AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
30.03.2017
QEYDİYYAT NÖMRƏSİ
2784
ADI
“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 31-03-2017, Nəşr Nömrəsi: 65), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2017, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 470)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.03.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201703302784
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.04.2017
“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 mart 2017-ci il

   № 2784

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 30 mart tarixli 2784 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün

 

Tədbirlər Planı

 

Tədbirin adı

İcraçılar/Tövsiyə

İcra müddəti

1. Çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi

1.1.

Çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktların, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi,

Ədliyyə Nazirliyi,

Səhiyyə Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2017 (aprel-sentyabr)

1.2.

Çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi,

Ədliyyə Nazirliyi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Fövqəladə Hallar Nazirliyi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2017

1.3.

Sahibkarlar tərəfindən idarə olunan çimərliklərdən istifadə imkanlarının artırılması ilə bağlı tədbirlər görülməsi, habelə çimərliklərdən istifadə qaydasının təsdiq edilməsi

Nazirlər Kabineti,

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2018

2. Çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi

2.1.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yeni çimərliklər salınması üçün müvafiq sahilboyu ərazilərin aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyən edilməsi, model çimərlik layihələri əsasında çimərliklərin yaradılması ilə bağlı təkliflərin hazırlanması və sahibkarların bu barədə məlumatlandırılmasının təmin edilməsi

Mədəniyyət və Turizm Nazirliyi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Səhiyyə Nazirliyi,

Fövqəladə Hallar Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları.

Tövsiyə edilir:

bələdiyyələr

2017

2.2.

Çimərliklər üçün müəyyən edilmiş ərazilərdə formalaşan tullantı sularının idarə edilməsi

“Azərsu” ASC. Tövsiyə edilir:

bələdiyyələr

2017–2020

2.3.

Çimərliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılması və infrastrukturun (yol, su, kanalizasiya, elektrik, rabitə və digər xidmətlər) formalaşdırılmasına dair təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Fövqəladə Hallar Nazirliyi,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,

“Azərsu” ASC,

“Azərenerji” ASC,

yerli icra hakimiyyəti orqanları [1]

2017–2018

2.4.

Beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazilərinin yaxınlığında müvafiq infrastruktur obyektlərinin inşasına, həmçinin aidiyyəti üzrə sahibkarların təklif etdiyi layihələrin dəstəklənməsinə dair təkliflərin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2017–2018

2.5.

Çimərliklərin akvatoriyalarında, çimərliklərarası sahələrdə (ən azı 200 metrdən bir) su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqların normalara uyğun olaraq yaradılması

Fövqəladə Hallar Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

2.6.

Çimərlik operatorlarının əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görülməsi

Fövqəladə Hallar Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları

2017–2018

2.7.

Çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələrinin quraşdırılması, həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görülməsi

yerli icra hakimiyyəti orqanları.

Tövsiyə edilir:

bələdiyyələr

2017–2020

2.8.

Çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktların, o cümlədən standartların tələblərinə (tövsiyələrinə) uyğun olaraq çimərlik ərazilərində həmin fəaliyyətin həyata keçirilməsi məqsədilə kompleks xidmətlərin yaradılması

yerli icra hakimiyyəti orqanları.

Tövsiyə edilir:

bələdiyyələr

2017–2018

3. Çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi

3.1.

Çimərlik fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə çimərlik operatorları tərəfindən standartların tələblərinə riayət olunmasının monitorinqinin keçirilməsi

Mədəniyyət və Turizm Nazirliyi,

Fövqəladə Hallar Nazirliyi,

Səhiyyə Nazirliyi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

3.2.

Çimərlik operatorları assosiasiyasının yaradılmasının təşviqi

Mədəniyyət və Turizm Nazirliyi

2017–2020

4. Ətraf mühiti mühafizə tədbirləri

4.1.

Çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili

“Azərsu” ASC,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Səhiyyə Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları.

Tövsiyə edilir:

bələdiyyələr

2017–2020

4.2.

Ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi

“Azərsu” ASC,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Səhiyyə Nazirliyi

2017–2020

4.3.

Çimərliklərdə sanitariya-mühafizə zonalarının yaradılması və bu ərazilərdə həyata keçirilməsinə qanunla yol verilən fəaliyyət növləri ilə bağlı təkliflər verilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Səhiyyə Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

4.4.

Çimərliklərdə məişət tullantılarının idarə olunması mexanizminin təkmilləşdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Səhiyyə Nazirliyi,

Ədliyyə Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2018

5. Təhlükəsizlik tədbirləri

5.1.

Çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsi

Fövqəladə Hallar Nazirliyi

2017–2020

5.2.

Çimərlik operatorları ilə müqavilə əsasında su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə, su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizminin yaradılması ilə bağlı tədbirlər görülməsi

Fövqəladə Hallar Nazirliyi

2017–2020

5.3.

Çimərlik operatorları ilə müqavilə əsasında çimərlik ərazisinin su akvatoriyasını təmizləmək mexanizminin yaradılması ilə bağlı tədbirlər görülməsi

Fövqəladə Hallar Nazirliyi

2017–2020

6. Çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi

6.1.

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 10-cu bəndinin icrası ilə əlaqədar yaradılacaq turizm reyestrində və müvafiq informasiya saytında çimərlik turizminə dair ayrıca bölmənin olması, çimərliklərin xəritələri və onlar barədə ətraflı məlumatların bu bölmədə yerləşdirilməsi və çimərlik mövsümü ilə bağlı elektron bülletenin hazırlanması

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

6.2.

Azərbaycanın çimərlik turizm məhsulunun yerli və beynəlxalq səviyyəli turizm sərgilərində iştirak yolu ilə, reklam çap materialları və digər marketinq vasitələrindən istifadə edilməklə təşviqi

Mədəniyyət və Turizm Nazirliyi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

6.3.

Turistləri əraziyə cəlb etmək üçün müvafiq təbliğat-təşviqat tədbirlərinin görülməsi

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

6.4.

Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə çimərlik turizmi ilə bağlı seminarların, təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

6.5.

Çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması üçün maarifləndirmə işlərinin aparılması

Mədəniyyət və Turizm Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2017–2020

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 avqust 2018-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1678)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 avqust 2018-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1678) ilə "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nın 2.3-cü bəndinin "İcraçılar/Tövsiyə" sütununda "Azəravtoyol" ASC" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status