×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.12.1998
QEYDİYYAT NÖMRƏSİ
239
ADI
Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1998, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 806)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.12.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı 

 

Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın ödəmə normativlərini yeni iqtisadi şəraitə uyğunlaşdırmaq və təbiətdən istifadə subyektlərinin məsuliyyətini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativləri təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında geniş yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın ödəmə normativlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 8 iyul tarixli 319 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 28 dekabr 1998-ci il

                     № 239

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 28 dekabr tarixli 239 n
ömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

ƏLAVƏ

 

Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə

Ödəmə normatİvlərİ

 

Faydalı qazıntının adı

1 m3 qanunsuz işlədilən faydalı qazıntıya görə, manatla

1. Qum

27500

2. Çınqıl

33000

3. Çaqıl

33000

4. Qırmadaş

33000

5. Gil

27500

6. Gilcə

25850

7. Pemza

30250

8. Gəc

27500

9. Süxur (qarışıq)

16500

10. Əhəngdaşı

38500

11. Dolomit

38500

12. Mergel

27500 [2]

 

Qeydlər:

1. Əgər yer təkinin qanunsuz işlənməsi zamanı ətraf mühitin digər komponentlərinə də (torpaq, bitki və digər sərvətlər) zərər yetirilərsə, ziyanın ümumi məbləği götürülür. Torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 m 3 üçün təbiətə dəymiş ziyanın məbləği 275000 manat hesablanır.

2. Xüsusi mühafizə olunan ərazilərdə, turizm və rekreasiya zonalarında yer təkinin qanunsuz istismarı zamanı təbiətə dəymiş ziyanın məbləği 3 qat qiyməti ilə hesablanır. [3]

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2003-cü il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 527)

2. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)

3. 29 mart 2020-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 380)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart 2020-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 380) ilə 1-ci hissəsi ləğv edilmişdir.

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2003-cü il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 527) ilə "Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativləri"nə 10-cu, 11-ci və 12-ci bəndlər əlavə edilmişdir.

 

[3] 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132) ilə «Qeydlər» hissəsinin 2-ci bəndində «rekreasiya» sözündən əvvəl «turizm və» sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status