AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.12.1998
QEYDİYYAT NÖMRƏSİ
238
ADI
Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1998, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 805)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında

Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı 

 

 “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 28 dekabr 1998-ci il

                     № 238

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 28 dekabr tarixli 238 n
ömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə

QAYDALARI

I. Ümumİ müddəalar

1.1. Bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına əsasən hazırlanmışdır və torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasının və yeraltı qurğuların tikintisinin, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasının və istismarının aparılması qaydalarını müəyyən edir.

1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. [1]

1.3. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında bu Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

II. Yer təkİnİn torpaq sahİblərİ tərəfİndən İstİfadəsİnə aİd əsas tələblər

2.1. Torpaq sahibləri:

2.1.1. onlara məxsus torpaq sahələrinin hüdudlarında çıxarılmış faydalı qazıntılardan yalnız öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilərlər və onları sata bilməzlər;

2.1.2. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsini təmin etməlidirlər;

2.1.3. yerin təkinin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını tənzimləyən standartlara (normalara, qaydalara) riayət etməlidirlər;

2.1.4. yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasını təmin etməlidirlər;

2.1.5. tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməməlidirlər;

2.1.6. mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirərkən Azərbaycan Respublikasının Su Məcəlləsinin və digər qanunvericilik aktların tələblərinə riayət etməlidirlər;

2.1.7. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən yerin təkindən istifadə ilə əlaqədar işləri dayandırmalı və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə dərhal məlumat verməlidirlər; [2]

2.1.8. geodeziya və trianqulyasiya nişanlarının, yerüstü və yeraltı kommunikasiyaların mühafizəsini təmin etməlidirlər;

2.1.9. yerin təkindən istifadə zamanı yer təkinin və ətraf mühitin çirklənməsinə yol verməməlidirlər.

III. Yerİn təkİndən İstİfadənİn qadağan edİlməsİ

3.1. Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəsi aşağıdakı hallarda qadağan edilir:

3.1.1. yaşayış məntəqələrinin, şəhər ətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə ziyan vurarsa;

3.1.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

IV. Məsulİyyət

4.1. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə ilə əlaqədar işləri apararkən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675)
  2. 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675) ilə "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"nın 1.2-ci bəndində "xüsusi razılıq (lisenziya)" sözləri "xüsusi icazə" sözləri ilə əvəz edilmişdir.

14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”nın 1.2-ci bənddə “dağ-mədən ayırması və xüsusi icazə” sözləri “icazə” sözü ilə əvəz edilmişdir.

 

[2] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”nın 2.1.7-ci yarımbənddə “müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status