AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.04.2017
QEYDİYYAT NÖMRƏSİ
1327
ADI
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-04-2017, Nəşr nömrəsi: 73), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2017, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 541)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.04.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201704051327
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.04.2017
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair 2017-ci il martın 14-də Paris şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2017-ci il

                  № 1327


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat

və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya

texnologiyaları sahələrində əməkdaşlığa dair

 

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi,

innovasiya, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində qarşılıqlı marağı təsdiq edən Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan dostluq əlaqələrini nəzərə alaraq,

İKT sahəsində hər iki Tərəf üçün qarşılıqlı maraq kəsb edən innovasiya layihələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün elmi tədqiqat və istehsal qurumları, milli və regional səviyyələrdə dövlət qurumları və müəssisələr arasında əməkdaşlığın və strateji tərəfdaşlıq əlaqələrinin dəstəklənməsinin vacibliyini nəzərə alaraq,

elmi əməkdaşlıq, texnologiya və innovasiya sahələrində Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında inkişaf etdiriləcək tərəfdaşlığın müxtəlifliyini nəzərə alaraq,

innovasiya və İKT sahəsində uzunmüddətli, ədalətli və qarşılıqlı mənfəət meyarları əsasında iqtisadi əlaqələri möhkəmləndirmək məqsədi ilə texnologiyaların, biliklərin və biznes imkanlarının bölüşdürülməsində Azərbaycan Respublikasının və Fransa Respublikasının öz iradələrini nümayiş etdirmələrini nəzərə alaraq,

innovasiya sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə, xüsusilə Fransanın rəqabətədavamlı sahələri ilə Azərbaycan Respublikasının texnoloji parkları, klasterləri və inkubatorları arasında çoxtərəfli əməkdaşlığa əsaslanaraq,

innovasiyalarm inkişafı, xüsusilə də standartlar, elmi tədqiqat və inkişaf qurumları, texnoloji transfer və kadr hazırlığı üçün beynəlxalq əməkdaşlığın zəruri olduğuna əmin olaraq,

innovasiyalar sahəsində, xüsusilə də İKT sahəsində dostluq əlaqələrinin və əməkdaşlığın gücləndirilməsini və birgə layihələrdə iştirak etməklə, hər iki ölkənin müəssisələrinin inkişaf etməsinə imkan yaradılmasını arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bu Anlaşma Memorandumunun əsas məqsədi təcrübənin bölüşülməsinə və qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləmək üçün innovasiya və İKT sahələrində Azərbaycan Respublikasının və Fransa Respublikasının nazirlikləri, yerli hakimiyyət orqanları, elmi tədqiqat təşkilatları, müəssisə və qurumları ilə birgə Tərəflər arasında əməkdaşlığı dəstəkləməkdir.

 

Maddə 2

 

Tərəflər bu Anlaşma Memorandumunun imzalanmasından sonra ən geci 4 (dörd) ay müddətində prioritet iş sahələri və hər iki Tərəfin qurumlarının ona cəlb edilə biləcəyini müəyyən edən iş proqramı barədə danışıqlar aparmağı öz öhdələrinə götürürlər.

 

Maddə 3

 

Əməkdaşlıq üçün nəzərdə tutulan sahələr aşağıdakılardır:

  1. hər iki ölkənin nazirlikləri, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, elmi tədqiqat və inkişaf mərkəzləri, qurumları, peşəkar assosiasiyaları və federasiyaları, dövlət və özəl müəssisələri arasında məlumat və qabaqcıl təcrübə mübadiləsi;
  2. investisiyaların, yeni xidmət və təcrübələrin həyata keçirilməsinin təşviqi, innovasiyalarm və İKT sahəsində layihələrin yerinə yetirilməsi prosesi;
  3. biznes qurumları, təhsil və tədqiqat təşkilatları, rəqabətədavamlı kiasterlər (Fransada) və onların Azərbaycan Respublikasındakı analoqları arasında əməkdaşlığın inkişaf etdirilməsi;
  4. innovasiya təcrübələrini bölüşmək və işgüzar əlaqələri inkişafa sövq etmək üçün şirkətlər arasında birbaşa əlaqələrin asanlaşdınlması;
  5. dövlət orqanlarında, e-hökumət və ümumiyyətlə, dövlət sektorunda tətbiq olunan qabaqcıl innovasiya təcrübəsinin mübadiləsi və İKT sahəsində rəqabətədavamlı klasterlerin yaradılmasına yardım göstərilməsi;
  6. kosmik sənayenin inkişaf etdirilməsi və kosmik texnologiyalardan istifadə olunması üçün əməkdaşlıq edilməsi;

Beynəlxalq Telekommunikasiya İttifaqı və digər beynəlxalq qurumlar tərəfindən keçirilən konfrans, seminar və tədbirlərdə təkliflərin və mövqelərin qarşılıqlı dəstəklənməsi.

Tərəflərin ümumi razılığı əsasında bu Anlaşma Memorandumunun 10-cu maddəsində göstərilmiş qaydalara uyğun olaraq əməkdaşlıq sahələri genişləndirilə bilər.

 

Maddə 4

 

İKT sahəsində prioritet sahələr aşağıdakılardır:

a)                      genişzolaqlı internetə çıxışın, lazımi infrastruktur və xidmətlərin yaradılması;

b)                      “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi;

c)                       kosmik texnologiyalardan istifadə;

d)                     Tərəfləri maraqlandıran digər sahələr.

