiq olaraq test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Dövlət Qulluğu Sertifikatı (bundan sonra – Sertifikat) (2 nömrəli əlavə) verilir.
[1]
2. Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələr A və B növləri olmaqla, aşağıdakı qruplara bölünür:
[2]
2.1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
2.1.1. AA qrupu;
[3]
2.1.2. AB qrupu;
2.1.3. AC qrupu;
2.2. B növü - inzibati icraçı vəzifələr üzrə:
2.2.1. BA qrupu;
2.2.2. BB qrupu;
2.3. C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:
[4]
2.3.1. CA qrupu;
2.4. D növü - yardımçı texniki vəzifələr üzrə:
2.4.1. DA qrupu.
və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın 1 nömrəli əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.
[5]
4. Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
5. Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 Formatdadır.
6. Sertifikatda aşağıdakılar göstərilir:
6.1. Sertifikatın yuxarı hissəsində Mərkəzin loqotipinin rəngli təsviri;
6.2. loqotipin altında birinci sətirdə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”, ikinci sətirdə “Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən” sözləri, üçüncü sətirdə “Sertifikat” sözü;
6.3. “Sertifikat” sözünün qarşısında Sertifikatın seriyası və qeydiyyat nömrəsi;
[6]
6.4. Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı;
6.5. imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar);
6.6. Sertifikatın müsahibədə iştirak etmək və ya dövlət qulluğunda fəaliyyəti davam etdirmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu);
[7]
6.7. aşağıdakı məzmunda Qeyd:
“Sertifikatın dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə üzrə müsahibədə iştirak etmək və ya dövlət qulluğunda fəaliyyəti davam etdirmək hüququ verməsi haqqında Qeyd”;
[8]
6.8. Sertifikatın verilməsi barədə Mərkəzin qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti);
6.9. Mərkəzin Direktorlar Şurasının sədrinin adı, soyadı, imzası və möhür.
7. Sertifikat blankının nümunəsi Mərkəz tərəfindən müəyyən edilir.
8. Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.
9. Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:
9.1. namizədin soyadı, adı, atasının adı dəyişdikdə;
9.2. Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;
9.3. Sertifikat yararsız hala düşdükdə.
10. Sertifikat itirildikdə onun dublikatı verilir.
11. Mərkəz dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.
|
“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na
1 nömrəli əlavə
[9]
|
Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələrin növləri, qrupları və alt qrupları
[10]
Vəzifə növü
|
Vəzifə qrupu
|
Vəzifə altqrupu
|
Altqrupa daxil olan vəzifələr
|
1
|
2
|
3
|
4
|
A
|
|
|
|
|
|
||
|
|
||
|
|
||
AB
|
AB1
|
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) aparatlarında şöbə müdiri istisna olmaqla, şöbə müdiri;
[13]
sektor müdiri;
regional bölmənin rəhbəri
|
|
AB2
|
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini;
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) rəhbərlərinin müşavirləri, köməkçiləri istisna olmaqla, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;
[14]
regional bölmənin rəhbərinin müavini;
|
||
AB3
|
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
sektor müdiri;
şöbə müdiri
|
||
AB4
|
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
şöbə müdirinin müavini
|
||
AC
|
AC1
|
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
yerli bölmənin rəhbəri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri
|
|
AC2
|
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
sektor müdiri;
yerli bölmənin rəhbəri
|
||
AC3
|
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
yerli bölmələrin rəhbərlərinin müavini;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri
|
||
AC4
|
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
sektor müdiri;
dövlət orqanı rəhbərinin köməkçisi
|
||
B
|
BA
|
BA1
|
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
|
BA2
|
inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi
|
||
BA3
|
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
|
||
BA4
|
inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
|
||
BB
|
BB1
|
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
|
|
BB2
|
inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
|
||
BB3
|
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi
|
||
BB4
|
inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi
|
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
|
“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 noyabr 2017-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2176)
2.
26 fevral 2018-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 366)
3.
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274)
4.
24 iyun 2022-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2022-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 684)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 noyabr 2017-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2176) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın 1-ci hissənin birinci cümləsində “müvafiq” sözü “inzibati” sözü ilə əvəz edilmişdir.
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda 1-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra – Sertifikat) verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.
[2]
27 noyabr 2017-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2176) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın 2-ci hissədən “və yardımçı” sözləri çıxarılmışdır və həmin hissədə “A, B, C və D” sözləri “A və B” sözləri ilə əvəz edilmişdir.
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda 2-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Sertifikatın verilməsi üçün inzibati vəzifələr A və B növləri üzrə aşağıdakı qruplara bölünür:
[3]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda 2.1.1-ci yarımbənd ləğv edilmişdir.
[4]
27 noyabr 2017-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2176) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın 2.3-cü və 2.4-cü bəndləri ləğv edilmişdir.
[5]
27 noyabr 2017-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2176) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın 3-cü hissəsində “A, B, C və D” sözləri “A və B” sözləri ilə əvəz edilmişdir və həmin hissədən “və yardımçı” sözləri çıxarılmışdır.
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda 3-cü hissənin birinci cümləsində “əlavəsində” sözü “1 nömrəli əlavəsində” sözləri ilə əvəz edilmişdir.
[6]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda 6.3-cü bəndə “qeydiyyat nömrəsi” sözlərindən əvvəl “seriyası və” sözləri əlavə edilmişdir.
[7]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda 6.6-cı bəndə “iştirak etmək” sözlərindən sonra “və ya dövlət qulluğunda fəaliyyəti davam etdirmək” sözləri əlavə edilmişdir.
[8]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda 6.7-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
“Qeyd. Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir.”;
[9]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəli üzrə yuxarı sağ küncündə “əlavə” sözü “1 nömrəli əlavə” sözləri ilə əvəz edilmişdir.
[10]
27 noyabr 2017-ci il tarixli 514 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2176) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavənin adından “və yardımçı” sözləri, cədvəlindən “C” və “D” sətirləri çıxarılmışdır.
[11]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəli üzrə “AA” sətri çıxarılmışdır.
[12]
26 fevral 2018-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 366) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın “AA2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;” sözləri çıxarılmışdır.
[13]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəli üzrə “AB1” sətrində “şöbə müdiri;” sözləri “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) aparatlarında şöbə müdiri istisna olmaqla, şöbə müdiri;” sözləri ilə əvəz edilmişdir.
[14]
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəli üzrə “AB2” sətrində “dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;” sözləri “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) rəhbərlərinin müşavirləri, köməkçiləri istisna olmaqla, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;” sözləri ilə əvəz edilmişdir.
24 iyun 2022-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2022-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 684) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na 1 nömrəli əlavə - “Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəlinin “AB1” və “AB2” sətrlərinə “Komissiyası” sözündən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi” sözləri əlavə edilmişdir.
[15]
26 fevral 2018-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 366) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın “AB2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini” sözləri çıxarılmışdır.
[16]
26 fevral 2018-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 366) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın “AC2” sətrindən “şöbə müdiri;” sözləri çıxarılmışdır.
[17]
26 fevral 2018-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 366) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın “AC3” sətrindən “şöbə müdirinin müavini;” sözləri çıxarılmışdır.
[18]
26 fevral 2018-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 366) ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın “AC4” sətrindən “yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;” sözləri çıxarılmışdır.