AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
02.03.2017
QEYDİYYAT NÖMRƏSİ
01
ADI
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2013-cü il 11 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.03.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201703020001
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.03.2017
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2013-cü il 11 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

02.03.2017

Qeydiyyat nömrəsi

01

Adı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2013-cü il 11 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

15.03.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.050

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201703020001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

14.03.2017

 

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.7-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2013-cü il 11 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.2-ci yarımbənddə “olunmasında” sözündən sonra “, emiqrasiya” sözü əlavə edilsin.

1.2. 3-cü hissə üzrə:

1.2.1. 3.1.1-ci yarımbənddə “immiqrasiya” sözündən sonra “, emiqrasiya” sözü əlavə edilsin;

1.2.2. 3.1.12-ci yarımbənddə hər iki halda “daxili” sözündən əvvəl “emiqrasiya və” sözləri əlavə edilsin;

1.2.3. aşağıdakı məzmunda 3.1.13-1-ci və 3.1.13-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.13-1. regional miqrasiya idarələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət etmək;

3.1.13-2. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq icazələrinin verilməsinə əsas olan halların mövcudluğunu Xidmətin struktur bölmələri tərəfindən daxil olmuş sorğu əsasında araşdırmaq;”.

1.3. 5-ci hissə üzrə:

1.3.1. 5.2-ci bənd üzrə:

1.3.1.1. birinci cümlədə “İmmiqrasiya nəzarəti və deportasiya” sözləri “Qanunsuz miqrasiya hallarının aradan qaldırılması” sözləri ilə, “şöbə” sözü “bölmə” sözü ilə və “Daxili miqrasiya şöbəsi” sözləri “Ölkə vətəndaşları ilə iş bölməsi” sözləri ilə əvəz edilsin;

1.3.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin tərkibinə 3 şöbə (Miqrasiya rejiminə nəzarət şöbəsi, Ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsi və Ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsi) daxildir.”.

1.3.2. 5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.5. Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi eyni zamanda Baş idarə rəisinin müavinidir. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi həyata keçirir.”;

1.3.3. 5.8.2-ci yarımbənddə “şöbə” sözündən sonra “, bölmə” sözü əlavə edilsin;

1.3.4. 5.8.3-cü yarımbənddə “vəzifələrin” sözündən sonra “, habelə etik davranış qaydalarının tələblərinin” sözləri əlavə edilsin;

1.3.5. 5.9.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.9.3. İdarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflərini Baş idarə rəisinə təqdim edir;”;

1.3.6. 5.9.5-ci yarımbənddə “rəhbərliyinin” sözündən sonra “və Baş idarə rəisinin” sözləri əlavə edilsin;

1.3.7. 5.9.11-ci yarımbənddə “hüquqi” sözündən əvvəl “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə,” sözləri əlavə edilsin;

1.3.8. 5.10-cu bənddə və 5.10.1-ci, 5.10.2-ci, 5.10.3-cü, 5.10.4-cü, 5.10.5-ci, 5.10.6-cı, 5.10.9-cu, 5.11.4-cü, 5.12.4-cü və 5.12.11-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Şöbə” sözündən sonra ismin müvafiq hallarında “(Bölmə)” sözü əlavə edilsin;

1.3.9. 5.10.3-cü, 5.10.5-ci, 5.10.6-cı və 5.10.9-cu yarımbəndlərdə “İdarə rəisinə” sözlərindən əvvəl “Baş idarənin müstəqil bölməsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbələrində isə” sözləri əlavə edilsin;

1.3.10. aşağıdakı məzmunda 5.10.7-1-ci yarımbənd əlavə edilsin:

“5.10.7-1. hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;”;

1.3.11. 5.11.1-ci, 5.11.2-ci və 5.11.3-cü yarımbəndlərdə “şöbənin” sözündən sonra “(bölmənin)” sözü əlavə edilsin;

1.3.12. 5.10.10-cu yarımbənddə “bağlı” sözündən sonra “Baş idarənin müstəqil bölməsində” sözləri əlavə edilsin, “və idarə rəisinin” sözləri isə “rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə rəisinin” sözləri ilə əvəz edilsin;

1.2.13. 5.11.6-cı yarımbənddə “bağlı” sözündən sonra “Baş idarənin müstəqil bölməsində” sözləri əlavə edilsin, “, İdarə və” sözləri isə “rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və” sözləri ilə əvəz edilsin;

1.3.14. 5.12-ci bənddə “Baş mütəxəssis” sözləri “Kiçik inspektor-kargüzar” sözləri ilə əvəz edilsin.

1.4. 6-cı hissə üzrə:

1.4.1. adında “şöbələrin” sözü “şöbə və bölmələrin” sözləri ilə əvəz edilsin;

1.4.2. 6.1-ci bənddə “İmmiqrasiya nəzarəti və deportasiya” sözləri “Qanunsuz miqrasiya hallarının aradan qaldırılması” sözləri ilə əvəz edilsin;

1.4.3. 6.1.1-ci yarımbənddə “3.1.13-cü bəndlərində” sözləri “3.1.13-3.1.13-2-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin;

1.4.4. 6.2-ci bənddə “İmmiqrasiya nəzarəti” sözləri “Miqrasiya rejiminə nəzarət” sözləri ilə əvəz edilsin;

1.4.5. 6.2.1-ci yarımbənddə “3.1.1-3.1.7-ci, 3.1.7-1-ci, 3.1.10-cu və 3.1.13-cü bəndlərində” sözləri “3.1.1-ci, 3.1.2-1-ci, 3.1.5-ci, 3.1.13-cü və 3.1.13-1-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin;

1.4.6. 6.3-cü bənddə “Deportasiya” sözü “Ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli” sözləri ilə əvəz edilsin;

1.4.7. 6.3.1-ci yarımbənddə “3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11-ci bəndlərində” sözləri “3.1.7-1-ci, 3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin;

1.4.8. 6.4-cü bənddə “Daxili miqrasiya” sözləri “Ölkə daxilində miqrasiya məsələlərinə baxılması” sözləri ilə əvəz edilsin;

1.4.9. 6.4.1-ci yarımbənddə “3.1.1-ci və 3.1.12-ci bəndlərində” sözləri “3.1.2-ci, 3.1.3-cü, 3.1.4-cü, 3.1.6-cı, 3.1.7-ci, 3.1.10-cu və 3.1.13-2-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin;

1.4.10. 6.5-ci bənd əlavə olunsun:

6.5. Ölkə vətəndaşları ilə iş bölməsinin əsas vəzifələri aşağıdakılardır:

6.5.1. bu Əsasnamənin 3.1.1-ci və 3.1.12-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək;

6.5.2. Bölmənin səlahiyyətlərinə dair vahid miqrasiya məlumat sistemində əksini tapmalı olan məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

6.5.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə bölməyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.”.

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

 

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

 

 

II dərəcəli dövlət

miqrasiya xidməti müşaviri

 

Firudin Nəbiyev

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status