Bu Anlaşma Memorandumunda nəzərdə tutulan birgə tədbirlər özündə aşağıdakıları cəmləşdirə bilər:

a)                      ekspertlərin mübadiləsi və nümayəndə heyətlərinin səfərlərinin asanlaşdırılması;

b)                      ikitərəfli forum və görüşlərin təşkili, İKT sahəsində təşkil olunan sərgilərdə iştirak;

c)                       hər iki ölkədə stajçıların qəbulu;

d)                     beynəlxalq tenderlərdə birgə iştirak (ikitərəfli və ya çoxtərəfli);

e)                      innovasiyalara şərait yaradan dövlət qurumlarının dəstəyi ilə iki ölkə arasında innovasiyalar və işgüzar tərəfdaşlıq üçün pilot proqramların hazırlanması və ya davam etdirilməsi;

f)                       birgə layihələr üçün müəssisələrin müəyyən olunması və səfərbər edilməsi;

g)                      nanotexnologiyalar və texnoparkların yaradılması üzrə əməkdaşlıq.

Bu Anlaşma Memorandumunun müddəalarını həyata keçirmək məqsədi ilə Tərəflər iş cədvəlini, mütəxəssislərin və lazımi məlumatların göndərilməsini müəyyən edirlər.

 

Maddə 5

 

Tərəflər bu Anlaşma Memorandumunun müddəalarının icrası üçün hər iki Tərəfdən ümumi əlaqələndiricilər təyin edir və bu əlaqələndiricilər Tərəflərin bu Anlaşma Memorandumunun icrası ilə əlaqədar müəyyən etdikləri hər mövzu üzrə aidiyyəti üzrə ixtisaslaşmış dövlət və özəl ekspertlərə istinad edirlər.

Tərəflər bu əməkdaşlıq çərçivəsində mübadilə etdikləri məxfi məlumatların öz milli qanunvericiliklərinə uyğun olaraq qorunması üçün zəruri tədbirlər görmək, həmçinin belə məlumatı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu məlumatı üçüncü tərəfə yaymamaq öhdəliyini daşıyırlar. Bu müddəa bu Anlaşma Memorandumu qüvvədən düşdükdən sonra da qüvvədə qalır.

 

Maddə 6

 

Bu Anlaşma Memorandumunun imzalanmasından ən geci 2 (iki) ay sonra hər iki Tərəf ümumi əlaqələndiricilərin adlarını və vəzifələrini rəsmi olaraq elan edir.

Tərəflərdən hər biri digər Tərəfə yazılı məlumat verməklə, öz nümayəndəsinin adını və vəzifəsini dəyişə bilər.

Tərəflərin yuxarıda göstərilən 5-ci maddəyə əsasən təyin etdikləri nümayəndələr, eləcə də bu Anlaşma Memorandumunun həyata keçirilməsi ilə bağlı olan hər hansı bir şəxs mənsub olduqları qurum tərəfindən ayrılan maliyyə vəsaitləri hesabına fəaliyyət göstərirlər.

Tərəflər əmin olmalıdırlar ki, öz milli qanunvericiliklərinə uyğun olaraq onların əməkdaşları bu Anlaşma Memorandumunun yerinə yetirilməsində yarana biləcək bütün risklərə qarşı sığorta olunacaqlar.

 

Maddə 7

 

Əlaqələndiricilər aidiyyəti nazirliklərinə fəaliyyətləri barədə illik hesabat təqdim edirlər.

 

Maddə 8

 

Tərəflərdən hər biri milli qanunvericiliklərinə, inzibati norma və reqlamentlərinə müvafiq olaraq, daxili sənədləri və digər Tərəfdən aldığı məlumatları bu Anlaşma Memorandumunun tətbiqinə uyğun olaraq qoruyur.

 

Maddə 9

 

Əməkdaşlıqla bağlı tədbirlərin maliyyələşdirilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

hər bir Tərəf öz nümayəndələrinin səfərlərini maliyyələşdirir;

Qəbul edən Tərəf tədbirin təşkili xərclərini (konfrans zalı, tərcümə və s.) öz üzərinə götürür.

Bəzi tədbirlər üçün əlavə resurslara ehtiyac olduqda, Tərəflər fəal şəkildə beynəlxalq donorlar axtarırlar.

 

Maddə 10

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumunun müddəalarına yenidən baxıla bilər. Təklif edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 12-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.

 

Maddə 11

 

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yarana bilən suallar və ya fikir ayrılıqları Tərəflər arasında danışıqlar yolu ilə həll olunur.

 

 

Maddə 12

 

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallarla alındığı tarixdən sonra gələn ayın birinci günü qüvvəyə minir. Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır. Tərəflər onun qüvvədən düşməsindən azı 6 (altı) ay əvvəl mümkün uzadılma barədə qərar verəcəklər.

Tərəflər diplomatik kanallar vasitəsilə bu Anlaşma Memorandumunun həyata keçirilməsini təxirə sala və ləğv edə bilərlər. Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşür.

Tərəflər başqa cür razılığa gəlmədiyi təqdirdə, bu Anlaşma Memorandumunun dayandırılması, ləğv edilməsi və ya müddətinin başa çatması onun əsasında icra edilən proqram və layihələrə təsir etməyəcəkdir.

Bu Anlaşma Memorandumu Paris şəhərində 2017-ci il 14 mart tarixində, hər biri Azərbaycan və fransız dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir.

 

Azərbaycan Respublikasının

Fransa Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək

İqtisadiyyat və Maliyyə Nazirliyi

Texnologiyalar Nazirliyi

adından

adından

 

(imza)

(imza)

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 may 2022-ci il tarixli 1699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 467)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 may 2022-ci il tarixli 1699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 467) ilə 2-ci hissədəNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status